Salam Haci. Ayaqqabı ile neçə metr yol getmek lazımdır ki altı pak olsun? Sistani agaya teqlid edirem. Ordaki məsafə ölçüsü yad gəldi mene ona gore soruşuram
Ответ / Cavab
Aleykumusalam.
Əgər ayaqqabının altındakı nəcis aradan gedibsə, bundan sonra təqribən 7-10 metr addlmlasa altı pak olar.
Salam haci. Namaz qilan zaman usaq gelib mohuru goturur bu zaman nece secde etmek olar? Bas barmaglarin dirnaqlarina alni qoymaq olar? Bir de men fevralin 10u turkiyeye atamgilin yanina gedrem elebele 25gun qalacam bu zaman namazlar tam qilinacaq?
Ответ / Cavab
Aleykumusalam.
Əgər əlinizin altında səcdəsi düzgün olan bir şey varsa, onu qoyub səcdə edəcəksiz. Əgər yoxdursa və namazın vxtı genişdirsə, gərək namazı pozasız, möhürü yerinə qoyub namazı yenidən qılasız. Əlin üzünə alın qoymaq o zaman düzdür ki, əlinizin altında səcdəsi düz olan bir şey yoxdur və namazı pozsaz artıq təzədən qılmağa vaxt qalmır, namaz qəzaya düşəcək.
Bir yerdə ki, 10 gün ya daha artıq qalacaqsızsa, ora yetişən kimi namazlar tam olacaq.
Salam.men xestexanada iwleyirem ve emek haqqindan elave xestelerden pul da aliram mueyyen qeder. O pulu sessiz veren de var, naraziliq edib vermeyen de.bilmek isteyirem bu rusvet sayilirmi? Men gunah qazaniram o pulu almaqla?
Ответ / Cavab
Aleykumusalam.
Əgər özləri itəkləri ilə sizə əlavə nəsə verərələrsə, bu sizə halal sayılar, lazımız yerə tələb etmək isə düzgün deyil.
Salam! Bir sualim var. Eger teyemmum edib subh namazimi qildimsa, ondan sonraki Zohr namazimi qilmaq uchun yenede teyemmum almaliyam yoxsa destemezla olar(ish yerimde destemaza imkan var). Seher evden chixdim, axshamadek qusl almaga imkanim olmayacaq. Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Əgər dəstəmaz almaq imkanı varsa, təyəmmüm düzgün sayılmayacaq. Təyəmmüm dəstəmaz ya qüsl almağa imkan olmadıqda düzgün sayılır.
Salam her vaxtiniz xeyir olsun .gözellik salonlarinda kiprik ekdirmek olur.men bunu etmişem amma eşitmişem ki bu destemaza mane olur.men destemaz alanda kipriklerimin her bir denesi islanir men buna emin oluram.bele etmek olar? Namazlarim batil olmaz ki?
Ответ / Cavab
Aleykumusalam.
Əgər yam olaraq onlar və dibləri də islanırsa, o zaman düz sayılar. Əgər qadının ö normal kiprikləri vara, bu artıq zinət sayılacaq və zinət olduğundan naməhrəmdən gizlədilməlidir.
Salam . Bir biri ile evlenmek isteyen gencler.nigahdan qabaq Cahillikden hisslerine aldanib elaqede olublar ve qız uşağı dünyaya getiribler. Bunun hökmü nedir? Uşaq üçün ve valideynler ucun.
Ответ / Cavab
Aleykumusalam.
Kəbinsiz dünyaya gəlibsə, bu uşaq kəbindən kənar sayılacaq. Valideynlər də haram ediblər.
Salam eseblesdkm qardasima dedim ki üniversiteye İnsAllah giremersen ve buna göre salavat zikr eliyek dedim ve salavat zikr eledim qargisimda günah yoxduki bilrem etmemeliydim birde bu Muhamməd (s) Ali Muhammədə (ə) hormetsizlik elemedim ki yeni günah elememisem Cox saholun
Ответ / Cavab
Aleykumusalam.
Səhf etmisiz, belə şeylərlə salavatı ucuz etməyin.
Müctəhid Sistani ağa Zəhmət olmasa deyin, əsr namazı daxil olan kimi zöhr namazı qəzadır? Yoxsa şam namazına kimi vacib kimi qılmaq olar?Təşəkkür edirəm
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, qəza deyil. Şam azanına 4 rükətli namaz vaxtı qalana kimi adi qaydada qılınacaq.
Salam Aleykum. Sizə bir sualım var. Bir insan ki, başında tük saxlayır. Amma indi deyir ki başımı keçəl edirəm. Bu düzgün olarmı??? Bunu demək istiyirəm ki əgər o bunu eləsə insanlardan seçiləcək. Yəni əllə görsədiləcək
Ответ / Cavab
Aleykumusalam.
Bunun heç bir problemi yoxxdur, insan bu seçimində azaddır.
