Страница 978 из 5746 << < 974 975 976 977 978 979 980 981 982 > >>
Али |

Salam Aleykum ! cafari mahzabine göre eger qadın öz halka Arine üç defe deyirse, men senden boşanıram kelmesini dese onlar boşanmış sayılırlarAllah sizlere yar olsun!!

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, qadinin talaq haqqı yoxdur.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
islam313 |

Salam Aleykum. "Yasin" surəsinin rəhmətə gedən şəxs üçün oxunması haradan qaynaqlanır və bunun rəhmətə gedən şəxsə nə kimi faydaları var? Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Hədislərə əsaslanır. Buna həmin surənin  savabı yetişir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
.... |

Salam belə bir sual vermək istəyirəm bezi baxicilar varki haci xadimdir və quranla baxir bu gunah deyilmi quranla baxmasi və haci adini daşıması

Ответ / Cavab

Aleykumussalam.

Quran fala baxma kitabı deyil və Quranla ancaq istixarə düzgün sayılır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
seyyide |

salam Hacı.zəhmət olmasa Fəyyaz duasının tərcuməsini yazardınız.Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Bağışalyın vaxtımız imkan vermir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
gulnar |

salam bizim iwde hekim xestenin adamlarindan pulun hamisini alir, deyir ki butun iwcilerin tibb bacilrin sanitarin, pulunu men verecem amma tibb bacisi xesteden hec ne almir,bu pul tibb bacisina haramdirmi ?2 bezen de ele hekim xestenin adamlarindan alir,hekim hemin puldan tibb bacisina vermir bele halda tibb bacisi hekimden oz payina duwen pulu hekimden isteyerse bu pul haram sayilirmi? her 2 halda Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Əgər  xəstənin adamı bunu ixtiyari halda verirsə,. xeyr.

Onun üçün verilibsə, tələb edə bilər.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Cemile |

Salam. Size 2 sualim var. xahis edirem etrafli cavab veresiniz. Onceden tesekkur. 1) 1 kiwi ölub. Amma sagliginda 2 ayri-ayri niyyetle qurban demiwdiki kesecek. Rehmete getdiyi ucun kese bilmiyib.Onun qurbanini kesmek aileden kiminse boynuna dusur ya yox ? 2)Bir de onun huzrunden toplanan pul ile o qurbanlari kesmek olar ki- o rehmete geden adamin boynunda silinmis kimi olsun o qurbanlar?

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər kişinin malından qalıbsa, həmin maldan götürüb kəsəcəksiz.

2.Əgər həmin pul onun üçün yığılıbsa , edə bilərlər. Övladlarına yardım üçün yığılıbsa, hamısının razılığı olduqda edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Salam |

Salam aleykum.Eger Islami tehqir eden yalniz mehkeme hokmu ile qetl olmalidirsa niye İmam Xomeyni salman rushdi.len.ucun olum fermani verdi? sag olun

Ответ / Cavab

Aleykumussalam.

Müctəhid özü qəzavət məqamındadır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
vigeroy |

Haci ayagima mesh eden zaman sol ayagima mesh edirdim yerden su elime deyib mesh etdim nece edim yeniden alim destemazi yoxsa?

Ответ / Cavab

Aleykumussalam.

Kənar su məshə qatışıbsa, təzələyin.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Gerib Xanim |

SalamAleykum.Bir sual meni duwundurur,Menim erim meni suruculuk mektebine yazdirib,ozunun mawini var,amma vaxti olmadigindan mene mawin almag istiyirki,oglum gusurludur ve onu herkun Sentra,yeni oz baxcasina aparim ve saat 4-de getirim eve.Bilmek istiyiremki,surucu mektebinde muellimler yalniz kiwilerdir ve dersden sonra oz mawininda surmeyi mene oyrederler,onu da geyd edimki,hicabdayam,ders 2-saatdi tek gedeceyem,amma mawinda surmeyi oyredende erim yanimda olacag.Ders 2-saatdi,amma mawin surmeyi oyretmek ise yarim saatdi,erim de deyir muellim tek olar mawin surende ve men gelerem,amma derse tek gedersen,men catdira bilmerem.Sizce men harama batiram??Dersde 10- neferik,kiwi,gadin.

Ответ / Cavab

Aleykumussalam.

Hicaba tam riayət olunduğu halda heç bir qadağası yoxdur.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Aygul |

Coxsagolun yazdiginiz ucun bes qelem suresinin son 2 ayesini hardan tapa bioerem?cox yerde var ama herf ferqi var meselen bezileri e ile bezileri ə ile yazilur ona gore

Ответ / Cavab

Aleykumussalam.

Və in yəkadul-ləzinə kəfəru ləyuzliqunəkə  bi əbsarihim ləmma səmiuzzikr.  və yəqulunə innəhu ləməcnun. Və ma huvə illa zikrun lil aləmin

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
ece |

Haci calisacam dediklerinizi edim, birdeki erimle kobudam, ola bilermi buna gore imanim zeifleyir? Bu haqdada melumat vererdiz ve hedis ya aye deyerdiz zehmet olmasa, 2, dediyiniz terzde ederem tevessul ama indiyenedek belede demisem, mes, ya ebelfezl aga seni and verirem imam huseyne Rebbimden menimcun filan seyi iste,sen menden daha yaxinsan Rebbime ve paksan,mense gunahkaram ve bu dille seni vasite edirem ve s. Bele etmek nece olarmi? Ve daha cox hansi terzde. Desem yaxsidi, bagislayin tekrar oldu

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu da böyük xətalardandır.  Qadın ərinə itaətkar olmalıdır.

