Страница 985 из 5746 << < 981 982 983 984 985 986 987 988 989 > >>
Aleyka |

Biz i tak onun anasiynan yashiyiriq ve anasi bezi sheyleri bilir atasi yoxdu. Cox bezmishem

Ответ / Cavab

Aleykumussalam.

Nəsllərində olan ağsaqqal, ağbirçək varsa, onlara müraciət edin.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
313 |

Салам ХАДЖЫ скажыте пожалуста Я не больной мне инвалид если Я выйду на пенсию то эти денги Я буду получать это ХАРАМ или ХАЛАЛ. Спосибо

Ответ / Cavab

Aleykumussalam.

Yesli eto budet sposobom abmana to da, budet şitatsya xaramom.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Aga |

salamun eleykum."inneddine indallahil islam" Ali imran19 menasini deye bilersiniz? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Yəni ALlah yanında din İslamdır. İkinci, üçünc din yoxdur. Bir din var. Bütün Peyğəmbərlər bir din gətiriblər. İnsanlar sonradan təhrif edib müəyyən adlar qoyublar.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
salam aleykum |

Salam aleykum. Namaza başlayanda təkbiri mütləq səsli deməliyəm? Əgər pıçıltı ilə desəm namaz batil olur? Elə olurki çaşıram piçıltı ilə deyirəm.sonra yenidən niyyət edib səsli deyirəm təkbiri.çox sağ olun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, səsli deyilməlidir və pıçıltı ilə olmaz. Səsli dedikdə isə qışqırmaq səviyyəsində yox, adi səsin çöldə olması nəzərdə tutulur

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
...... |

Salam Aleykum... Ve lem yekun lehu kufuven ehed yoxsa yekul lehu kufuven ehed...hansi duzdur?sagolun

Ответ / Cavab

Aleykumussalam.

Hər ikisi düzdür, birinci yazılış qaydası, ikinci isə deyiliş qaydasıdır.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Aleyka |

Salam. Bir sualim var, biz uc ildiki aileliyik, ve bu uc ilde yoldashim mene defelerce xeyanet edib, her defe baqishlanisham.. ushaqimizin 2yashi var, men boshanmak istiyirem ama ona bunu qorxuram demeye ushaqi mene vermeyecek! Bu insan mene hec cure fikir vermir, maraqi yoxdu deqqet yetiirmir. Oqlum olandan bizim aramizdan hec cinsi elaqemizde olmur uzr istiyirem, yani 4-5olub hardasa bu iki ilde. Men dushunurem ki o meni sevmir, cunki heme xeyaneti deyanmir, nede mene maraqi yaranmir. Cox vaxtda mende ayri bashka otaqda yatir. Neyniynim? Bilmirem ama cox yorulmusham. Deyir seni sevirem, ama seven insan sevdiyine bele elemez! Valideyinlerimden meni uzaq tutur gedib gelmey ucun gerek nece gun yalvaram. Qardashim arvadi russdu onunla munasibet saxlamak qetiyen qoymur! Neyniyim meslehet verin.

Ответ / Cavab

Aleykumussalam.

Onun öz valideynlərinə şikayət edin.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Anamika |

Salam sefer ayi bu gun cixir?

Ответ / Cavab

Aleykumussalam.

Səfər ayı artıq bitib.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Asim |

İmam Əli və yaxud digər imamları müctəhid hesab etmək olar ,

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, olmaz, İmamların məqamı bundan çox çox ucadır.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Sual |

Salam. Haci men insanlarin terifi ve ya alqisini deyersiz gorurem. Qarsimdaki hedefe catanda da niyyetim Allah rizasi olur insan terifi yox. Lakin bununla bele deyer verdiyim hansisa insan mene aci tehqiramiz nese soz deyende qelbime deyir. Amma sonra da dusunurem ki ne dusunduyunuz vecime deyil esas Allah teriflesin. Ancaq ilk o sozu esidende xetrime deymis olur. Sizce bu normal insani neticedi?

Ответ / Cavab

Aleykumussalam.

Bu normal haldır. İnsanlar hamısı müsbətə müsbət yanaşsaydı  dünyamız abad olardı.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Salam aleykum |

http://az.islam.az/news/a-27137.html Bu meqalede men muellife irad tutdum,o ise kobud cavab verib,siz baxin deyin,bu muellif shiedirmi ve haqlidirmi? chox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Nəyə irad etmisiz, onu qeyd edin.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
çiko |

Salam.1.Namazdan evvel azan və iqamə demek vacibdirmi?2.telefondan gelen azan sesiyle namazı qılmaq olarmı. 3.azanın və iqamənin sözlərinin düzgününü harafan götürmək olar?təşəkkür edirem

Ответ / Cavab

Aleykumussalam.

Azan və iqamə təkid olunmuş müstəhəbblərdəndir ki, adi hallarda tərk olunmamalıdır.

Namaz üçün özünüz azan və iqamə deyin.

