Salam.kfc halaldi?toyuqlari.kfcde ama sertifikat vurulubki deyirler halaldi
Ответ / Cavab
Salam. Bir neçə ay bundan əvvəl özümün soruşub araşdırmama əsasən Səba toyuqlarından istifadə etdiklərinin və bununla bağlı sertifikatlarının oldugunun şahidi olmuşdum. Hazırda bilmirəm vəziyyət necədir, əvvəlki kimidirsə, halaldır.
Salam. Namazda bezi yerlərdə a ilə ə ni qarisdiriram hemdeki bezi yerlərdə həmin duaların oxunuşda a ə ziddiyetlerinin oldugunu gorurem bele ki bezi yerlərdə ə kimi bəzisində s kimi oxunus verilir bu namaza manedir ve ne etməliyəm? Əhli sunne Allah razi olsun
Ответ / Cavab
Salam. a və ya ə ilə desəniz batil etmir, ancaq düzgün oxunuşda əsasən ə ilə tələffüz olunur.
Salam axwaminiz xeyir. Bir weyi sizin vasitenizle oyrenmek deqiqlewdirmek isteyirem. Bilmirem yadiniza duwer ya yox. Hardasa 1 2 ay evvel sehifede bir sual gormuwdum. Xanimin suali bele idi ki namaz qilandi amma heyz olduqda uwagi soruwur niye qilmirsan, xanim da yalan demek istemirdi uwagina. Siz bele buyurdunuz ki heyzliyken qeza namazlarini qilin. Bu ne derecede duzgundur? Menim 3 gunun qeza namazlari var boynumda bilmek isteyirem ki heyzli halda o namazlari qila bilerem?
Ответ / Cavab
Salam. Mümkündürsə, sualın cavabin screenshot edib atin baxaq, yəqin ki, səhv başa düşmüsünüz, heyzli vaxti namaz qilmaq batildir.
Salam aleykum qardaş mənim yaxinim basqa millətdən olan qadinla kəbinsiz cinsi münasibətdə olur oglan həmdə ailəlidi necə etmək olar ki oglan o qadinla sigə elətdirsin ki gunaha batmasın bunları bir birindən ayirmagda olmur islə bagli əlaqələri var. Neynəmək olar ya yoxsa onlar haram olub ömürlük bir birinə ? Cox sağolun
Ответ / Cavab
Salam. Qadın ərli qadın olmayıbsa, haram olmurlar, onları başa salmaq lazımdır sadəcə.
Salam. 1. Uzumde prisik var idi onu sixdim sonra xeyli qan axdi gozledim qurudu yara kimi oldu sonra destemaz alib namaz qildim. Namaz batil deyilki? 2.Birde namaz qilanda hava cixarsa yeniden yuyunmaq, alt paltarini deyiwmek lazimdir? Yoxsa sadece destemaz almaq kifayetdir? Sag olun
Ответ / Cavab
Salam. 1. Qanı yumusunuzsa, problemi yoxdur. 2. Namaz əsnasında yer cixsa, namazi saxlayib destemazi yeniden alib qilmaq lazimdir.
Salam aleykum haci, xristian bir insan dunyasini deyirisir, onun yanindaki adam elini oluye vurur, eger bir muselman hemin adama toxunursa, muselman hansi qusulu almalidir?
Ответ / Cavab
Salam. Beden isti-isti deyibse eli qüsul dushmur, soyumush bedenine deyibse, messi-meyyit quslu alinir.
Салам алекуме.мееим дестемазым дуздурму.1 нийет едирем ки дестемаз алырам вачибен гурбетен иллелах дейе дейе елерими йуйурам.2 узуме су чыррырам 2 дефе узуму юуйурам.3саг голуму йухарыдан ашагы сонра сол голуму йухарыдан ашагы юуйурам.4 сонра елимде галан су иле башыма бир дефе меhс чекирем.5 соноа тсе саг аягыма меhс чекирем сонра сол аягыма меhс чекиоем.хаиш едирем бу 4 илде алдыгым бу гайдайла дестемазым дуздурму?саголун
Ответ / Cavab
Salam. 1. olar, dememek de olar, esas odur bilesiz ki, destemaz alirsiz. niyyeti dille demek vacib deyil. 2. uzu yumurlar iki defe, bir ve ya iki defe su uze vurub yayirlar uzun her yerine ki quru ye olmasin. 3. beli 4. beli 5. beli duzdur
Salam. Su kesilmisdi deye 100 litrlik bakin suyundan istifade edirdik. Elim cirk olanda kranti acib elimi hemin suyun altinda bir defe saxlayanda pak olur? Yoxsa iki defe deymelidi hemin su elime?
