Salam, ayədəndə açiqdır ki, ibadətlər qeyd edilməyib. Quranda da heyz halının oruc tutmağa maneə olmadığı açıqdır. Mənim demək istədiyim orucun heyz halında tutula biləcəyidir və bu qeyd edilməyib(Quranda). Beləliklə Şəriətiniz, Peyğəmbər və Əhli beyitinin hədisləri idda edildiyi hədislər konkret nələr maneədirsə, deyilmiş ayəyə, əlavə edə bilməz.
Ответ / Cavab
Aleykumusalam.
İbadətlər qeyd edilməybsə misal olaraq bu ayəni deməyin mənası nə idi? Deməli ayə sizin iddianıza da yaramır . bir milyard yarımlıq islam ümmətinin bütün məzhəblərinin alimləri bunun belə olduğunu deyir, siz isə " şəriətiniz "deyə istehza edirsiz. Şəriət bizim deyil, İslam ümmətinindir. Bilməyənin işi biləndən soruşub öyrənməkdir.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Profunda excogitatoris |
Salam qadinin adet halinin Quranda oruc tutmaga manea oldugu bildirilmir ve hedislerde bunu eksi deyilir Bəqərə surəsi 222 ayə: (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər! Hemin bu ayede eger senden sorussalar de deyir ve birbasa nelerin olmayacagini deyir ve burda oruc tutulmamasini qeyd edilmir. Indi oruc tutulmamasini(adet halinda) nelere dayanaraq dediyinizi bilmek isterdim. Onceden Tesekkurler.
Ответ / Cavab
Aleykumusalam.
Burada qadınların heyz halında olduqları zaman onlarla cinsi rabitə məsələləri açıqlanıb, ibadət məsələləri yox. Bunları bir birinə qatışdırmayaq.
Ayədə əgər səndən soruşsalar demir, yəs-əlunəkə- səndən soruşurlar buyurur. Bunlar da fərqlidir. Birinci şərtdir, ikinci isə konkret sual.
Nəhayət muqəddəs şəriətimizin buyurduqlarının az bir hissəsi Qurandadır. Əsası isə Peyğəmbər və Əhli beytinin hədislərindədir. Məsələn Quran buyurur namaz qılın. Amma Quranda nə şəkildə, neçə rükət qılınması deyilməyib.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Emin |
Salam aleykum Haci Allah sizden razi olsun.Haci menim sualim beledir.1 ci sual eger uzaq yol gedirsense hardasa 400 km onda oruc pozulurmu?eger pozularsa ne etmeli?2 ci sualim,eger baliq tutmaga gediremse bu orucumu pozurmu?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, belə səfər orucu pozar. Səfərdə olana oruc vacib olmaz, sonra qəza tutacaq. Amma oruc vacib olmasa da bu ayın hörmətini saxlamalı və aşkarda oruc pozan işlər görməməlidir.
Yolu Səfər qədərindədirsə, bəli.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
bende |
Salam Haci.menim suallarim var size.1)oruc tutan insan birinci iftarin acib sonra namaz qila biler yoxsa namaz sonra iftar etmelidi?2)eger qardaw ya baci toy edirse ve icki verirse iwtirak haramdi?3)orucluqda toy etmek niye haram buyrulub?4)miladi teqvimde yeni il var bes hicri teqviminde yeni il varmi yani qeyd edirler?5)bigi saqqaldan artiq saxlamaq olar dodagin ustune duwmemek werti ile?Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bu ikisinin arasında ixtiyar sahibir. Hansı rahatdır onu etsin.
Bəli, kimliyindən asılı olamyaraq içkili məclis haram məclisdir.
Toy haram buturulmayıb, toyların öz şəkli haramdır və bu həmişə belədir istər orucluq olsun itər adi ay. Haram yeməli və içməlilər, haram musiqilər, naməhrəmlərin bir birinə qatışması və sair.
Hici şəmsi ilə yeni il novruz bayramındanır, qəməri təqvimi ilə il Muhərrəm ayında dəyişilir.
Bığlar qısaldılmalıdır.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
... |
Salam. 1. Quranı oxuduqda kimsə yemək yeyə ya danışa bilər? 2. Duaları ərəbcəsinin azəricə formasını oxuduqda savabı çox olur? 3. Valideyin övladı üçün toy etdikdə bu zaman evlad istədiyi bir kəsə deyə bilər ki mənim toyuma gəl amma pul atma?
Ответ / Cavab
Aleykumussalam
Bu qadaqan deyil amma yaxşı olar ki Quran oxuduqda sakitliyə əməl olunsun.
Orijinal həmişə daha düzgündür, tərcüməsi də savabdır.
Bu ailə daxili məsələdir. Dini məsələ deyil.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Çiko |
Salam.Allah orucunuzu qebul eylesin.yeni namaz qılmağa başlayanda 40 gün sehv etmək olar,bu doğrudurmu?yeni namaza başlayanlar sözlər yaddan çıxdıqda kağıza baxa bilerlermi?
