Salam. Men hamileyem. Yoldaşişim yuxu görüb, yuxuda beyaz paltarlı bir adam ona oğlun olacaq adini Rehman qoy. Bu yuxuya nece yanaşmaliyiq? Yoldaşımın dostu dindardi bu yuxunu ona söyleyib, ve o deyib ki Allahin adlarını qoymaq süzgün deyil, olmaz qoymaq. Ne etmeliyik cavab yazin cox xaiş edirem.
Ответ / Cavab
Aleykumussalam
Bu sadəcə yuxudur və deyilən ad Allahın xüsusi adlarindandir ki onu insana qoymaq üçün gərək əvvəlinə əbd kəlməsi əlavə oluna. Yəni Əbdurrahman ola.
Övladınıza istədiyiniz gözəl adlardan qoya bilərsiniz.
Salam haci qusl aldigdan sonra mene ele gelir ki bedende su kecirtmeyen leke olub birde axtariw apariram (qusldan qabaq yoxlayib girirem) buna ehtiyyac var?
Ответ / Cavab
Aleykumussalam
Nə səbəbə lazimsiz səkklər edirsiniz. Belə bir şeyin olması yəqin deyilsə səkk də etməyin
Salam Haci. Atam kabab bisirende gordum ki pomidorlari masanin uzerine qoyub. Men de o masanin pak olub olmamasina yeqinim yoxdur. Evveller uzerine pive butulkasi filan qoyulub ve s. Dusundum ki yaxsi pomidoru yemerem, ancaq et yeyerem. Pomidora dəymədim. Yemekden sonra pomidorlar et olan qabin icine qoyuldu. Sabahisi gun anam mene yemek verende gordum ki plovun ustunde dunenki etlerden de var. Daha yedim o yemeyi. Bilmirem qabin icinde olanda pomidor mehz men yediyim ete temas edib ya yox. Yemeyim pak sayilir mi? Sistani Aga.
Salam Haci. Krant eger bak suyuna baglidirsa, ve bakda texminen 7-8 ton su varsa, yeni bu kurr su ile eli krantin altinda bir defe yumaq paklamaq ucun bes edir? Sistani ağa
Ответ / Cavab
Aleykumussalam
Bəli bu kurr su sayilar və həmin su bir dəfəyə paklayir
salam menim 16 yaşım var.men 14yaşımda namaza başladım sonra derslere göre buraxdım, aradan 1-2 ay sonra yene başladım, ve bu seferde şeytana uyub namazı buraxdım. indi16 yaşım var ve ettiyim sefide qazandığım günahıda başa düşürem ve yeniden tövbe edib namaz qılmaq istiyirem. indi mektebdende çıxmışam, işlemiremde. Allah meni bağışlayarmı? tövbem qebul olarmı? etrafımdakılar namaza başlama bacarmıyacaqsan deyirler. NE OLAR MENE BİR YOL GÖSTERİN. ÇOX ÇARESİZEM.
Ответ / Cavab
Aleykumussalam
Bəli əlbəttə baqislayar. Allah bizə valideynlərimizdən də mehribandır. Tövbə edin və daha namazı buraxmayın.
Salam aleykum hacı.dünən bir məclisdə bülbülədən olan molla İsa (ə)zühurun inkar etdi.Cəfəri məzhəbin qəbul etmir məktəbin deyə qəbuľ etdi heç bir hədis yox sırf qurandan dəlil gətirdi .seyidlərə qarşı sərt danışdı .eynən sələfilər kimi .bunlar sizcə kimlərdi (məclis də şiə məclisi idi)
Ответ / Cavab
Aleykumussalam
Dediyinizdən məlum olur ki kimsə savadsız və həmçinin əqli qusurlu bir adam olub.
Salam. Zehmet olmasa mene tam aydin shekilde izah ederdiz, tovbe qusulu , destemazi, namazi nece edilir? Umumiyyetle tovbe nece edilir? Onceden teshekkurler. Allah razi olsun!!
Ответ / Cavab
Aleykumussalam
Tövbə qayıtmaq mənasındadır. İnsan günah etdikdə sanki Allahdan uz çevirib şeytana tərəf gedir. Etdiyi yalnisliqi anlayanda şeytandan dönüb Allaha tərəf qayıdır.
Tövbə üçün xüsusi rituallar lazım deyil. İnsan etdiyi səhvləri anlayib həqiqi peşmançılıq hissi ilə yalvarıb baqislanna diləməlidir. Bundan sonra bir daha harama tərəf getməyəcəyinə, əmrlərinə tabe olacaqina soz verib, günahları silmək üçün xeyirli işlər etməlidir.
Salam Aleykum. Valideynim mənim adıma kreditlə (faizlə) mebel əşyası (bacım üçün cehiz olsun deyə) almaq istəyir. Bunun problemi var ? Allah elminizi artırsın. P.S. Ayətullah Nasir Məkarim Şiraziyə təqlid edirəm.
Ответ / Cavab
Aleykumussalam
Nəqd almaqa imkan yoxdursa,kreditlə almaqin haramliqi yoxdur.
Salam Hacı. Işimdə səhlənkarlıq eden deyiləm. Kolleksiya satıram (şəkil). Bu gün baxdım ki kolleksiyalarimin birinde 79 əvəzinə 78 şəkil var imiş. Görən kimi tez düzəltdim. Bugünə qeder təxminən 30 nəfərə satilib eyni kolleksiya (elektron şəkildə). O qazanclar halal sayılır mi bilmeden olduğu üçün? O satdigim 30 neferin hec birinden de sikayet gelmeyib mene. Sistani Ağa.
Ответ / Cavab
Aleykumussalam
Bilməyərəkdən olduqundan və səhlənkarlıq etmədiyinizdən haram olmaz.
Salam Haci. Hacı barmaqlarda suyun deymeli olan yerleri haradir ki? Meselen menim el barmaqlarimin dirnaqlari uzanmiwdi (kiwiyem), o halda destemaz alib namazları qıldım. Dırnaqların içərisi temiz idi demek olar, bir neçə dənə xirda cirkden başqa. Batil deyil ki? Sistani Ağa.
Salam haci. Eger bir nefer başqasinin haqqina girib amma bu dunyada halalliq almayib, ola biler ki, haqqina girilen adam qiyamet gunu ona ozu halalliq versin? Yeni imkan vermesin ki Allah hemin adamin savablarini silib versin ona, ele bele haqqini ona halal etsin qiyametde? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Bu heç inandırıcı deyil. Çünki orada hər bir insan oz hayında olacaq.
salam əleykum hacı.vaxtin az olanda namazda hansı sözü deməmək olar ki namazın batil olmasın.men ağır şirkətdə isleyrem günorta vaxt az olur yorğun ollam.mene kömək edin.
Ответ / Cavab
Aleykumusalam.
Namazı ancaq vacibləri ilə qılın. Qunutu tutmaya bilərsiz. Fatihədən sonra qısa surə oxuyun, səcdə və rukuda 3 dəfə Subhanəllah deyin.