Salam fitre pulunun evezine duyu sabalid et alib versem qebuldu
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düyü, un xuram və bu kimi şeylər verə bilərsiz.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Zuleyxa |
Salam. Bayram namazini evde tek qilmaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bu namazı tək də qıla bilərsiz.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
..... |
Salam bu duzdurki ay gorsenib yeni saba 4 oruc tutulmur bayramdi zehmet olmasa cavablandirardiz
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, tam olarq yalnışdır. Sabah orucuq
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Sual |
Salam. Səfərdə tutulmayan orucların qəzası tutulmalıdır mı?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, onlar qəza ediləcək.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Südabe |
Salam.Rassiyadan yaziram,bayram günü bayram namazin seher saat 07:30 de qilmaq olar?İşe getdiyime göre.sag olun
Ответ / Cavab
Aleykumusalam.
Bayram namazını bayram günü qılmaq lazımdır, sabah bayram deyil, bunu qəiyyətlə bildiririk.
Bayram namazını gün çıxandan sonra qıla bilərsiz.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Vvvvvv |
Bir cox insan deyir sabah bayramdi bu ne derecede duzdur? Birdeki Turkiyede sabah bayramdi ay gorunmesi ferq edir ki Turkiyeyle bura baxanda?
Ответ / Cavab
Aleykumusalam.
Sabah orucuq,
Türkiyə və səudiyyədə metod başqadı, hesablama və klendarla işləyib ki, bu da ayın gözlə öz regionunda görünməsi deyil.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
elya |
salam aleykum fitre haqqinda sual vermek isdeyirdim.mən işləmirəm yoldaşımında işi baglanıb qaynanam dolandirir ailəmizi.mən firtə çıxarmalıyammı öz pulumnan ?esiddiyimə görə fitrə cixarmayanın orucu qebul olunmur.əgər mən cixarmalıyamsa evdekilərin hamısının əvəzinə cixarmaliyam yoxsa qaynanammi cixarmalidi?eger çixarmasa mənim oruclarim qebul olunmurmu?Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Fitrəni evin şörək qazananı verir. Amm bundan kənar kimsə vermək iqtidarındadırsa, o da verə bilər.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Muslim 313 |
Salam Aleykum hacı vəsvəsəlikdən necə əl çəkmək olar? Dəstəmaz Namaz bunlar azı 2 saatımı alır
Ответ / Cavab
Aleykumusalam.
Şəkklərinizi kənara qoyub onlara fikir verməyin.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
...... |
Salam haci. Evde men ve qardasim isleyir. Atam ve anam islemir. Men oz maasimdan bir hisseni eve verirem qalani oz herclerime qalir. Fitreni ev pulundan vermeyecem. Ozume saxladigim puldan vereceyem. Yeni men onu qabaqcadan ayirmadim. Bilirem olmaz. Amma ozume qalan puldan bir nefere borc kimi verdim ki, bayram gunu menim adimdan hemin borcu fitre versin. Bunun ferqi var mi, evin umumi pulundan cixacaq fitre ve yaxud evde ishleyenlerden biri oz pulundan versin?
Ответ / Cavab
Aleykumusalam.
Bunun heç bir fərqi yoxdur, sas lazım olan budur ki, lazım olan məbləğ lazım olan vaxttda ayrılıb lazım olan yerə verilsin.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Nadir |
Salam Aleykum. Eger olkeden kanarda yasayiramsa amma fitreni Azerbaycana pul gondersem menim yerime verseler duzqundur, yoxsa mutleq yashadigim olkede vermeliyem fitreni? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzgündür, elə burada sizin yerinizdən vermələri daha yaxşıdır.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Anara |
Salam hacı. Sizə 3 sualım olacaq. Zəhmət olmasa cavablandırın. İndidən Allah razı olsun. 1. Halal kolbasa-sosiska firmaları hansılardır? 2. Əgər pizzaya halal olmayan sosiska vurulsa, sosiskaları üstündən götürmək şərti ilə həmin pizzanı yemək olar? 3. Tiflisdə yaşayan biri soruşur ki, bayram gününü necə bilsin? Çünki orada ayın nə vaxt görünməsi ilə bağlı məlumat ala biləcəyi heç yer yoxdu. Ayın 5-i o da Ramazan bayramını qeyd edə bilərmi?