Ответ / Cavab
Aleykumussalam
Xeyr bu doqru deyil. Namazı təzə oyrənən tam öyrənənə kimi camaatla qilsin. Yaxud da namaz kaqizini əlində tutub qılsın.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
... |
Salam. Allah oruclarinizi qebul etsin haci ibedet eden zaman zikr eden zaman aglima exlaqdan kenar kufur haqqinda ve bunun kimi basqa bow ve menasiz fikirler gelir bilmirem bu mene gunah yazilirmi bu menasiz hereketlerden nece qurtara bilerem fikir vermesem seytanin(lən) vesveselerine bu menden uzaqlasarmi cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Bu şeytanın vəsvəsələridir. Fikrə görə günah yazılmaz.. Belə olduqda Allahı zikr edin.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Adminka |
Salam menim sualım budur qadın reqil halında oruc tuta bilermi quranda yazılmayıb qadın reqil halında oruc tutaz nanaz qılmaz sizin fikriniz nedir buna bilmek isterdim mən reql halında orucuda namazıda saxlayıram günahamı batıram deyilirki quranda yazılmadıgına göre günaha giririk xayiş efirəm açıq aydın yazın mene deyirlerki quranda yazılmayanı niye edirsen onda sen inanmırsan özümdə şiye namazı qılıram.
Ответ / Cavab
Aleykumussalam
Rəqil halının nə olduğunu bilmədik
Əgər məqsəd qadının aylıq adət halıdirsa,o zaman bu halərdə oruc tutmaq və namaz qilmaq olmaz. Bu halda namazların qəzası da yoxdur, amma orucları qəza edəcək.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
... |
salam.dinimizde faize borc vermek ve borc almaq haramdi, ister selemciden alinsin borc isterse de bankdan goturulsun.bir seyi bilmek isteyirem bes kimse menim adima gedib bankdan ve ya lombarddan borc pul goturse ama oz qizillarini oz esyalarini qoysa o zaman mene haram olur ya yox?cunki bugun bir yaxin adam var menim adima pul goturmek istedi haram oldugunu deyib imtina etdim.bilmek isteyirem duz etmisem ya yox.allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bankdan zərurət olduqda kredit götürmək icazəli sayılır. Amma sələmçi və lombart deyilən muasir şələmçilərdən olmaz. Banklara da gəldikdə baxmaq lazımdır ki, bu bank şəxsi bir nəfərin bankı olmasın.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
...... |
Salam haci. Eger oruc vaxti gozler yashla dolsa amma goz yashi axmasa, gozun icinde qalsa, vacibdir ki, onu cixarib silek? Meselen meni guldurende ve yaxud esneyende gozlerim dolur amma axmir. Men her defe silirem, bu vacibdir mi yoxsa tezeden iceri getsede olar? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, onu silmək vacib deyil.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Salam aleykum |
Salam hamilə qadın oruc tuta bilər həkim deyir tutma amma həkim orucun önəmin bilmir dindar deyil və qadın özunu pis hiss etmir?xamanei ağa
Ответ / Cavab
Aleykumusalam.
Hamilə qadın əgər oruc olduqda özünə ya bətnindəki körpəyə ziyan olmursa orucunu tutacaq.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Fərid |
Salamun aleykum hacı. Mən bu gün imsaka durmamışam gecə yatanda da niyyət eləməmişəm. Oruc tutmuş sayılıram?
Ответ / Cavab
Aleykumusalam.
İmsaka durmaq vacib deyil. Orucunuzu davam etdirin.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Sasa |
Salam. Men bu haqda size sual vermiadim amma bir sey meene qaranliq qalib. Menim 26yasim var. Heyatim boyu 9yasindan bugune kimi belkede ust uste qoysaq 10gun oruc tuta bilmemiwem. Amma bu ramaznda men oruc tutmahi ozume borc bildim. Bunlari bele aciq aydin yaziram ki fikrimi size çatdıra bilim. Men bugun ki ramanaz ayini niyyet edib orucumu tuturam.sef mi edirem orucum Allah qatinda sayilmazmi? 17ilin orucu var boynumda. Yeni 9yasindan vacib buyrulduguna gore 17il nezerde tuturam.
Ответ / Cavab
Aleykumusalam.
Düz edirsiz. Ramazan ayında elə gərək ancaq həmin Ramazanın vacib orucu tutula. Qəzalara gəldikdə isə onlar Ramaan ayından başqa aylarda tutulacaq və inşaALlah yavaş yavaş qışın qısa günərində onları da icra edərsiz.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
nigar |
salam haci. size 2 sualim var. 1) oruc tutmayan insan ramazanin gundelik dualarini ve ya her ramazanda oxunmasi savab olan duani oxuya bilermi? 2) heyzli olan halda telefondan Quran oxumag gunah sayilirmi?
