Страница 981 из 5746 << < 977 978 979 980 981 982 983 984 985 > >>
Bende |

Salam 1. Allah kelmesinde medd herf hansidir ki? 2. Cenabet quslu alarken yel cixsa destemaz almaq lazimdir qusldan sonra?

Ответ / Cavab

Aleykumussalam.

Əllaaaah

Bəli, belə olarsa qüsl pozulmaz, lakin bu qüsl dəstəmazı əvəz etməz.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
bbawirov bilal |

Salam .movlid gecesi ayin necesinen necesine kecen gecedi? Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam.

Peyğəmbərimizin mövludu 16 dan 17 nə keçən gecədədir, daha doğrusu sübhə yaxın.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
vigeroy |

Salam Aleykum Haci..... 1) Uze Lezva vurmaq olarmi(Yeni Haramdirmi)? eger olmazsa ne ucun? 2) eger uze lezva vurarsa bile-bile ne etsin? 3) Namazda cox Shekk edirem ve destemaz Alanda da qurbeten "ILELLAH" -Nan ILLELLAH Dilimde sef deyirem ama niyyetim biliremki ALLAHa goredi ama cox sixiliram dilden cox sehf edirem Haci bu haqda bilmek isderdim... 4)Namazda Cox Shekk edirem Secdeeye dusende fikirleshiremki goresen ayagimi bash barmagini yere duz qoymusam ya yox .... Cox Saolun Haqqimi Halal edin.....Salam Aleykum

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr üzün tükünü dibindən ülgüclə qırxmaq vacib ehtiyata əsasən haramdır.

2.Tovbə etsin və bir daha təkrarlamasın.

3.Namazı tam öyrənənə qədər namaz vərəqini əlinizdə tutub qılın.

4. Sadəcə diqqətli olun, yetər.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
İlhamə Rzayeva |

Salam. Əhli sünnənin 2 məşhur mühəddisi olan Buxari və Muslimin kitablarını öz alimləri İbn Həcər əl Əsgəlani və imam Nəvəvi süzgəcdən keçirərək bütün zəif hədisləri ayırmış, ayrı bir kitabda buraxmışlar. Eyni əməli şeyx Albani etmiş "Zəif Tirmizi", "Zəif Nəsai" kitablarını buraxmışdır. İndi hər bir əhli sünnə bilir ki, bu hədis zəifdir və onu tərk edir. Bəs şiəlikdə Kuleyni-Qummi-Tusinin kitablarını kim ələmişdir?. Çünki hədis toplamaq insan əməyidir və hər bir insan xəta edir. Mən eşitdiyimə görə Kuleyninin 16000 hədisindən , bir neçə mini zəifdir.

Ответ / Cavab

Aleykumussalam.

Şiəlikdə bu iş müctəhilərə aid olur. Onlar bu hədisləri tanıyırlar

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Beno |

Salam Haci. Xahis edirem cox xahis qardasima yene bu gunde dua edin. Ailelikle sizin Allaha edeceyiniz duaya cox ehtiyacimiz var. Qardasim gunahsiz yere isden cixarilir. Ve isden cixarilacaq qederde gunahi yoxdur. Ve bizim ucun adi sey deyil! Deye bilmerik nedir mesele. Amma sizden dua etmenizi isteyirem. Qardasim Memmedov Behrama coxlu coxlu namaz arasi dua edin. Bizde edirik. Cox sag olun. Allah sizden razi olsun. Mende size namazda dua edecem. Allaha emanet olun.

Ответ / Cavab

Aleykumussalam.

İnşaAllah boynumuza düşəni edərik.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
sual12345 |

Salam eleykum Umumiyyetle musiqye qulaq asmaq gunahdi yoxsa dini musiqiye qulaq asmaq olar? Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Haramına qulaq asmaq olmaz.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
sual12345 |

Salam eleykum Destemaz alanda sag ayagima elimi mesh cekende mence nemislik az olur Cunki evvelce basima cekmisem axi Elimi yeniden suyun altina tutub sonra ayagima ceke bilerem Cunki siz defelerle demisiz ki iynenin ucu qederde yere su catmasa destemaz batil olar Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz, elə əlinizdə qalan nəmlik kifayətdir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
sual12345 |

Salam eleykum Namaz qilanda qulagima ses geldi birnece defe Ele bildim qizim buruna cileyen dermani goturub burnuna ciledi Namaz qila qila bir defe adini cagirdim mohkem ki gelsin Geldi yanima Hec dermani goturmeyibmis usaq Namazim batildi? yeniden qezasini qilim? Ozumde cox pis oldum Allah seytana lenet elesin ama ses ele aydin geldi ki Coxsagolun Allahkomeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Namazı yenidən qılın.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Salam |

Salam hacı. Sualım belədirki nane arağı ile nane cövherinin ferqi nedir. Mədə ağrısı üçün xeyirli olduğu söylenilir, ama istifadesi haram sayılırmı? Mədə ağrısına görə Nane arağı iç deyilende razılaşmadığım üçün deyillerki adı nane arağıdı ama eləcə nane suyudu(nane cövheridi)yene de içmedim ALLAH razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Araq əgər məstedici içki olan nəzərdə tutulursa, haram və nəcisdir. Əgər nanənin sıxılıb çıxarılmış suyu nəzərdə tutularsa, pak və halaldır.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
sual12345 |

Salam eleykum Mir Movsum Aga Xidirzinda Baba bunlar kimlerdi? Dinimiz bu insanlara inanmaga icaze verir? Men bele esitmisdimki imamlarin neslinnendirler duzdu? Yeni umumiyyetle Pirlere getmek beyenilen emeldi? Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Mirmövsüm ağa Peyğəmbər nəslindən olan bir seyyidir.

