Страница 178 из 5746 << < 174 175 176 177 178 179 180 181 182 > >>
Xname |

Salam. Cümə günü cümə xütbəsindən qabaq cümə namazı üçün niyyət edib dəstəmaz almaq düzgündür? Daha düzgün olanı hansı niyyətlə almaqdır?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu dəstəmaz düzgündür. Ən yaxşı niyyət pak olmaq üçün  edilən niyyətdir. Pak olmaq üçün dəstəmaz alıram qurbətən İləllah. Belə olduqda bu dəstəmazla bütün dəstəmaz tələb edən işləri görə bilərsiz.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
Xname |

Salam. Mənim rayonda və bakıda evim var. İş yerim rayonda olduğu üçün ora köçmüşəm. Amma hər ay bir neçə günlük bakıdakı evimə gəlirəm. Bura gələndə namazlarım bütöv olmalıdı yoxsa qəsr? Oruc tutmalıyam ya yox?

Ответ / Cavab

Aleykumusalam.

Əgər hər iki evinizdə qalırsınızsa və hər iki yerin qonşuları sizi oralı bilirsə, iki vətənli olacaqsız və hər iki yerdə namazlarınız tam olacaq. Əgər belə deyilsə, sadəcə Bakıda özünüz üçün ev almısız ki, bura gələndə qalmağa yeriniz olsun. o zaman Bakı vətən sayılmaz və 10 gendən az qaldıqda namazlar qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
Rüstəm |

Salam. İslam varlılıq və kasıblığı insanın öz bacarığının mı nəticəsi olaraq görür, yoxsa Allah tərəfindən təyin edilməsi kimi? Mümkündürsə ümumiyyətlə varlılıq, ruzi mövzusu haqda yazılmış kitabların adlarını qeyd edərdiniz. Təşəkkür edirəm əvvəlcədən.

Ответ / Cavab

Aleykumusalam.

Burada hər ikisi mümkündür. İslam əlbətdə insanları halal ruzi qazanmaqda çalışqan olmağa çağırır. İnsanlar gərək dunyada çalışqan olub inkşaf edələr. Onların hərəkətlərinə uyğun olaraq ruzilərini artırır ya digər əməllərinə görə azaldır.

Yəni çalışmaq mutləq laımdır, amma bəzən İlahi təqdir burada da mudaxilə edib öz sözünü deyir.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
Rüstəm |

Salam. İslam varlılıq və kasıblığı insanın öz bacarığının mı nəticəsi olaraq görür, yoxsa Allah tərəfindən təyin edilməsi kimi? Mümkündürsə ümumiyyətlə varlılıq, ruzi mövzusu haqda yazılmış kitabların adlarını qeyd edərdiniz. Təşəkkür edirəm əvvəlcədən.

Ответ / Cavab

Aleykumusalam.

Burada hər ikisi mümkündür. İslam əlbətdə insanları halal ruzi qazanmaqda çalışqan olmağa çağırır. İnsanlar gərək dunyada çalışqan olub inkşaf edələr. Onların hərəkətlərinə uyğun olaraq ruzilərini artırır ya digər əməllərinə görə azaldır.

Yəni çalışmaq mutləq laımdır, amma bəzən İlahi təqdir burada da mudaxilə edib öz sözünü deyir.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
XALIDE |

Bir daha salam. Haci bes eger dirnaqda wlak olmadan qusl alinarsa, ve sonra qusullu halda wlak eletdirib oruc tutmag olar?

Ответ / Cavab

Aleykumussalam

Qüsldən əvvəl olarsa edə bilər, lakin boynuna qusl gəlsə ya dəstəmaz lazım olsa gərək onu təmizləsin.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
Bismillah |

Salam aleykum hacı üzürlü sayın sualıma göre iranda siyğe baglıyıb cinsi elaqede olmağ üçün yerler var ne derecede düzgündü hökmü nedi ?

Ответ / Cavab

Aleykumusalam.

