Страница 157 из 5746 << < 153 154 155 156 157 158 159 160 161 > >>
Allah bendesi |

Salam Haci.... Bu Ramazan ayinin, 1ci 2 ci ve galanlarin gunun dualarin axwam iftarda oxumaq lazimdi ya gece?

Ответ / Cavab

Aleykumussalam.

Gün ərzində oxuyun. O basdanda,iftarda namazlar arasi

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
1111 |

Dediz eger vermesez,oruc da olmasaz mesele cetine duser.Ne vermesem? 2/Qusl almaq ucun bedenin kirinin surtulmesi,bedenin tuklerinin temizlenmesi vacibdir,yoxsa sadece sabunlanmaqla qusl almaq olar? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Yəni qüsl etməsəz.

Sabunlanmağa belə ehtiyac yoxdur. Bədən nəcisə bulaşmayıbsa bir başa duşun altına girib qüsl etmək olar.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 8 Май, 2019
... |

Usta işlədəndə usta oruc tutmasa ona yemək necə vermək olar?

Ответ / Cavab

Aleykumusalam.

Özü öz yeməyini təmin etsin. Ona yemək vermək o zaman icazəli oalr ki, bu adam oruc tutmamaqda şər"ən icazəli ola.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Ayten |

Salam. Allah hamimizin orucunu ve butun ibadetleri qebul elesin. Sualim beledir:bir nefer evveller süni namazi qilirdi,indi isteyir shieliyi qebul elesin. O insan hansi emmeleri görmelidi?etrafli yazsaz sevinerem. Cox saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bu əqidə məsələsidir. Şiə məzhəbinin fiqhini qəbul edib ibadətləri bu fiqh məktəbinə uyğun icra edəcək və ən əsası əhli beyt məktəbinin əqidəsini qəbul edib öü üçün yol olaraq seçəcək.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 7 Май, 2019
elya |

Salam aleykum tez tez sizi suallarimla narahat etdiyim ucun haqqinizi halal edin.etrafimda sorusa biləcəy bir insan olmadigi ucun sizi narahat edirem.men size istihaze qani barede yazmişdim eger sidiklik kisesinden gelirse qan ve sebebi bilinmirse o zaman istihaze quslu vermeliyikmi.yara qanı olub olmamasin bilmirem.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Sidiklikdən gəlirsə, bunu həkimdən soruşun ki, bu boyrək, sidik kanalı. daşı var , onun yaraladığı qandır, o zaman buna qüsl yoxdur. Yox əgər belə deyilsə, o zaman istihazə bilinəcək.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 7 Май, 2019
1111 |

Salam.Mende adeten heyz 7 gun cekirdi.indi 6 gun tamam olub,cox az leke deyir.belke de bitib,ola bilsin,yuyunub oruc tutsam sabah yene azca leke deye biler.men yuyunub oruc tutummu,yoxsa 7 gunu gozleyim? Eger oruc tutmasam ve melum olsa ki, heyz bitibmish onda hemin gune keffare gelir?Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər heçnə gəlmirsə. yuyunub, qüsl edib oruc tutun. Nəsə gələrsə, oruc pozular. Əgər verməsəz və oruc da olmasaz,məsələ çətinə düşər.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Arzu |

Salam.Azan sesini ewden kimi su icilir,yoxsa azanin sonuna kimi gozlemek lazlm?Namaz qilmaga da azani ewden kimi qilmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Azan ola bilər bir iki dəqiqə səhf verilə. Ehtiyat edib azanın sonunu gözləməniz daha uyğundur.

Allah sizə yar olsun

Задан: 8 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Suay |

Salam bir daha. Yazmısız ki, əgər işinizlə bağlı gedirsizsə, yəni bu sizin işinizdirsə, o zaman məsələ fərqlidir. Bu nə deməkdir? Necədir yəni? Mən hər gün gedirəm təhsil alıram universitetdə oxuyuram getməyə məcburam. Amma orucuda tutmaq istəyirəm çünki bir iki gün yox bazar günündən başqa bütün günlər qəzaya qalır və qəzasını ancaq yayda tuta bilərəm yayda getmirəm universitetə

Ответ / Cavab

Aleykumussalam

İşlə baqli hökm budur ki insan işi ilə baqli intensiv səfər edərsə o peşəsi səfərdə olan sayılır və onun namazları tam,orucu da tutacaq. Amma təhsil iş sayılmaz. Təqlid etdiyiniz müctəhidin dəftərinə müraciət edin.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Suay |

Salam. Yenədə eyni mövzu haqqında sual verirəm dəqiqləşdirmək üçün üzr istəyirəm. Demək mən Sistani ağanı təqlid edirəm o 45 km deyirsə məndə isə 43 km-dir yol onda səfərdə sayılıram? Sistani ağa gedib gəlişi 45 km deyib yoxsa təkcə gedişi? Məndə təkcə gediş 43 km-dir(Sumqayıtdan nefçilərə gedirəm hər gün)

Ответ / Cavab

Aleykumusalam.