Ответ / Cavab
Aleykumusalam.
Oxuya bilər, qadağası yoxdur. Əgər bilərəkdən oruc tutmursa ona faydası olmayacaq. Beləki birinci günün duasının əvvəlində deyilir ki, İlahi mənim orucumu həqiqi oruc tutanların orucundan et.
Xeyr, günah deyil, 7 ayədən artıq oxumaq məkruhdur, yəni savabı adi haldan az olacaq.
Zöhr azanına qədər 10 gün qalacağınız yerə çatsaz və o zamana kimi orucu pozan bir iş görməsəz, niyyət edib həmin günü oruc qala bilərsiz və düz sayılacaq.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 7 Май, 2019
Hesen |
salam haci.1)eger ailede xums vermeli olan adam xumsunu vermirse bu onun orucuna nece tesir eder.yeni onun tutdugu oruc,qildigi namaz qebul olunarmi?2) eger xums vermeli olan adam xums vermezse (bizim ailede erim ve qaynatam ishleyir)burada qadinlarda gunah qazanirlarmi? 3) eger qadin ishleyerse ve o oz qazancindan xums verirse lakin ailede diger ishleyenler xums vermirse bu duzgun hesab olunarmi?4) qadin erinin raziligi olmadan qazancindan xums vere bilermi? 5) haci shahmat niye haram hesab edilir? qizimin shahmata boyuk hevesi var men onu zehnini daha yaxshi inkishaf etmesi ucun shahmat oyrederemse bu haram hesab olunarmi?evvelceden minnetdaram
Ответ / Cavab
Aleykumussalam
Bu mənfi təsir edəcək.
Xeyr qadınların günahı olmaz. Günah boynunda olub etməyənindi.
Bəli öz qazancının xumsunu ayırsın.
Bəli verə bilər.
Bu yarananda qumar aləti kimi yaradılıb. Bu cəhətdən onu haram bilirlər
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Sebnem |
Salam men 5 6 altisina kecen gece oruc tutmusham ve deyirsz oruc sabahdi indi orucum menim dediyivize gore qezaya cevirmeliyem qeza ne demekdir ki birde qadinlar uchun ayda bi defe olan shey varda indi men orucluyam ama o dovrum deyil indi men o dovruem olsa orucum pozulur veya men o gun oruc tuta bilmesem ve o biten gunler varki onun evezin verecem yoxsa qaldigim yerden orucuma davam edeceyem
Ответ / Cavab
Aleykumussalam
Keçmiş tutmadiqlariniz qəzalardan silinəcək.
Allah sizə yar olsun
Задан: 7 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Uzeyir |
Salam əleyküm.Mənim mədəmdə qastrit var.Ozum evdə təbi yolla mualicə etdim amma mədəmdə bakteriya olduğu üçün effekt vermədi.2 gündür mədəmdə göynəmə var.Dərman mualicəsinin mədəyə zərərli olacağına həkimə getmədim Belə halda oruc tutmalıyam ya yox?
Ответ / Cavab
Aleykumusalam.
Əgər oruc olma sizin xəstəliyinii şiddətləndurərsə ya mualicəsini uzadıb sizi dözülməz əziyyətə salarsa, o zaman sağalana kimi orucdan üzrlü sayılırsız.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Aynur |
Salam.Kebin haqda sual vermisdim,amma cavabinizi tam anlamadim1)Dediniz mehriyyeni kisiye tesir vasitesi kimi saxlaya bilerem.Nece tesir?2)200 azn mebleginde mehriyye istesem,onu kebinden sonra bir nece ay erzinde,yaxud 1 il erzinde odeye biler yoldasim?Yoxsa kebin oxunan gun odenmelidir 3)Kebin zamani men sert kesmek isteyirem ki,menle evli oldugu muddetde yoldasim basqa qadinla nigaha girmesin.Eger menden narazi olsa,qadin kimi,heyat yoldasi kimi onu qane etmesem meni bosaya biler.Bele sert kese bilerem?
Ответ / Cavab
Aleykumusalam.
Bu qadının haqıdır. Məsələn təsirin biri budur ki, qadının haqqı pozulmağa cəhd edildikdə, qdın mehriyyəsini tələb edir.
Bunu ömrünüzün sonuna kimi yubadıb saxlaya bilərsiz.
Bu şərtə haqqınız yoxdur. amma qəbul edərsə, gərək əməl etsin.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
sual |
salam.bu il məhərrəm ayı nə vaxt daxil olur?2.bu il bir aydı məhərrəmlik bu fikir doğrudur?
Ответ / Cavab
Aleykumusalam.
Sentuabrın biri daxil olmalıdır.
Muhərrəm ayın adıdır və bir ay lur, ondan sonra gələn səfər ayında da bir çox matəm günləri, həmçinin İmamım 40 mərasimi var, Peyğəmbərimizin, İmam Həsənin və İmam Rizanın şəhadət günləri var.