Страница 113 из 5746 << < 109 110 111 112 113 114 115 116 117 > >>
Irada |

Salam Aleykum. Men HAL hazirda Bakida deyilem. Fitreni nece cixartmaliyam. Kim menimledi onlar ucunde cixartib burda vere bilerem.

Ответ / Cavab

Aleykumussalam

Azərbaycan ərazisindəsizsə fərq etməz, harada olsaz ayırıb fəqirə yetirin. Sizin çörək yeyəniniz kimdirsə hamısının yerinə çıxara bilərsiniz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, hacı bayram namazında qunutda 3 dəfə salavat demək olar?

Ответ / Cavab

Aleykumussalam

Bildiyiniz qunut duası oxuya bilərsiniz.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Salam |

Salam bayram namazi nece qilinir?baxdim sizin sayta gormedim ,saqolun

Ответ / Cavab

Aleykumussalam

İk rükətli namazdır ki birinci rükətdə bes , ikinci rükətdə isə dörd dəfə ardıcıl olaraq qunut tutulur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Sahibə |

Salam.1.usagi cümə günü yəni 5 çi gün?2.cumə günü 7 o cümə 14 düşür.hansi yaxşıdı?3.esitdiyimə görə cəhənnəm 7 qapısı var bu doğrudurmu?8 cənnət qapısıdi.du,du bəzi mənbələrdə yazılıb ki,Kəbəni 7 dəfə dövr edirlər,namazda bədənimiz 7 üzvü yerə dəyir və s bu sualıma da cavab yazmağı xahiş edirəm.Xahis edirəm.

Ответ / Cavab

Aleykumussalam

Bunlardan hər hansı biri sizə rahatdirsa elə də edin. Cəhənnəm qapılarının sayı bura aid deyil bunu fikrinizə gətirməyin.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Fatma |

Salam haci.Evli xanim var deyir teztez basini yuyanda narahatliqi olur.cenabet quslu zamani olarki elini isladib basina ceke yada heftede bir defe cime iki defe teyemmum ala ve ya nbasga yolu varmi?yazardiniz zehmet olmasa.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Havalar istiləsib,indi bu narahatçılıq yaratmaz. Əgər tibbi cəhətdən ciddi xəstəliyi varsa və qüsl almaq buna ciddi ziyan edirsə, təyəmmüm edəcək.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
S.S |

Salam. Bilmek isterdim, eger bu gece ay görünse imsaka durmaq lazımdır? Ve bayram namazına kimi oruc olmaq lazımdır? Ve bayram namazı saat neçede qılınmalıdı?

Ответ / Cavab

Aleykumussalam

Xeyr daha buna ehtiyac olmayacaq.

Bayram namazini səhər gün çıxandan sonra qılınır.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Elya |

Salam olar fitreni vetene gelende kimese verim Ya da olar elil olan amma ozune gore imkani olan yeni pensiya alan rusa verim Men Rusiyada yawayiram her fitre cixartmaq gelende men tupike duwurem Yoldawimda inacli deyil deye cox cetinlik cekirem

Ответ / Cavab

Aleykumussalam

Dediyimizə əməl etmək daha yaxşıdır. Qohumlardan kiməsə poçt vasitəsilə gondərin olar çatdırsın.

Allah sizə yar olsun

 

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Baku |

Salam. 1. Əhli-Sünnə və digər məzhəblər bayramı bugün qeyd etdilər. Onlar nəyə əsasən belə etdilər? Aya istinad etdilərmi? Yoxsa sadəcə təqvimlə hesabladılar?

Ответ / Cavab

Aleykumussalam

Bu əhli sünnə məsələsi deyil. Dininə və ibadətlərə laqeyd yanaşanlarin işidir. Onlar şəriəti kənara qoyub kalendara iman gətiriblər.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Baku |

Salam. 1. Fitrəni xeyriyyə işləri ilə məşğul olan adamlar ki, onlar tez-tez paylaşım edirlər yardımları haqqında, insanların ehtiyaclarını yardımlar vasitəsilə ödəyirlər. Fitrəni o yoldaşlara verə bilərikmi? 2. Fitnə günü fitnə zəkatından başqa hansı əməllər bəyəniləndi?

Ответ / Cavab

Aleykumussalam

Fitrəni fəqirlərə verin. Xeyriyyə üçün yardım etmək istəyirsizsə bunu ayrıca edin.

Bayram namazı qılmaq choxlu təkbirlər demək, fəqirləri sevindirmək. Çoxlu istiqfar etmək. Evdə bayram əhval ruhiyyəsi yaratmaq.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
... |

Salam. 1. Oruc imsakdan sonra və sübh azanından əvvəl bağlansa düz olmur? 2. Bankdan kredit götürmək haramdır?

Ответ / Cavab

Aleykumussalam

Oruc baqlamaq sözü şərti məsələdir. Sübh azani olduqda oruc başlayır və sam azaninda bitir.

