Salam. Nerd domino sahmat kart saski kimi oyunlar oynamag gunahdir?
Ответ / Cavab
Aleykumussalam
Kart birbaşa haramdır. Şahmat bəzi müctəhidlərin rəyinə əsasən haram sayılır. Nərd barədə bir muctəhid belə yaxşı söz demir. Saski və domino haram deyilməyib,amma möminin izzətini aradan aparır.
Salam sizden meslehet almaq isdiyirem 44 manat pulum var Kərbala ziyereti ucun yigmisam 17 yasim var islemirem deqiq bilmirem pulu axira kimi yogacam ya yox olar mi ki bunu ziyerete aparan tura verim orada ehtiyaci olan olarsa gedsin ve yaxud yigmaga davam edim etrafli yazardizda zehmet olmasa cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Əlinizdə olan məbləğ kiminsə getməsinə kifayət etmir. Yığmağa davam edə bilərsiniz.
Salam Hacı. Deyək ki xums günüm gəlib çatıb. Hemin gün cibimdə xums pulu yola düşürəm ki gedim lazımi yerə çatdırım. Yolüstü məscidə girirem namaz vaxtı çatanda ki namazımı qılım. Bu halda namaz qəbuldur mu? Cibimdə xums pulu ola ola qılmaq yəni problem yaratmaz? Sistani Ağa.
SalamAleykum. Sualıma göra çox üzrlü hesab edin Cenabət qüsl'unu subh vaxtı aldığdan sonra günorta çağı axıntı olarsa su kimi və ya ağ axıntı cənabət qüslu tələb edirmi? (SistaniAğa)
Ответ / Cavab
Aleykumusalam.
Əgər xaric olan mənidirsə, yenidən qüsl edilməlidir.
Məni xaric olandan sonra sidiyə gedilsin ki, yolda qalan məni xaric olsun və təkrar olaraq belə hal baş verməsin.
Salam. Zehmet olmasa sualimi cavablandirardiz. Aybawinin 6ci gunundeyem ve bugun qusul alib namaz qildim sonra gordumki, biraz batmisham. Men gunah iwlemiw oldum bele halda namaz qildim deye? Ve eger batildirse bu namazi wam ve xifteni qeza olaraq yeniden qilmaliyam? Onceden sagholun.
Ответ / Cavab
Aleykumusalam.
Sizin gunahınız yoxdur, sadəcə həmin namaz sayılmadı, çünkü pak olmamısız. Əgər bu namazların qəzaya getdiyi vaxta qədər paklanmasaz, qəzaları olmayacaq.
Salam Aleykum,size bir sualim olacax.Men 5 ildi ozumu qeribe hiss edirem bir anliq gelir ele bilirem ki kimse arxadan toxunur mene,qorxu kimi menimde yanimda kimse olanda ya olmuyanda qaciram qiwqirib deirem ki komey edin mene.Bir ara qiwqirib ilan deirdim gelir sancdi meni,ya ari,cox heyvanlar.Gozume hesne gorsenmir,bawim agramir adi rezko gelir halm pislewir.Mollaya apardilar dedi ki menliydi,cox hekimlere getmisem olarinda bawlari cixmir.Molla deir ki toxunublar yani perilerdi bele dedi Ola biler ele sey?
Ответ / Cavab
Aleykumusalam.
Siz bir savadlı və bacarıqlı psixoloqa muraciət edin. Onun sizə yardımı dəyəcək.
salam haci necesiniz haci size bir nece sualim var zehmetdi cavablandirardinizda 1)haci haram musiqi nece olure qisa onu mene izah ederdizde.2)haci menim dayim oqlu evlidi onun arvadi mene namehrem olacaqmi men olara gedib gelirem ele vaxt olur ona gore.3)haci bir mizde menimle uzbeuz dayim oqlu oturmusdu inunda arvadi yaninda oturmusdu oda dayim oqlu caqirirdi meni herdem baxmir herdem baxirdim men baxandada arvadida yanida oturmusdu deye dayim oqluya baxanda men gunaha dusurmuyem haci gozumun qiraqinda yeni sahesinden gorunurdu bu cur anlarda ne edim4)haci dayim oqlu var ki yaxinlarda evlenecek men toya getmek istemirem amma mecbur qalacaqam dini toyda deyil gunaha duserem deye bilmirem ne edim sizden gosteris istiyirem cox saqolun5)haci birdeki meselem qardasim anama ve mene el qaldirib deyek sonradan anami qardasim dindirib amma men yox dindirmirem sizce sefmi edirem anama el qaldirib cavar qaytarirdi aqlimda bele bir wey varki tovbe etmiyenecen baqislamiyim
Ответ / Cavab
Aleykumusalam.
Haram musiqi bunlardır. İnsanı Allahin zikrindən saxlaya, adi halından çıxara, haram məclislərə aid ola,
Dayınızın gəlini sizə naməhrəmdir. Onunla adi salamlaşma problemli deyil. Baxmağa gəldikdə isə görməklə baxmaq fərqini bilin. Görmək haram deyil, baxmaq haramdır. Görmək insanın gözünə görünməsidir, baxmaq isə ixtiyari halda baxmaqdır.
Haram məclisə getmək qadağandır.
Qardaşınızın ananıza etdiyi son dərəcə pis bir işdir ki, gəək tez bir zamanda ananızın qəlbini alıb ondan bağışlanma diləməli və tovbə etməlidir. Əgər sizin onunla danışmamanız onun tərbiyə olunmasına xeyirli olarsa, belə edə bilərsiz.
Salam hacı.size bir nece sualım olacağ. 1.rukuye gedərkən dizlərimi birləşdirib birazda içəri əyirəm duz edirəm?qadınlar üçün elə olmalıdır? 2.sieyem.olarmiki namazı tam qurtardıqdan sonra meleklerime salam verəm (son salamlardan sonra)? 3.Meherremlik ayı inseAllah sentyabrın neçəsi girir? 4.iki səcdə arasında olar istiğfar deyim?men Allahu Əkbər deyirəm.yeni Estegfirullahe və eseluhut tövbe deyim? Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam
Sadəcə əllərimizin ovucu diz qapaqiniza catana qədər əyilirik.
Salam. Sabahınız xeyir.Sualımçün əvvəlcədən üzr istəyirəm. Heyz idim. Dünən axşam namazına 1 saat qalmış müddətdən məndən heç bir axıntı gəlməyib. Gecə 1də yoxladım. Heç nə yox idi. Bilmədim qüsl edim ya yox.( Adətən heyz müddətim 7 gün olur. Birdən 6,gün olduğu da olur. Onçun bilmədim nə edim.) Bu gün səhər isə yoxladım sarı nəsə var idi. İndi qüsl edə bilərəm? Və bir də dünənki əsr, şam, işa və bu günkü sübh namazım qəzaya düşübmü? əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Dunənki namazların qəzası yoxdur. Tam paklanmısızsa, qüsl edib namazlarınızı qılın.