Salam bəs yeni doğulmuş körpə üçün ziyafət vermək,əqiq qoyunu kəsmək ataya vacibdir? 2.isagin başı tükü qirxib onun çəkisində gümüş vermək vacibdir?Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Bu işə görə Ziyafət vermək bəyənilmiş işdir. Əqiqə qurbanının da kəsilməsi təkid olunub.
Salam.24 yawim var,namaz giliram elhemdulillah ve hicabliyam.Bu mesele meni cox narahat edir xaiw edirem koneklik gostererdiniz.Men yuksek vezife sahibi insanin yaninda iwleyirem mene etibari ve boyuk inami var ona gorede butun iwlerinde menide yanina aparir yeni beydi xanim deyil hemde icki ehlidi ele olurki wirketlerin iwi ile elageder rayonlara ve bawga weherlere sefere gedirik icki sufresinde oturmuram tebii ki sadece yaninda komekcisi oldugum ucun butun senedlewme iwlerini men edirem etrafimda daima kiwilerdi daima ozumu goruyuram namehremle daniwig zamani bele sadece bilmek isteyirem ele ortamlarda olmag mene gunahdirmi?Ozu mene cox hormet edir,bawga iwe kecmek adi bele ceke bilmirem yaninda cunki istemir yanindan gedib hetta ailesiyle bele munasibetim var sadece Allah gorurki bezen cox utaniram o geder kiwi icinde iwlediyim ucun xaiw edirem bu iwin gunahi varmi mene tam izah ederdiniz tewekkurler
Ответ / Cavab
Aleykumusalam.
Əgər naməhrəmlə munasibətlərdə həddlər qorunursa və həmçinin harama tərəf getmə halı yaranmırsa sizə gunah yoxdur. Əgər bu haldan sıxılırsızsa, xahis edin ki, sizdən əlavə başqa bir ya artıq qadın da bu görüşlərdə iştirak etsin.
Salam əleykum hacı. xahiş edirəm mənə köməklik edəsiniz.men Allaha dua edirəm yalvarıram hacetmi bildirirəm ama hər gün pisliyə doğru gedir bilirəmki istəyim dinimizə zidd deyil.67193.indi mən duama davam edim yoxsa israrla birşey istəmək olmaz?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, dua etməkdən yorulmayın. İsrarla dua etmək qadağan deyil, bəlkə yaxşıdır.
Salam.Namazda ruketlerin sayinda sehv etdiyinden wubhe olduqda namazi kesib yeniden qilmaq lazimdir ve ya nece hereket edilmelidir?
Ответ / Cavab
Aleykumusalam.
Bu mövzuda edilən şəkklər muxtəlifdir və hər birinin özünə uyğun olaraq həll edilmə qaydaları var. Namazı pozmaq haramdır. Bu cəhətdən namazın şəkkləri və səhflərini öyrənmək hər kəsə zəruridir.
Salam.el arasında belə bir qayda var uşağa nənə,babanın adini qoyanda Quran ilə istixarə etmək lazımdırmı görək bu adi nənə və ya baba verirmi? islamda varmı belə qayda? Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, belə bir qayda yoxdur. Adət isə budur ki, əgər həmin şəxslər dünyadan köçübsə ruhları xeyir əməllərlə yad edilir. Ya ehsan edilib onlara hədiyyə edilir, ya Quran oxunub onlara savabı hədiyyə edilir və sair.
Salam.1)yeni doğulmuş uşağa doğum evində azad iqamə oxutdurdum,o xanım hacı xanım idi,təkcə sağ qulağına azan oxudu dedi ki bu bəsdi,iqamə sol qulağına oxumadı,belə düzdü?2) ümumiyyətlə azan iqaməni usagin qulağına məclis təşkil edib orda oxutdurmaq vacibdir?ya qabaqcadan məsciddə oxutdurmaq olar? Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Qoy bunu bilən adm təzədən etsin.
Məclisə ehtiyac yoxdur, adi şəkildə edilsə kifayətdir.
salam, 2yawindaki ovladi olen ana derde dozmeyib ozun oldurse uwag torpaga tapwirilmamiw 2si 1mezarda basdirila biler? deyirler e intihar edenin o dunyadada yeri yoxfu ve o nece geldi basdirilir bu duzdur?ama bu adi derd deyil ovladini itirecey adam ancaq bunu basa duwer
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla onu bilmək lazımdır ki, insan özünü öldürməməlidir. Bu da qatillikdir. Bir 2 yaşlı övladının dərdini böyük edib, özü boyda dərdi qardaşına, bacısına, ata anasına və digər yaxınlarına çəkdirmək məgər düzdür? İnsan gərək müsibətlər qarşısında səbr edə. Ana özünü öldürüb balası ilə bir qəbrdə yatmasının nə anlamı var ki? Məgər o tərəfdə buna nəsə verilir. Qəbrdə yatan cəsəddir və bu çürüyüb torpağa qatışır. O biri tərəfdə uşaq məsum olduğu üçün cənnətə gedər, ana isə özünü oldürdüyü üçün cəhənnəmə, məgər qovuşdular? Xanımlarımız belə məsələlərdə diqqətli olmalıdırlar.
Hətta belə bir olsa belə həmin adam müsəlman qaydaları ilə qəbrə qoyulur.
Salam.Ayetil kürsünü 170 defe oxuyana Allah köməkçi olar,heç bir işində çətinlik çəkməz. fikri doğrudurmu? 2)Eger içimdə qorxu varsa,hansı duanı oxumağı meslehet görürsünüz? Çox sağ olun
Ответ / Cavab
Aleykumusalam.
Onu dərk edərək 3 dəfə oxuyanın işlərinə Allah öü zamin olar və onu qoruyar
Salam.Haci.1)qaynanam yatan ,orda rəhmətə getdiyi krovatda 40 çıxmayan uşağı yatızdırmaq olarmı?nə isə pis şey ola bilər?2)O vaxtı qaynanam rəhmətə gedəndə məsciddə yudular əynindəki paltarları yoldasim balkonda uşağın vannasının ustunə qoydu,o vannada 40 çıxandan sonra uşağı çimizdirmək olarmı ?çox narahatam? Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Heç nə ola bilməz. Əgər özünüz psixoloji cəhətdən buna problemli baxmayacaqszsa yatirdin və özünüzdə yata bilərsiz. Əgər belə şeylərdən daxilən qorxursuzsa, etməyin. Heçnə olmasa da özünüz probıem yaradacaqsız.
Vannada heç bir problem yoxdur. Rahat istifadə edin
As'Salamu Aleykum, hacı qüsl alıb çıxdım qolumda kley ləkəsi qalmışdı onu təmizləyib "qüslu tamamlamaq niyyəti ilə cənabət qüslu alıram vacib qürbətən iləllah" deyib həmən yeri yudum qüslum düzdü?
Salam əleykum hacı.namaz qılarkən hər hərəkətdə (təkbir) Allahu Əkbər deməmək namazı batil edirmi və yaxud deyibde əlini qaldırmamaq namazı batil edirmi
Ответ / Cavab
Aleykumusalam.
Ancaq birinci təkbir vacibdir və ondan qalanlarını deməyə bilərsiz.
Şeyx Lənkəraninin suallara verdiyi cavabların içində isə Əllərin qaldırılmamasının anlaşılmaz olduğunu və qaldırılmamaqın duz olmadiqin buyurur.