Salam axşamınız xeyir olsun Hacı.butun yaranmışlara bellidiki Allah hər şeyə qadirdir istədiyini edər istemediynide edmez heç kimin də onu eləməyə gücü çatmaz müqəddəs quran kitabında buyurduğu kimi qullarim dua edsin istesin məndən.deye buyrub Allah.men ədəblə erkanla islama uyğun dua edirem hacetmi bildirirəm sebr edib gözləyirəm fikrimdende donmurem ki,Allah duamı qəbul etməz.men indi necə edim mənim istədiyim şey insanların istəmədiyi şeydir.sizce mən düz birşey istəyirəm yoxsa necə? xahiş edirəm ətraflı yazardız
Ответ / Cavab
Aleykumussalam
Sizin nə istədiyinizi bilmədiyimizdən qəti bir söz deyə bilmərik. Amma onu deyə bilərik ki əgər haram ya qadağan olmayan bir şey istəyirsizsə buna bir irad olla bilməz.
Salam əleykum 1.Xahiş edirəm dua edəndə məni də nəzərinizə gətirin 2.hacət namazının ən yaxşı qılınma saatı hansı saatdı 3.mənəvi məsələdə bir düyün var ki bir bütün gözəlliklərin önünü kəsib mənə bu işdə bir məsləhət verin çox xahiş edirəm 4.ailə haqqında hansı yazılan kitabları oxumaq məsləhətdi 5.birdə belə bir sual soruşurlar evli qadın zina etsə sonradan peşman olub tövbə etsə ərinə bu işini deməlidi ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Sizi dua edirik.
Sübh namazından sonra
Namazları ilk vaxtda qılın. Günahlardan uzaq durun, Namazlar arası dualar edin.
Salim və saleh övlad, Ailə səadətinə necə nail olmalı kitablarını oxuya bilərsiz.
Ona ərinə bu barədə hökm edən bi söz yoxdur. Amma bilməlidir ki, ərinin haqqını zay edib və buna axirətdə ağır bədəl ödəniləcək.
Salam Aleykum.Sualim Meherrem ayi ile bagli olacaq.Menim ovladimin 08.09.2019 tarixinde 1yawi tamam olacaq Inwaallah.ve biz o ozel gunu ailelikce restoranda qeyd etmek isteyirik.Çalğı olmayacaq.Meherrem ayi bildiyim qeder 31.08.2019 tarixinde daxil olur.Awura ise 09.09.2019 tarixindedir.bu meseleye nece baxirsiniz?
Ответ / Cavab
Aleykumusalam.
Bu məsələyə baxış mənfidir. Bu tədbiri 10 gün qabaq keçirə bilərsiz. Peyğəmbər və əhli beytin əzalı günlərində şdyanalıq etmək müsəlmana yaraşmaz.
salam əleykum hacı. peyğəmbərimiz şiə namazı qılıb yoxsa sünni.sunni namazın kim qılıb.zehmet olmasa ətraflı yazardız zəhmət olmasa
Ответ / Cavab
Aleykumusalam.
Sualın qoyuluşu səhfdir. Hər kəs Peyğəmbər kimi namaz qıldığına iddia edir. Yəni sual belə 0la bilər ki, Şiələr ya sunnilər Peyğəmbər kimi namaz qılır.
Bu məsələyə baxış budur. Şiə məzhəbi namazı əhli beytdən gələn rəvayətlərə əsasən qılır. Yəni dəlilləri budur ki, əhli beyt Peyğəmbərin evinin içidir və həmçinin Quran onların məsum olduqlarını buyurur. Həmçinin Onların ilkiləri əvvəl gündən başqaları namaz qılmadıqda , Peyğəmbərlə namaz qılırdılar.
Əhli sünnə isə namazı Peyğəmbər səhabələrinin sözlərinə əsasən qılır. Beləki Peyğəmbərin necə namaz qılmağını onların sözlərinə əsasən ayırd edir. Bu də dəlil olaraq zəif qiymətləndirilir, çenki Dinimizdə səhabənin sözü sözsüz dəlil ola bilmir.
