Страница 928 из 5746 << < 924 925 926 927 928 929 930 931 932 > >>
313 |

Salam olsun sizə bir qohumumuz var özü siqaret çəkən insan deyil lakin xeyir işlərdə vasitəçi olmaq üçün öz qohum tanışdan siqaret çəkəcəyini deyib dəfələrlə siqaret alıb lakin çəkməyərək onu çəkənlərə sataraq pulunu imkansız adama kömək edib həmin insan düzgün iş görübmü ? Yəni onun etdiyi insan haqqı və ya dilənçilik olmayıb ki?

Ответ / Cavab

Aleykumussalam

Bele sheyler etmesin

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 17 Январь, 2017
Aydin |

Salam aleykum,ayaq uste ehtiyat namazi ile oturan halda olan ehtiyat namazi arasindaki ferq nedir?

Ответ / Cavab

Aleykumussalam

Ferq ruket hesabinda. Oturaq halda qilinan iki ruket ehtiyat namazi ayaq uste olan bir rukete beraberdir

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Nuray |

Salam. Islamda esas nece biri ile evlenmek meslehet gorulur? Namaz qilmayan ama haramlardan qacan biri de olsa olar kimi dua etmek olar? Veya icaze var bele birine? Men istiyerem namaz qilan haramlardan qacan biri olsun ama cox qisqanc olmasin islemey dostlarimla gorusmeyim veya geyimime soz deyen biri olmasin.Bunun ucun dua ede bilerem? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Baxishiniz sehfdir. Islamin teklifini oyrenmek isteyirsiz. Amma ozunuz islamda nece olmalisizi kenara qoyursuz. Men qelbim isteyeni edim, qadaqa qoymasin amma o islam deyen kimi olsun. Bele olunmu? Islam her iki terefin Allaha duzgun bende olmasini teklif edir.

Dua etmeye geldikde ise istediyinizi dua ede bilersiz.

Allah size yar olsun

 

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Allahi seven birisi |

Salam.1.Men bugun sam namazini qilarken bilmeden 4 reketli namaz qildim eyaga qalxib yeniden qilmaliydim yoxsa qesasinimi.2.Bir insan evini kiraye verib ordan pul qazanirsa o is ve ordan gelen pul halaldirmi???

Ответ / Cavab

Aleykumussalam

Yeniden qilinmali idi.

Beli halaldir.

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ayan |

Salam.Menim baldizimin oglu var mennen 5 yas balacadi.O mene namehremdi?

Ответ / Cavab

Aleykumussalam

Beli namehremdir.

Allah size yar olsun

 

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ekber |

Salam Aleykum. Qiyametin elametleri hansilardir ? Neler olmalidirki qiyamate yaxinlasmaq olsun yeni hansi elametler olmadiqca qiyamet olmaz ? Birde bayaq dedim Hz.Mehdi(ə.s) bayaq baxdim Peygemberimiz(s.a.s) deyibki Hz Mehdi 7-9 hakimyyetde olacaq. Yeni bu 7-9 il erzinde nolacaq ? Birde Hz Mehdi rehmete gedenden sonra ne bas verecey ondan sonra qiyamete yaxinlasmaga dogru gedecey ? Bu arada Hz Mehdi ne zaman basliyacaq fealiyyete ? Cox sagolun Allah sizden razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bunlar o qeder choxdur ki, bunlar barede cildlerle kitablar yazilib. Qiyamet Allah istediyi zaman olacaq. Bunun en evvel gostericisi ise Zamane Imaminin zuhur edib dunyani tam islah etmesidir.

Hazret Mehdi dunyani zulmden tam olaraq azad edecek. Zulmun kokunu qurudacaq.

Bundan artiq melumat uchun ise kitablara muraciet edin.

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
isazade.solnche |

salam haci. hem 2016 dan qalan hemde ki evvelki illerden qalmish qeza oruclari uchun keffare varmi?

Ответ / Cavab

Aleykumussalam

Son ilden qalan qezalari uzumuze gelen ramazana kimi bilerekden tutmasaz keffaresi olar.

Allah size yar olsun

 

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ilaxa |

Salam.men qusul alib cixdim sonra gozum dirnagima satawdi icinde qara kir var idi yegin dirnagin oz kiri deqiq bilmedim cimib coxandan sonra olub yoxsa yox.bele dusunurem kir olsada mence su onu isladib derinin altina kecer su mane olmaz.qusul duzdu?

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilen qusl duzdur.

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
emin |

Salam.. Men sekk etdiyim namazlarim olub.Batil olub olmadigini bilmirem.Dua ediremki belke bagislanam . Amma ureyim sakitlesmir.Isteyirem tovbe edim belke bagislanim.Indi tovbe edimmi ?2)Namazin sekk hokmlerini deyirem? Allah sizden razi olsun! Emeliyyat nece kecdi ?

