Страница 16 из 5746 << < 12 13 14 15 16 17 18 19 20 > >>
Ehli beyt |

Salam səfəri məsafəsi neçə km dır nəsə eşidmişəm neçə fərsəx diyillər nə diyillər yadımda deyil onunda neçə km olduöun bilmirəm km nan diyə bilərsiz zəhmət olmasa

Ответ / Cavab

Aleykumusalam.

Bəzi muctəhidlərin rəyinə əsasən bu Gediş gəlişi 42 km dir. Bəzilərinin rəyinə görə isə 44-45 km dir.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 1 Январь, 2020
Gerib Xanim |

SalamAleykum.Yanvarin 1-i Eyyami Fatime gunleri basliyr?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, Yanvarın biri Xanım Zeynəbin səadətli mövlud günüdür.

Əyyami Fatimə 9 dan 29 na kimidir.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 1 Январь, 2020
... |

Salam. Ehli beyte e.s umumi erebce nece salam vermek olar?

Ответ / Cavab

Aleykumusalam.

Əssəlamu ələykum ya Əhlə bəytin Nubuvvəh, və rəhmətUllahi və bərəkatuh.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
... |

Salam. 1.Bir insan subhe cox zaman yorgunculuqdan qalxa bilmirse bunun gunahi coxdur? 2. Yagli yemeklerden sonra su icmek mekruhdu bes shire icmek nece? 3. Destamazda casib birinci sola mesh cekib sonrada duzeltmek ucun yeniden birinci saga sonra sola cekdikde duz sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Namazı bilərəkdən qəzaya vermək haramdır.

Burada məqsəd soyuq maye içib həzm sistemini pozmaqdır, su və ya şirə məsələsi deyil.

Tərtib pozularsa dəstəmaz poular, gərək yenidən başlana.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, şeytan da Allaha, Peyğəmbərlərə, Qiyamət gününə inanır amma Allah Quranda ona kafir adı verir. Allaha inanıb amma ibadət etməyən böyükgünahlar edən niyə kafir hökmündə deyil?

Ответ / Cavab

Aleykumusalam..

KAfir kufr edən, yəni inkar edəndir. Kimsə neyisə inkar edərsə, ona kafir olur. İblis Allaha inanırdı bizdən də artıq Allahı tanıyır, lakin nəfsinə uyub onun əzəmətinə qarşı üsyan etdi və kafir oldu. Peyğəmbərlərə isə inanmır, onlarla muxalifdir.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
....... |

İnsan içki içenlerde dosylug eliye biler ollara dinen danışman bu barede melumat vererdizde daima ickir Lee arada yeni hele okları bu iğrenç şeyden ayiltmaq şansı var teşekkürler bu barede biraz etraf li deye hilersiz zehmet olmasa Cox sagoljn

Ответ / Cavab

Aleykumusalam.

Onlarla munasibət qurub bu pis və haram  vərdisdən daşındıra biləcəksizsə, munasibət qurmaq olar. amma dostluq olmaz. Dost kəlməsi ucuzlasdırılmamalıdır.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Nigar |

Salam, mojno li musulmanam est mak v vipechke?

Ответ / Cavab

Aleykumusalam.

Da moqut yest. Zapresyonnoye eto kultivaciya maka dlya norkoticeskix veshestv

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Salam Aleykum |

Salam haci bayraminiz mubarek olsun men salyanda esgerlikdeyen bu gun buraxiliwa cixmiwam sabaha qeder gelmiwem evmize bakiya indi namazlarimi qesrle qilmaliyam yoxsa yox yani evde olanda sefer sayilir ?

Ответ / Cavab

Aleykumusalam.

Evinizdə namazlarınız tamdır.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Sual |

Salam Hacı. Yüngül heyat tərzi (zina) yaşayan bir qadını həmin yoldan qurtarıb onunla daimi eqde daxil olmaq üçün hemin qadinin raziligi kifayet edir? Yoxsa atasinin da raziligi lazim olacaq?

Ответ / Cavab

Aleykumusalam.

Atanin vilayəti altında yaşamırsa, öz iradəsi ilə əqdə daxil ola biləcək.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Hmmm |

И разрешается ли отмечать что-то из них?

Ответ / Cavab

Aleykumusalam.

Molno to kotoriye ne protivarecyat İslamu.

Allah sizə yar olsun

Задан: 1 Январь, 2020 , Опубликовано: 31 Декабрь, 2019
Sahin |

basqa olkede namaz vaxti nece olacaq?

Ответ / Cavab

Aleykumusalam.

