Страница 986 из 5746 << < 982 983 984 985 986 987 988 989 990 > >>
Ayan |

Bes men rasiyada yasayiram burda men kimi sece bilerem???

Ответ / Cavab

Aleykumussalam.

Harada yaşamanızın fərqi yoxdur. Vikipedi-də müctəhidlərin siyahisi yazın, onların hamısı görsənəcək.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Salam |

Men bele anladim ki,insan etrafina chox diqqetli olmalidir,bizim dini ishimize qarishan biri casus ola biler,sosial webekelerde"Hecce getmek yoxsa xesteye el tutmaq"kimi movzu achanlar belke ele o ingilis casuslaridir? ola bilezmi? chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, düz düşünürsüz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Ayan |

Salam.Men artiq 5 aydir ki, Namaz qiliram ve sonra esitdimki Muctehidi olmayanin Namazi batildir bu duzdurmu?

Ответ / Cavab

Aleykumussalam.

Bu belədir, lakin o kəsin namazı batildir ki, bunu bilib və bilərəkdən bunu etməyib. Siz də  özünüzə təqlid üçün bir müctəhid seçin.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Aysun |

Salam. Eyer makyajli halda destemaz alib namaz qilmaq namazi batilmi edir ?

Ответ / Cavab

Aleykumussalam.

Makiyaj  dəstəmaza mane olur, onunla dəstəmaz almaq mümkün deyil.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Allah qulu |

Salam insan olumunu evvelden yeni bir nece gun evvelden bilmesi mumkundurmu?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Mümkündür, amma bu insan çox yuxarı səviyyəli mömin olmalıdır.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Salam |

Men qeyd edilen kitabi casusun etiraflarin oxuyub narahat oldum,onlar demek olar ki,butun isteklerine chatiblar,muselmanlar bir birin qirir,fars turk ixtilafi yaranib,alimlere,hecce,hicaba amansiz movqe var.Bes bu ishlerin axiri ne olacaq? sag olun

Ответ / Cavab

Aleykumussalam.

İnşaALlah dinin sahibi var. Başsız və yiyəsiz deyilik. Hər bir zalim öz cavabını alacaq.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Salam |

Muselman ölkələrində kilsə tikilməsi haram deyil?sag olun xamanei aga

Ответ / Cavab

Aleykumussalam.

Müsəlman ölkəsində məscid tuikilməlidir. Xristianlar zəruri ibadətlərini icra tmək üçün kilsə tikmək istəyirlərsə, onlara qadağa etmək düz olmaz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
.... |

salam, 17 dekabr Peyğəmbərin mövlududu?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, elədir. Bu böyük bayram Dekabrın 17 nə təsadüf edəcək.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Salam |

Salam Aleykum. Qüsul alanda " pak olmaq üçün cenabet qüsulu alıram qürbeten ilellah" deyirem düzdü? 2) qüsul alıb qurtaran kimi, qurulanmadan adi çimmek olar yeni başı yumaq? ALLAH Razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Düzdür.

Bəli, oalr.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Salam |

Salam Haci qardas Haci isti suyun ustune soyuq su tokmezler bu ne demekdi deyirler gunahdi duzdu?

Ответ / Cavab

Aleykumussalam.

Belə bir  qadağa yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Allahım |

salam, belə bir sualla narahat edirəm. Bu baş verənlər məni çox narahat edir. Quranda surənin ayəsində belə yazılıb ki, Ana ataya uf belə deməyin. Amma mənim anam məni cəmiyyət arasında təhqiramiz sözlər deyir, durduq yerə. Hətta qaynanamın yanında. Mənim başıma oyun açan ana, sabah qaynanamdan nə gözləmək olar?.. Ən çoxda insan içində. Məndə insanam, uşaq deyiləm 20 yaşım var. Özümü təkəbbür kimi aparmıram amma bələ sözlərin onun haqqında işlədilməsini kimsə istəməz düşünürəm. Mənə yol göstərin. Səbr edirəm, gecələr düşünürəm ki, nə desədə cavab verməyəcəm. Amma səbrim çatmır. Elə sözlər işlədib zarafat edirəm deyir. Belə zarafat olar? Özü məni qıcıqlandırır. sistani ağa) Cavab üçün Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Sizin hələ yaşınız çox azdır. Əlbətdə ananıza səbr edəcəksiz və onun bu işinə irad etmək istəsəz belə bunu şirin, sevgi və məhəbbətlə edəcəksiz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Aya |

Salam nezr orucu tutmay isdrem. indi nezr edremse srazi mi tutmay lazmdi 3 gun dalbadal yoxsa nezrm gebul oldugdan sonrami

Ответ / Cavab

Aleykumussalam.