Belə demək də təvəssülün bir qaydasıdır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Aygul |

Salam, 1)nezer ve 2)eseb ler ucun hansi dualari oxumaq olar???

Ответ / Cavab

Aleykumussalam.

Nəzər əleyhinə Qələm surəsinin son iki ayəsini əzbərləyib oxuyun.

Əsəb vaxtı isə Allahın adlarını zikr edin. Allahı zikr etməklə qəlblər arxayınlıq və rahatlıq tapar.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
ece |

Salam, mesumlara tevessul ederken hansi terzde dua etmek lazimdi ki, sirk olmasin?

Ответ / Cavab

Aleykumussalam.

İlahi əziz Pyğəmbərinə xatir, İlahi İmam Əliyə, İmam Huseynə xatir- belə deyin.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
ece |

Salam, men vaxt var idi butun gunumu destemazli olurdum, muxtelif dualar gece namazi qilirdim, nefsime 80% qalib gele bilirdim ve her seyide Allah xatir edirdim, haramlardan hetta mekruhlardanda cekinirdim, duzdu qisa surdu, belke bir nece ay ya daha az ama darixmisam o vaxtlarimcun, ele ola bilmirem, tovbe edirem, deyirem daha sabahdan gunah yox, pis dusunce yox, ama ede bilmirem, onda seraitim yaxsi idi indi ise problemler icindeyem, deyesen men rahatliq vaxti Allahla olan bendelerdenem. Komeyinize ehtiyacim var

Ответ / Cavab

Aleykumussalam.

Ruhunuzu çox yükləməyin. Vacib namazları vaxtında qılın, haramlardan qaçın və mümkün qədər namazları məsciddə qılıb moizələrə qulaq asın. Gün ərzində də özünüzü kontrolda saxlayın. Müstəhəbb əməlləri isə bir bir artırın, yəni birini etməklə adət halına dşdükdə ikincisinə keçin.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
157 |

Salam Hacı.heyz vaxtı çərəkə kitabından dualar oxumaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Yazılara toxunmamaq şərtiylə oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
888g |

Salam. Uzr istirem suala gore. Yoldasimla opusende dodagi qanamisdi opusende xeberim olmadan butun qan agzima doldu birazda uddum. Yeni sonradan basa dusdum bele oldugunu. Indi bu qan haramdi? Mene hansisa qusul vermek yaxud nese etmek lazimdi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bilmədən olubsa, eybi yox.

Qan nəcisdir, dəydiyi yerlər yuyulmalıdır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 7 Декабрь, 2016
Dost |

Haci salam Haci topaza girmek olar mesel ucun dostun girib senden yanindasan

Ответ / Cavab

Aleykumussalam.

Ora qumarxanadır və ora daxil olmaq belə haramdır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 6 Декабрь, 2016
Nigar.. |

Yara gani olsa gusul alarag paklanim yoxsa yuyunub temizlenmek kifay teir?

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə yuyunub paklanmaq kifayətdir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2016 , Опубликовано: 6 Декабрь, 2016
Salam aleykum |

"Bə`zi bəlaların Allah tərəfindən, bə`zilərinin isə Allahdan qeyrisi tərəfindən olması fikri düzgün deyil. Çünki bütün işlərin ixtiyarı Allahın əlindədir." Men ele basha dushdum,mes,kimse kimise vurub oldururse Allah buna bir hikmet esasinda izn verib,nese hikmet var ki,izn verib.Hemin adamin tam musteqil oldugun qebul ede bilmirem.Axi tek musteqil Odur.

Ответ / Cavab

Aleykumussalam.

İnsanlaı Allah dünya işlərində ixtiyar sahibi qərar verib. Siz deyən kimi düşündükə məsələ ona gedib çıxır ki, insanları günaha tərəf ə Allah aparır və günah üçün onlara qüvvət verir.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2016 , Опубликовано: 6 Декабрь, 2016
1111 |

Haci bagislayin deyesen men fikrimi ifade ede bilmedim.men sizden Yunisin duasi haqda sorusmusdum demisdiz beli ,bele bir hedisle rastlasmisiq.Sonra burda bir nefer sizden o duani sorusdu,dediz enbiya suresi87-88. Indi mene qaranliq qalan odur ki, menim bayaq yazdigim zikr ki var idi onu desek kifayeydir yoxsa 2 ayenin ikisini de butov demek lazimdir? Yoxsa menim size eyni suali verib incitmek fikrim yox idi. Tesekkurler.

Ответ / Cavab

Aleykumussalam.

Bu iki ayənin ikisini də oxuyun.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2016 , Опубликовано: 6 Декабрь, 2016
Страница 978 из 5746 << < 974 975 976 977 978 979 980 981 982 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com