Belə şeylər yoxdur və bunu deyənlər qərəzıi olduqları məlumdur, amma bir qədər özlərinə qiymət qoyub belə ucuz sözlərlə özlərini rusvay etməsinlər.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 13 Апрель, 2019
@@@@@ |

Salamaleykum.Xarici olkede yawayan biri 200 km mesafe getmek mecburiyetinde qalirsa,ve evden cixandan sonra 4 5 deq zohr namazin vaxti catir,hemcininde wam namazi vaxtindada yolda olub 15 20 deq eve catmaqa vaxt qalir,Bu zaman hansi namazlar qesr weklinde qilinmalidi?Tewekurler Allah yardimciniz olsun!

Ответ / Cavab

Aleykumusalam.

Bu məsələ dəqiqə ilə ölçülməz, gedilən yolla ölçülür. Səfərə gedərkən yaşadığı məntəqədən həmin məntəqənin son evlərinin görünməyəcəyi. xoruzlarının banı  və azanı eşidilməyəcəyi qədərində uzaqlaşdıqda namaz qəsr olacaq və qayıdarkən yaşadığı məntəqənin sərhədlərindən içəri daxil olmayınca namazlar tam olmayacaq.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
Elcin Oruc |

Salam ELeykum. Qardaş cümə namazı haqqında maariflənmək istəyərdim. 1.Cümə günü məsciddə camaatla qıldığımız hər bir namaz cümə namazı sayılır yoxsa necə?. 2.Mən zöhr namazı vaxtı məscidə gedəndə 2 rukət namaz qılırlar bu namazı qılsamda sonar gerek zöhr namazımı qılam?. Allah razi olsun...

Ответ / Cavab

Aleykumusalam.

1.Cümə namazı iki rükətli namazdır ki, hər məsciddə bu namaz qılınmır. Bir çox məscidlərdə cümə günü elə zöhr namazı qılınır.

2.Bu iki rükıt cümə namazıdır. Cümə namazı düzgün qılınarsa, zöhrə ehtiyac olmaz.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
... |

Salam Az su ilə suyu dayandırmadan nəcisi suya salıb çıxarmaqla iki ya üç dəfə yumaq sayılır və pak olur?

Ответ / Cavab

Aleykumusalam.

Az suya nəcis girən kimi suyu tam nəcis edəcək və  belə paklanmaz. Az su axarsa, onun altına nəcis bir şeyi iki dəfə salıb yumaqla paklanar.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
XALIDE |

Salam. Allah her kesin namazini, duasini, niyyetini,orucunu qebul etsin Amin. Bele bir sualim olacaq. Evvelceden cox sagolun cavablandirdiginiz ucun. Haci eger qadin oz dirnaginin ustune wlak eletdirse, yeni gel kimi bir weydi. O 1 ay qalir. Haci o olanda qusl alib, oruc tutmaq olarmi? Bes destemaz alib Namaz qilmag olarmi?

Ответ / Cavab

Aleykumussalam

Dirnaqin üzərində olan lak və bu kimi şeylər qüsl və dəstəmaz üçün maniədir. Gərak təmizlənsin.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
akif |

Salam dini meyxana deilen bir anlayiw var? men ozum wairem dini meyxana diyirem Dini meyxana ucun nagaradan,ve ya derviw yolu ile olan ritmlerden istifade etmek olarmi?

Ответ / Cavab

Aleykumussalam.

Serdeyilən bir şey var və dediyiniz onun bir janridir. Halal yolla və halal qaydada istifadə etmək olar.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
...... |

Salam haci. Eger hansisa saytda yazilib muellif huquqlari qorunur ve ya muellif huquqlari filan qazete mexsusdur demeli biz hemin saytdan informasiya, video, shekilleri yukleye bilmerik? Paylashim ucun deyil, ozume saxlamaq ucun. Orda yazib sorushmaq da olmur herden. Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam

Köçürmə qadağan olmaz, yayma,paylasma qadağandır, gərək kimindirsə orada qeyd oluna.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
salam7 |

salam,indiden cavaba göre Allah razı olsun sizden,men istediyim insanla yaxın olmusam yeni zina deyek ama buqede zina oldugun günah oldugun o derecede derk etmirdim,fikirlesirdimki evlenecikde ama hec buda olmadı,etdiyim günahlara zinalara göe tövbe etmisem,Allah günah neqede cox olsada tövbeleri qebul edir ya bagıslamır?günahlarım aglımnan cıxmır günahlarımnanda ve Allahın ezabınnanda cox qorxuram,mene kömey edin,2)birdeki yoldasım mene xeyanet edir daha dogrusu oqede edirki fikirlesiremki günahlarımın zinamın cezasıdı düzdü sizce?dimey olar heyatım xeyanetnen kecir hergünü,yoldasım hec xeyanetden el cekmir

Ответ / Cavab

Aleykumusalam.

