Ас саляму алейкум варахматуллахи вабаракатух.Шейх,что делать с листом где написано имя Аллаха и аяты и Суры Корана в транскрипции на русских буквах? И нету ли греха если когда читал или случайно упал на пол или согнул чтобы положить? Я слышал что если бросить на пол и что то вроде этого впадаешь куфр у меня сомнения помогите пожалуйста. ДжазакАллаху хайран.
Ответ / Cavab
Aleykumusalam.
Yesli ona vam nenujna, to zakapayte yevo ili brostçe v ozero ili v reku.
Yesli ona upala na pol cluçayno, to net nikokova qrexa ili kufra.
Salam,hamamda destemaz aldim dardi hamam eyildim ayaqima mehs cekem ele hiss eledim sacim deydi vannaya sacimda yaw idi,sonra tekce hemen yere su axitdim yudum,desmalnan quruladim hemen desmalida asdim suwilkadan,ama ureyimde qara qaldi bawim mindar qalib desmalida mindarladim suwilkanida ,ama suwilkani yumadim helede paltar asiram,elebilirem hamisi mindarlanir,vasvasiyamda biraz)))bele halda mindardi suwilka ya yox?saqolun
Ответ / Cavab
Aleykumusalam.
Vanna nəcis deyildisə, nədən saçınız nəcis olamlıydıki? Əgər nəcis yerə dəyibsə belə, yumusuz və pakalnıb. Vəssəlam.
salam aleykum kohne Azerbaycan mahnisi var adi da azerbaycanim.orda metnde sanki hansisa qiz terif olunur ve sonra ise gel sevek vetenim Azrbaycanimi deyilir.bu halda mahni harama cevrilir?
Ответ / Cavab
Aleykumusalam.
Əgər sözləri və musiqisi haramdırsa, deməli hram olacaq.
Salam qardaş mən əhli sünnəyəm və əhli beyti çox sevirəm imamlarımızı və bütün sünnilərdə mənimlə həm fikirdilər alimlərimizdə hər bir müsəlman əhli beyti sevir sevməlidir deyirlər sələfilər isə özlərinə biz əsl sünnəyik deyirlər və əhli beytə az qala düşman kimi baxanlarıda var mən bir sünni olaraq kərbəla hadisəsinə görə imamlarımızı yad edirəm sünni tanışlarım belə yad edir sələfilər isə şirk bidət deyirlər hər şeyə qardaş indi onların bu fikirlərindən sonra özümü günahkar hiss edirəm əhli beyti sevməyimə görə yox sələfilər adımızdan isdifadə edir o cür sözlər deyirlər çox insanda siz sevmirsiz falan deyir nə məsləhət görərdiz qəribədə gəldə ürəyim çox sıxılır məndə onlardan sayılırmışam kimi gəlir məzhəbimi dəyişməliyəmmi sünni məzhəb haqdırmı köməy edəsiniz xaiş edirəm
Ответ / Cavab
Aleykumusalam.
Şiənin biliciləri sünni qardaşlarımızla sələfi canavarlarını bir birindən ayırd edə bilirlər. Siz və sizin kimilər narahat olmamalıdır. Biz bilirik vəhhabi - sələfi kimdir, sünni məktəbinə tabe olanlar kimdir və sünni cildinə girib cübbüəli kimi həqiqətdə vəhhabi ruhunda olanalr kimdir.
Salam.cadu heqiqeten varmi?varsa eger kimese olunub tesir edirse onu cixartdirtmaq gunahdir?cunki deyirler insani oldurmek ucun bele cadu var ..bu halda bele cixartdirmaq hemin duani gunahdir?
Ответ / Cavab
Aleykumusalam.
Cadu deyilən şeytan əməli var və bunun qarşısını almaq ALlaha həqiqi iman və inamla sığınmaqdır. Kimsə ona sığınarsa, cadu kimi şeylər zərrəcə təsir edə bilməz. Çünki bunlar əsasən insana psixoloji zərbə vurur və bu zərbələrin nəticəsi olaraq mənən əzilib xəstəliklərə ducar olur. CAdudan xilas olmaq cadu çıxartmaq deyil, ALlaha sığınıb dualarla olmalıdır.
1.Olumden sonra ruh bexrez aleminde qalir qiyametden sonra cennet ve cehenneme gedir?bu barede fikrimi nece 2.subhesiz ki Allah her seyin yaxsisini bilendir.Sualim beledir:korpe usaqlarin bu dunyada ezab icinde olmeyinin nece bir hikmeti var hemin usaqlarin ucun?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzdür. belədir
Körpələr əzab içində ölmürlər. Kimlərəsə körpələrə əzab verib öldürürlərsə, bu onların vəhşiliyidir. Burada hikmət axtarmayaq. bəşərin vəhşiliyininin səbəbini araşdırmaq lazımdır.
