Страница 10 из 5746 << < 6 7 8 9 10 11 12 13 14 > >>
Emin |

Salam. Qalstuk taxmaq olar? Olmazsa hansı sebebe göre olmaz?

Ответ / Cavab

Aleykumusalam.

Bu məsihilərin şüarıdır. Müsəlmanlar bundan uzaq dursalar daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Zahra |

Salam haci. Usaq mohurun ustune consons baby yagi(usaq yagi) tokub mohur yagi tamm canina cekib rengi de deyisilib yeni elebil su tokulub ustune men de mohuru krantin altina tutub butov yudum palcigi ustunun yazilari filan qarisri palcig kimi oldu ama qoydum qurudu.indi onu istifade etmek olar?

Ответ / Cavab

Aleykumusalam.

Ondan daha möhür kimi istifadə etməyin, pak yerdə basdırın torpağa qatışsın.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Bende |

Salam verdiğim sualla bağlı narahat edirem qelbkkjn aram olması ucun tövbe elsem olar çin ki fikirlerin qarisiqdi bilmirem neyniyim Cox saholun

Ответ / Cavab

Aleykumusalam.

Sizin sualınıza cavab verilib, nə etməli olduğunuz da deyilib, siz özünüz artıq şeylər axtarıb öünüə problemlər yaradırsız. Siz əvvəldə cavablarda dediklərimizə əməl edin.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Sual |

Salam Haci. Erebce original Quran alib məscidlərə ehsan eden şəxs dünyasını dəyişəndən sonra da o Quranlar oxunduqca ona savab yazılır?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, inşaALlah ona da niyyəti qədərində savab yazılacaq.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Gerib Xanim |

SalamAleykum.Size gas barede sual yazmisdim,Cavabinizi refigeme bildirdim ve icinde rahatlig tapdi,cunki,ona demisdilerki,Kôlge gas doymesi gunahdir ve Giyametde cezan cox agir olar.Allah sizden razi olsun,Bize dahada meslehet verin,,,

Ответ / Cavab

Aleykumusalam.

Qadınlara üzlərində adi  təmizlik işləri görmək icazəlidir. Həmçinin hansısa qüsurlar varsa, onları aradan qaldırmaq olar. Amma bunu qadınlarımız bilməlidirlər ki, özünü gözəl göstər mək üçün edilən bəzəklər ancaq məhrəmlərin görə biləcəyi halda icazəli sayılar. Yəni naməhrəmlərin görə biləcəyi  şəkildə qadınlar özlərinə zinət verməməlidirlər.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Bende |

Salam bu gün men dua eliyirdim Allah'ı and verdim Əbəlfəzl (ə) Ağaya bunan önce bir zikrnoyrenmisdim ki orda Hz Əli (ə) hansisa gezilerinden dansiir bu zikrin tercumesiynen Allahdan basqa Məbud yoxdunun tercüme di bir birbirine oxsuyur mende herden ureyimde casib Allahdan basqa Məbud yoxdu cumelsinde Allah demey evezine Əli (ə) adın deyirdim ama ureyimde etrafdakilar esitmesin deye odaki sehfen bu sefer ele dua elediuim yerde bu zikr yadima dusdu ama bu Allahdan basqa Məbud yoxduda Allah sözünün yerin Əbəlfəzl Ağa'nın adin dedim ureyimde şeytan vesvese eliyirdiki fikrim yayılsın (sualin davanın yacam)

Ответ / Cavab

Aleykumusalam.

Əgər  bunu Allaha aid olduğunu bilirsiz və qəsdiniz Allah olubsa və səhfən ağzınızda başqa ad deyilibsə gunah olmayıb. Əgər bilərəkdən belə bir söz deyilərsə, şirkdir və tovbə edilməlidir.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Sual |

Salam Haci. Bakı şəhərində binalarimizdan kranti acanda gelen su axar su hökmündədir? Sistani ağaya təqlid edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, dövlət su xəttinə qoşulmuş  lülələrdən gələn su axar  su hökmündədir.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 13 Январь, 2020
Bende |

Salam size uzun sual yazın yollamaq ucun mail adresinizi yaza bilersiz Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Mail.ru da sualcavab2011 unvanina yazın.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Iman |

Neye gore Mekkede zevvarlar Kebe etrafinda dovre vuranda bunu saat eqrebinin eks istiqametinde edirler

Ответ / Cavab

Aleykumusalam.

