Страница 102 из 5746 << < 98 99 100 101 102 103 104 105 106 > >>
Ulker |

salam. ogul ovladin adin Ebelfez, Mehdi, AbbasEli hansin qoysag yaxwi olar?boyuk oglum Hesendir adi

Ответ / Cavab

Aleykumusalam.

Bunların hamısı gözəl adlardır ə hər hnsı birini qoysa yaxşı olacaq.

Allah sizə yar olsun

Задан: 21 Июнь, 2019 , Опубликовано: 21 Июнь, 2019
Sual |

Salam Hacican. Bugun her iki ayagimin alti necis idi. O halda ayaqqabini geyindim getdim walvar almaga. Walvarlari almamiwdan evvel yoxlayırdim tebii ki, ve bu zaman walvarlari ayagimdan cixaranda suretli cixarirdim ki necis oturulmesin (ayagimdaki corablarin alti terlemiwdi). Sualim budur ki indi bu walvarlari pak bilib geyine bilerem mi? Sistani Ağa.

Ответ / Cavab

Aleykumusalam.

Ayağınızı niyə paklamadan ayaqqabı geymisiz ki, özünüzə yeni problemlər açasız.

Nəcis olması yəqin deyilsə, pak biləcəksiz.

Allah sizə yar olsun

Задан: 21 Июнь, 2019 , Опубликовано: 20 Июнь, 2019
Sahib |

Salam.xeyr narazılıq yoxdur qardaşlar arasında.amma ana vəsiyyət edib axı onun pozmuş olurmu? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Əgər vəsiyyət edilibsə ona əməl olunsun. Əgər sadəcə deyibsə, o zaman bunu etmək məcburiyyətində

deyilsiz.

Allah sizə yar olsun

Задан: 20 Июнь, 2019 , Опубликовано: 20 Июнь, 2019
Sahib |

Salam.xeyr narazılıq yoxdur qardaşlar arasında.amma ana vəsiyyət edib axı onun pozmuş olurmu? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Əgər vəsiyyət edilibsə ona əməl olunsun. Əgər sadəcə deyibsə, o zaman bunu etmək məcburiyyətində

deyilsiz.

Allah sizə yar olsun

Задан: 20 Июнь, 2019 , Опубликовано: 20 Июнь, 2019
Sahib |

Salam.əgər ana sağlığında desə ki mən öz adımı böyük oğula verirəm,kiçik oğulun qızı olur kiçik oğul ananın adını qoymaq istəsə vəsiyyət pozmuş olurmu?amma əvvəlcə kicik oğul deyirdiki nənəmin adını qoyacam.Xamenei aga

Ответ / Cavab

Aleykumussalam

Bir narazıçılıq yoxdursa qoya bilər.

Allah sizə yar olsun

Задан: 20 Июнь, 2019 , Опубликовано: 20 Июнь, 2019
Ccsgj |

Salam.dogusdan 40gun sonra yene qan gelse nifas quslu almaq lazimdi? 40gunun qeza namazi qilinmalidi? Namazda olanda usaq daganmadan aglasa namazi saxlamaq olar?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Nifas qanı 10 gündən artıq gəlməz. 10 gündən artıq gələn ya heyzdir, ya da istihazə . 10 gendən sonralar namaz qılınmayıbsa qəza olunmalıdır.

Əgər uşaq üçün həyati təhlükə yoxdursa, namazı davam edəcəksiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
nigar |

salam aleykum haci. size 2 sualim var. 1.muselmanin kilseye gedmesi icazelidi? yeni xristian olkesinde yashiyirsa mescid yeri tanimirsa yoxsa kilseye gedib dua etse gunahmi olar? 2.bideki haci bezi dualar var ki onu oxuyanda yazilir ki bu duani yazib ustunuzde gezdirmek xeirlidi meselen Merac duasi.. bunu nece etmek olar? yeni ustde gezdirmek uchun nece etmeli?

Ответ / Cavab

Aleykumusalam.

Hər yerdə məscid var. Müsəlman məscidə getsin.

Bir vərəqə yazın və üzərinizdə gəzdirin.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Arzu |

Salam.Mən hicablıyam.Üzun, dar olmayan,qara və tünd rəngli paltarlar geyinirəm.Mən mütləq çadra örtməliyəm?