Allah tovbələri və günahları bağışlayandır, amma bunu yaddan çıxarmamalıyıq ki, günahlar öz əsərini qoyur. Biz bilmədən ya səhlənkarlıq edərək əlimizi oda salsaq və anlayıb tovbə etsək də bağışlanacaqıq, amma əlimizin yanığı yox olmayacaq. Tovbədən əlavə xeyirli əməllər etmək lazımdır ki, onlar da günahların əsərlərinin yuyulub getməsinə sabəb olsun.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
Agşin |

Hacı salaməleykum. Ramazan ayında 3 günlük səfərim var. Əvvəlcədən bu günlərin orucunu tuta bilərəm?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, öncədən qəza olmaz.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
... |

Salam. 1.Quran oxuyarkən yarı buraxdığımız surəni davam etdikdə şeytandan Allaha sığınıb bəsmələni demək lazımdırmı? 2. Və sonda dediyimiz Sadaqallahul aliyyul Azim'i surəni yarı buraxdıqda deməliyik ya ancaq surəni bitirdikdə deməliyik?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu dediklərinizi hər zaman edin.

Allah sizə yar olsun

Задан: 12 Апрель, 2019 , Опубликовано: 12 Апрель, 2019
...... |

Salam haci. Bagislayin tezeden suali verirem. Dediz necaset 1 defe yumaqla aradan gedir. Ikinci defe ise pak olur. Birinci defe yuyub kranti baglasaq, yani bu el ile kranta toxunsaq o necis sayilmayacaq? Baqlayaq ki, sonra tezeden acib ikinci defe yuyaq o menada. 2. Ve ikinci sual dediz ki, ya suyun qarsisini almaq lazimdi ya da eli sudan cixarib salmaq. Cixarib salmaq yeni krantdan gelen axar suyu nezerde tutursuz he? Yenede bagislayin, yoruram sizi. Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Paklanmasa əli harasa vurmaq olmaz. Kranti baqlamaq lazım deyil,əlinizi suyun altından cixarib təzədən salin.

Bəli əlinizi kənara çəkib yenidən suyun altina salin.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2019 , Опубликовано: 11 Апрель, 2019
Rovshen |

salam ayagimda azaciq bir yara var idi,onu namazdan evvel qasahidim qan cixdi amma yumadan namazlari qildim.Namazlar batil deyil ki

Ответ / Cavab

Aleykumussalam

Əgər qan ya qana bulaşmış yer bas barmaqin dirnaqindan yekə olubsa namaz təzələnməlidir.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2019 , Опубликовано: 11 Апрель, 2019
Nermin |

Salam bagisdiyin eger hec bir hiss olmadan ve sütlük olmadan meni gelerse namaz qilmaq olar yoxsa qusl alınmalıdır? sağolun

Ответ / Cavab

Aleykumussalam

İstənilən halda məni xaric olarsa qüsl vacib olacaq.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2019 , Опубликовано: 11 Апрель, 2019
Elcin Oruc |

Salam Eleykum. Teyemmum edib qildigimiz namazlari sonar qusl edib yeniden qilmaliyiqmi yoxsa nece ? Allah razi olsun...

Ответ / Cavab

Aleykumussalam

Vəzifəniz təyəmmüm olubsa,xeyr təzələmək lazım deyil.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2019 , Опубликовано: 11 Апрель, 2019
Aynur |

Salam.şehid birisinin borcu olarsa kimseye buna göre sorğu sual olunur?

Ответ / Cavab

Aleykumussalam

Əgər həqiqətən şəhid olubsa Allah borclunu razi salar.

Allah sizə yar olsun

Задан: 11 Апрель, 2019 , Опубликовано: 11 Апрель, 2019
Страница 178 из 5746 << < 174 175 176 177 178 179 180 181 182 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com