Страница 930 из 5746 << < 926 927 928 929 930 931 932 933 934 > >>
Sual |

Salam. Namazin qunutunda yezide lenet oxuya bilerem? Eger bileremse bunu deqiq sekilde nece demek olar?

Ответ / Cavab

Salam. ƏLLAHUM-mələn qatələtəl Husəyniş-şəhid

Задан: 16 Январь, 2017 , Опубликовано: 15 Январь, 2017
Uzeyir |

Salam əleyküm.Sual vermişdimki nişandan sonra dini kəbin kəsilib rəsmi nigah olmamış xırda söz söhbətə görə qızın ailəsi nişanı geri qaytarıb nə nişan qayıdanda nə dəki sonrakı 2 il ərzində qız oğlandan talaq istəməyib.Qızın ailəsinın də hec bir tələbi olmayıb.Qızın atası oglandan icazəsiz və xəbərsiz kəbini geri oxutdurub qız indi başqası ilə evlənib.Siz də soruşdunuz ki kəbin qızın atasının icazəsilə kəsilib. Bəli qızın əvvəlki kəbini qızın atasının iştirakı və icazəsilə kəsilib həmin vaxt kəbin kağızınıda oğlana verib.Qızın ailəsi oğlanın haqqını yemiş sayılır ya yox? Oğlan bunu qızın qohumlarına deməlıdır yoxsa yox? Oğlan talağı özü oxutmasa günaha girmiş olurmu? nişanı qaytaranda qızın ailəsi oğlana və ailəsinə haqqsızlıq ediblər Oğlanda buna görə talağı geri oxutmur.

Ответ / Cavab

Salam. Burda haqq məsəsləsi əsas deyil, əsas vacib olan təlaqı oxutdurmaqdır, ki, qiz yeni əri ilə zina etməsin. Bir agsaqqal ortaya girib məsələni həll eləsin

Задан: 16 Январь, 2017 , Опубликовано: 15 Январь, 2017
salam |

salam.eyer bir hamilelik tamamlanmirsa(inkisafdan qalirsa)nedir sebeb?qismet?gunahlar?ya ne ?artiq 3cu hamileliyimdir yarimciq cox yorulmusam.Allah razi olsun haci.

Ответ / Cavab

Salam. Konkret cavab vermek mumkun deyil. Gunahlar, mesuliyyetsizlik, qismet, rəhmət və s.... Allah sizi qorusun!

Задан: 16 Январь, 2017 , Опубликовано: 15 Январь, 2017
Sevinc |

Salam Aleykum. Men bilmek isteyirem Kebin kesilende mezheb ferqi varmi? Oglan mohursuz qilir, qiz shiedir.. kebin nece kesilmelidir? Nelere diqqet edilmelidir. Nezerinize catdirim ki xanimin gelecejde mezheb deyishmesi kimi riski ve fikri yoxdur.. Allah razi olsun. Sistani aga

Ответ / Cavab

Salam. Kəbin kəsilməsində fərq şahidlərlə bağlıdır. Sünni məzhəbində şahidlərin iştirakı vacibdir, cəfəri məzhəbinə görə isə müstəhəbdir. Qalan məsələlələrdə ciddi fərq yoxdur.

Задан: 16 Январь, 2017 , Опубликовано: 15 Январь, 2017
Bende |

Salam. Yehudiler ne qeder peygemberi haqsizcasina qetle yetiribler?

Ответ / Cavab

Salam. Dəqiq sayı bilinmir, ancaq məlumat var ki, hətta bir dövrdə 70 Peygəmbəri qətlə yetiriblər.