Gediş və gəliş 45 km olmalıdır, yəni her tərəfə 22.5km

Əgər işinizlə bağlı gedirsinizsə, yəni bu sizin işinizdirsə, o zaman məsələ fərqlidir.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Suay |

Salam. Siz dediz ki, səfərdə sayılıram. Bəs mən tuta bilirəmsə dözə bilirəmsə orucu davam edib tuta bilərəmmi???

Ответ / Cavab

Aleykumusalam.

Məsələ insanın fərdi bacarığı ilə ölçülmür. Kimisə qüvvətlidir ya aclığa susuzluğa dayanıqlıdır, kimsə yox. Hökm umumidir. Quran ayəsi buyurur ki, səfərdə olduqda həmin günləri sonra qəza edin.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Suay |

Salam. Səfər neçə km-dən başlayır?

Ответ / Cavab

Aleykumusalam.

Seyyid Xameneinin nəzərinə görə gediş gəlişi ən azı 41km, Seyyid Sistaninin nəzərinə əsasən 45 km olduda səfər sayılacaq.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Anara |

Salam hacı. Allah sizdən razı olsun. Bir neçə sualım vardı. 1. Oruclu halda birini öpmək olarmı? 2. Üzümə və əlimə nəmləndirici, qidalandırıcı krem vurmaq orucumu pozarmı? 3. Həyətdə saxladığımız itin quyruğu şalvarıma dəydi. Həmin şalvarla namaz qıla bilərəm? Üstündən uzun yubka geyirəm. Yoxsa artıq nəcis sayılır, atım maşına yuyulsun?

Ответ / Cavab

Aleykumusalam.

1.Ağız ağıza olmazsa, eybi yoxdur.

2.Xeyr, bunlar orucu pozmaz.

3.Quru halda olubsa eybi və tükü üzərinizdə yoxdursa, olar, amma nəm halda olubsa, o zaman gərək yuyulub paklansın.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
ilaha |

Salam.sumqayitdan yasamala gelende sefer sayilir?namaz qesr niyyetile oruc batil olir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qeyd edilən yol səfər sayılar.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Suay |

Salam Hacı. Mən hər gün Sumqayıtdan Bakıya gedirəm. Və yolun neçə km olduğunu bilmirəm. Xəritədən baxdım 43 km-dir. Mənə oruc tutmaq vacibdir? Yoxsa mən səfərə çıxmış sayılıram? Orucu tutmağa davam edim yoxsa dayandırım?

Ответ / Cavab

Aleykumusalam.

Siz səfərdə sayılırsız.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Sual |

As'Salamu Aleykum, orucu pozan şeyi bilmədn edib sonradan məhz o şeyin orucu ozduğunu bilən insanın orucu batildir?

Ответ / Cavab

Aleykumusalam.

Sualda qaranlıq məsələ var. Açıq yazın nə edib, hansı orucu pozan işi görüb, düzgün cavab verə bilək.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Zahra |

Salam haci. Bugun yatib qaldim ve gecikdim aglimda ele qalib ki, sizin saytda azan 04.07dedir. 03.52de oyandim tez yemey yedim su icdim 04.03de bagladim indi baxiram ki azan 04.00dadir, menim orucum sayilmirmi?((

Ответ / Cavab

Aleykumusalam.

Subh azanından sonra orucu pozan bir şey edilibsə, oruc pozular. İftara kimi dayanılmalıdır, sonra qəza ediləcək. İftara kimi gözlənilməsə kəffarə gələr.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Tələbə |

Salam. Bir tələbə adi bir kitabı ala bilmirsə (İslam tələbəsi) ona fitr verməy olar?

Ответ / Cavab

Aleykumusalam.

Fəqirlik kitab alıb ala bilməməzliklə deyil. Əgər gündəlik ya aylıq dolanışığını ələ gətirə bilmirsə ya əziyyətlə ələ gətirirsə, fəqir sayılar və fəqirə də fitrə vermək olar. Həmçinin göstəricilərdən biri də budur ki, insan fitrə vrmək iqtidarında deyilsə. ona fitrə verilər.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
besti |

salam oruc tutarken disleri fircalamaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar. Əgər boğazdan aşağı bir şeyin getməyəcəyinə əminsinisə, yuya bilərsiz, amma bitirdikdən sonra 3 dəfə ağızda olan yaşlığı cəmləyib çölə atmalısız.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Bismillahir |

Salam.xestelenen qizdirmali insan orucdan icazelidirmi?Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, oruc tutmağa halı və imkanı varsa, gərək orucu saxlaya.

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Elçin Oruc |

Salam Eleykum. Qardaş mən elə bilirdimki bankdan pul götürmək haramdı çünki götürdüyümüz puldan faizlə artığını qaytarırıq banka. bunun nəyə görə haram olmamasını necə izah edə bilərsiniz.. Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Burada incəliklər çoxdur. Alimlər bank işlərini və bu riba ilə bağlı olan məsələləri araşdırıb fətvalar verirlər. Muqəllidlərin də vəzifəsi budur ki, bilmədiyi şeyləri elm əhlindən öyrənsin. Biz də məsum imamımızın qeybət dövründə muctəhidlərimizdən öyrənirik. Onların da bu barədə rəyləri fiqh kitablarında qeyd edilib

Allah sizə yar olsun

Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Страница 157 из 5746 << < 153 154 155 156 157 158 159 160 161 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com