Həccat nə deməkdir?Və namazı necə qılınır? Boynumda qüsl var.Qüsl almadan qıldığım namaz qəbul olur?Heç cür başa düşmürəm qüsl almağı,yəni bacarmıram,nə qədər edirəm bacara bilmirəm.Onda nə etməliyəm?
Ответ / Cavab
Aleykumusalam.
Yəqin ki, hacət demək istəmisiz. HAcət, istək və tələbdir. Hacət namazını insan bir istəyi olduqda qılır. Bunu eyni sübh namazı kimi qılmaq olar.
Boynunuzda qüsl varsa namaz düz sayılmaz.
Qüslün qaydası elə də çətin deyil. Hamamda qüslü niyyət edib ilk olaraq baş və boyun yuyulur. Sonra bədənin sağ tərəfi. daha sora isə sol tərəfi tam olaraq yuyulur. Bunu duşun altında da edə bilərsiz, vannadan su götürüb tökərək də edə bilərsiz.
Salam.Menim illərlə namaz qılmamışam.İndi isə həmin namazları qılmaq istəyirəm.Yəni qəza.Bu namazlar necə qılınacaq? Ətraflı yazında zəhmət olmasa.
Ответ / Cavab
Aleykumusalam.
Namazların qəzaları eyni özləri kimi qılınacaq. Sadcə qəza namazları günün istənilən vaxtı qılına bilər, ancaq çalışıb gündəlik ardıcıllığa riayət olunsun.
Salam Aleykum. Allah sizdən razı olsun. Sizə suallarım var. 1) Əgər valideynlər oğlu üçün bir hicabsız qız almaq istəyirsə, övladın vərizəsi nədir? 2) Dodadların ustundə quru ağ dəri dəstəmaza mane olurmu?
Ответ / Cavab
Aleykumusalam.
Əgər saf nəildən və salamat ailədəndirsə, və xanım da ədəbli qızdırsa, bu zaman bir irad yoxdur. Hicablı istəyirsə, həmin xanımın qəlbinə hicabın məhəbbətin salsın, hicabı ona anladıb sevdirsin.
Salam aleykum. Mən bu gün sübh namazını gec durduğum üçün güclə bu vaxtda qılmağa başladım (səhər 8:02). Yəni dəstəmaz alıb hazırlaşana qədər artıq başlayanda "Allahu Əkbər" deyib başlayanda bu vaxt idi...Namaz isə 8:03-də çıxır...sizcə bunun qəzasını qılmalıyam?
Salam men bu gün plastilin kimi bir sey var onan neyse duzeldirdiler o vifioya baxirdim beynine bele fikir geldi ki insan yaradacaq mi duzeldecekmi neysebele bir şey idi bu fikirler gunahdi Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu günah deyil, insan elə yaratmaq gücünə malik şəkildə yaradılıb. Sadəcə insanı Alahdan mustəqill olaraq yaradan bilmək olmaz, yəni onun yaratması da ALlahın ona verdiyi qüvvəyə əsaslanaraq olduğunu bilməliyik.
Salam aleykum. Barmagimda balaca yara var idi, qan gelirdi ondan, cox olmasada, dayanmagi vaxt teleb eliyirdi. Bu halda qanin dayanmagini gozlemeden namaz qilmaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Namaza bi problemi yoxdur, bir sağı vurub namazı qıla bilərsiz. Dəstəmaz yoxdursa, o zaman namazın vaxtı genişdirsə, gözləyəcəksiz, qan dayanacaq və sonra dəstəmaz alıb namazı qılacaqsız.
Salam aleykum evvela etdiyiniz xidmete gore Allah razi olsun. Ve mumkunse bir nece sualim varki etrafli cavab vermeyinizi xahiw edirem. Sual 1. Kiprik qaynagi etmeyin destemaza nese maneesi varmi(kleyden istifade ederek yapiwdiriar) ve yaxudda her hansi bir iwqali haramligi varmi? Sual 2.yolka qurmagin hokmu nedir? Haramdirmi? Sual 3: menim yoldawimin(erimin) atasi ogeydir ama anasi ile aile qurub ovladlarida var ve menim yoldawimada oz ovladikimi baxib. Indi menim qayinatam(yoldawimin ogey atasi) mene mehrem sayilir yoxsa namehrem? Ama qaynanamla aile qurub kebinli er arvaddilar.
Ответ / Cavab
Aleykumusalam.
1.Əgər dəstəmada kipriklərin özünə suyun dəyməsinə mane olacaqsa, dəstəmaza mane sayılacaq.
2.Yolka qurmaq haram deyil, yad çədəniyyətdir ki, yavaş yavaş aradan çıxması daha düzgün olar.
3.Ögey oğulun xanımı həmin kişiyə məhrəm sayılmaz. Bu səbəbdən siz həmin kişiyə naməhrəmsiz.
Salam yeni il qeyd etmek olar gunahdi ve birde şirk neye deyilir bilirem Allah'a Serik qosmaga ama mene ele bile söz deyin ki bu söze esasen elediuikiz hereketlere bilim ki şirk demy olar ya yox Cox sağolun ve birde ki men kucedeyem evden narahat olamsinlar deye deyirem ki yanımda filankes var obyajimda di narahat olmuuin birşey olun elesd hurdası bele şey olar? Cox sağolun gunahdi bu
Ответ / Cavab
Aleykumusalam.
Günah haram əməlləri icra etdikdə olur. Yeni ili qeyd etmek haram deyil. Sadəcə bilməliyik ki, bu bizim bayramımız deyil və olmayıb. Yad mədəniyyətdir. Bunu bizə sovet rejimi zorla yedirdib və novruzumuzu unutdurmağa çalışıb.
Şirk yəni hər hansısa bir iş ya əməl ya etiqad ki, orada ALlahla bərabərləşmə, ona istənilən hlda şərik qoşma olsun. Kiminsə, nəyinsə Allah qədərində yuksəldilməsi ya ALlaha bərabər və işlərində ona çərik kimi qələmə verilməsi ya bu əqidədə olma.
Yalan danışma deyilsə, olar, yalandırsa, bu haram olar.
Salam. 1 denede sulaim var. Qonwumuz hicablidi. Amasi 2ci defe xaricde evlenib. Yoldawi xristian idi ama molla yanina gederek kelmei wehadet deyib ve kebinleri var. Qiz ataliginin yaninda bawi aciq geze biler?
Ответ / Cavab
Aleykumusalam.
Əgər həmin kişi iman gətirib müsəlman olubsa və dini kəbin oxunubsa, anası ilə yaşayıblarsa, bəli, həmin qız ona qızlıq sayılar və o da onun yanında hicabsız gəzə bilər.
Salam. Qabaqdan yeni il gelir. Men qeyd etmirem. Ama menden boyukleri tebrik etmek isdenilir. Ozum isdemesemde boyulerin isdeyi ile kimlerise tebrik etmek gunahdi?
Salam Haci. Namazin qebuliyyeti ile bağlı iki görüş var demek olar. Birincisi deyir ki qilinan namaz ya qebuldur, ya da yox. Bicaq kimi sert ayrim edir. Ikinci görüş deyir ki namazin onda biri, bewde biri, ucde biri kimi hisseleri qebul ola bilir. Bu goruslerden hansi heqiqete uygun olanidir?
Ответ / Cavab
Aleykumusalam.
Birinci baxış daha məntiqlidir, lakin ikinci baxışı da inkar etmək olmur.