Salam Həci! 1) Tez-tez dəstəmazı pozulan yaşlı adam, Tez-tez dəstəmaz almaqdan yoruldu, Napak şəkildə Namaz qılmaq istəmədi və bu səbəbdən Namazı tərk etdi! Yaşlı adam, nə etməlidir? 2) Namaz qılmışcan olmaq var ya yox? ( Deyirlər: Sən o qədər Gözəl işlər görürsən ki, Namaz qılmışcan varsan! )
Ответ / Cavab
Aleykumussalam.
1.Əgər dəstəmaz alıb ancaq vacibləri ilə namazı qılıb qurtara bilirsə, elə edəcək. Əgər bu da mümkün deyilsə, hər namaz üçün bir dəstəmaz alacaq və arada dətəmazın pozulmasına fukir verməyəcək.
2.Belə bir şey yoxdur. Elə bilin ki, ac adam süfrəyə yaxınlaşır, yemir və yemişkən varsabn deyillər. Bundan onun qarnı doyurmu?
Salam aleykum. Men bilmek istiyerdim, bizim Islam dinimizde olar bu bayramlari qeyd etmek (Novruz, 8 mart, yeni il...). Evvelceden tesekkur, Allah sizi gorusun
Ответ / Cavab
Aleykumussalam.
Novruzu digərləri ilə qatmayaq. Novruz bizim milli bayramımızdır, digərləri isə yad mədəniyyətin ünsürləridir.
Novruz yaşamalıdır, yad ünsürlərdən isə asta asta azad olmalıyıq.
Salam .qardasimin evinden qeribe sesler gelir.deyir ailevi hamimiz uzaniriq birden ewidirikki kimse gezir evde emelli basli ayaq sesleri hetta ele olurki qacir.sonra gelnimiz evi tozsoranlayir deyir toku dartmiram hetta ne qeder yaxin olur yeni ozunun cixmagi mumkun deyil kimse tokdan aralayir tozsorani. bu eve teze kocubler heyet evidi teze tikilib. evvelde heckimin olmayib yeni. ilk sakinleridi. men dusunuremki bu cindi vesvese salmaq qorxutmaq ucun bele edir. mamagil deyir damavoydu. bizde hecvaxt bele ses olmayib oz evimizde.sizce bu ne ses ola biler? papam deyir evi sataq. men deyirem eve Quran kitabi qoyaq. felek nas ixlas surelerini oxusunlar. ama yenede maraqlidirki bu neyin sesi ola biler. soruwmaq isteyirdim evde cin geze bilermi?
Ответ / Cavab
Aleykumussalam.
Bəlkə də evlərində, damda ya polun altında siçan var və onun orada yeriməsi ya qaçması bunlarda belə təsəvvür yaradıb.
Evdə Quran səsləndirin ki, onların da psixolojisi rahatlansn.
Salam. Burada sizə Fədəklə bağlı sual verdilər və siz də dediniz ki, Fədək bağını əhli-beytə qaytarmadılar. Ali savadlı bir insanam və məntiqlə məndə belə bir sual doğur: İmam Əli 656-661-ci illərdə xilafətə rəhbərlik edib, əmirəlmöminin olub. Bəyəm imam Əliyə kim mane olurdu Fədək bağlarını övladlarına qaytarsın, amma dəqiq bilirəm ki, qaytarmadı! Səbəb? bəlkə imam Əli üçün bu Fədək bağı əhəmiyyət kəsb etmirdi. Əks halda əhli-Beytin mülkün mütləq qaytarardı.
Ответ / Cavab
Aleykumussalam.
Savadlı olmanız çox müsbət haldır. Sualınız da təbiidir amma.
Burada bir çox ammalar var. Əvvəla 21 ci əsrdə oturub o zamanın siyasi və ictiimai durumunu yaxından bilmədən 7 ci əsri muhakimə etmək olmur.