Ответ / Cavab
Aleykumusalam.
Bizim hicaz firmasına tam halal olma yəqinliyimiz var.
Əgər nəcis oln bir hldadirsa, tam olarq nəcis olub, əgər pak amma halal olmayan şeydirsə, üzərindən götürmək olar.
Bizim saytımızı izləsin. Bayram olan kimi elan edəcəyik.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Elshan |
Salam. Bu duzdurmu ki Peygemberimizden bele gelib ki yeni dogulan korpenin 7 gunden sonra saclarini lezviya ile qirxilmagi tekid olunmus musteheb emeldir.? Yani bu duzdur
Ответ / Cavab
Aleykumusalam.
Bu müstəhəbb əməldir və tükün qırxılması qeyd edilib, ülgüclə ya başqa şeylə yazılmayıb. Tükü qırxıb çəkmək, neçə qram edərsə, o qədər gümüş ya onun pulunu fəqirə sədəqə kimi vermək buyurulub.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Bismillahir |
Salam.oynamaq reqs etmek harda yazilib haramdi?nece subut ede bilerik?Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Fiqh kitablarında yazılıb.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
ZohCav |
Salam! Bakı kəndləri və bağlarda iftar imsak vaxtları Bakı ilə eynidir?
Ответ / Cavab
Aleykumusalam.
Bakı və Bkı ətrafı kəndlər eyni üfüqdədirlər.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
ZNoC |
ZNoC | Salam! Dişdə problem olduğu ehtimal edirəm. Amma həkimə orucluq vaxtı getmirəm ki, birdən oruc pozular (məsələn əgər diş çəkilməli olsa). O da var ki ayın altısı iki həftəlik işə gedirəm (dənizə), yəni belə çıxır ki orucluqdan sonra iki həftə də təxirə salınır. Düzmi edirəm? Yoxsa necə etməli? Ответ / Cavab Aleykumusalam. Əgər bir şeyin udulmayacağına əminsinizsə və həkim sizin oruc olduqunuzu bilib diqqətli dvranarsa, oruc diş çıxarmaqla pozulmaz, Əsas odur boğazdan aşağı bir şey getməsin. Həmçinin bunu axşam iftrdan sonra da edə bilərsizniz ki, axşamlar da işləyən həkimlər var. Allah sizə yar olsun /////////////////////////////// Əgər yenə də indi getməsəm, gələn ay getsəm, özümə ziyan etmiş olmaram?
Ответ / Cavab
Aleykumusalam.
Bunu biz bilmərik. Dişinizin halını siz bilirsiz.
Əgər canınıza ziyan etməzsə, ziyanı da olmaz.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
bende 313 |
Salam.fitreni iwliyen adama duwur yoxsa iwlemiyende vermelidi?biz ailede 3neferik anam ve men iwlemirik.biz fitre vermek duwurmu?Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Firə vemək imkaniniz varsa fitrə verəcəksiz.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
Sual |
Ağa Salam. Ailede 3 nəfərik, atam anam və mən. Üçümüzün də öz qazancı var. Bu halda men ayrica olaraq fitre cixarmaliyam, yoxsa bu 3 nəfərdən biri ümumi fitre pulu cixarsa hamimizin adindan bes edir? Sistani aga.
Salam.islamda belə bir qayda varmı? Tutaq ki,hansısa gün, həftənin hansısa günü bu bürcə dusərlidi? O,qadın doğulmuş uşaqlar nə isə taleyində nə isə ola bilsin? Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Bəli, muəyyən günləri muəyyən təsirləri var.
Allah sizə yar olsun
Задан: 4 Июнь, 2019 , Опубликовано: 3 Июнь, 2019
anonim |
bagışlayın indi mənə günah yazılıb görəsən? yəni evlənəcəyik inşaAllah yenədə özümü narahat hiss edirəm.(
Ответ / Cavab
Aleykumusalam.
Sizin bu işinizdə ay valideynləriniz razı olarmı? bax bunu fikirləşmək lazımdır.
Gunh deyil, kəbin olduqundan amma Hər şey gunahla ölçülməz. Bəzi məsələlər mentalitetlə də qorunmlıdır.