İnsan hansı ölkədə olacaqsa, oranın üfüqünə əsasən namazların vaxtını muəyyən edib namazları qılacaq.

Allah sizə yar olsun

Задан: 31 Декабрь, 2019 , Опубликовано: 31 Декабрь, 2019
Hmmm |

Каково отношение к новому году и новрузу в Исламе по шиитскому мазхабу, если корни этих праздников идут к многобожию (язычество, зороастризм)?

Ответ / Cavab

Aleykumusalam.

Novıy qod eto ot qriqorianskova kalendarya  i eto ne imeyet ne kokix otnaseniy s islamom.

Novruz eto  toje ne islamskiy prazdnik, ona suçestvovala daje mnoqo vekov do islama. Posle tovo kak İslam oznakomilsya s narodnimı obiçiyami tex narodov kotoriye prinyali islam, Novruz ne tolko ne bıl opraverqan İslamom, daje v nekotorom smisle İslam potverdil mnoqiye obıçiye novruza. İ koneçno zapretil nekotoriye obiçiya v kotorix viyavlyalyas korni mnoqabojiya.

Allah sizə yar olsun

Задан: 31 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Hicran |

Məsələn 20 gün başqa ölkədə qalanda namazlar necə olur?4rükətli qılınır?

Ответ / Cavab

Aleykumusalam.

Əgər insan səfərdə bir yerdə 10 gün ya ondan artıq qalarsa, namazları tam olacaq.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Sual |

Salam Hacı. Bu dünyada Islam şəriətinə görə müəyyən bir günahının cəzasını çəkən şəxsə Qiyamətdə de həmin günaha görə cəza veriləcək?

Ответ / Cavab

Aleykumusalam.

Bu məsələ bir mənalı deyil. Bəzilərinə əsasən cəza olmaz, bəziləri isə sadəcə cəmiyyətin saflanması üçün verilən cəzadır və əsl cəza qiyamətdə olacaq.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
....... |

Salam Ağa Sistani qelyan çekmeyi icazeli bilir haramdi?

Ответ / Cavab

Aleykumusalam.

Adi qəlyan haram elan olunmayıb.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
İmran |

Salam Aleykum. Əgər mən banka pul qoyuram sonra gedib pulumu götururəm sə, həmin pulun ustunə gələn məbləğ haramdırmı?? Əgər haramdırsa həmin pulu bir kasıba verə bilərəmmi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər pul banka artıq aylıq qazanc üçün qoyularsa, artıq olana sahib çıxa bilməzsiz.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Anonim |

Salam bagiwlayin ki Sizi narahat edirem. Men misal ucun Dualari ve ya sureleri oxumamiwdan once 3 defe salavat cevirirem sonra 3 defe Bismilahir-rehmanir-rehim deyib kecirem misal ucun Aytel-kursi duasini 3 defe oxumaga Qelem suresini 3 defe oxumaga Ixlas suresini 3 defe oxumaga Feleq suresini 3 defe oxumaga Nas suresini 3 defe oxumaga ve Bir daha 3 defe salavat cevirib ve 3 defe Bismillahir-rehmanir-rehim deyirem. Bele etmek olar?

Ответ / Cavab

Aleykumusalam.

Burada ancaq onu deyə bilərik ki, Hər dua , surə və ayənin əvvəlində Bismillahı deyin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
NA RA |

Salam. Siz yazdiniz ki - Yatarkən bir həmd, 3 ixlas oxuyub yatın və yuxulrınıza adicə yuxu kimi baxın. Bilmek isterdim - Hemd suresini oxuyanda Bismillahir-rehmanir-rehim deyim ve derhal ixlas 3 defe oxuyum? Yani ixlas suresine kecerken Bismillahir-rehmanir-rehim demeyim?

Ответ / Cavab

Aleykumusalam.

Hər bir surənin əvvəlində və Bismillah mutləq deyilsin.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Leyla |

Salam aleykum. Namazda rukuda Subhenallah demek evezine karixib Allahu ekber demek istemisem, al deyende, dayandim, sonra Subhenallah dedim. Bu namazi batil eliyir? Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda namaz batil olmaz.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Муслим |

Salam hacı! Bu yaxınlarda Azərbaycanda günəşin tutulması olub. Ayat namazını qilmayanlar, indi onu qılmalıdırlarmı? Yani, Ayat namazının qəzası var mı? Allah razı olsun!

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qılmayanlar, qəza niyəti ilə qılsınlar.

Allah sizə yar olsun

Задан: 30 Декабрь, 2019 , Опубликовано: 30 Декабрь, 2019
Страница 16 из 5746 << < 12 13 14 15 16 17 18 19 20 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com