İkincisi İmamın xilafəti zamanı nələrin, hansı hadisələrin baş verdiyini dəqiqlik və incəliklə araşdırmalıyıq. Hər tərəfdən olan başqılar, yalançı qnlı köynək qiyamları, munafiqlərin ara qatmaları, hakimiyətdə pay almaq üçün əlləşib əlləri boşa çıxanların fitnələri. Peyğəmbər xanımı Aişə xanımın bəzi səhabələrlə birləşib qiyam qaldırması, bəzi nadan insanların daxildən ziyan vermələri və 100 lərlə çətinliklər. Belə bir durumda imam qalxıb bağ mənimsəyəcək və kimlərinsə əlinə yeni fitn bayrağı verəcək? Həmçinin bunu da bilək ki, Fədək İmamıt haqqının rəmzi simvoludur, əsas lazım olan və qaytarılmalı olan bu haqdır.
Salam Hacican Allah sizd3n min kere razi olsun Allah sizi xowbext etsinetsin xaiw eliyirem dua edinki niwanlimla aprelde toyumuz olsun ALLAH HAMINI XOWBEXT ETSIN ICINDEDE BIZI ALLAH BIZI hecvsxtayirmasin ne yaxwi siz varsiz eziyet cekib hamiya bir bir cvb yazirsiz Allah evezinizi versiz ne arzu niyyetiniz varsa ALLAH HAMISINA INWALLAH AMIN CATDIRSIN
Salam. Eger bir nefer subh namazinin bitmesine az qalmis niyyet edib namaza baslarsa ve namaz bitenden sonra gorsesi artiq gun cixb namazi duzdur yoxsa qezadir?
salam aleykum va rahmatullah bir meseleye aydinliq qetirmek isterdim zehmet deyilse cavabladirardiz,Eve hucum cekilende Ali(e) haradaydi,yani sonra ne baw verdi?
Ответ / Cavab
Aleykumussalam.
İmam evin iç otağında idi və ətrafında da digər beət etməkdən imtina edənlər toplaşmışıdılar. Hucum edildi və tez içəri soxularaq Həzrəti əllərini bağladılar və məscidə beyət etmə tələbi üçün apardılar.
Salam aleykum men zohr namazina basliyanda sekk etdimki mede yeli cixib yoxsa yox ama cixmadigina eminidim ona gorede namazlarimi davam etdim qildim zohrude esride destemazi yenilemeden menim namazim duzdurmu Allah razi olsun
Assalamu aləykum, Hz. Əlinin (ə) söylədiyi bildirilən bu kəlamın mənasını izah etsəz minnətdar olaram: "Allahla arana boynunda haqqı olan birini buraxma." Vəssəlamu aləykum.
Ответ / Cavab
Aleykumussalam.
Yəni kiminsə haqqına girmə. boynuna kiminsə haqqını alma ki, Allaha yaxınlaşmada sizə mane olacaq.
salam aleykum va rahmatullah,Allah sizi bize cox qormesin tesekkur edurem 1)bir meseleye bilmek isterdim Fedek bagi Imam Ali(e) vaxtinda kimde idi?ve sonra ne oldu? 2)birde hacet namazinda qunutda oz azeri dilimizde isteye bilerik nese? Ayatollah Sistani Allah sizi Ahlibeyt (s) meshur elesin! Amin!
Ответ / Cavab
Aleykumussalam.
1.Fədək bağını Peyğəmbər dünyadan gedəndən sonra Əhli beytdən aldılar və bir daha qaytarmadılar.
Salam. Tanislarimizdan biri usaqin tez-tez xestelenmeyini goz deymesi ile elaqelendirir. Sosial sebekelerde sekil paylasmaqla usaga goz deye biler? Bu mentiqlidi? Tesekkur!
Ответ / Cavab
Aleykumussalam.
Uşağı həkimə göstərsinlər. İmmunitetini bərkitsinlər. Bəd nəzəri aradan aparmaq üçün isə Qələm surəsinin son iki ayəsini oxusunlar.
Qızın atası və babası dünyadan gedəndən sonra şəriətin qızı böyütmək və xeyir ziyanında onun yol himayədar seçdiyi ya təyin etdiyi şəxs bele wexs xanim ola biler?yoxsa hokmen kiwi olmalidir?
Ответ / Cavab
Aleykumussalam.
Bəli, əgər bunu bacaracaq qadın varsa, onun da olması mümkündür.