Страница 100 из 5746 << < 96 97 98 99 100 101 102 103 104 > >>
Sona |

Salam.1 uşağın adını 40 çıxandan sonra qoymaq olar?2.azan iqaməni kişi mollası oxuya bilərmi uşağın qulağına? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Olar, amma bunu bu qədər yubatmayın.

Bəli, oxuya bilər. Hər kim bunu başarırsa edə bilər.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2019 , Опубликовано: 25 Июнь, 2019
Aysel |

salam musafir olarken Namazlari qesr niyetile qilirig..bes subh ve megrib namazlarnin niyetinde de qesr niyetile deyirik?onlarin ruketi azalmir oncun sorwuram

Ответ / Cavab

Aleykumusalam.

Adi həmişəki kimi niyyət edib namazlarınızı qılacaqsız.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2019 , Опубликовано: 25 Июнь, 2019
Ulker |

Salam.Men bir mesele var onun alinmasi ucun coxlu dua edrem isteyiremki olsun.Hacet namazi yoxsa Istixare namazini qilmaliyam buncun.Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Hacət nmazı qıla bilərsiz. İstixarə namazı bir işin edib edilməməsi arasında qərarsız olduqda edilir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2019 , Опубликовано: 25 Июнь, 2019
Fatimə |

Salam.bir ise niyyet ederken sonrada emel ederken ixlasla edirem amma etdikden sonra riyakar fikirler gelir aglima ki,meselen bu isi basqasi gore ne yaxsi olar terifleyerler kimi fikirler olur. Bezende niyyetimde deyil emel ederken dusur aglima. İstemeyerek dusunurem Bele fikirlerden nece uzaq dura bilerem? Bu halda Allah qarsisinda gunahkar sayiliram ? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Belə pozucu fikirlər qarşıya gəldikdə ALlahın sizi gördüyünü yada salın və onun sizə kifayət olduqunu düşünün.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Fatma |

Salam haci.men hicaba kecmisem yeni.evimizde qaynim bezen gorurdu men baglanana kimi o girirdi eve,indide mamagildeyem emimoglu gille eyni heyetde yasayirlar.yenede bezen isti olur deye heyetde o da isde olur deye baglanmiram amma bezen olur gorur meni.Haci gunahdir menim ucun bu hallar.?Ne ede bilerem men.fikirlesirem duzgun dasiya bilmirem hicabin adini((

Ответ / Cavab

Aleykumussalam

Bəli belə olmaz. Gərək naməhrəmdən hicab saxlanila və naməhrəmin görəcəyi yerlərdə diqqətli rəftar edilə

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
tofiq |

salam haci necesiz haci sualim varki atamin 47 yasi var onunda bibisi yada xalasi qizi o bize o biri ilin yayinda gelmisdi oda qiziyla qizida evlidi 30 zad yasi olar onunda balaca qizlari var anasinin ise 50 zad olar demeli bildiyimce 30 yasli qizi qonaq gelmek istiyir demeli menimde sualim bunun qizi mene namehremdirmi menimde 16 yasim var gelse men evde nece davranim ne edim yeni gosteris istiyirem evde cemi 5 neferden menem namaz qilan namehreme baxmiram diye menide laqa tuturlar emelimnen el cekmesemde sizdende gosteris istiyirem tewekkurler

Ответ / Cavab

Aleykumussalam

O sizə naməhrəmdir, toxuna bilməzsiniz, danisiqlar və rəftarinizda həddi qoruyacaqsiz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
sema |

salam. Menim mamam 2009 ilde men universtete qebul olan ili niyett etmisdiki men qebul olsam babadagda qurban kesecek duzdu men qebul oldum amma burda yox rusiyada 10 il kecdi bugun biz gekdik babadaga ziyaretgaha amma qismet olmadi ora qalxmaq ucun hecccur masin tapa bilmedik yolda mamanin hali pislesdi masin yari yolda qaldi gucle gelib catdiq. Sualim budurki biz o qurbani basqa yerde ve ya bawqa ziyaretgahda kesdire bilerik cunki babadagda qismet olmadi?

Ответ / Cavab

Aleykumussalam

Nəzr edilən yerdə kəsin. Əgər edə bilmirsinizsə o zaman kimsə bunu sizin yerinizdə edə bilər.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Tünzalə |

Salam. Menim 19yawim var ve Hicabliyam. 8yawinda emim oğlu var onun yaninda hicaba riayet edirem sadece onu uwaqliqdan demek olar ki biz boyutmuwuk deye cox isteyirem. Opurem qucaqlayiram. O da meni cox isteyir. Coxlari deyir ki sen hicablisan onu niye opursen? Olmaz senin onu qucaqlamağin ve s. Sualim budur ki menim onunla bele davranmagim (tebii ki bir muddet davam edecek biraz boyuse onsuzda bu qeder yaxin olmayacagiq) duzgundurmu? Yoxsa deyilenler kimi indiden uzaqlawim? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Onunla bu münasibətləri davam etdirməyin.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Lele |

Salam əleykum hacı . ata ana bir şeyə razı deyilsə Allaha dua edib istəmək olarmı? yoxsa günahdırmı Allah o duanı qəbul etməz

Ответ / Cavab

Aleykumussalam

Bəli dua edib istəyə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Xanım |

Salam. Atanın razılığı ilə kəbin kəsilib. Amma mehriyənin miqdarının nə qədər olduğunu oğlana kəbindən sonra deyiblər o da razı olub. Bu halda kəbindən sonra razı bildiyinə görə kəbin batil sayılır? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən kəbin düzdür.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Salam |

Salam.Oral cinsəl birləşmə icazəlidirmi Salam.Oral cinsəl ilişki dində nə dərəcədə icazəlidir?Təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Sonunclanmasi haram olar. Adi halda isə islam əxlaqina ziddir.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Cavid |

Salam bir insan Ruletden pul udubsa ve usdugu pulun bir qismini ehtiyyacli bir aileye veribse aile ise sonradan bilibsa bu pul qumarin puludur sonradan bilen aileye gunah yazilir?

