Salam bu gün birine İslam nan basqa diger dinlerde olanların kâfir olduglarin subut eliyirdim o dedi ki beş ollar İsa (ə) qebul eliyirler mende dedim ki qelet eliyirler yeni ki ollarin elediyi Sefdi İsa (ə) peygemberi qebul elediylerine göre yox onu sonuncu peygember qebul Edib de Muhamməd (s) Peyğəmbəri qebul elemediklerine göre burda bir qebahet yoxdu ki Cox sağolun mence düz demisem men ollari yehqir elememisem yeni?
Ответ / Cavab
Aleykumusalam.
İlk olaraq onu deyək ki, bəhs edəndə çalışın şirin öhbət eədrək bəhs edin, əks tərəfi qıcıqlandırmayın ki, dəlillərinizi qəbul etsin.
İslam Peyğəmbərini inkar etmək küfrdür. Bunu düz demisiz.
Salam eger suallarimla sizi yoruramsa haqqinizi halal edin hemwe bu saytda suallarima cavab almiwam rvvelceden cox sagolun. 1. QuraniKerimde Hz Isanim dunyaya geliwi haqda Meryem hamidan uzaga gedir tek dunyaya getirir sehv etmiremse incir agacin altinda. Incil kiyabinda Allah terefinden gonderilib bu kitab Matta Luka kimi bolmelere ayrilir burda Hz Isanin dogumu biraz ferqli yazilib Meryemin Davudun oglu Yusifle niwanli olmasi ve tovlede dunyaya gelir . Elbetde Quranda yazilana inaniram amma Incilde Allah terefinden gonderilib? Niye ferqlilik var Qurani Kerimin tercumesin oxuyuram orda Incil Zebur Tevrab kitablarindanda behs edir isdedim inlardanda biraz oxuyum ve ferqli birwey oxuduqda cawiram
Ответ / Cavab
Aleykumusalam.
Fərqlilik insanın İncilə əl atıb onu dəyişdirməsidir. İsanın incili indi demək olar ki orijinal olarq yoxdur. Barnaba incilini əldə edib oxusaz görərsiz ki, orada tamam fərqli məsələlər var.
Salam. Axşamınız xeyir.Babasil və ya bağırsaq çatı müalicəsi üçün şam istifadə edən oruc qəzası tuta bilərmi? Bir də ayaqdakı dəri xəstəliyini müalicəsi məqsədiylə iynə və dərman istifadəsi oruc qəzasına maneə deyil ki? Və bir də mənim yadıma düşqb ki, illər əvvəl Moskvada yaşayan vaxt Ramazan ayında oruc tuturdum. İftarda orucumu açanda dəqiq yadımda deyil, deyəsən saatı səhv görüb orucu bir neçə dəqiqə əvvəl açmışdım.su içmişdim. Sonra bildim. Dayandım. Və bir də tam azan vaxtı orucumu açdım. Bu halda həmən oruc düz sayılırdımı? əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, istifadə edə bilər və bu orucuna mane olmayacaq. MAye ilə imalə(klizma) etməsin. İynələr bədəni qidalandırıcı deyilsə, eybi yoxdur. Dərman dəriyə sürtmək üçündürsə, etbi yoxur, udmaq olmaz.
Əgər axtarış aparmadan, yəqinlik əldə etmədən orucu pozan iş görmüsüzsə, o zaman orucu pozmusuz.
Axşamınız xeyir mən vaxtlarla əlaqəli olaraq yazmışdım yaşadığım yerdə bəzən azan səsi gəlir bəzən yox əsr namazını 15 15 də qıldım və 15 46 da azan verildi bildiyimə görədə azannan əvvəl namaz qılmaq olmaz indi qəza etməliyəm ? Birdə xaiş edirəm deyərdiz şiələr 3 dəfə birləşdirərək qıla bilərlər bunu bilirəm onda zöhr namazını əsr namazının vaxdında qəlmağ olar? Bəzən olubki əsr azanından yarım saat sonra zöhrü qılıb sonra əsri səhv etməmişəmki ?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əsr namazını zatən zöhrdən həmən sonra qılmaq olar.
