Salamaleykum.1)Bu gün Şaban ayı daxil olub? 2)Bu gün oruc tutmaq isteyirdim.Saata baxmadan bir az su içib metbexe keçende azan sesini eşitdim.Saata baxdım 4:55 idi ve azan hele verilirdi.Orucu davam etdire bilerem? Teşekkür edirem,ALLAH sizden razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, bu gün şaban ayı daxil olub.
2.Azandan sonra orucu pozan bir iş görülübsə daha oruc tutmaq olmaz.
essalamun aleykum,cavabiniza cox ehtiyacim var ,xaiw edirem cavab yazin. Men sizin saytda istixare haqqinda oxudum puwkle istixare qördüm 6 vereqle mene cox cetin qeldi olarki men 6 vereqin 3 de yazim bunu et 3 de ise yazim bunu etmek iki ruketli ya hacet ya istixare namazi qilim sonra o 6 vereqi qariwdirim birini qötürüm ne yazilsa onuda bilim ki budur meslehet bu iwi qörüm. sizce olar bele?ya deyilen kimi edim
Ответ / Cavab
Aleykumusalam.
İstixarənin daha düzgününü əldə tmək istəyirsinizsə, o zaman bunu edə bilən şəxsə etdirin.
Salam. Menim saclarin uzun ve qalindi. Qusul alanda saclarimi daraqla darayiram. Bele 100% faiz bilirem ki butun saclatima su deyir. Bele etmej olarmi?
Salam.Men bowanmiwam ve bowanmiw bir kiwiyle taniw olmuwuq.O kiwi bizim evlenmeyimiz ucun atamdan gelib icaze almaq isdiyir.Lakin ovladimin biri 5 ay once rehmete geddiyi ucun anam ilin tamam olmasini gozdemeyimizi deyir.lakin o kiwi atamla daniwib tez evlenmeyimizi tekid edir.Ona gorede biz onunla iki wahidle dini nigah kesdirdik.Ancaq atamla daniwdiqdan sonra zaqs edeceyik.Bu nigahimiz duzgundurmuu?Coxsaqolun.
Ответ / Cavab
Aleykumusalam.
Sizin birinci ərinizlə aranızda olan əqd pozulmalıdır. Yəni talaq oxunmalıdır. Əgər bu baş verməyibsə, sizin kəbininiz də batildir və bir birinizə haram olmusuz.
Əgər birincidən talaq alınıb oxunubsa və ondan sonra 3 y muddət keçibsə öz ixtiyarınızla əqdə daxil ola bilərsiz.
Salam Aleykum. Melum oldugu kimi Sistani aga ve Xamenei teqlid eden arasinda receb ayinda ferg oldu. Lakin esitdiyim qederi ile İran Azerbaycan yaxin oldugu ucun burda Sistani teqlid edenler bu movzuda istisna olaraq Xamenei teqlid ede bilerler?
Ответ / Cavab
Aleykumusalam.
Ayın əvvəlinin isbat olunması təqlidi məsələ deyil və muctəhidlər bunu öz risalələrində bildiriblər. İnsan ayın əvvəlinə aid dəlil əldə edərsə, öz yəqininə əməl edəcək.
salam Haci.1.qaynanam latinca bilmir kiril herflerile Qurani oxuyur ve sorusurki sehv etmirem? 2.sizden bir defe sorusmusdum yazdiginizi tam anlamamisdim "qebrde olunan sorgu sual menim basa dusduyum dilde olacag he ?duz basa dusmusem Haci.yoxsa ereb dilini bilmek oyrenmek lazim.ALLAH KOMEYINIZ OLSUN
Ответ / Cavab
Aleykumusalam.
Dil bilmək məhdudiyyəti bu dunyaya aiddir. O tərəfdə dil bilmirəm dərdi yoxdur. İnsan maddi məhdudiyyətlərdən çıxır. Hər kəs ondan soruşulanı anlayacaq.
salam Haci.1.qaynanam latinca bilmir kiril herflerile Qurani oxuyur ve sorusurki sehv etmirem? 2.sizden bir defe sorusmusdum yazdiginizi tam anlamamisdim "qebrde olunan sorgu sual menim basa dusduyum dilde olacag he ?duz basa dusmusem Haci.yoxsa ereb dilini bilmek oyrenmek lazim.ALLAH KOMEYINIZ OLSUN
Ответ / Cavab
Aleykumusalam.
Dil bilmək məhdudiyyəti bu dunyaya aiddir. O tərəfdə dil bilmirəm dərdi yoxdur. İnsan maddi məhdudiyyətlərdən çıxır. Hər kəs ondan soruşulanı anlayacaq.