İnternetin özündən tapa ilərsiz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Hicran |

Salam. 1.Mən Nmazın niyyət hissəsində "Niyyət edirəm iki rükətli sübh namazımı qılıram vacibi qürbətən ilallah" düzgündür? 2."Niyyət edirəm" sözünü demək lazımdır yoxsa?

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə  sübh namazı qılıram, qurbətən İləllah demək kifayətdir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Qasim |

Salam Oglan usagi ucun eqiqe qurbani haqqinda etrafli melumat vere bilersiz? Bu qurban en gec usagin nece yasina kimi kesilmelidi? Tesekkur

Ответ / Cavab

Aleykumussalam.

VAxtı tam müəyyən deyil, imkan olduqda kəsilə bilər.

Bu erkək qoyun olmalıdır. Əqiqə qurbanı  niyyəti ilə kəsilməli, sümükləri sındırılmamalı və həmin şəkildə bişirib (adətən böyük qazana qoyulub ət sümükdən ayrılana kimi bişirilir.) ehsan süfrəsi də açmaq olar, yemək şəklində fəqirlərə vermək də olar.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Nuray |

Salam.Men dunen axsam qusul aldim.Bugun seher baxiramki uzumde zer var bilmirem dunen aldigimda varidi ya bugun olub.Tezden qusul almaliyam? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda qüslü təzələmək lazım deyil.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Bende |

Haci Qardas Salam bir soz soruwum menim basma bir hadise gelmiwdi ve 17 yasim var idi onda ve ilk defe gelmiwdi olum ayagindaydim bogulurdum yani nefe salmirdim ve hekim gelenden sonra iyne vurandam sonra yatdim ve seher acilanda namaza basdamag istedim yaniki o weynen geddim(hec fikirlewmezdim ozumde) ve dedim gilacam her gun gilaram oyrenerem ama ele geceler olurduki hemin bu hadise biraz yasanirdi ve icimde ele bil namaz gil deyilirdi ve bogulurdum(sukur olsun indi hag yolundayam) ama bular neden oldu bele niye oldu ve ne idi?

Ответ / Cavab

Aleykumussalam.

Bəlkədə Rəbbinizin sizə məhəbbət şilləsi idi.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Ayxan |

Es Salamu Aleykum Ve Rehmetullah. men cume xutbesini oyrenmek isteyirem, xahish edirem zehmet deyilse cume gunu oxunan dualari yazin, ve hansi duadan sonra hansi oxunur, xutbenin movzusuna bashlamamishdan evvel hansi dua oxunur, bitdikde hansi dua oxunur ve s. evvelceden cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Bu İmam Cümələrə aid olan məsələdir və həmin səviyyəyə malik adam bunları bilir. Sadə insanın bunları sadəə əzbərləyib öyrənməsi ona fayda verməz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
فاطمة |

Salam.1.Ereb dilinin qrammatikasın mukemmel öyrenmekden sarı hansı ve kimin kitabin almaq olar? 2.erebce azerice luğet kitabi varmı.mumkunse onuda qeyd edin almaq ücün? evelceden teşekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Ərəb dilinin bir adi qramatikası var, bu gündəlik həyatda istifadə olunan dilin qramatikasıdır. Ərəb dilinin klassik qranmatikasını öyrənmək üçün isə mütləq dini elmi hovzələrdə tədris olunan kitablardan müəllim nəzarəti altında ərs almalısız.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Pünhan |

Salam hacı .kimese teqlid etmeyin hansı qaydaları var?yeni men Sistani ağaya teqlid etmek istiyirem ne etmeliyem ki teqlid edim?

Ответ / Cavab

Aleykumussalam.

Sadəcə kimə təqlid etməyi qərara alırsız və dini -ibadi əməlləri həmin müctəhidin rəylərinə əsasən icra edirsiz.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Letafet |

Salam.Menim yoldawim xasiyyetim sebebiyyle bowanmaq isteyir.Dini nigahdayiq.Kebin kagizi mendedi.Mohlet istemiwem.Amma o israrla geri oxudacam deyir.Oxudub , oxutmadigini bilmirem.Mene meslehetiniz.Kebin kagizi olmadan oxuda ve mene xeber etmeye bilermi?.Xasiyyet sebebile bowamagi dyzgynmy?

Ответ / Cavab

Aleykumussalam.

Talaq oxumaq üçün kəbin kağzına ehtiyac yoxdur. Talaq oxunsa belə, əgər 3 ay gözləmə müddəti ərzində barışsaz kəbin bərpa olar.

XAsiyyətiniz ailənizi pozursa, onu dəyişin. Dəyişmək mümkün deyil sözü də qəbul olunmur. Ailə əzizdirsə, ona insanlar nəinki xasiyyətini, canını belə qurban verir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Xalid |

salam haci menim size sualim var.kisi ve qadin nisanlidilarsa el ele verib ve bir birilerin ope bilerler?

Ответ / Cavab

Aleykumussalam.

Xeyr. aralarında kəbin yoxdursa, naməhrəmdirlər, heç isti söhbət belə edə bilməzlər.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2016 , Опубликовано: 2 Декабрь, 2016
Страница 985 из 5746 << < 981 982 983 984 985 986 987 988 989 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com