Ответ / Cavab

Aleykumussalam

1. Ne shekki etmisiz? Shekklerin bezileri namaz ichinde duzelir, bezilerine fikir verilmez,bezileri ise batil edendir. Bu sebebe hansi shekk olduqunu bilsek ne etmek lazim olduqunu deyerik.

Shukrler olsun.

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Bende |

Salam. Facebookdaki sehifenizde gonderdim erebce yazilan sekili mesaj yerine. Amma cavab gelmedi. Nomremide o defe yazdim. Yene yaziram mumkunse whatsapda yazin mene. Gonderim baxin gorun ne yazilib ora. Nomrem: 055 781 58 75

Ответ / Cavab

Aleykumussalam

Mail.ru da sualcavab2011 unvanina gonderin.

Allah size yar olsun

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Aysu |

Salam. Menim size ozumu maraqlandiran suallarim olacaq. Oyrenmeye bilmeye ehtiyacim var. 1.Men ozumde inanmiram.Mollaya gedib kitab acdirirsan ozuve.O duzdurmu? Duz deyirler? 2.Menim kecen ilde qalan bilmirem nece aydi namazlarim qalib. Hekim nezareti altinda qaldigim ucun indide qila bilmirem. Namazlarim helle qezaya gedirdi. Men de bir muddet dayamdirdim. Qila bilmedim qezaya gedirdi.Indi tezeden bawdiyib qila bilerem ?

Ответ / Cavab

Salam. 1. Əlbəttə bunlar haramdir və o Quran acan "molla"lıarin hec biri soruşsaniz ərəb dilin bilmirlər. 2. Namaz ucun şəriətdə heç bir üzr yoxdur, hətta uzanılı vəziyyətdə olan xəstə belə uzanılı halda qılmalıdır namazlarını.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ekber |

Salam Aleykum. Hz.Mehdi(ə.s) dünyaya gəlib yəni aramızdadı ? Birdə Hz.Mehdi(ə.s) gəlincə qiyamət olacaq ? Yəni gəlişiylə nə baş vercəy? Deyirlər Hz.Mehdi(ə.s) gəlincə hər şey yaxşı olacaq ədalətli dünya olacaq yəni dünya düzələndən sonra zühr olacaq ? Ətraflı məlumat yazında

Ответ / Cavab

Salam. 1. http://az.islam.az/news/a-5941.html 2. Xeyr, Qiyamət günündən əvvəl İmam zühur edəcək və uzun illər hakimiyyətdə olacaq. 3. Bəli, o Həzrətin gəlişi ilə dünyada ədalət bərqərar olacaq.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
vefa |

salam. mene cavabi gonderdiniz cox sagolun amma men bu duanin azerbaycasin hardan tapim? Süfrə duası Bismillahir rəhmanir rəhim Əlhəmdu lillahi rəbbil aləmin. Vəl aqibətu lil muttəqin. Əssəlatu vəs səlamu əla səyyidina və nəbiyyina Əbilqasimi Muhəmməd. Və alihit tahirin. Və lənətullahi əla ədaihim əcməin. Minəl anə ila qiyami yəvmiddin. Həniən lil akilinə və bərəkətən lil bazilin. Və sihhətən və səlamətən lil hazirinə vəl calisinə və musafirin. Və rəhmətən li əmvatil hazirin. Əllahummə təqəbəl həsənatil muhsinin və itaməl mutimin. La siyyəma hazihil həsənəh. Və bəlliğ səvabəha ila ərvahi əmvati sahibil ihsan. Bihəqqi ayətil Qur'an. Və bi həqqi əsmaikəl husna. Və bihəqqi surətil mubarəkətil fatihəti məəssələvat.

Ответ / Cavab

Aleykumussalam

Bu duanin azeri tercumesini bir savadli ereb dili bilenden sorusha bilersiz. Bizim Indi vaxtimiz cox azdir. 4-5 gune tekrar suali yazsaz bunun tercumesin yazariq.

Allah size yar olsun.

 

Задан: 17 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ilaxa |

Salam.ayda))men bu suali duz 3 defe verdim yenede qaranliq qalib mene.tam bawa dusmureme eqd sohbetini.belke loru deyesiz)dediz kebinde atanin icazesi ile eqd oxunubsa er arvad sayilir qadinda ona tabedi.mende sual vermisdim ki nebilmek olarki eqd oxunub bizde ya yox dediz kebini kesdiren adamdan sorusun.nisanlima dedim soruwsun soruwmur deyir ayibdi utaniram.tek umudum sizsiz indi))demeli bizim kebin var day eqd nedi bilmirem nede nece olur bilmirem.eqd oxumag ucun addelni atamdan icaze alib oxunmalidi?yeni eqdin kebine adiyyati yoxdu?normal kebinde eqd oxunmur?oxumag ucunde icaze alinmalidi atadan?