Allah Kəbənin ətrafına olan təvafın qaydasını Həzrət Adəmdən başlayaraq belə olmasını öyrədib.

Mənəvi olaraq isə onu qeyd edək. Kəbə Aləml

rin qəlbidir və insanın da qəlbi sol tərəf meyilli yerləşib. Bir növ qəlbi qəlbə tərəf tutub tavaf edilir.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Gerib Xanim |

SalamAleykym.Size bir sualim var?1.Bir yaxin refigem var,namazgilan ve hicab bagliyirGaslari elede yoxudu ve hemise karandasdan istifade edir.Bu yaxinda bacisinin mesleheti ile salona gedib gaslarini bir illik- Golge gas doymesi texnikasi-edib,gasa forma veribler ve karandasa daha ehtiyyac yoxdur,Uc gun bundan gabag bir nefer ona deyibki, bu gunahdi niye bunu etmisen?Mene de zenk vurub deyirki, narahatam bu barede birdey bilmirsen?Ona dedimki,sene bukun degig deyerem,Menim sizin saytiniza hemise sual-yazdigimi bilir ve menden xahis edirki,sizden degig oyrenmek istiyir,cunki,her adamin sozune innanmag olmur,amma siz dini bizlerden yaxsi bilirsiz,,,Namehremlere gozel gorunmekcun deyil,sadece oz uzerinde biraz gozellik isi aparib,hem de karandasdan hec olmasa bir il istifade etmesin,,,Sizden meslehet istiyirem,,,Evvelceden minnetdaram,,,

Ответ / Cavab

Aleykumusalam.

Adi qüsurları aradan qaldırmaq üçün görülən işlər icazəlidir. Lakin qeyd etdiyimiz kimi naməhrəmlərə gözəl görsənmək qəsdi olarsa, haram olacaq və gərək naməhrəmdən gizlədilsin.

Allah sizə yar olsun

Задан: 13 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Ayan2 |

Salam. Bəzən gecə yuxuda yarıoyaq halda olmuş kimi oluram. sanki hər şeyi görürəm. Amma ayıla hərəkət edə bilmirəm. Və qorxunc bir şeylər ya məni boğur nəsə təsir edirlər. Ağırlıqlarını hiss edirəm. Çətinliklə ayət əl kursi oxuyuram.(və bu zaman səsimi kənardan heç kəs eşitməz) Bir müddət sonra ayılıram. Bu gecə də elə oldum. Oxuyurdum amma çəkilmirdi. Özü də dilim açılmışdı yüksək səslə. Amma axırda azan oxudum çəkildi.Mən bunları oxuyanda heç kəs eşitməz. Sanki oyağam və başqa bir aləmdəyəm kimi oxuyuram.Nədir anlaya bilmirəm. Bütün bunlar şeytanın zərərləridirmi? Necə xilas olum? Bununçün bir dua varmı? əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Bunlardan  xilas olmaq üçün yatarkən bir fatihə və 3 ixlas surəsi, və 3 dəfə ayətəl kursi oxuyub yatın.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Ayan2 |

Salam. Sabahınız xeyir. Yatıb qalmışdlm deyə sübh namazımı gec qıldım.Yaşadığım rayonda sizdəki vaxtın üstünə 10dəq əlavə etsəm olur 08:13.Namazımı bitirib saata baxdım ki, saat 08:13 dür.Təxminən 6 ya 7saniyə sonra 08:14 oldu. İndi namazım düzdürmü? 2ci sual. Müşriklə kafirin fərqi nədir? əvvəlcədən təşəkkür edirəm

Ответ / Cavab

Aleykumusalam.

Namazınız düzdür.