Ответ / Cavab

Aleykumusalam.

Hicaba tam riayət olunursa, cadra vacib deyil, hərçənd hicabın ən üstün növü odur.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Fariz |

Salam .Məhərrəm ayi nə vaxt başlayır 2019 .

Ответ / Cavab

Aleykumussalam

Sentyabrın əvvəlində daxil olacaq inşallah

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
NİCAT |

Salam Aleyküm hacı kalbasa haramdirbfer etmir bütün kalbasa növün soyurem ve hansi kalbasa haram sayilir.ve siqaret haramdir mi tesekurler

Ответ / Cavab

Aleykumussalam

Hamısı haram deyil. Hicaz sirkətinin məhsulların alıb yeye bilərsiniz. Halal olması bizə yəqindir.

Siqaretin haram olması barədə aşkar fətva yoxdur. Amma ziyanlı və lazimsiz bir işdir

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Salam |

Salam,40byawima az qalib aqlim kesennen dua ediremki atam ickini tergidsin,tergidmedi indide qardawim qowulub ona,goresen niye dualarim qebul olmur ne vaxt olsem belke onda bilerem.bu sualin cavabini ama dedim sizdende soruwum belke qelbimi rahatladacaq bir cavab aldim.saqolun

Ответ / Cavab

Aleykumussalam

Dualarinizda Israrli olun. Həzrət Musa Firona qalib olmaq üçün dua edirdi,   Duasi qabul oldu amma yerinə yetirilməsi üçün 40 il keçdi. Dua edin və bununla yanaşı əməli olaraq onları bu işdən uzaq etmək üçün bir işlər görün.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Salam |

Salam,menim ureyim cox darixir hemiwe fikirlewiremki filan iw alinmayacaq ,dua edirem yenede qelbim rahatlamir namaz qilanam namazlarimdada tembelliyim var,iki ildi bu veziyyetdeyem,qardawim atam icki icendi,anam cox pis veziyyetde yawayir ona gorede ureyim cox darixir,ne etsem anami fikirlewirem uzgun oluram,wukurde eliyirem bu gunlerimize ama yenede qelbimnen sixinti cekilmir ,neyniyim bilmirem?saqolun

Ответ / Cavab

Aleykumussalam

Ananızın çətinliyinə narahat olmaqiniz yaxşı haldır. Amma çox sıxıntılar içərisində qalmayın ki bu sizin mənəviyyatiniza ziyan edər. Dua edin, Allaha təvəkkül edin, namazınızi da ilk vaxtlarda qılın.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
zahir |

əxilər kimdirlər

Ответ / Cavab

Aleykumussalam.

Əxi ərəb dilində qardaş deməkdir. Bizdə bu ləqəbi özlərinə əsasən vəhhabilər götürüblər.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Xanim |

Salam. 1.Kishi ve qadina namehremler kimler sayilir ? 2. Oglan ushaqlari nece yashindan namehrem hesab olunur? Sistani aga. Evvelceden teshekkurler

Ответ / Cavab

Aleykumussalam

Bir qayda olaraq onu deyək. Hər o kəslə ki evlənmək icazəli sayilar, onlar naməhrəm sayilacaqlar.

Yaxşı və pisi anladiqdan sonra onlarla sərhəd gözlənilməlidir

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Celal |

Salam aleykum. Secde ile bağlı sual ünvanlamışdım ve buyurdunuz ki "alın qalxarsa secde bitmiş sayırlar, bu şekilde de namazı davam edin". Bes, alın secdeye qoyulan kimi qalxarsa, yeni ki, hetta "sübhenallah" bele deyilmezse, yene de secde bitmiş sayılacaq? ve ardından sehv secdesi edilecek? Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam

Əgər alin ikinci dəfə oturarsa bu artıq səcdə sayılacaq və bunun üçün səhf səcdəsi ediləcək.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Cümə |

Salam Aleykum, hacı sübh namazının qəzasını zöhr azanında zöhrdən qabaq qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Sübh namazının qəzası yuxudan oyananda qilinsin. Əgər müəyyən səbəblərdən qilinmasa zöhrdən əvvəl qəza edilsin.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Adil |

Salam. 1)Xanımların çox nazik corab geyinmesi ve bununla da onların ayaqlarının üstünün azca da olsa görünmesi caizdir? 2)şeri hökmlere esasen eger bir insan çox günahkardırsa (içki, qumar,zina,selem ve s) ve bu günahlarla bele yene de namaz qılmalıdırmı? Baxmayaraq ki elbette, günahları terk etmelidi.. Allah kömeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam

Xeyr caiz deyil.