Salam Hər şey ALlahindir. həqiqi mulkun sahibi də odur. Cacabin verdiyiniz sual barade yaziram men bunu bilirem sadece olara bu sediylerim gunahdirmi ve birde bidet nedir izaah ede bilersiz Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
gər bunu bilirsizsə. deməli dediyinizdə bir problem yoxdur. Biz sizin sözünüzün təsdiqini yazdıq, günah bir söz olsaydı yəqin ki, qeyd edərdik. Bütün yaranmışlar onundur. pisidə yaxşısıda, amma əsələ budur ki, o heç nəyi pis yaratmayıb, bəzi yaranmışlar özlərini pis ediblər.
Salam qardaş müctəhid təqlid etmək məcburidir? Mən etmirəm sadəcə namazımə qılıram qaydalarıyla öyrədiblər şiə namazədı ama təqlid elədiyim müctəhid yoxdur və bəziləri deyir təqlid eləməsən batildi
Ответ / Cavab
Aleykumusalam.
Bəli, vacibdir.
Sizə namazı kim oyrədib, haradan öyrədib, kimin fətvalarına əsasən öyrədib? Baxın siz dolayisi yolla onsuz da təqlid edirsiz. Siz namazın qaydası, ne zaman qılınması, nelerle batil olması, dəstəmazın qaydaları, paklıq məsələləri, bunların hamısını kimdənsə soruşub öyrənirsiz. Sizcə sizə cavab verən haradan cavab verir? O sizə muctəhidin fətvaını çatdırır. İstər istəməz təqlid edib təqlidi danmaq insanın əməlinin batil olmasına səbəb olar.
Salam Aleykum Haci bəzən aglima bir fikirlər gəlir ve sixiniti yaranir Zəhmət olmasa sixinti aradan aparan zikr ya dua varsa yazardiniz Çox Sagolun
Ответ / Cavab
Aleykumusalam.
"İlahi! Məhəmməd və onun ailəsinə salam yetir və məni dünya və axirətdə uğursuzluğa düçar olmaqdan qoru, qəzəbli və razı qaldığım halda günahlardan çəkinməyə kömək ol! Hər iki bu halımda istəklərim eyni olsun; sənin itaətinə məşğul olum, sənin razılığını dost və düşmənlərin razılığından üstün tutum ki, düşmənim ona qarşı zülm edəcəyimi, dostum da nəfsimə tabe olaraq onun razılığını Sənin razılığından üstün tutacağımı düşünməsin . Məni rahatlıq halında Səni çarəsizlər kimi çağıranlardan qərar ver ki, həqiqətən də Sən, hər cür şükrə, tə'rifə layiqsən".
Ərəbcə: "Allahummə səlli əla Məhəmmədin və Alih vərzuqni ət-təhəffuzə minəl-xataya vəl-ehtirasə minəz-zələli fid-dunya vəl-axirəti fi halir-rıza vəl-ğəzəbi hətta əkunə bima yuridu aləyyə minhuma bimənzilətin səva, amilən bitaətikə, muəssiran lisızakə əla ma sivahuma fil-əvliya vəl-əda, hətta yəmənə aduvvi min zulmi və cavri və yəyəsə valiyyi min məyli və inhitati həvayə vəcəlni mimmən yədukə muxlisən fir-rəxai duaəl-muxlisinəl-muztarrinə ləkə fid-dua, innəkə həmidun məcid"
Axsaminiz xeyir. Destemaz hansi hallarda pozulur?uzr isteyirem misalcun ayaqyoluna gedilibse amaki yuyunub paklanmisa yenede destemaz alinmalidir bunu deqiq bilmek isteyirem.2. Misalcun bele deyim sukurler olsun 3gundu daha baslamisam Namaza. Gunde 5 defe qiliram eger misalcun deyek ki sabah isim cox olacaqsa 3defe qila bileremmi birlesdirib amaki bos vaxtlarimda ise yene 5defe qilmaq olarmi mene deyirlerki oyuncagdirmi gah 5 defe qilasan gah 3 ikisinden birini et hemisede bu duz bir dyimdir?3.ve bezen casb hemd sureni ikinci defe deyirem onda namaza yenidenmi baslamaq lazimdir?ve ovladim bir defe geldi mohuru goturdu mende aldim elinden qoydum yerine ve devam etdim namaza qaldigim yerden bu halllardada yeniden qilmaliyam Namazi? Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Əgər ayaqyolunda nəsə etmisinizsə, o zaman dəstəmaz pozular. Sadəcə yuyunulubsa, heç bir edilməyibsə, dəstəmaz pozulmaz. Dəstəmazı pozanlar bunlardır.1. Sidiyin xaric olması. 2. Ğaitin xarıc olması. 3. Bağırsaq yelinin xaric olması. 4. Yuxuya getmək. 5. Ağılı aradan aparanlar;dəli olmaq, bihuş olmaq və məst olmaq kimi. 6. Qadınlara xas olan istihazə. 7. Qüslə səbəb olanlar; cənabət, heyz və məssi meyit (meyitə toxunmaq) kimi.
2.Bəli, belə edə bilərsiz, bunun heç bir problemi yoxdur.
3.Səhfən artıq oxuduğunuzu bildikdə elə orada saxlayıb, nə oxumalısızsa, onu oxuyacaqsız, namaz da düzdür.