Muşrik Allahı tək bilməyən şəxsə deyilir. Kafir isə Allahı inkar edən şəxsə.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Gülnar |

Salam.əgər həkim qadının razılığı ilə hamilənin 7-10 tez doguzdurarsa,uşaqda heç bir problem olmasa bunun anaya həkimə günahı varmı?uşağı tez dünyaya gətirməyin səbəbi uşağın beynində başda qan dövranı pozulması təhlükəsinin qarşısını almaq olub, həkimi dediki nə vaxt sancı tutanda dünyaya uşağı dünyaya gətirsən uşaqda problem olardı, Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Burada əgər  nə ananın və nə də uşağın sağlamlığına heç bir təhlükə və ziyan yoxdursa, günah da yoxdur.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Sahibə |

Salam mənim xüms günüm yaxınlaşır.xums günümə qədər əgər əlimdə ilan pulu evə nəsə alsam pul qalmasa yenə xüms verməliyəmmi? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Xums günü əsasdır. Əgər həmin gün əlinizdə  heçnə yoxdursa və  xumsa düşəcək bir şey də yoxdursa, xums vacib olmaz.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Mehmam |

Əssəlamu aleykum. Xanım Ümrənin,yəni Muxtarın həyat yoldaşı Ümrənin şəhadət günü nə vaxtdır ?

Ответ / Cavab

Aleykumusalam.

Bu tarix  təqvimlərdə qeyd edilməyib.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Gülnar |

Salam 1). bu il Ramazan ayının orucu nə vaxt başlayır? 2).Mən əvvəlki illərin namazıni qəza etmək istəyirəm,o illərdə olan zəlzələ,ay tutulması üçün ayət namazı qilmaliyam?3). namazda əhərqunutda salavat 1 dəfə desəm sonra yadıma düşsə namaz batildir? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Bu il Ramazan ayı aprelin 24 ü başlanmalıdır.

Bəli, gərək ayət namazları da qəza oluna.

Xeyr, bu namazı batil etmir.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Fariz |

Salam qardaş namaza başlamaq istəyirəm ama fərqlidir məzhəblərdə bizdə də çox hissə sünnidir mən sünni namazı qılmalıyam ? Ya namazın fərqi yoxdur ? Köməy etsəz sevinərəm necə qılınır yaxudda necə qılmalıyam video falan varsa göndərərdiz zəhmət olmasa birdə siz hansı məzhəbi məsləhət görərdiz bilən biri olaraq sizə müraciət edirəm

Ответ / Cavab

Aleykumusalam.

Siz öz əqidəniz şiədirsə, kiminsə sünni olmaqlığı buna təsir etməz

Bu  videoya baxıb öyrənin.

https://www.youtube.com/watch?v=cl1xODXXpkY

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 12 Январь, 2020
Sual |

Salam Haci. Sistani aganin risalesinde yazılıb: Məsələ 156: Sidikdən digər bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Yeni meselen elim sidikden başqa bir necise deyibse, ve elimde necis zerreleri yoxdursa, bak suyu ile bir defe yuyulsa pak olacaq?

Ответ / Cavab

Aleykumusalam.

Əvvəl yuyulub nəcis aradan apaılmalıdır, sonra bir dəfə su tökməklə paklanacaq.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 11 Январь, 2020
.... |

Salam. Vehset namziile meyit namazi ferqlidir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, vəhşət namazı  meyyit dəfn olunan gecə qılınar ki, onun qəbr sıxıntsıından azad olmasına səbəb olsun.

Meyyit namazı isə dən olunmamışdan əvvəl  meyyitə qılınar.

Allah sizə yar olsun

Задан: 12 Январь, 2020 , Опубликовано: 11 Январь, 2020
.... |

Salam. Insan hemise soyusden uzaq durmalidir? Istisna hali var? Ve murdar paltar az suyla iki defe yuyulsa paklanar?

Ответ / Cavab

Aleykumusalam.

Söyüş üçün istisna yoxdur.

Bəli, nəcasət aradan gedən sonra iki dəfə az su ilə yuyularsa pak olacaq.

Allah sizə yar olsun

Задан: 11 Январь, 2020 , Опубликовано: 11 Январь, 2020
Страница 10 из 5746 << < 6 7 8 9 10 11 12 13 14 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com