Страница 19 из 5746 << < 15 16 17 18 19 20 21 22 23 > >>
ceyhun |

Eləcə də uşağın salınmasını birbaşa həyata keçirən insana - uşağın bədəninə ruh verilməsə belə - kəffarə vacibdir. Kəffarəsi iki ay ardıcıl şəkildə oruc tutmaq, 60 fəqiri hər birinə 750 qram buğda ya un, ya çörək ya da makaron kimi qidalar verməklə doyuzdurmaqdır.

Ответ / Cavab

Aleykumusalam.

Diyə qan bahasıdır, kəffarə haramın cəriməsidir. Yazdıqlarınızdan bunu  basa düşmək çətin deyil. Sadəcə diri övladınıza baxın, Ondan biri də ananın bətnindədir. Həkimin cəllad qayçısı ana  bətninə daxil olub olub onu doğramağa başlayacaq. Buna razısız, siz və xanımınız? Sizə bunu anlatmaq istədik, siz isə lazımsız qadına mətindir bəhanəsi edirsiz. Sovetin ağır dönəmlərində qadlnlar ardıcıl 5 - 8 uşaq sahibi olurdular və hamına da ana baxırdı, hələ həyətin heyvanatına da yetişməyə, evə gəlib gedənlə  məşqul olmağa da vaxt tapırdı. 3 cü uşağın olmasını niyə fəlakət kimi bilirsiz.?

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 25 Декабрь, 2019
Vusal |

Salam Aleykum. Mən bilmək istəyirəm ki, 1. Yerli DÖVLƏT Bankına, 2. Yerli XÜSUSİ ÖZƏL Banka, 3. XARİCİ Bankın yerli nümayəndəliyinə pul əmanəti (depozit) qoymaqla faiz götürmək halaldı yoxsa haramdı. SİSTANİ ağaya təqlid edirəm...?

Ответ / Cavab

Aleykumusalam.

Əlavə faiz qaanmaq qəsdiylə  banka pul qoymaq icazəli deyil.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 25 Декабрь, 2019
Ilahe |

Salam.dinde 666 reqemi her hansi bir pis mena dashiyir?birdeki men nishanimi qaytarmisham qizilarida.amma oglan prinsipe halallig vermirki kebin geri oxunsun.bu halda men ne ede bilerem?bir nece defe muraciet etdim xaish eledim amma principa razilig vermir .bedbext olub omur boyu onin heyat yoldashi olmagimi isteyir men istedim istemedim.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bizim dində belə bir  şey yoxdur, məsihilikdə var.

Onu razı salmağa çalışın. Əgər hqsız yerə inad edərsə, o zaman muctəhidə şikayət ediləcək.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 25 Декабрь, 2019
Girl |

Salam.sualima gore uzr isteyirem.meniden evvel gelen maye daxile gederse qusul dusur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər daxil olma olubsa, artiq qüsl vacib olub, nəyinsə içəri axmasna ehtiyac qalmir.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 25 Декабрь, 2019
....... |

Salam cetine düşünde Allah yanımdaydı demey olar mekan vermey niyyetiyle yox yeni menimledi Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Məkan vermə qəsdi  olmadığı halda eybi olmaz.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 24 Декабрь, 2019
....... |

Salam cetine düşünde Allah yanımdaydı demey olar mekan vermey niyyetiyle yox yeni menimledi Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Məkan vermə qəsdi  olmadığı halda eybi olmaz.

Allah sizə yar olsun

Задан: 25 Декабрь, 2019 , Опубликовано: 24 Декабрь, 2019
Nərgiz |

Salam. Hər vaxtınız xeyirli olsun. Sizə bir sualım var. Xahiş edirəm, zəhmət olmasa, dəqiq cavablansırın. 26 dekabr Günəş tutulması olacaq, Ayət namazı saat neçədə qılınmalıdır? Əvvəlcədən təşəkkür edirəm. ALLAH Sizdən razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Günəş tutulmağa başlayandan, tam açılıb qurtarana kimi bu namaz qılınmalıdır.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2019 , Опубликовано: 24 Декабрь, 2019
ceyhun |

Salam men evliyem 3 uşaqimiz var.Men ishleyirem zovzem ise ushaqlara baxir.İndi 6 heftelik 3 gunluk hamiledir.Men ushaq isteyirem.o ise deyir ki 3 ushaq besdir baxa bilmirem indi obort eletdirmek isdiyir mende bir soz deye bilmirem ustelik puluda men verib abort eletdirirem.Bu ishin hokmu nedir axi ushaqlara o baxir men seher gedib axsham gelirem qadinin haqqi varmi bele ishlere.Abort eletdirmek gunah deyil meger

Ответ / Cavab

Aleykumusalam.

