salam deyirler cenabes quslundan sora destemaz almag haramdi bu duzdu? men destnamaz almadan namaz qila bilmirem ureyim rahat olmur oncun destnamaz aliram.sehv etmiremki?
Ответ / Cavab
Aleykumussalam
Müqəddəs səriətimizdə buyurulub ki cənabətdən sonra alinan qusl dəstəmazı əvəz edir və bu qüsldən sonra dəstəmaz alınmamalıdır.
Bu sizə narahatçılıq gətirirsə dəstəmaz pozan bir is görün və sonra dəstəmaz alıb namazinizi qilin.
salam haci. bugun gelin getirmeye getmeliyik ayri rayona. ama orda gelinin evinde calgi olacaq. lakin men calgili yerlere getmirem. bele qerara gelmisik ki gedek ama calgi olan vaxtlarda olarin evinin yaxinliqinda ocaq var gedek ora meclis qurtaranda gelek yola dusek. olarmi bele?
Salam Eloykume , men xaricde yasiyiram, burda bir ara menim islerim ters gedirdi, problemlerim coxdu , evdekilerin tanidigi bir qadin var , o baxir, menim falima baxdi , dedi ki cadu eliyibler, kilseye gedim sam yandirim birde ordaki sudan getirim icim, cimim, birde eve sepim, evdekilere xatir birde islerim duzeler umidiyle getdim, amma onnan sonra ailede problemler oldu , o problemler kilseye gedennen sonra oldu , onunla elaqeli ola bilermi , bu gun mescide gedecem , ama burdaki mescid sunni lerindi, ne edim, meslehet edin
Ответ / Cavab
Aleykumusalam.
Əziz qardaş bunu siz bilməli idiniz ki, kilsə müsəlmanlrın yeri deyil. Əgər kilsə suyunun xeyri varsa onların özlərinə xeyri olardı. Bundan başqa kim hardan bilə bilər ki, kiməsə cadu olunub ya yox. Bunu xəbər verən admın özünün başına 2 dəqiqqədən sonra nə gələcək bilmir.
Tovbə edin, ALlaha tərəf qayıdın və evnidə İslama uyğun davranın. İnşaALlah işləriniz də düzələr. İqtisadi problemlər varsa, bunu duada caduda axtarmayın. Böyük böyük dövlətlər iqtisadi bohran yaşayır, onlara da cadu edilib. Bu bu günün reallığıdır, ötüb keçıcık.
Essalamun aleykum qardaw menim 21 yawim var genc rejissoram özüm ibadet ehliyem ehli wiyyeyem EBELFEZ AGADAN QISAMETRAJLI FILM CEKMEK NIYYETIM VAR sadece aganin simasini qörsetmek istemirem Sadece libasi Sizin anlayiwiniz var Aganin eynide yawil ag libas olsa pis qarwilanmaz? bizi ve bizim eqideni sevmiyen coxdu Ona gore istemirem bu filmle adice bir libasdan sehv tutulsun
Ответ / Cavab
Aleykumusalam.
Siz ilk olaraq bunu bilməlisiz ki, çox böyük bir İlahi şəxsiyyətin barədə film çəkmək istəyirsiz. Bunun ağır məsuliyyəti var. Sizə məsləhətimiz budur ki, ilk olaraq çəkəcəyiniz senarini yuxarı dini təhsili bir ruhaniyə göstərəsiz, onun rəyini alasız, ondan sonra qalan məsələlər də öz həllini tapacaq.
Salam aleykum, uzr isteyirem, xeyz 10 gunden artiq olmursa, on gunu nece saymaq lazimdir. Yeni muselman teqvimiynen? Yoxsa adi gunler kimi hesab aparmaq lazimdir? Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
10 gun adi sayla sayilacaq. burada təqvimin fərqi yoxdur
Salam Haci. 2 il namaz qezasi var deyek. Bunu 2 il ancaq subh, sonra ardıyca 2 il ancaq zohr...sonra ancaq esr, sonra ancaq wam ve sonra ancaq xiften namazini qeza qilaraq yerine yetirmeye Sistani ağa icazə verir?