Ответ / Cavab

Salam. Baxın, kəbin və ya əqd fərq etməz eyni şeydi. Yəni aranızda İslami kəbin oxunubsa, yəni əqd duası oxunubsa, demək ər-arvadsınız qanuni Allahin yaninda. İndi bunu təyin etməyin bir yolu var o da sorushmaq, əgər oxunmayibsa biri-birinize haramsiniz.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Anamika |

Salam! Size bir nece sualim var1) eger namaz gilan zaman ushaq qirirse ariya onu giraqa cekmek namazi pozur? Namaz qilanda ushaq mohuru goturub gacir ve namaza mohursuz devam edirem, bu namaz duzugun sayilir? 2) cox cox uzr istyirem namaz gilan zaman qaz cizmaq istiyirsen insan ozun sizib saxliyirsa namaza devam edir deyanmir, onda namaz duzugun sayilir yoxsa pozulur ve destamaz alib birde bashlamaliyam? Teshekur edirem Allah razi olsun.

Ответ / Cavab

Salam. 1. Xeyr, pozmur eger bashinizi qibleden dondermirsinizse. 2.Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə, namazın vaxtı geniş olduqda onu başa vurub, ehtiyata əsasən onu yenidən qılmaq lazımdır. Vaxt dar olduqda, bu namazın qəzası yoxdur. Hər iki halda aşağıda deyilən göstərişə əməl etsin:

İlk növbədə kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mədəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir. 3. beli, duzdur namaz
Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Anonim |

Salam Aleykum.Nə gədər duzgundu 20 yanvar nişan etmək? Evdə , aşigsiz. Allah razi olsun.

Ответ / Cavab

Salam. Yaxşı olar ki, bu umummilli hüzn günü əyləncə, şadyanalıq olmasın.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
salam |

Salam qardas basqa millətdən olan qadinla kəbinsiz cinsi münasibətdə olan səxs necə etsin olar onlar sigə etsinlər gunah olmasin? Təsəkkurlər

Ответ / Cavab

Salam. Belke siz başqa dinin nümayəndəsi demək istirsiz? Hər halda istər millət, istər din problemi yoxdur (müvəqqəti nigahın).

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ilaxa |

Salam.bize bir bele mesaj gonderibler:eziz wie qardawlarimiz imam Xomeyni mescidinin azerisiga 1938m borcu var.ve deyir hamidan xahiw edirik birlesek komek edek bu borcu odeyek million(pul kecirtme aparati)vasitesi ile hetta kodunuda gonderib.bir wexsinde buna inanmagi gelmedi dedi mence mescidde qaz isig pulsuz olmalidi hemde bu qeder borc nece yogila bilerki.dedim bizden ne gedir allah xatirine odeyerik.dedi allah xatirine bir insanin qarnini doyuzdurursan corek pulu verirsen budu allah xatirine ama day dovletin ve memurlarinin planini doldurmursanki bu fikirle razisiz?2-ve sizde deye bilersiz?bu mesaj duzdu?mescidde isig odenilir?pulsuzdu?3-birdeki o mescidin harda yerlesdiyini deye bilersiz?

Ответ / Cavab

Salam. Məscidlərə qaz dövlət tərəfindən pulsuz verilir, işıq isə məscidin öz büdcəsinə ödənilməlidir, məscid bildiyimizə görə Bülbülə qəsəbəsində yerləşir və adı hazırda dəyişdirilib və başqa adla qeydiyyatdadır və yaxşı olar ki, məscid borcunun ödənilməsində məscidə gələn kənd/qəsəbə camaatı yaxından iştirak etsin.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Sual |

Salam. Ushag yatarken dirnaglarin kesmek olar mi? Destemaz aldigdan sonra ushaga sud versem destemazim pozulur ? Cox sagolun

Ответ / Cavab

Salam. 1. Olar. 2. Xeyr pozulmur.

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Ramiz |

Salam Haci Zehmet olmasa herf seyfimi düzeldin ve tercümesinde yazin... Emmen Yücibul müsterre iza deahi ve yekşifissun.

Ответ / Cavab

Salam. Əmmən yucibul-muztarra izə dəəhu və yəkşifus-su - Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman, onun duasını qəbul buyuran

Задан: 16 Январь, 2017 , Опубликовано: 16 Январь, 2017
Страница 928 из 5746 << < 924 925 926 927 928 929 930 931 932 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com