"Allahla münacat və əlaqə o qədər ləzzətli və dəyərlidir ki, bunu dərk edən kəs heç vaxt maddi və dünyəvi məsələlər barədə düşünməz." Adi adamlar o meqama chata biler yoxsa bu chetin ishdir? Sag olun
Ответ / Cavab
Aleykumussalam.
Əlbətdə çata bilər. Məgər Peyğəmbərimizin və imamların dəyərli səhabələri adi insan deyildilərmi? Sadəcə zəhmət çəkmək lazımdır.
Qeyd etdiniz ki,"Belə düşüncə düz deyil." sebebin yazmadiniz,niye duz deyil,axi devetli qonaqla,devetsiz gelen qonaq eyni deyil.Men iran filminde gormushem,adam ucun birden bire Kerbela ziyaretine gedish imkani yaranir,filmde deyilir,bu Imam Huseynin devetidir.
Ответ / Cavab
Aleykumussalam.
Ona görə dedik ki, xüsusi dəvət gözləyərsiz, gəlməz, adi ziyarətdən də olarsız
Harada yazılıb ki, kim oturub gözləsə dəvət gələcək.
Salam Aga sualima gore uzr isteyirem. Dogum zamani menim analig yoluma tikiw edildi. Bu tikiwlerin gehveyi rengli cirki gelir. Men bele halda gusul alandan sonra yenede hemin cirk gelse gusulum pozulurmu? Ya aidiyyati yoxdur? Bir hefte sonra hekim sokuleceyini soyleyib hemin haldada cirk gelse bu gusula tezir edirmi?
Ответ / Cavab
Aleykumussalam.
Əgər çirkdirsə heç bir məsələsi yoxdur. Yara qanıdırsa, sadəə namaz qabağı yuyunub paklanmaq lazımdır.
Salam.haci bir qohumumuz ölű ucun yasin oxumagin duzgyn olmadiguni deyir hetta deyirki cenaze basdirilan gunu de qebir uste onuncun yasin oxumaq gunahdi.quran gerek ki diri insan ucun oxunsun.men onu basha dushmurem.o hansi dine imana mensubdur bilmirem.buna zehmet olmasa aydinliq getirerdiniz?
Ответ / Cavab
Aleykumussalam.
Bu vəhhabi düşüncəsiir. Sünnili şiəli hamı bunu düz bilir.
Haci Yunis peygemberin duasi deyende La ilahe illa ente subhaneke inni kuntu minezzalimin nezerde tutuldugunu zenn edirdim. BBu dogrudurm7 yoxsa butov ayeleri demeliyik? Cox sag olun.
Men bir yerde oxudum ki,bezi adamlari Imamlar ozu heremlerine devet edir,mes,hech ummadiglari halda ele bir sherait yaranir ki,onlar ziyarete gedirler.Bunlar adi ziyaretciden ferqlidir.Mende adi ziyaretci kimi pul yigib getmek istemirem,isteyirem Imam ozu devet etsin,ne dushunursuz? sag olun
Men bir yerde oxudum ki,bezi adamlari Imamlar ozu heremlerine devet edir,mes,hech ummadiglari halda ele bir sherait yaranir ki,onlar ziyarete gedirler.Bunlar adi ziyaretciden ferqlidir.Mende adi ziyaretci kimi pul yigib getmek istemirem,isteyirem Imam ozu devet etsin,ne dushunursuz? sag olun
Salam Haci qardas. Mefatihul cinan kitabindan basqa hansi dua kitabini meslehet gorerdiz ve ya mesumlarin faydali meslehetleri ile bagli? Cox sag olun.
Ответ / Cavab
Aleykumussalam.
Məfatihul cinan olan yerdə başqa kitab məsləhət edə bilmərik.
Her namazda ozume soz verirem ki,daha gunah etmeyeceyem.Amma namazdan sonra eseb gelir mene,pis hiss edirem ozumu,atamla anamin nese soz gelmir,lap esebleshirem,atamla hech cur sozum duz gelmir,ne edim ki,qelbim sakit olsun.
Ответ / Cavab
Aleykumussalam.
Siz özünüzü atanızdan yuxarı tutub onu özünüzdən aşağı bilirsiz. Bilin ki, bunun başında bu dayanıb. Valideyninizə itaət Allah tərəfindən Quranda əmr olunub.
Salam. Heyz qusulunda idim ve lak qoymuwdum dirnagima. Qusulumu aldim indi namaz qilmaq isdiyirem. Lakli dirnaqla destemaz almaq olmaz bilirem. Ama actonum yoxdu silim. Bawqa cure bilmirem nece silim. Bele qila bileremmi ? Ya bawqa ne ede bilerem. Indi namazimi dirnagimda lakla qilsam batilmi olar namaz?