Salam.mən sizə sual yazdım cavab yazmadiz.zəhmət olmasa cavablandirasiz.o vaxtı qaynanam rəhmətə gedəndə məsciddə yudular əynindəki paltarları yoldasim balkonda uşağın vannasının ustunə qoydu o vannada 40 təzə çıxan körpəni çimizdirmək olarmı? Nə isə pis şey ola bilər? Xamenei ağa
Ответ / Cavab
Aleykumussalam
Sualınız cavablandırılıb. Siz baxmamisiz. Bunun heç bir problemi yoxdur.
Salam Aleykum.men esr namazinda ikinci reketde sehven teshehudden sonra salamlari dedim ve namazi kesmedim tamamladim.ondan sonra secdeyi sehv edirem vaciben qurbeten illallah dedim ve ikinci reketi tezefen qildim,qunut tutdum teshehudu dedim tamamladim,bunu duz etmishem bilmek isterdim?Allah size yar olsun
Ответ / Cavab
Aleykumussalam
Namazi davam etdirməli və tamamlamali idiniz və namazdan sonra səhf səcdəsi edəcəkdiniz. Düzü belədir
Niyyətdə isə qurbətən iləllah deyiləcək illəllah yox.
Salam. Nezr edilmiş Qurban kesildikden sonra nece paylanmamlıdır ? Deyilenlere esasen nezr qurbanından öz ailemiz yeyə bilməz ,ancaq fəqir-füqəraya paylanmalıdır.
Ответ / Cavab
Aleykumussalam
Əgər nəzr edilərkən necə yerə paylaşması qeyd olunmayibsa istədiyiniz kimi rəftar edə bilərsiniz. Ozunuz də yeyə bilərsiniz.
Salam haci. Men bir dini saytdan shekil goturub oz profilime qoymaq isteyirem. Saytda yazilib все права защищены, копирование осуществляется только при указании активной гиперссылки. Amma shekilin ustunde saytin logosu var. Yeni shekilde yazilib islamdag.ru bu shekilden istifade etmek olar? Актиная гиперссылка ne demekdi?
Ответ / Cavab
Aleykumussalam.
Yəni onlara istinad edilmədən paylaşması qadağan edilib. Səkilin üzərində saytin adi qalacaqsa qadaqan olmaz,. Belə hallarda basqa saytlara müraciət edin.
Salam haci,21 yawim var 4 ildi ibadet eliyirem Ister ibadete bawlamiwdan ister bawliyandan sonra Hec bir halda haram yememiwem haramnan cox uzag bir insanam Amma bir wey var Men istimnani terqize bilmirem Bilirem bunun yolu aile qurmagdi Amma hele aile qura bilmirem Hem maddi veziyete qore Hemde istediyim bir qiz qabagima cixmiyib hele mene bir yol diyin bu iwi eliyen zaman Allahin rehmetine siginiram ki Bagiwlayar meni Cunki istimna etmesem 100 faiz zina edecem Ona gore ozumu sakitlewdirem ki ,istimna zina qrder boyuk qunah deil
Ответ / Cavab
Aleykumussalam
Günahları tərəziyə qoymaq düzgün deyil. Haram haramdır. Bunun böyük kiçikliyi cəzalarinin azliqi və coxluqundadi. Allaha siqinin və şəhvətli səhnələrdən səkil,video,sohbətlər və sair təhrikedici şeylərdən uzaq durun. Qarin dolusu yeməyin. Turs seylər yeyin.
Salam Aleykum ve Rehmetullahi ve Bereketuh.Sizden xais ediremki subh namazindan sonra deyilen dua ve yaxud sureleri yazardiz gunun ugurlu gozel kecmeai ucun
Ответ / Cavab
Aleykumussalam
3 dəfə salavat zikr edin. Xanım Zəhra salamullahi əleyhanin zikrini demək. Sukr səcdəsi etmək. İmam Zaman ağanın salamatlıq duasını oxumaq. Bir həmd və 3 ixlas surəsi oxumaq, Peyğəmbərə və əhlibeytinə salam və salavat göndərmək.