Zərurət olduqda icazəli sayilar.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
... |

Salam. Tercumesin yazardizda zehmet olmasa Ya hüvə ya mən la hüvə illa hüvə cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bunlar duanın kiçik hissəsidir . Tərcüməsi sizə anlaşılmayacaq. Haradan gəldi, nə gəldi götürmək lazım deyil.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, hacı barmağımın üstündə biraz dəri soyulmuşdu yeri suluğlanırda qanı silirdim müəyyən vaxtdan sonra yenə qanla dolmağa başlayırdı yeri ölçüsü 1 qəoikdən kiçik idi elədə dəstəmaz alıb namaz qıldım, namaz batil deyil?

Ответ / Cavab

Aleykumusalam.

Qan yayılmırdısa, düzdür.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
bende |

Salam Haci.1)namehremle goruwmek olmaz bilirik.sadece bir wey maraqlidi ve sebebin bilmek istiyerdim..cavan qizla goruwmek sebebi wehvet hissi ola biler ve.s.bes 50yawdan yuxari xanimlarla goruwmemek sebebi nedi?2)Sistani aganin bir sualin cvbinda bele deyib.werab olan sufrede oturmaq icazelidir?cvb:ehtiyat vacibe esasen icazeli deyil.burda Sistani aganin tam haramdi dememesi ehtiyat vacibe esasen dememesinin sebebi nedi?3)eger bu axwam ay gorsense bu gece imsak etmek lazim deyil sehere kimi?Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

1.Naməhrəm hər halda namərəmdir. Burada yaş rol oynamır. 50 yaşlı qadının da hissləri var.

2.Muctəhidin fətvası onun ictihadına əsaslanır. İctihadı isə elminə əsaslanır.

3.Bu xşam ay görünsə, deməli sabah Bayramdır və byramda oruc tutulmur.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
000 |

Salam. Men rusiyada yasayiram. 2 hefte sonra azerbaycana gedecem. Olarmi men fitreni ayirib qiraqa woyum ve azerb.da olanda verim?

Ответ / Cavab

Aleykumusalam.

SizAzərbaycanda yaxınınız varsa ona sizin yerinizdən fitrə ayırmasını həvalə edin, gəlib onun borcunu qaytararsız.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Zeynəb |

Birdə Hacı fitrə pulu 1 nəfər üçün ən azı neçə manat çıxarılmalıdır? qiymətlərdən xəbərim yoxdur.Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Ən zı 3 manatdan ayırsanız məqsədə uyğun olacaq.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Zeynəb |

salam aleykum hacı.Bəzi adamlar, dini xeyriyyə cəmiyyətləri bayram axşamı çıxarılan fitrəni xəstə olan hər hansı uşağın müalicəsi və ya əməliyyatı üçün istəyirlər. Yəni təklif edirlər ki,onlara göndərək. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə belə fitrə sayılırmı?

Ответ / Cavab

Aleykumusalam.

Qohumlarınızda, yaxınlarınızda və onşuluqunuzda fəqir ailələr varsa, onlara verin qidalarına xərcləsinlər.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Aysel |

Salam aleykum. Eger bir ishin alinmagi uchun Qurban nezr edilibse onu Qurban Bayraminda Qurbanliq kimi kesmek olar? Yoxsa niyyet ayri Qurbanliq ayri olmalidi? Teshekkur

Ответ / Cavab

Aleykumusalam.

Həmin gün kəsmək olar, lakin qurbanlıq kimi yox, elə öz adıyla kəsiləcək.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Oksana Məmmədova |

Salam bilmək istəyərdim Ramazan bayramı nə zamandı mümkünsə deyərdiniz zəhmət olmasa?

Ответ / Cavab

Aleykumusalam.

İnşaAllah bayram təzə ayın görsənməsi ilə olur. Ümidvarıq bu axşam görsənə.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
...... |

Salam haci. Sizin saytinizda yazilib Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Onda bu gun megrib azanindan dergal sonra ve ya yarim saat sonra fitreni aparib feqire vermek olar yoxsa ayin cixmasini gozlemek vacibdi? Sizin saytda yazildigina esasen megribden sonra ayirmaq olar, demeli vermekde olar he? Yeni cox gec olmasin deye hardasa saat 21.00 da aparib vermek isteyirik. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, axşam ay görsənərsə( yəqin ki, bu axşam görsənər.) onu ayırıb fəqirə yetirin.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Südabe |

Salam.türkiye ve sünnüler erebistannla gedir,bayram baximindan ,bes biz kimle iranla yoxsa?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Türkiyə müsəlmanlarından inini bilən və hörmət edən sünni qardaşlarımız belə məsələsini düz həll edib oruc qalıblar. Ramazan ayı ayın çıxması ilə bitir, kalendarla ya səudiyyənin vəhhabi şeyxlərinin sözüylə yox. İnşaAllah ay çıxdıqda biz də bayram edəcəyik.

Allah sizə yar olsun

Задан: 4 Июнь, 2019 , Опубликовано: 4 Июнь, 2019
Страница 113 из 5746 << < 109 110 111 112 113 114 115 116 117 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com