Nəzriniz qəbul olduqda bu orucu tutmaq vacib olacaq.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Abdullah |

salam aleykum bilmek isterdim qadinin,xanimin mawin idare etmeyi mekruh deyil?pis baxilmir? Ayatollah Sistani Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam.

Hicabına riayət etdiyi təqdirdə qadının qadınlıq məqamına zidd olmayan heç bir iş qadağan olunmaz.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
SalAm |

http://kitab.nur-az.com/az/lib/view/190 Bu kitabda yazilanlari tesdiq edirsinizmi? chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bu kitabı oxumuşuq və bu müxtəlif dillərə tərcümə olunub.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Qumru |

Salam Hacı.Hacısəhv səcdəsinin özundə də səhv edəndə nə etmək lazımdı çox sağolun əvvəlcədən.

Ответ / Cavab

Aleykumussalam.

Burada səhf dedikdə ancaq zikrdə səhf edə bilərsiz, belə olduqda həmin zikri yenidən düz deyin.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
fehmin |

salam.1)tesbehle zikr ederken yaninda adamla sohbet etmek olar?ya gunahdir.2)aybasi oldugun halda ayetul kursi ve ya basqa dualari oxumaq olar?3)namaz qilan sexs dirnaq uzada biler?

Ответ / Cavab

Aleykumussalam.

1.Adi zikr vaxtı edə bilərsiz.

2.İstədiyiniz qədər dualar oxuya bilərsizz.

3.Altını təmiz saxlayacağı təqdirdə bir qədər uzada bilər.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
islam313 |

Salam Aleykum. Təsbehlə zikr etmək istəyərkən necə niyyət edilir və hansı sözlər neçə dəfə deyilir? Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Xanım Zəhranın zikrini edirəm deyib 34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəə Subhanəllah deyin.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Bende |

Salam. 1. Bakidan Elete geden kese namaz qesr sayilir? 2. Eletde nece gun qalarsa namazlar qesr qilanacaq?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qəsr qılınacaq və əgər orada 10 gün ya artıq qalacaqsa, o zaman namazlar tam olacaq.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
S.... |

Salam aleykum.Allah sizden razi olsun bize gozel meslehetler verdiyiniz ucun.inwallah bir nece gune ovladim dunyaya gelecek Allahin iznile biz qerarlawdirmiwiq yoldawimla oglumuz olanda eve cixmamiw ele hemin xesdexanada sunnet etdirek yeni 2 3 gunluk olanda. deyiller ki uwaqdi hele qoy yekelsin sizce biz duz edirik birde yeni dogulmuw uwaqlara şeri baximnan neleri yerine yetirmeliyik zehmet olmassa onu deyrdiniz .ALLAH OLMAYAN HER BIR KESE EMELI SALEH SAGLAM OVLADLAR NESIB ETSIN inşallah

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu iş düzdür. Onu evə gətirikdə onun  sağ qulağına azan, sol qulağına iqamə oxunsun, sonra yenidən sağ qulağına kəlmeyi şəhadət və sol qulağına kəlmeyi tayyibə oxunsun. Sonra onun adını ona deyin.

Onun üçün əqiqə qurbanı kəsilsin. Bu qurban başqa qurbanlardan fərqlidir. Öz xüsusi qaydaları var.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
GQX |

Salam Haci 1) ALLAHin Camal Sifetleri Ehl-Beytde var? Bu ne demekdir basa dusmedim 2) Men Dua ederken alnimi Secdeye qoyanda Dua ederken Sheytan menim Duami eshidirmi Yeni ALLAH izn verib bele seylere cunki isderdim yalniz ALLAH Duami eshidsin sheytan mexluqdu diye deyirem insheALLAH Basa dusersiz.... Haci Haqqimi Halal edin ALLAH Razi olsun Sizden cox saolun Salam Aleykum....

Ответ / Cavab

Aleykumussalam.

ALlah insanı özünə (necəlik) cəhətindən özünə bənzər yaradıb və ilk insan olan Adəmə -Siffətullah-Allah sifətli ləqəbi verib. Yəni ALlah alimdir, insan da alim olmalıdır, ALlah qadirdir, insan da üdrət sahibi olmalıdır, Allah bağışlayandır, insan da bağışlamalıdır, Allah izzətlidir, insan da izzətli olmalıdır və sair. Əlbətdə dərəcə fərqi var.

Eşitsə belə ALlah üçün xalis dua edilərsə, şeytan orada qüdrətdizdir.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2016 , Опубликовано: 1 Декабрь, 2016
Страница 986 из 5746 << < 982 983 984 985 986 987 988 989 990 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com