Xidir zində dedikdə Həzrət Xızr peyğəmbər nəzərdə tutulur. Ona nisbət verirlər.

Pirlərə ibadət və ziyarət üçün gtməyin heç bir qadağsı yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual12345 |

Salam eleykum Muqeddes Qurani Kerimi oxuyanda uzu qibleye durmaliyiq ? Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Vacib deyil. amma belə olarsa, daha gözəl olar.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual12345 |

Salam eleykum Yoldasim dunen namaz vaxti 2defe mohkem asqirdi Namzi batil olmur? Hemin namazini yeniden qilmalidir ? Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Asqırma, öskürmə, hıçqırma və gəyirmə namazı batil etmir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual12345 |

Salam eleykum Bu yaxinlarda bele bir yazi ile rastlasim 1imam Huseyn (E)torpagina uzun muddet tekraren secde etdikden sonra torpagin rengi alinnan xaris olan ter neticesinde tundlesir qaralir Bele olduqda alinin torpaga deymesine manecilik toreden tebeqe emele gelir Onda hemin mohurun uzerine secde etmek olmaz Bu duzdur? 2 Butun mohurler imam Huseyn(e) torpaginnan hazirlanir Bu meqale vasitesile oyrendim Coox sevindim Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, əgər üzərində yağ qatı əməmlə gələrsə və bu torpaqla alın arasında maniə olarsa, qaşınıb təmizlənməlidir.

Xeyr, hamısı o həzrətin turbəti ilə hazırlanmır.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual12345 |

Salam eleykum Mucdehid secmesek olmaz? Sizin Haci Sahinin meslehetlerine ancaq emel etsek olmaz ? Cunki men tanimiram mucdehidleri Ve hansini nece sececeyimide bilmirem Bagislayin bilmedim ki sorusmaq olmaz hansi mucdehidi secdiyinizi Uzr isteyirem Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz, bilər də əməllərimizi təqlidə uyğun icra edirik.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
sual12345 |

Salam eleykum Suallarda oxudumki Namazda niyyetdeki tekbiri sesli yeni esidilecek derecede deyilmelidir Bu xanimlarada aiddir? Birdeki her defe tekbir deyende sesli deyek yoxsa ancaq niyyetde coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Bu hamıya aiddir və əsas meyar səsin eşidilməsi yox, səsin əslinin çöldə olmasıdır.

Bu ancaq birinci təkbirə aiddir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual12345 |

Salam elykum Bir defe siz demisdim ki Yasin oxuyanda butun rehmete geden insanlarin ruhuna hediyye etmek olar bunu nece deyim Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Bunu saəcə fikrinizdə tutmağınız kifayətdir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Ya Huseyn |

Salam Haci miska olan otaqda namaz qilmaq olarmi?birde usaq dogulandan nece gun sonra azan ve iqame qulagina oxunmali ve bunu hokman molla elemelidi yoxsa anasi atasida deye biler?

Ответ / Cavab

Aleykumussalam.

Qiblə tərəfdə olmasın.

Bir həftəsinə kimi edin və mollanın olması vacib deyil, bacaran yaxın adamlardan varsa, o da edə bilər.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Sual |

Salam eleykum 1 Bilmek olar siz hansi mucdehidi secmisiz? 2 Bes Haci Sahin hansi mucdehidi secib Melumat va bu barede ? 3 Mucdehid secmemis namaz qilmaq olar ? Tutaqki indi mucdehid secdim Flankes Sonra ne etmeliyem? Coxsagolun Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Təqlid mərcelərindən birini. Kiminsə kimə təqlid etməsini soruşmaq yaxşı hal deyil.

Birinə təqlid bağladıqdan sonra  dini ibadi əməllərinizi onun fətvalarına uyğun həyata keçirəcəksiz.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Nargiz |

Salam.Əgər bir qadının boynunda həm heyz,həm də cənabət qüsulu varsa necə etməlidir,yəni hansı qüsulu almalıdır?

Ответ / Cavab

Aleykumussalam.

İkisini də niyyət edib bir qüsl verməsi kifayətdir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Aytekin |

Salam.subh namazindan evvel quran oxumaq olar,yoxsa namazdan sonra daha feziletlidir?çox teşekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Nəzərə ələn budur ki, sübhdən sonra gün çıxana kimi daha artıq olar.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2016 , Опубликовано: 5 Декабрь, 2016
Страница 981 из 5746 << < 977 978 979 980 981 982 983 984 985 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com