Namaz qilmaq insanın vəzifəsidir. Bunu icra etməlidir. Günah edərsə etdiyi ibadətlərin əcri aradan gedər. Ev tikib uçuran şəxs kimi.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Celal |

Salam aleykum. 1)Secde zamanı 7 üzvden her hansı biri ixtiyari yaxud da qeyri-ixtiyari olaraq qalxarsa namaz batil sayılacaq? 2)səhv secdesinin vacib olduğu namazda insan bunu etmeyi unudarsa ve yalnız bu bir müddet sonra yadına düşerse (artıq qibleden dönüb ve ya nmazdn qalxıb) ne etmeli? 3)teşehhüdün vacib olan hissesi hansıdır? 4) ve eger her üç hissesi vacibdirse, Peyğemberimiz(s) de öz peyğemberliyini namazda teşehhüdle tesdiqleyirdi? 5)bakireliyi haram yolla pozulan bir qadının müveqqeti nigaha girmek üçün atasının icazesi vacibdir? 6)bes bunqadının daimi eqde daxil olmaq istese nece, yene de icaze almalıdı? Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam

Onu yerinə qoyub zikri təzədən deyin. Alin qalxarsa səcdə bitmiş sayırlar, bu şəkildə də namazı davam edin.

Yadina düşən kimi səcdə etsin.

İk şəhadət və salavat.

Bəli biz o həzrət qıldığı kimi qiliriq.

Bəli bakitəliyi haram yolla pozulan xanım bu məsələdə qiz hökmündədir, atadan icazəsiz olaraq əqdə daxil ola bilməz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Sultan |

Salam.Peyqambar vaxti,islam dininde hech bir eqide yox idi.Suni,Shiya ve diger eqideler hamisi Peyqambaein vefatindan sonra yaranib.Arashdirdigim zaman her bir eqidede mene duzgun ve sef gelen esaslar tapmisham.ona gore qerara geldim ki hech bir eqide secmeyib Allahima ibadet edim.sualim yaranan zaman ise bir nece alimin fikirlerini oxuyub ve menim oz dushunceme gore duzgunu olani secim.Sorushmaq isterdim ki duz mi hereket edirem?Yoxsa mutleq olaraq Shiya,Sumi ve yaxut diger bir eqide secerek yolumu davam edmeliyem?Coxsagolun

Ответ / Cavab

Aleykumussalam

Əqidə İslamdır və bu tohid əqidəsi adlanır. Siz dediyiniz məzhəbdir. Yəni fiqh yolu. İbadətlərin icrası. Burda sunni və şiə fərqləri var. Sizin gəldiyiniz qənaət isə səhvdir. Əvvəla ona görə ki hec bir yuxarı dini təhsil olmadan onun səhf, bunun düz olmasına iddia etmək olmaz. İkincis sizin təhsiliniz yoxdrsa alimlərin fikirlərini nəyə əsasən öləcəksiniz, üçüncüsü həmin dediyiniz bu alimlərin hamisi bu və ya digər məzhəbi qəbul edib ona əsasən cavab verəcəklər. Bununla da siz onsuzda dolayısı yolla bir məzhəbə baqlanacaqsiz. Sadəcə özünüzü aldatmış sayilacaqsiz. Mütləq şəkildə bu fiqh məktəblərindən birinin duz olmasini yəqin edib o məktəbə də tabe olun.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Aysel |

salam sual ucun uzrlu sayin toyun seheri gunu sadece cenabet quslu tokub namaz qilinir? yoxsa nese xususi bir qusl ya emel var?

Ответ / Cavab

Aleykumussalam

Bəli cənabət qüslü edilib namazlar qılınacaq.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2019 , Опубликовано: 19 Июнь, 2019
Страница 102 из 5746 << < 98 99 100 101 102 103 104 105 106 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com