Salam. Mən ərimdən bir il əvvəl ayrılmışam. Uşağımız olmadığı üçün məhkəməyə getməmişik. Qeydiyyat idarəsində ərizə yazdıq ayrıldıq. Ərim mənim üzümə boşadım sözünü deməyib. Bilmək istəyirəm bizim dini nikahımız da pozulub ya yox
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, pozulmayıb. Ərinizin icazəsi və razılığı ilə talaq oxunmadıqca siz ər arvad sayılacaqsız.
Salam. 1.men namaz sozlerimi ve bezi zikirlerin tercumesini yadimda saxlaya bilmirem bu gunahdi? 2. Olen birine yasin oxuyurlar bu duzdu? Quranda bir ayede deyilir Quran öluler ucun deyil diriler ucundu. Biz oluye dua oxudugumuzda gedib ona catir? Ya savabi yazilir? Yada olen biri ucun halva biwirib paylamaq olar? 3. Bir savab iw gorub bunun savabinu rehmete getmiw yaxinina yazilsin demek olar? Ya artiq onuncun savab gunah defderi qapanib? 4.bezen cox agresivlewirem ve usaqlarima qarwi kobud oluram sora pewman oluram bu gunahdi? 5. Qohumlarimiz varki bezen yuxularindan rehmete geden birisini gorur ve yuxuda ondan yasin oxutmagini isdiyir bu duzgundur? Yuxuda rehmete geden birini gordukde ne etmek lazimdi?
Ответ / Cavab
Aleykumusalam.
1.Tərcüməsini yadda saxlamamağınız gunah deyil.
2.Quranın özü diriləri hidayət etmək üçündür. Hətta bəzi zahiri dirilər var ki, onlara Quran da təsir etmir. Ölüyə yetişən oxunmuş ayələrin savabıdır.
3.Bəli, olar. Onun özü üçün nəsə etməsi qapanıb. Bu dunyada qalanlar onlar üçün savab göndərə bilərlər. Hətta bəzi ölənlərin bəzi əməlləri yaşayır və onlara onun təsiri var. Məsələn birinə Quran öyrətmiş insanın öləndən sonra da həmin öyrətdiyi şəxs Quran oxuduqca ona savabı yazılar. Yaxud narkotiki insanların canına salmış bir məlunun ruhuna narkotikdən nə qədər əziyyətlər çəkilərsə, ona əzab artırılar.
4.Bu yaxşı hal deyil, onların qəlbini qırmayın.
5.Bəli, bunu edə bilərlər. Onlar barədə istənilən xeyirli işləri görə bilərsiz.
Salamu eleykuma necesiz? Qardaw men bilmirem niye ama cemiyetdrn cox sixiliram avtobustlardan ve cemiyetin cox olan yerlerinden sanki utaniram ve kompileksim yaranir men ne etmeliyem? Onceden twk edirem
Ответ / Cavab
Aleykumusalam.
Heç kimin fikrini əsas götürməyin ki, kompleks də yaranmasın. Allahın nəzərini əsas tutun. O bizə necə baxır və bizim necə olmağımızı istəyir. Bunu əsas götürün . Belə olduqda kənar nə fikirləşəcək, necə baxacaq kimi fikirlər çıxıb gedəcək.
Salam Aleykum Haci Sizden neyi sorusmaq isteyirem Bir insan öz yarini tapmagi secmeyi ALLAH insanin oz ixtiyarina buraxib yoxsa ALLAH insanin talehine omrune yazib evvelceden
Ответ / Cavab
Aleykumusalam.
İnsan belə seylərdə öz fəaliyyətində azaddır. Bu işdə ona zor yoxdur, amma bütün bunlar daxil heç bir sey ALlahın iradəsindən kənar deyil.
Salam men namaza bashlamaq isteyirem lakin baslaya bilmirem nese meni uzaqlasdir bashlamaga mene komek ede bilersiz?
Ответ / Cavab
Aleykumusalam.
Sizi namazdan dayandiran seytandir. Muxtəlif bəhanələr və sözlər, problemlər ortaya çıxaracaq. Bunun qarşısının alınmasının sadə yolu var. Qalxıb dəstəma alın və namaza başlayin.
Salam men fikr dedik de bu vesveseleri nezerde tutram ki Allah cism zaman mekan ve s kimi aid fikirler gelir beynime (vesveseler) ve Cox gozel bilirem ki bullari Allah'a aid etmek olmaz bu fikirler beynine gelir ve bullardan (bu fikirlerden) bu fikirlere fikir vermemekle qurtulmaq olur yeni bu fikirler beynime herdefe geldikçe mene günah yazilir Cox sağolun.
Ответ / Cavab
Aleykumusalam.
Siz özünüz ixtiyari olaraq belə şeyləri fikirləşmirsinizsə günahı yoxdur.