Страница 181 из 5746 << < 177 178 179 180 181 182 183 184 185 > >>
Ayla |

Salam. Menim evde körpe uşağım var 18 aylıq. Tek yasadiğim üçün namaz qılarken ister istemez uşaq canamazın üstüne çıxır oturur, secdede olarken meni vurur yeni bir sözle yanımda olur. Bu namazı batil edir mi?

Ответ / Cavab

Aleykumussalam

Xeyr bunların heç biri namazı batil etmir.

Allah sizə yar olsun

Задан: 9 Апрель, 2019 , Опубликовано: 9 Апрель, 2019
Ümran |

Salam. Size bir sualim olacaq. Cinsi elaqe zamani qadin eger bosalmirsa ve ondan hecne ifraz olmursa, lakin kisinin spermasi bedene deyirse o zaman cenabet quslu almaldir mi?

Ответ / Cavab

Aleykumussalam

Əgər daxil olma baş veribsə hər ikisinə qüsl almaq vacibdir. İstə boşalma olsun ya yox

Allah sizə yar olsun

Задан: 9 Апрель, 2019 , Опубликовано: 9 Апрель, 2019
Mehemmedmurad |

Salam azerbaycan daxilinde ziyaret olunasi muqeddes rehmetli ziyaretgahlar varmi var ise adlarini qeyd edersiniz zehmet olmasa. Qadinin kurk geyinmesi halaldirmi? Heqiqi heyvanlarin kurkunden xez geyinmek Tewekkur edirem. Allah razi olsun inwaalah

Ответ / Cavab

Aleykumusalam.

Bəli, Bibiheybətdəki Həzrət Həkimə xanımın pak qəbri, Gəncə İmamzadəsi sənədlə təsdiqlənmiş İmam övladlarının qəbridir.

Olar, amma gərək paklıq məsələlərinə riayət olunsun, çünki onlr pak olmur və yaş olduqda nəcis ötürürlər.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
zeki |

salam aleykum bu gunun ifdar vaxdi saat necededi vaxda var yoxsa vaxdir

Ответ / Cavab

Aleykumusalam.

Hər günün iftar  vaxtı həmin günün şam azanı vaxtıdır.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
Sual |

Salam Haci. 2 sualim olacaq size: 1) Hemd suresinin kesre ve fethesine riayet etmek nece olur? 2) Hemd suresinde tewdidi demeyin qaydasi nedir?

Ответ / Cavab

Aleykumusalam.

Yəni düzgün oxumaq, ə səsinin yerinə i ya i səsinin yerinə ə səsi deməmək.

Təşdid iki hərfin yan yana oxunmasıdır, ona riayət olunma nəzərdə tutulur.

Məsələn iYYakə burada Y iki dənə oxunur, Y təşdidlənir.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
ZohCav |

Salam! Qadın/qız ərə gedən sonra soyadının dəyişməyinə münasibət necədir?

Ответ / Cavab

Aleykumusalam.

Bu işdə ixtiyar sahibidir və ailə razılığı ilə addım atılsın.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
...... |

Salam haci. Bakida 8 sinif sagirdi qiz usagi ozunu 3 mertebeden atib. Esitdiyime gore sinif yoldaslari ona satasib aciqlandirirdilar. Yegin ki, qizin psixoloji durumu zeif idi. Dini baximdan bu qiz cehenneme dusecek?

Ответ / Cavab

Aleykumussalam

İnsanın özünə qəsd etməsi elə qətl adlanır. Cəhənnəm məsələsi isə Allahın iradəsinə bağlıdır. Qərar və hokm onun olacaq.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
Seba |

Salam. Her vaxtiniz xeyir. Size bir sual vermek isteyirem. Mamam yuxu gorub bu yuxuya inanib, ve ozunu o aya hazirliyib. Yuxuda qara geyimli adam xeyrli bir ise gore bir qadina el cekirmissi isin yolunda gedsin.mamada yuxusunda deyibki menede el cek xeyrliye gore edirmis. Gorduyum adami ezrail bilirdim dedi. Ve menede el cekdi. Dediki oktyabrda gelecem. Bu yuxu neye isaredir xahis edirem cvblandirasiz.bilmirem yuxunu ne derecede ifade ede bildim. Evvelceden tesekkurumu bildirirem size.

Ответ / Cavab

Aleykumusalam.

Sizi anladıq. Yuxular barədə dəfələrlə bildirmişik ki, yuxular əsasən bizlərdə nəfsimizdən, istək və arzularımızdan ya muəyyən düşüncələrimizdən əmələ gəlir. Bu cəhətdən gördüyümüz yuxuları elə sadəcə yuxu bilək, vəssəlam. Əgər muəyyən narahatçılıq yaradırsa, sədəqə verilsin.