Salam. Ne ucin sie ve sunni ler arasinda bu qeder mubahiseler var? Bu mubahiselerin evveli bawlanmasi ne vaxtdan ve ne ucundu?Axi 2 terefde Allaha ibadet edir namaz qilir Quran oxuyur bes ferq nedi? Qasim Suleymani haqda sunnilee "terorcudu" ve nedi agzina geleni uazir sie ler ise yox onlar yaxwi biri kimi yazir. 2 teref arasinda olan mubahiseler bizede tesir edir her iki teref delillerle daniwir. Kime ve nece inanaq
Ответ / Cavab
Aleykumusalam.
İki məzhəb arsında olan fərqlərin tarixi dərindir, Peyğəmbərimizin ürəkyandırıcı rehlətindən başlayıb. Məsələ də Quran oxumaqla bitmir. İbn Mulcəm məlun məgər Quran oxumurdu? Əzbər bilirdi, Amma Quranın Natiqini, Allahın aslanını şəhid etdi.
Qasim Suleymani brədə vəhhabilər pis danışarlar. Onlar ki, Suriya və İraqda terror xilafəti qurmaq arzusundaydılar və bu iki ölkənin kifayət qədər torpaqların da almışdılar . Onların bu arzularını ürəklərində basdıran əsas qəhrəmanlardan biri məhz Qasim Suleymani olub. Ona görə onu Pisləyirlər. Sizcə İsid Terrorcudur ya Qasim. Qasim isidin butun dayaqlarını aradan aparıb. İndi terrorist kimdir.
Salam Haci. Internetde yazilan yazilarda Qasim Suleymani xalq arasinda çıxan usyanlari qanla yatirmaqda ittiham olunur. Axi o inqilab keşikçilərinin rehberi idi. Bu barede fikriniz nedir?
Ответ / Cavab
Aleykumusalam.
İnternetdirdə, kim nə istəyir, necə istəyir yazır.
Salam qardaş sizin namaz vaxtlarınızla qafqaz müsəlmanlar idarəsinin təqvimi niyə fərqlidi? Əsr namazının vaxdı 15 09 sizdədi 15 44 digər təqvimdə bu qədər fərq normaldımı ?
Salam men tez tez tuğsan düşüren umidsiz olursam meni nesihet ede bilersiz bir ogluvuz kimi 17 yaşım var boş seylerden ruhdan dusurem Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Ruhdan düşməyinizin əsas səbəbi dünyanı dəyərli bilməyinizdir. Bilin ki, dünya dəyərsiz və keçici bir şeydir. Dünyada olanlara görə ümidsiz olmağa dəyməz. Biz dünyada başdan başa dolu olan problemli illərlə rastlaşmağa məhkumuq. Bundan bircə çıxış yolu var. ALlaha sığınma və işlərdə ona təvəkkül etmək. Əgər Bu uca zata sığınsaq hər şey gözümüzdə kiçilər və dəyərsizləşər və bizi üzməz.
Salam hacı. Sizdən Peyğəmbərin doğum, ölüm və hicrət tarixlərini soruşmuşdum, cavaba görə təşəkkür edirəm. Lakin mən miladi tarix ilə bilmək istəyirəm. Mümkünsə o cür yazardınız
Salam hacı. Zəhmət olmasa Həzrəti Peyğəmbərin ən dəqiq doğum, ölüm və Məkkədən Mədinəyə hicrət tarixlərini yazardınız. Əgər mümkünsə ay ilə birgə. Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
Həzrət Peyğəmbərimizin Doğum günü rəbiul əvvəlin 17 si, Fil ilində olub.
Peyğəmbər Yəsribə (mədinəyə) birbaşa daxil olmayıb, şəhər kənarındakı Qüba kəndində dayandı. O həzrət hicri təqvimlə rəbiül-əvvəl ayının 1-də Məkkədən çıxıb, ayın 12-də Qübaya çatmışdır. Onun hicrət səfəri 12 gün davam etmişdir.
