Страница 112 из 5746 << < 108 109 110 111 112 113 114 115 116 > >>
Sual |

Haci yazdiz ki o qadin işini tamamlayibsa gerek haqqini odeyim. Tamamlayib deyende ki, menim ucun online magaza acib adini ve parolunu mene yollayacaqdi. Magazani acdi ancaq ad ve parolun oldugu emaili yolladigini dese de mene hec bir email gelib catmadi (texniki problem). Sonuc olaraq men o magazama qovuşa bilmedim. Bu halda ona yerde qalan borcumu odemeliyem ya yox?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda onun işi sona yetməyib , ondan işi sona yetirmsini istəyin, tamamlasa qalan hissəni də verin.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Leyla |

Salam, esitmisem, bayram namazina qeder oruc tutmaq lazimdir, duzdur? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, buna ehtiyc yoxdur. Kimsə oruc olarsa gərək bayram namazından əvvəl pozsun

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Aytac |

Salam.Ramazan bayramınız mübarək.Heyzli halda Gəncədə İmamzadəni ziyarət etmək olar?

Ответ / Cavab

Aleykumusalam.

Pak qəbir oln yerə və məscid sayıln yerə daxil olmamalısız.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Bəndə |

Salam. Çox üzr istəyirəm suala görə. Səhər durandan sonra birinci dəfə yox, ikinci dəfə ayaqyoluna gedəndə nə olduğun anlamadığım yaşlıq gördüm. Gecə ehtilam olmamışam, ayıldıqdan sonra da heç nə olmayıb. Amma ola bilər ki gecə olanı xatırlamayım və boynuma qüsl gəlsin? Qadında məni içəri axa bilər deyirlər.

Ответ / Cavab

Aleykumusalam.

Əgər möhtəlim olmanıza yəqinliyiniz yoxdursa, deməli olmamısız.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Anar |

Salam Aleykum. 1. Sam xuften ve subh namazlarinda Fatihe ve Ixlas suresi ucadan deyilmelidir deyilir. Buna delil sehih hedisler gostere bilersiz? 2. Musiqi olan yerde namaz qilmaq olar? 3. Qaranliq bir yerde namaz qilmaq olar? 4. Bir insan ona verilen yemek geyim ve s. haram oldugunu bilerse ne etmelidir? 5. Quranda azan ve iqame haqqinda aye var? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

1.Səhih bhədislərin ünvanını versək həmin kitablar əlinizə çatacaq ya  ərəbcə onları oxuyub biləcəksiz? Əgər əliniz bu kitablar yetişirsə və bunu yird edə bilmək istedadınız varsa, bura sual yazmağın mənsı yoxdur.

Belə sualların məsəli budur ki, insan həkimə gedir, həkim dərman yazır, həkimdən bu dərmnın dərdinə dəva olacağı barədə dəlil istənilir.

2.Musiqi calınan yerdə namaz qılınmasın.

3.Bəli, qaranlıqda namaz qılmaq olar.

4.Qəbul etməməlidir və halal olanları ələ gətirməlidir.

5.Xeyr, azanın mətni olan ayə yoxdur.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum,qəza niyyəti ilə təşəhhüd necə olur??

Ответ / Cavab

Aleykumusalam.

Namazda təşəhud yaddan çıxanda namaz biən kimi qəza etmək niyyəti ilə təşəhüd deyilir, sonra səhf səcdəsi edilir.

Allah sizə yar olsun

Задан: 5 Июнь, 2019 , Опубликовано: 5 Июнь, 2019
Allahu Akbar |

Salam Aleykum, hacı məğrib Namazında salamı verəndə 2 ci rəkətdə təşəhhüdü deyib deməməkdə şəkkə düşdüm dedim dil öyrəşib yadıma gəlməsə belə qeyri ixtiyari demişəm təşəhhüdü sonra qalxdım İşan qıldım bitirəndə narahat oldum deyə məğrib namazına görə səhv səcdəsi etdim namaz düzdür?

Ответ / Cavab

Aleykumusalam.

Bir dənə də qəza niyyəti ilə təşəhud deyilməli idi.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
12345 |

Salam, bayram sabahdır?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, sabah bayramdır.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
...... |

Birde haci, siz yazmisiz ki, ay 20.00 dan 21.00 qeder gorunecek. Bes nece olur ki, ay megrib azanindan qabaq gorunsun? Ele sheyin olmasi mumkundur? 2. Sadece qohumum mene 21.24 de yazib bayramimizi tebrik edib, deyib ki, hemin vaxtda azan verilib demeli ay gorsenib ve sabah bayram namazi qilinacaq. Amma sizde 20.19 da artiq yazilmishdi bayram haqda. Sadece deqiqleshdirmek isteyirem. Xahish edirem melumat veresiniz

Ответ / Cavab

Aleykumusalam.

Bunun qaydası belədir. Təzə Ay o zaman doğar.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Ilkin |

Salam Eloykume , Sabah Oruc tutmaq lazimdi yoxsa yox ? Sabah Bayram di bildiyime gore

Ответ / Cavab

Aleykumusalam.

Sabah bayramdır və bayram günü oruc tutulmaz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Hrmidr |

salam Haci.biz bu gece imsaka durmaliyiq yoxsa yox?yoxsa bu gece bayram axshamidi?xahish edirem bize deqiq melumat yazardiniz

Ответ / Cavab

Aleykumusalam.