4.Əgər qiblədən dönmədən bunu etmisizsə, namaz pozulmayıb.
Salam seytaninda sahibi Allahdı dedim sora bele dayanib qaldim ki düz demisem sora dedim ki öz özüne bilmirem usdune biraz kecdi öz özüne ele dedim ki Allah alemlerin Rəbbidir ve her şey onundur menim o birinci dediyimde günah qebahet varmı teşekkürler saytinizi coxdan izliyirem ve Cox xosum gelir Allah qebul eləsin İmam Zaman Ağadan (ə) İnşAllah sizden razı qalar Amin ve birde bişey nedir qisa melumat vere bilersiz? Cox sağolun
Bir daha salam. Size resmen bosanmanın talağı əvəz edib etməməsi barədə sual vermişdim. Saytınızda boşanma barədə məqaləni oxudum və gördüm ki, problem nədir. Yaşadığım bölgə sunni bölgəsidir. Qaynım turkiyədə oxumuş ilahiyyatçıdır. Onlara görə rəsmi boşanma talağı əvə edir.Mən yoldaşıma o vaxtda dini talağı təklif etmişdim ehtiyac yoxdu deyib imtina etmişdi. Mən isə ehtiyat edirəm. Sualım odur ki, bir haldaki ərim öz razılığıyla boşanıb və dinən də boşandığını duşunur, mən din xadiminə müraciət etsəm talaq oxusa olarmı? Çox sağ olun
Ответ / Cavab
Aleykumusalam.
Əgər dediyiniz həmin muraciət etdiyiniz ruhanidə ərinizin sizi öz razılığı ilə boşaması barədə yəqinlik yaradarsa, kifayət bilib talağı oxuyacaq.
Salam qardaş mən hənəfi məzhəbin təqlid edirəm və namaz vaxtı proqramı var qafqaz müsəlmanları idarəsinin vaxtlarıdı 15 35 də zöhr namazın qıldım proqramlada əsrin vaxtı 15 55 di 15 56 dada əsr namazın qıldım və sizin vaxtlara baxdım əsrin vaxtı 15 17 didə daxil olur belə halda mən zöhr namazını vaxtı çıxandan sonra qılmış oluram? Hənəfidə namazlar öz vaxtında qılınmalıdır deyə indi mən qəza etməliyəm ? Və birdə vaxtlardaki bu fərq nədən irəli gəlir bizdə bəzən azan səsi gəlir sizin vaxtlarınızla düşmür üsd üsdə azan verilməmişdən namaz qılmaq olmaz deyə bilirəm elə olduğu halda yenidən qılmalıyam ? Xaiş edirəm cavab verəsiniz
Ответ / Cavab
Aleykumusalam.
Sizin məzhəbiniz də də qeyd edilən vxtda qılmaq qəza sayılmaz. Biz etibarlı saydığımız cədvəli qoymuşuq. Bizə etibar edirsinizsə, bu cədvəldən istifadə edin.
salam haci.receb ayi fevralin 24-u girir?zehmet olmasa saban ayini ve Ramazan ayinin texmini tarixini deyerdinz mene.Ramazan ayi aprelin 25-i daxil olacg?ALLAH RAZI OLSUN
Ответ / Cavab
Aleykumusalam.
Rəcəb ayı fevralın 25 i, şəban ayı martın 26 sı və Ramazan ayı aprelin 24 ü daxil olmalıdır.
Salam.Menim anamla dayim mueyyen sebebe gore bir birile daniwmirlar 1 ile yaxindir.ve men onlar kusenden sonra brle dayimla elaqe saxlayirdim..bir gun dayima tazib hal- ehvalini soruwduqda, o mene bele cavab yazdi: ayagimiza cor- copler iliwmese yaxwi olariq..o bu sizu ile anami nezerde tuturdu..dayim ozu namaz qilan ve kebleyidir.men onun bu sozunden sonra nomresini sildim ve onunla daha daniwmiram.anam da mene deyib ki, eger dayinla daniwsan men seni silerem ovladliqdan..men bele veziyyetde ne etmeliyem.. Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Nə ananızın. nə də dayınızın etdiyi düzgün deyil.
Siz hər halda öz kiçikliyinizi qoruyun və həddi keçməyin.
Salam.Menim anamla dayim mueyyen sebebe gore bir birile daniwmirlar 1 ile yaxindir.ve men onlar kusenden sonra brle dayimla elaqe saxlayirdim..bir gun dayima tazib hal- ehvalini soruwduqda, o mene bele cavab yazdi: ayagimiza cor- copler iliwmese yaxwi olariq..o bu sizu ile anami nezerde tuturdu..dayim ozu namaz qilan ve kebleyidir.men onun bu sozunden sonra nomresini sildim ve onunla daha daniwmiram.anam da mene deyib ki, eger dayinla daniwsan men seni silerem ovladliqdan..men bele veziyyetde ne etmeliyem.. Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Nə ananızın. nə də dayınızın etdiyi düzgün deyil.
Siz hər halda öz kiçikliyinizi qoruyun və həddi keçməyin.