Salam. Yene bir nece sullarim var. 1. Hicri teqvim ne vaxt deyiwlir. Indi 2020ci il bes hicri ile necenci il? 2. Xristianlarda Allaha inanir onlarinda Incir kitabi var onu oxuyub emel edirler bes niye onlarda kafir sayilir? 3. Newe ( sehv etmiremse cetene bitkisidi) onu siqaret kimi edib cekirler bu haramdi? Gunahdi? 4. Mahniya qulaq asmaq gunahdi? Xeyallara dalmaq meqsediyle yox sadece xow musiqili mahnilar eylenmek ucun 5. Her duadam sonra "Amin" deyirik bu soz Qurani Kerimde var? Eger yoxdusa neye esaslanarak deyirik? 6. Oglan usaqlarinin sunnet eletdirmek bagli cox mubahise duwur. Deyirler Quranda yoxdu niye eletdirmeliyik . Cox insan umumiyetle Quranda yazilmayan birweyi elemir subut isdiyir nece cavab verek onlara? Meselen sunnet. Ya Imam Huseyne yas saxlamaq onu ziyaret etmek. Ve bir cox meseleler 7. Quranda Ehli beyt haqda aye var? Varsa yazarsizda. Ehli beyte kimler daxildi Cavanlandirdiginizcun Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Hicri təqvim həm şəmsi olur, həm də qəməri, yəni həm günəşə əsasən hesablanır, həm aya. Günəşə əsasən hesablanan təqvim novruz bayramında təzələnir, aya əasən hesablanan təqvim isə Muhərrəm ayının gəlişi ilə təzələnir.
2.Həzrət Rəsulullahın dinini inkar edən hər bir kəs kafirdir. Əgər insanların təzə dinə ehtiyacı olmasaydı, ALlah din göndərməzdi
3.Bəli, bu haramdır.
4.Haramlarına qulaq asmaq haram olacaq.
5. Hər sey Quranda yazılmaz. Məgər belə şeylər Quranda yazılmalıdır? Sizə məhəbbətlə məsləhətimiz budur ki, Quranın tərcümələri hər yerdə var, onu oxuyun.
6.Həmin adamlar Quranda olan və buyurulanların hamısına əməl edirlərmi? Umumiyyətlə Qurandan xəbərləri varmı, yoxsa irad etməyə ancaq bəhanə axtarırlar? Bax əsas məsələ budur.
7.Bəli, Əhzab surəsi 33 cü ayə. Əhli beytin kimlər olması isə Şiə və sünni məzhəblərinin əsaslı kitablarında Peyğəmbər, İmam Əli, Xanım ZƏhra, İmam Həsən və İmam Huseyn olduğu göstərilir.
salam.yoldasim mekarim sirazi agaya teqlid edir.biz ev ucun pul yigirig cunki elimizde bir defelik pul olmasi mumkun deyilki ev alag yigmadan ozumuzde basqasinin evinde qalirig.bele halda bizim yigdigimiz pula xums dusur?biz aganin watsap xetdine sual gondermisdik dediler ev ucun dusmur ama burdaki numayendesi demisdi dusur biz nece edek?xums de versek biz pulu cox eziyetle yigirig onunda xumsunu versek ev meselemiz cox yupanacag
Ответ / Cavab
Aleykumusalam.
Əgər ağanın rəsmi saytından sizə bu pula xumsun düşmədiyini deyiblərsə, bu sizə kifayət edər, başqa kimdənsə soruşmaq lazım deyil.
salam coxdandi her yerde arasdiririq ama duzgun cavab ala bilmirik.biz seccade tikisi ile mesguluq nabuk parcalarla islemek istedik internetde tesadufen arasdirdiqda qarsimiza cixdi ki nabuk inek derisinnen hazirlanir.ama bu nabuk matrialinnan hemde ayaqqabi istehsalinda istifade edirler.indi bunlarda xaricden gelir ve dedilerki necisdi eger deriden hazirlanirsa.bizde subhede qalmisigki bu nabuk parca da ele deriden hazirlanir ya yox.ama xaricden mal getiren mominlerden de sorusdug dediler bu o deriden deyil hemde xaricde inek derisinin bu qeder olmagi absurddu.ama bele bir seyde varki bu nabuk parcadan olan geyimler hetta hicablarda satisda var.indi bunnan istifade ede bilerik?yeni muselman olkelerinin hamisinda bunnan geyim hazirlanir yeqinki bu o deriden olan nabukdn deyil?
Ответ / Cavab
Aleykumusalam.
Biz onun cinsinin nədən olduğunu dəqiq eyə bilmərik . Siz bunun dəqiq məlumatını mutəxəssislərdən öyrənə bilərsiz. Əgər süni yolla hazırlanırsa, o zaman heç bir problem də yoxdur. Əgər heyvan mənşəlidirsə, yəni heyvan dərisindən hazırlanırsa, o zaman əgər qeyri müsəlman ölkəsindən gələrsə nəcis hökmündə olacaq və yaş halda toxunduqda ikinci tərəfi də nəcis edəcək