Allah sizə yar olsun

Задан: 8 Апрель, 2019 , Опубликовано: 8 Апрель, 2019
... |

Salam. Bəs ocaqa heyzli halda getmək olar? yoxsa ocaqda elə pirlərdir.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etdiyimiz kateqoriyadan deyilsə, gedə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci 1)soyuw soyen adam fasiqdirmi? Umumilikde fasiq kime deyilir? 2)Werebxor tez tez icki icen insana deyilir bes ickini gec gec icen werebxor sayilirmi? Werebxirnan bagli hedis oxumuwam ona gore maraglaniram, 3) "Fasiqe qiz veren ataya her gun 1000 lenet nazil olar" ve "Qizini werebxora veren ata sanki qizini zina etmeye gonderib" bu hedisler sehihdir?

Ответ / Cavab

Aleykumusalam.

Fasiq  – böyük günah sayılan əməlləri yerinə yetirən və ya kiçik günahları ardıcıl təkrar edən şəxsə deyilir.

Şərabxor şərab içən deməkdir.

Bu hədislər etibarlı kitablarda nəql olunub.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
zekeriyye |

uzir isdeyirem vaxdinan tez tutsaq olarda yeqin axsamda acanda vaxdindan gec acsaq olar yoxsa sayilmir

Ответ / Cavab

Aleykumusalam.

Bəli, biz son həddi yazdıq.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
... |

Salam. 1.Heyzli olanda pirlərə getmək olar?2.Əhli sünnədən heç biri diri müctehidə təqlid etmir?

Ответ / Cavab

Aleykumusalam.

Əgər məscid daxilində deyilsə və Məsumların hərəmi ya imamzadələr deyilsə, gedə bilərsiz.

Xeyr, onlar ictihadı o zamandan bitmiş sayırlar.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
zekeriyye |

salam aleykum va rahmatullah men saban ayinda oruc tutmaq isdiyirem cumlemize qismet men vaxtlari bilmek isdiyirem sabah necede tutacaqim vaxt ve axsam iftarda açacaqim vaxt

Ответ / Cavab

Aleykumusalam.

Orucun bircə qaydası var. Sübh azanına kimi yeyib içmək bitməlidir və şam azanından iftar açılacaq. Hər günün cədvəlinə əsasən əməl edin.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Xanım |

Salam. Tanımadığım nömrə bslansıma 20 qəp göndərib. ola bilsin səhv olub. Haram olmamağı üçün neyləyim?

Ответ / Cavab

Aleykumusalam.

Həmin nömrəyə 20 qəpik göndərin.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Fereh |

Salam.kime teqlid edilmelidir?şie ve sünnilerde ferq var ya nece? Bezileri birine bezileri başqa birine teqlid edir bunu nece seçirik?zehmet olmasa kömek ederdiniz

Ответ / Cavab

Aleykumusalam.

Zəmanıdı diri olan əzəmətli muctəhidlərdən birinə təqlid ediləcək.

Əhli sünnə təqlidi qədim məzhəb rəislərinə edirlər.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Aynur |

Salam.şor balıq yemek haramdır?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, haram deyil.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Arzu |

Salam.Deyirler boynunda cenabet qusulu olan adam coreye yaxin getmez.Bu ne derecede duzdur?

Ответ / Cavab

Aleykumusalam.

Qadağan deyil, məkruhdur, dəstəmaz almaq bu məkruhluğu aradan aparar.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Emin |

Salam evvelce suallarimizi cavablandirdiginiz cun Allah sizden razi olsun.sualim beledir?men nece dini nikahi poza bilerem?yeni talaq onu nece edirler eqd nece oxunur onu izah ede bilersini?

Ответ / Cavab

Aleykumusalam.

Dini nigahı ər poza bilir, yaxud ərin razılı ilə bir nəfər başqası.

Məscidə axunda yaxınşalın, onlar lazım olan işi icra edəcəklər.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Allahin qulu |

Salam Haci necesiz? Uzurlu Sayin vaxtinizi aliram 1 sualim var idi? Men burun emeliyyati etmek isteyirem balacalasdirmaq isteyirem ve her defe dua ediremki ALLAHIM bagisla bilmirem gunahdi yoxsa nece sadece 1defe emeliyyat edib balacalasdirmaq isteyirem gunah olub olmagini bilmek isterdim.Allah komeyiniz olsun Cox sag olun Onceden

Ответ / Cavab

Aleykumusalam.

Bu iş günah deyil. əgər qusur varsa ya böyüklüyü narahat edəcək qədərdirsə, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Zaur |

Salam.Ramazan ayi ne zaman baslayir?

Ответ / Cavab

Aleykumusalam.

Bu gün Şaban ayı daxil oldu.  bu ay ya 29 ya 30 gün olacaq. Ondan sonra Ramazan ayı başlayacaq.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2019 , Опубликовано: 7 Апрель, 2019
Страница 181 из 5746 << < 177 178 179 180 181 182 183 184 185 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com