Haramdır, bu uşaq öldürmədir.  Bunu ona anladın. Onun bətnindəki artıq bir candır. Qiyamət günü onun qarşısında durub, məni  niyə öldürdün ana? sualına cavab verə bilərmi? Qədimdə vəhşi ərəb öz balalarını diri diri torpağa basdırıdılar, indi isə uşağı heç dünyaya gəlməyə belə qoymurlar. Qətiyyən olmaz. Uşaq dünyaya gəlməlidir. Onu saldırsaz ikinizdə övlad qatili sayılacaqsız.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2019 , Опубликовано: 24 Декабрь, 2019
Sahibə |

Salam o zaman mən namazları qəza etməliyəm? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, buna ehtiyac olsaydı yazardıq. sizin namazlar batil olmayib/

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2019 , Опубликовано: 24 Декабрь, 2019
Anar |

Salam aleykum. Başqasının gördüyü bir işe qoşulmaq üçün bir miqdar pul verib hemin işden gelen pulu, faizi almaq haramdır? Evvelceden teşekkürler!

Ответ / Cavab

Aleykumusalam.

Pul qoyub şəriklik etmək halal, faiz ilə pul vermək haramdır.

Allah sizə yar olsun

Задан: 24 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
....... |

Salam qibleni goşderen programın adın yazardizda ve birde ki o qibleni nece gösderir bu haqda melumat vererdiz telefonun özünün içinde kompas var Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Raspusaniye namazov adlı bir proqram var onu yukləyib qurasdirib istifadə edin.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
Sahibə |

Salam namaz qılanda sağ tərəfimdə canlı varlığın səkli olarsa,möhürə baxanda hər dəfə k u görsəm namazın batil ölümü, amma qibləyə deyil.Xamenei ağa təqlid edirəm

Ответ / Cavab

Aleykumussalam

Qiblə tərəfində olmazsa problem olmaz. Yaxşı olar ki namaz qilinan yerdə şəkil olmasın.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
Fərida. |

Salam əleykum Hacı sürücülük vəsiqəsi ilə bağlı təlimə bir neçə dəfə getdim keçə bilmədim 2020-də də bununla bağlı vaxt bitir pul verib ala bilərəm vəsiqəni ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Rüşvət vermək qadağandır. YAxşı öyrənin və alacaqsız.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
Ayan |

Salam hacı. Dini tarixi faktlarda Məryəm ananın İsa peyğəmbəri hansı ağacın altında dünyaya gətirməsi ilə bağlı məlumat varmı? Deyirlər şam ağacının altında dünyaya gəlib peyğəmbər və buna görə də xristianlar şam ağacını bəzəyirlər.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, belə bir söz səhfdir. Yolka bəzəməyə don geyindirməyə çalışırlar.

Xurma ağacı altında olub, bu dəqiqdir.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
Anonim |

Salam heyzin gunu bitmemis ozumu teftis etdim ve heyzin bitdiyini guman edib cima eledim.seher yeniden heyz oldugumu gordum men haram is gormusem boynuma keffare gelibmi?eger gelibse ne qederdir?

Ответ / Cavab

Aleykumusalam.

Bilərəkdən olmayıbsa, gunah olmaz, kəffarə də gəlməz.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 23 Декабрь, 2019
Rauf |

Salam Heci. Bizim evde agir abu hava var ele bil, kim gelir derdin danishir gedir, xeseliyinnen danishir gedir. Bize de evde bu tesir edir ister istemez , evde agir abu hava qalir. Ne meslehet gorersiz? Dua ve s., ki uzag olsun bizden bele sheyler. Tesekkur edirem!

Ответ / Cavab

Aleykumusalam.

Evinizdə Quranin sədalarını səsləndirin

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2019 , Опубликовано: 22 Декабрь, 2019
renauka |

Assalamu aleykum,deqiqlewdirmek istiyirem,Fanta,Coca cola,pepsi kimi spirtsuz ickiler,ve paketde olan shirniyyat,pecenyeler,shokoladlar(spirtsiz) icmek ve yemek sheri cehetden haramdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Bunlar haram deyil, istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2019 , Опубликовано: 22 Декабрь, 2019
Sual |

Salam Haci. Baxin görün duz mu yazmışam? 1) Allahummə Salli Əla Cemiil Enbiyai vəl Mursəlin. 2) Allahumməğfirlil Mumininə vəl Muminat

Ответ / Cavab

Aleykumusalam.

Üzərində düzəliş etdik, indi düzdür

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2019 , Опубликовано: 22 Декабрь, 2019
@@@ |

Salam aleykum. Uzr isteyirem sualima gore. Arxadan yaxinliq etmek gunahdi? Xamenei agaya teqlid edirem

Ответ / Cavab

Aleykumusalam.

Bu zorla olarsa haramdır, zor olmazsa bəyənilməyən əməldir.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2019 , Опубликовано: 22 Декабрь, 2019
Salam 1 |

Salam aleykum. Bele bir sualim var turk kanallarin birinde dini verlishde dediler ki guya dualar qebul olunmur cunki her wey yaradilib oz axariyla gedir duayla neyise deyiwmek olmur kimi bir wey dediler biz insanlarim borcu namaz qilmaq gunahlarin effini dilemek. Xahiw edirem semimi cavab vererdiz bu ne qeder dogrudur Onceden tewekkur

Ответ / Cavab

Aleykumusalam.

Bunu deyənin dindən, Qurandan xəbəri varmı? Allah Quraninda deyir dua edin, mən də yerine yetirim bula deyir qabul olmur?

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2019 , Опубликовано: 21 Декабрь, 2019
Страница 19 из 5746 << < 15 16 17 18 19 20 21 22 23 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com