Salamun Aleykum! Qardaş, Bir Nəfər Mənə Yazı Göndərib, Soruşur ki: Bu Nə Deməkdir? " روى اغتنام ابييبللعززت اللازانيا. شي استطع يصل البيئيةالمترافقة القبلات اذذططيذذ معتادا. الاللللد " Zəhmət Olmasa, Cavablandırardınız...
Ответ / Cavab
Aleykumussalam
Rəvayət olunur Əbiblilizzet əllazaniya tərəfdən. Mən ətrafa qalxa bilmirəm və öpüşlər mənə tanışdır.
Salam. 1.Evdə adabtır vardı telefona qoşdum sonra bildim ki başqasınındı evə gətiriblər Bu hal haqq tapdalamaq deyil ki? 2. Kalbasa ya sosiqanın üzərinə halal yazılıbsa Onu istifadə etmək olar?
Ответ / Cavab
Aleykumussalam
Burada bir problem yoxdur. Sadəcə sahibinə bunu deyin.
Xeyr, sadəcə halal yazılması ilə halal olmaz. Halal olmasına yəqinlik olmayanı yeməyin.
Salam Haci. Atamla bazara getdik toyuq almaga. Həmişə toyuq aldigi tanidigi adamdir. Toyugu alanda men o adamdan soruşdum ki bes uzu qibleye bismillahla kesirsiz? Dedi ki he narahat olma üzü qibləyə bismillahla kesirem, biz ozumuz de bundan yeyirik. Demeyine dedi amma lap bele tam ureyime yatmadi cavabi. Babali oz boynuna. Adam ozu muselmandir. Bu halda hemin toyuqlardan yeye bilerem mi? Sistani ağa
Ответ / Cavab
Aleykumussalam
Əgər müsəlman biri onu qibləyə və Allah adını zikr etməklə kəsdiyini deyirsə, qəbul edə bilərsiniz.
Salam menim ortalama9-10 illik namaz qezam var inwaalah bawlamaq isleyirem gune bir namaz qilsam olarmi? Meselen : her subh namazindan bir ay ikidene qilim ard arda biri farz biri qeza. Ikinci ay her zohr namazindan iki dene qilim ard arda biri farz biri qeza bu ardicilliqla omur yetdiyi qeder qilim . Menim gelir yerim yoxdur hediyye alinan qizil gumuwum var men zekati nece vermeliyem xerclerimi yoldawim qarwilayir
Salam sizden soruşmaq isteyirem qadın heyz halında olanda cereçe kitabından vaqiye suresini oxuya bilermi ve isteyiremki yazardız qadınlar heyz halında neyi ede biler neyi ede bilmezsag olun.
Ответ / Cavab
Aleykumussalam
Qadın heyz halında olduqda məscidə, məsumların hərəmi olan yerlərə daxil ola bilməz.namaz qıla bilməz, Qur'anın xəttinə toxuna bilməz, cinsi əlaqədə ola bilməz.
Salam. Uzr istəyirəm. 2,3 gün aciq qəhvəyi axinti olur . Cox cuzi miqdarda. Sonra heyz baslayir . Belə halda gələn axintini heyzdən hesab etməliyəm ya yox?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, əgər aralarında fasilə olmursa,həmin günlər də heyzdən sayılacaq.
Salam haci. Men 2-3 aydir pul yigiram, umumiyyetle xums vermirem her il, amma 2 il bundan qabaq alinan namaz paltari var ve 2 il hec bir defe bele istifade edilmeyib ve uzerine xums gelib, indi bu paltardan istifade etmek ucun bu 2-3 ay yigdigim puldan o namaz paltarinin xumsunu vere bilerem yoxsa umumiyyetle her il xumsu vermeyen adamin konkret eshyalara veren xumsu qebul olunmayacaq? Men bir ilden coxdur ki işleyirem. Xums gunu teyin etmedim. Amma bu paltari istifade etmek isteyirem, indi yigdigim puldan versem duz olar? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Konkret əşyalara verilən xums ancaq həmin əşyanın üzərindən vəzifəni götürəcək. Əlbəttə insan ümumən xums verməlidir.
Salam haci. Eger bir shey teze alinib amma 2 il erzinde hec bir defe bele istifade olunmayibsa onun uzerine bir defe xums gelir? Yeni qiymeti 20 manatdirsa xums 4 manat olacaq? Nece il istifade olunmayib teze alinandan ferq etmir?