Ответ / Cavab
Aleykumussalam.
Sizin qüslünüz də düz deyil. Bu lak heç nəyə lazım deyil, ancaq sizlərə bu zəhmətləri yaşadır. Onu təmizləyib sonra qüslünüzü yeniləyin və sonra da namazları qılarsız.
Axsaminiz xeyir olsun,haci. Men bilmek isteyirem ki,olumden sonraki heyatda ve ya o biri dunyada insan sevdiyi biriyle qovusur mu? Meselen dunyada sevmediyi biri ile aile qurur,sevdiyi biri basqasidir ve qovusa bilmirse eger.
Ответ / Cavab
Aleykumussalam.
İkisidə Behişt əhli olarlarsa və orada da birgə olmaq istəyərlərsə, başqa maniə də yoxdursa, mümkündür.
SALAM ALEYKUM ÜZR İSTEYİRİK SUALIMIZDA BİR AZ TƏKRARÇILIQ OLACAQ AXİ FİTRƏ PULLARINI YIĞAN ŞƏXS ONU ZAMANLA AĞIR XƏSTƏLƏRƏ VERƏ BİLƏRSƏ BƏS NƏ ÜÇÜN XEYRİYYƏ MƏQSƏDİLƏ RESTORANDA KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDE BİLMƏSİN AXI ORDA İŞTİRAK ETMƏK ÜÇÜN ÖDƏNİLƏCƏK HƏMİN 10 MANAT ELƏ AGIR XƏSTƏ ÜÇÜN SƏRF OLUNACAQ.
Ответ / Cavab
Aleykumussalam.
Sualı təkrar vermək məsələni dəyişməyəcək. Hər şeyin öz ünvanı var, orada xəclənməlidir.
Salam. Bildiyimiz kimi Azerbaycanda pir,ocaqlar kifayet qeder coxdur. Bilmek isterdim ki, kutlenin gedib pirden, ocaqdan neyise dilemesi ne derece duzgundur? Eger duzgundurse izahini vererdiniz zehmet olmasa
Ответ / Cavab
Aleykumussalam.
Pirdən, ocaqdan heç nə dilənməz. İstənilən halda dilənən ünvan ALlahdır. Ondan dilənməlidir. Pirə ya başqa ziyarətgaha gedib orada ALlahdan istəmək, ya orada uyuyan ALlah yanında ehtiramlı şəxsdirsə, onları vasitə qərar vermək olar.
Salam. Qızıl dişlər ölü basdırılmadan əvvəl mütləq çıxarılmalıdı? Və nə səbəbə çıxarılmalıdı? Çox sağ olun
Ответ / Cavab
Aleykumussalam.
Mütləq deyil, lakin süni dişlərdisə, bunu ağızda saxlamağın mənası yoxdur. Qızıl varsa bunu qəbirə qoymaq nə mənası, üstəlik bu vərəsələrə yetişən maldır.
SALAM ALEYKUM BİR QARDASHİMİZA FİTRƏ PULU VERİLMİŞDİ O DA EHTİYACİ OLAN AGİR XƏSTƏLƏR RAST GƏLDİKCƏ YAVAŞ-YAVAŞ VERİR.BUNA DİNİMİZ İCAZƏ VERİRMİ 2.DEKABR AYININ 8-DƏ MƏDİNƏ GÜLÜ RESTORANINDA XEYRİYYƏ TƏDBİRİ OLACAQ BİLET 10 MANATADIR BU YOLDAŞ HƏMİN PULDAN İSTİFADƏ EDƏRƏK O TƏDBİRƏ DƏ GEDƏ BİLƏRMİ NƏZƏRƏ ALSAQ Kİ ORA VERİLƏCƏK 10 MANAT 1 UŞAĞIN HƏYATA QAYITMASI ÜÇÜN İSTİFADƏ OLUNACAQ.
Salam bacim zikr edende elhemdulillah dmek evezine velhemdullah deyir .deyirem duz de . Deyir nene bele oyredib mene . Umumiyetle velhemdullah sozunun menasi var? Tewekkur
Salam eleykim və rehmetulah ve bereketu menim iki oglum var qulağına azan olunmayıb 6 ve 3 yaşları var ne etmek lazimdir. Qurbanda kosmetik bilməmişəm indi bilirəm kömək edin xahiş edirəm. Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
DAha qulaqlarına azan və iqamə oxumağın faydası yoxdur, böyükdürlər. Əqiqə qurbanınnı isə kəsə bilərsiz.