Ответ / Cavab

Aleykumussalam

Həmin ailəyə bilmədiyi üçün günah yoxdur.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Səbirə |

Salam.nifasdan sonra gələn qan hardan bilim ki,heyzdi ya istihazedi bunların fərqi nədədir? Xamenei ağa

Ответ / Cavab

Aleykumussalam

Heyzi tanıyırsınız. Onun əlamətlərini bilirsiniz, həmçinin heyz vaxtı deyilsə də deməli heyz sayılmaz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Xanım |

Salam. Nişanlımla kəbin kəstirəcik özündən soruşdum kəbinə razı olduğunu dedi. İndi qardaşım gedib bizim adımızdan kəbin kəstirməyə mehriyə istəməli olduğumu dedi. Müəyyən səbəblərdən nişanlımla əlaqə saxlaya bilmirəm. İndi mehriyə müəyyən edib kəbin kəstirsək kəbindən sonra oğlan razı olsa kəbin düz olar? Yoxsa mütləq kəbindən əvvəl razı olmalıdı?

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla onu qeyd edək ki, bakirə qız öz başına kəbinə daxil ola bilməz. Bunun üçün atasının icazəsi lazımdır. Qızın atası buna icazə verəndən sonra kəbin oxuna bilər. Mehriyyə məsələsinə gəldikdə isə bunlar hamısı razılaşdırılıb qərarlaşır , sonra kəbin oxunur.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Fərid |

Salam əleykum 1.qazlı su ilə dəstəmaz almaq olar ? 2.dəstəmaz alandan sonra gözdə olan çirkin biraz üzə axdığını gördüm bu dəstəmaza maneə deyil ki ? 3.hacı Ramazan ayında orucu halal qida ilə bilərəkdən pozub sonra məsələn istimna edilərsə bu halda qəzadan başqa kəffarə bəs eliyir ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ala bilərsiz.

Əgər dəstəmaz zamanı gözün dibinə suyun dəyməsinə mane olmayıbsa, eybi yoxdur.

Bəli, elə orucu bilərəkdən pozduğuna görə kəffarə vacib olub.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
YADULLA |

Salam Aleyküm hacı donuz eti neye göre haram buyrulub geniş sekilde aydınlıq vererdiz

Ответ / Cavab

Aleykumusalam.

Canavar, tülkü, ayı, çaqqal, it, və sair heyvanlar niyə haram buyurulubsa, donuz da olardan biri. Sadəcə donuzun gözə çarpmasında məsələ budur ki, o əti halal olan qoyun, keçi inək kimi cüt dırnaqlıdır və onu da halal bilməsinlər deyə onun adı çəkilir ki, bunu da halal bilib yeməyin. Cüt dırnaqlı olsa da haramdır

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Səbirə |

Salam.dogumdan sonra 10 nifas qüslü aldıqdan sonra yenə qan gələrsə namazı qılmaq lazımdır? O zaman yenə istihaze qüslü alıb namaza baslamaliyam? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Əgər 10 gündən artıq gələn qanda heyz əlaməti yoxdursa, o zaman istihazədir və istihazə hökmlərinə əməl edərək namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2019 , Опубликовано: 24 Июнь, 2019
Yusif Quliyev |

Salam.Size sualim odur ki Ceferiler haqdir düzdür?Bes İsmaililer,Keysaniyyeler,Zeydiler nece?Meselen Yemende Zeydiler onlar düz yoldadır?Ehli Sünne ile onların muqayisesinde haqq kimdi?Allah razı olsun!

Ответ / Cavab

Aleykumussalam

Haqq olaraq qəbul edilən on iki imama etiqad əqidəsidir. Bu da Cəfəri əqidəsi adlanır. Bes imamilər, yeddi imamilər səhfdirlər. Yəməndə bas verənlərə gəldikdə isə Yəmən isqala məruz qalib və zülm altındadır. Zalim olan batildir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2019 , Опубликовано: 23 Июнь, 2019
NİCAT |

Salam Aleyküm hacı azerlatereya haramdır?

Ответ / Cavab

Aleykumussalam

Bəli bütün bu şəkildə olan latoreyalar haramdır.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2019 , Опубликовано: 23 Июнь, 2019
Adminka |

Salam qadın heyz halında tesbehle zikr ede biler ALLAHIN adlarını ve AYETEL KÜRSÜYÜ OXUYA BİLERMİ GÜNAH OLMAZKİ?

Ответ / Cavab

Aleykumussalam

Bəli bunları edə bilər və heç bir problem yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2019 , Опубликовано: 23 Июнь, 2019
Страница 100 из 5746 << < 96 97 98 99 100 101 102 103 104 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com