Задан: 16 Январь, 2017 , Опубликовано: 15 Январь, 2017
vig |

Salam Aleykum Haci 1) Sabun necisdi? Diyirlerki Donuzdan duzeldilib? bu gun elimi sabunla yudum sabun paltarima deydi fikirli qaldim 2)Allah , Musa (e.s) nece danisdi o danismaq nece olur? cox Saolun Haqqimi Halal edin

Ответ / Cavab

Salam. 1. Donuz yagindan duzeldilibse, beli. 2. "Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı." - "Nisa" surəsi, 164

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
1116 |

Salam aleykum 1) eyer qadindan doguwdan 10 gun sora yenede qan gelirse (coxlu) ne etmelidir? Size sual gonderdim sizde sizde aga sistaninin risalesinde bu barede yazdiqlarina aid link gonderdiz. (Allah sizden razi olsun) qardaw orada deyir "qadindan coxlu qan gelse her namaz ucun qusl almalidir" aga bes qadin doguwu apresle edibse indide tikiw yeri tam sagalmayib deye her namaza qusl ala bilmir hemde qiwdi xestelenme imkani var bu ne etmelidir? 2) aga uwaq ana sudune meyl etmir hansisa musteheb zikr ve ya emel varki uwaq ana sudune meyl etsin? 3) dinimizin hansi xususi gosteriwine emel etsek uwaq gelecekde imanli pak mominlerden olar? Nese xususi zikr var ya emel? Allah elminizi artirsin

Ответ / Cavab

Salam. İstihazeyi kesiredir, her namaz ucun qusul alinmalidir. Əgər cimə bilmirsə, hər dəfə təyəmmum etməkdir vəzifəsi, ta əməliyyat yeri sagalana qədər.

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Sual |

Salam. Ayaqqabinin altini krantin altinda yuyarken ayaqqabinin altindan ustune dogru axib geden su orani da necis etmir ki? Yoxsa tabe olma qaydasi ile ayaqqabinin alti pak olan kimi ustu de pak olur? Sistani aga.

Ответ / Cavab

Salam. Xeyr, necis etmir eger su ile birge necis gelmirse

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Ya Ali |

Salam aleykum. Men destemazda uzu qollari 3 defe yumagin haram oldugunu bilirdim. Amma qollarimi yuyanda qolumun bir terefine bir nece d3fe su tokub yuyub sonra qolumun ters terefine bir nece defe su tokub yuyurdum. Ozum ozumluyunde bunu 2 defe yumag kimi bilmiwem. Destemazlarim ve namazlarim duzdurmu? indi tam qaydada duzgun almagi oyrenmiwem. Amma ilyarime yaxin bele almiwam

Ответ / Cavab

Salam. Əgər məsələn siz qolunuza (iceri ve ust terefe birge) 3-4 defe su tokub sonra elinizle suyu yayirsinizsa ve bunu bir hesabliyirsinizsa ve bir de bu cur tekrar edib ikinci defe de eynile edirsinizse demek ki, 2 defe yumush sayilirsiniz ve bu cur duzdur.

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Ya Ali |

Salam aleykum. Tar ve ya balalayka aletinde ifa etmek olar? Eger haram meclis deyilse

Ответ / Cavab

Salam. Buyurun - http://az.islam.az/article/a-152.html

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
emin |

Salam... Haci 1)Men destenamaz alanda uzume suyu bir az sertle vururam bu destenamaazi pozar?2)Rukunun sekk hokmunu deye bilersiz? Allah sefa versin

Ответ / Cavab

Salam. 1. Xeyr, pozmaz. 2. Konkret hansı halda? Yəni, zikrindəmi ya hərəkətindəmi?

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
gulnara |

Salam.Namaz qılınan yerdə rəhmətə gedən adamın şəklinin olması səhv deyil?twk

Ответ / Cavab

Salam. Namaz qılanla üzbəüz olmasın problem yoxdur.

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
123 |

salam qardaş.vətəqəbbəl şəfaətuhu fi ummətihi vəlfəd dərəcətəh axiri yadimnan çixib zəhmət olmasa yazardiniz.