Ответ / Cavab
Salam. Qeyd etdioyiniz halda su qəlil sudur və bir dəfə yumaqla pak olmur nəcis, iki dəfə yumaq lazimdir ən azı.
Salamun Aleykum.Krantdan gelen su az su olsada bir defe yumaq kifayet eder yeni? 2.Dini mahni yukleye bileceyimiz ve yukleyerken gunah qazanmayacagimiz sayt adi deye bilersizmi? Allah razi olsun.Onceden tesekkurler
Ответ / Cavab
Salam. Damci-damci kimi gelse yox elbette. 2. Teessuf ki bilmirik. Buyurun
salam aleykum yeni iwimde vaxt qitdigina gore namazlarimi biraz telesik azan iqamesiz ve duasiz qiliram ve vaxt kecdi indi iman azali ele bil ki, evdede azan iqame demirem gunah iwlwtmiw oluram?
Ответ / Cavab
Salam. Azan, iqamə deyilməsi vacib olan bir əməl deyil, yəni günah deyil ancaq təkid olunan bir əməldir, desəniz daha yaxşıdır. Üstəlik duasız də naamz qılırsınızsa, bu əlbətə ki, namazın mənəvi şirinliyin öldürüb yavaş-yavaş sizi uzaqlaşdıracaq ki, bu da şeytanin hiylələrindəndir...
Salam Aleykum, men bir sual vermek isteyirem, bunu mene ateist deyib cavablandira bilmemisem. Sual beledir ki, Qurani-Kerimde Allah Seytani cennetden qovub, bes nece oldu ki, Ademi yoldan cixartmaq ucun cennete nece daxil olub yeniden? Xahis edirem bunu menim Quranin Allahin kelami olduguna subhe etmek kimi basa dusmeyesiz.
Ответ / Cavab
Salam. Əvvəla ora cənnət deyil idi. Cənnətə elə bir məkandır ki, ora daxil olan bir daha oradan çıxmaz.Əgər ateist belə sual verirsə, onda Allaha iman gətirib ki... :) Bundan başqa, heç vaxt ateistlərlə mübahisəyə girməyə çalışmayın, onlar hədis, Quran qəbul etmirlər, necə mübahisə edə bilərsiz axı?! Onlarla Əqaid, fəlsəfə, məntiq elmlərindən istifadə etmək lazımdır, onlarla əqli qanunlarla mübahisə etmək olar. Buna görə, siz bilənə yönəldin o cür şəxsləri.
Salam Haci necesiz. Haci men yıxılmışam burnum sınıb ceper eyrılıyı var emeliyat eliyecem, ama üstün eyrılıyın düzeltmek üçün estetik eliyıb düzeltecek bu icazelidirmi? Yeni bu eyrilik sonradan olub yıxılandan sonra anadan gelme deyıl. Ayetullah Sistani Aganin mugellidiyem
salam. dunen size niwanlilarin kebin baresinde soruwdum, etibar var tebii ki. ewitmiwem ki, 4aydan cox arali qalmamalidi er-ervad, oncun soruwdum ki, yani indi kebin edib ama toya hele 4 aydan cox var. gunah olmazki?? onceden tewekkur edirem
Ответ / Cavab
Salam. Şəriətə əsasən ər arvadini 4 aydan çox tək qoymamalidir beli, burda esasen cinsi mesele nezerde tutulub. Bunlar nishanlidirlarsa, aid deyil İNSHAALLAH
Salam Haci. Bir barmagimin dirnaginin bir balaca uzun oldugunu gordum. Qusl alarken dirnaqlarimi kesdim. Lakin birini kesmedim cunki o qederde uzun olmadigini duwundum. Sonra qusldan sonra indi kesdim. Yeri qalib. Bu hemin bow qalan deri ki var. Dirnagin altinda. Ora su deymeyib deye qusl batil hesab olunurmu?
Ответ / Cavab
Salam. Normal qüsul alanda dirnaq uzun olsa da altina su deyir, inshaallah deyib su ve batil deyil.
Salam. Cahili muqessir ne demekdir? Cahili qasir ne demekdir?
Ответ / Cavab
Salam. Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir. Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır. Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir. Məsələn, bir əməlin günah olması barədə başqasından eşidir, amma özü araşdırmır və həmin günahı təkrar edir. Yaxud namazın düzgün qılınma qaydasıını kitablardan oxuyub öyrənmək imkanı ola-ola bunu etmir və səhv şəkildə namaz qılır. Bu cür adam Allah qarşısında məsuliyyət daşıyır, amma tövbə etməklə və səhv əməlini düzəltməklə öz günahını bağışlada bilər.