İmsaka duqmaq vacib şərt deyil, Bu axşam isə imsak yoxdur, artıq sabah bayramdır.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
.... |

Salam hacı, bizim ətrafımızda fitrə verəcək bir fəqir yoxdu. Amma bir şəxs var ki, o xeyriyyə işləri ilə məşğuldur və müxtəlif yerlərdə yoxsul insanları qida ilə təmin edir. Fitrəni o şəxsə verib bununla bir yoxsula qida almasını desək düz olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Əgər fəqiri tanıyırsa və fəqirə qida olaraq verəcəksə, ona verə bilərsiz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
hesen |

salam.menim yoldashim Rasiyada yashayir.bizim fitre pulumuzu o bir basha feqire gonderse bu fitre qebul olunarmi yoxsa o pulu bizim eve gondermelidir sonra biz feqire vermeliyik?yeni fitre hokmen ailenin yashadigi evden cixmalidir?yoxsa yoldashim bir basha feqire gondersin pulu?

Ответ / Cavab

Aleykumusalam.

Birbaşa göndərə bilər, evə gəlməsinə ehtiyc yoxdur, lazım olan həmin miqdarın fəqirə yetişməsidir.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Salam |

Salam, əgər insan yuxuda ihtilam olmayıbsa və ya olub olmadığın xatırlamırsa, onda məni olub olmadığını anlamadığı axıntı olsa qüsl etməlidir?

Ответ / Cavab

Aleykumusalam.

Bu qədər muəmma olmaz. Bunları ayırd etmək mukəlləin öz boynundadır. Olubmu ya məni xaric olub y yox. Bunu ondan başqa kimsə ayırd edə bilməz.  Məni xaric olubsa qüsl vacib olacaq.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Celal |

Salam aleykum. Atam işine göre başqa şeherde yataqxanda qalır..ortalama ayda 2-3 defe bizimle olur. İndi fitre pulunu kim ayırmalıdır? Men, övlad olaraq öz pulumla da bütün aile üzvleri adından çıxara bileremmi, atam daxil olmaqla? Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam

Bəli o da hamının yerinə ayira bilər, sizdə ayira bilərsiniz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Salam |

Salam Aleykum haci Bu gun ay gorsense bayram namazina kimi oruc tutmaliyiq Yoxsa ?

Ответ / Cavab

Aleykumussalam

Bayram günü oruc tutmaq olmaz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Sərvan |

Salam.İnsan səhər oruc tutur.sonra görürki onun o gün ağır işi olacaq.səfər edib orucun batil edib,qayıdıb vətənə işin görsə buna görə kəffarə ödəməlidir?yoxsa o günün qəzasın tutmalıdır?

Ответ / Cavab

Aleykumussalam

Həmin günü ancaq qəza edəcək.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
... |

Salam.1. Bir insan ixlasla etdiyi öz yaxşı əməllərin dilə gətirə bilərmi? Ona görəki insanları həmin əməlləri etməyə təşviq eləsin 2. Bəzi ərəbcə kəlmələr elə formada yazılır çətin qarışıq anlamaq olmur. Onları yaza və anlaya bilməyi necə öyrənmək olur?

Ответ / Cavab

Aleykumussalam

Təşviq etmək üçün edə bilər amma başqası adından danışmaq daha məqsədə uyğundur.

Bu barədə bacariqi olanlardan birinin yanına gedib öyrənin

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Sual |

Salam Haci. Mən işimlə bağlı Amerikadan bir qadınla əlaqə saxlayırdım, mənə işlə bağlı köməklik edirdi. Və bunun qarşılığında 250 dollar alacaqdı. Razılaşdıq, əvvəlcə 200 dollar ödədim. 50 dolları sonra odeyecekdim. O qadın işimi gördükcə xərc artdı və elə oldu ki əlavə təxminən bir 50 dollar daha borclandim. Bir gün mübahisəmiz düşdü (başqa məsələdən ötrü) ve mənə yazdı ki bir daha mənə yazma. O qadına 100 dollar təxminən ödəməli idim bu mübahisə olanda. Mübahisə başqa şey üstdə idi. Indi 1 ildən çoxdur əlaqə saxlamıram. Sualim budur ki borcumu ödəməliyəm yoxsa qalsın? Onu da qeyd edim ki məndən aldığı 200 dollarlıq işi heç düz-əməlli yarıda bilmədi. Sadəcə bir ideya verdi o da çox faydalı oldu vəssalam. Sistani Ağa.

Ответ / Cavab

Aleykumussalam

Əgər danisiqa əsasən işini tamamlamayibsa boynunuzda bir şey yoxdur. Əgər belə deyilsə haqqını ödəyin.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Q... |

Salam.Size sual vermisdim 10 yasli qizim herden doze bilmeyib orucunu acir deye.Sizde cox sag olun cavab yazdiz.Bele yazmisiz "Dözə bilmədikdə dözümü əmələ gələn qədər su içsin ya bir şey yesin, daha heçnə etməsin. Qoy bu ayda oruc olmaq ruhiyyəsi yaddaşında düzgün qalsın".Men bele basa dusdum ki,yani o anda nese yesin yaxud icsin amma yeniden iftara qeder doze bilerse daha hec bir sey yemesin,oruclu kimi gezsin.Duzgunmu basa dusmusem sizi?

Ответ / Cavab

Aleykumussalam

Düz başa düşmüsünüz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Страница 112 из 5746 << < 108 109 110 111 112 113 114 115 116 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com