Ответ / Cavab

Salam. Vətəqabbəl şəfə'ətəhu fi ummətihi vərfə' dəracətəh

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Əli |

salam Hacı.1.mənim 5 illik qəza orucum var.bilmirdim vacibdir.indi mən qəza orucunun yerinə fəqirə pul verə bilərəm və nəqədər verməliyəm gununə gorə.2.məndə xüms var sizə etibar eliyirəm...çox sağolun Allah sizden razı olsun.

Ответ / Cavab

Salam. 1. Saglıgında insan ozu qilmalidir qəzalarını. 2. Sizin yazdığınız şəxs hazırda əməliyyat olunub, cavablandıra bilmir sualları, yeqin ki, nese problem olub o vaxt ya unudub. Deqiqleshdirib yazariq size. Email-nizi gonderin mumkunse ve teqlidiniz kimedir qeyd edin

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Ilqar |

Salam.qibləni bilmədiyim yerde necə təyin edə bilərəm qiblənin harda olduğunu?nəyə əsasən təyin olunur?Bakı şəhərinin qibləsi hara deşür təxmini başa salın zəhmət olmasa

Ответ / Cavab

Salam. Yaxınlıqdakı məscidə gedib soruşun, ya yaxınlıqda qəbiristanlıq varsa, qəbirlərin istiqamətinə əsasən, qonşuluqda bir namaz qılan varsa, etibarlı ondan soruşun ya da qiblənamə alıb təyin edin...

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
ruslan |

Deyillərki sübh namazinin qəzasi yalniz sübhdə qilunmalıdir.bu düzdür.

Ответ / Cavab

Salam. Xeyr, duz deyil. Yaxşı olar ki, elə həmin günü qılasız

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Feride |

Salam.Anam tezelikce rehmete gedib.biz uwaqlari ne etsek onun o dunyada rahat olmagiycun ?savabi ona getsin?

Ответ / Cavab

Salam. Allah rəhmət eləsin, axirəti xeyirli, nurlu olsun. Mərhumun adından nəzir verə bilərsiz, onun ucun dua, Quran oxuya bilərsiz, borclari varsa, borclarin qaytarin, kimin haqqi varsa boynunda halalliq alin onlardan...

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
anonim@ |

Salamun Aleykum.Avropalilarin istehsal etdiyi meshur etirleri istifade etmek duzgundurmu?Yoxsa gunahdir? Onceden tesekkurler

Ответ / Cavab

Salam. Haram deyil.

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
salam |

Salam. İnsanların rəyini önəmsəməmək üçün, tərif və tənqidlərinə lageyd yanaşmaq üçün nə etmək lazımdı? Zəifliyim var bu barədə.özümdən asılı olmadan harasa gedib evə qayıdanda elə bu haqda düşünürəm.əminəmki arxamcada danışırlar, buda narahat edir əlbətdəki. Mövlana demişkən nə düşünürsənsə osan sən. Bu haqda düşünmək, narahat olmaq istəmirəm. Necə edim, köməyunizə ehtiyacım var. Çox sağ olun

Ответ / Cavab

Salam. Möminsinizsə, daha da sevinmək lazımdır danlınızca danışırlarsa. Hədisdə var ki, möminə lənət edərsən, özünə qayıdar, dalınca danışıb qeybətin edərsənsə, günahların sənə yazıb, sənin savablarını ona yazaram. Heç vaxt mümkün deyil, kimdənsə hamı razı qala, hətta ideal bir insan olsa belə yenə dalınca danışan olacaq, Peygəmbər və İmamların həyatına da baxsanız şahidi olarsız.

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
isazade.solnche |

salam aleykum haci. haci gecikdirilen qeza oruclari uchun de keffare var?

Ответ / Cavab

Salam. Mümkündürsə, bir az ətraflı yazardınız, hansı oruc və nə vaxta qədər gecikdirilir?

Задан: 16 Январь, 2017 , Опубликовано: 14 Январь, 2017
Страница 930 из 5746 << < 926 927 928 929 930 931 932 933 934 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com