Salam aleykum. Menim demek olar ki taleyim hell olunur. Xaish edirem etrafli cavab yazin. Men aile qurarken islami qebul etmemishdim. Hemd olsun Rebbimize,meni dogru yola yoneltdi ve 3 il bundan evvel ibadete bashladim. Yoldashim bunun eleyhine idi.. Sonra ise hicab meselesini qaldirdim. Yoldashim cox ciddi shekilde meni boshayacigini bildirdi. Belece iki ildir ki qapali paltar geyinmek ustundede ondan cox xosha gelmez sozler eshidirem. Indi o Moskvadadir,bir aya qayidir. Men Qurandan oxudum ki momin ile kafir evli ola bilmez. Yoldashim Ibadet etmir,haram yeyib icir,axirete inanmir,mene hicablanmaga mane olur. Demeli o kafirdir? Bizim nigahimiz pozulmush hesab olunur? Bilirem ki bele veziyyetde bir cox muselman bacilarimiz var. Xaish edirem, izah edin men etmeliyem. Men cox kasib ailenin qiziyam,iki ovladim var. Elbette, Allah yolunda her cetinliye dozmeliyem. Amma yenede sizden sorucmaq istedim,duz basha dushdum Quranin ayesini,boshanmaliyam? Allah razi olsun sizden.
Ответ / Cavab
Aleykumussalam
Sizin yoldaşınız günahkar müsəlmandır,kafir deyildir. Onun bu xasiyyətinə görə boşanma lazım deyil. Onu dua edin, Allahin onu hidayət etməsini istəyin. Sizinlə bu barədə bəhs edərkən qisqiraraq ya əsəblə cavab qaytarmayin. Mülayim olun, islam əxlaqını ona nümayiş etdirin.
As'Salamu Aleykum, haci aile uzvlerim molla yanina gedir deyirler ki Quran acdirir Quranla deyir yani fala baxmir, 2 ildi bir problemimiz var hell olmaga 1-2 ay qalmiw problem cixir ortaya bu ilde hemen problemin helline 20-25 gun qalmiw yene bir wey cixdi ortaya problem hell olmadu gedibler mollanin yanina molla deyib gelen il esgerlikden gelsin duzelecek, deyirem ki bizi ele bu gune salan o mollalarin yanina getmeyinizdi razi olmurlar, ola biler ki Allah bize cezq olaraq o mollalarin dediyinin eksini gosterir bize? Umumiyyetle Qurandan ele istifade etmek olar??
Ответ / Cavab
Aleykumussalam
Quran aləmlərin Rəbbi tərəfindən bəşəri axirət səadətinə çatdırmaq üçün göndərilən hidayət kitabidir. Fala baxma, Qurandan belə şeylər üçün istifadə etmək qadağandır. Quranla ancaq istixarə etmək düzgün sayılır.
Dünya işlərinə gəldikdə isə dünya elə problemlərlə dolu yerdir və burada problem bitməyəcək.
Salam əleykum. Mən burun əməliyyatı olmuşam, necə dəstəmaz alım? Çünki üzümü yuya bilmirəm. Daha doğrusu əlimlə üzümü yuyarkən istər-istəməz buruna toxunmuş olacam ki, buna da hələ icazə yoxdur.
SALAM ALEYKUM!Скажите пожалуйста,когда держать пост в связи с ночью БАРААТ,в 14 или 15 день Шабана и что нужно сделать вместо посещения-зиярята имама Хусейна? Спасибо.
Ответ / Cavab
Aleykumusalam.
14 na 15 şabana derjite post, tak çtobı 15 şabana vı bıli postivşimsya.
Stançe liçom v storonı Kiblı i proçitayçe Ziyarat imama Huseyna.
Salam. Axşam biri ilə bir qədər mübahisə etdim. Səbəb o deyirdi ki, düzgün deyil ki, peyğəmbərimiz oğulluğunun qızı ilə evlənib. Tez də əstəğfurullah işin üstün ört basdır edilib ki, belə olar. Nəzərdə Kitabımız tutulurdu. Mən də etiraz etdim dedim ki, kimsə ALLAHDAN qeyrətli deyil ki? Bu deməyinizdən nə çıxır. Ondan əvvəl demişdi ki, Quranda qadını döyün var.inanmırdı. Mən də hardasa oxumuşdum ki, qadını döyün kəlməsi dilimizə tərcümə də düzgün edilməyib. Oxuduğumu dedim. Gördüm artıq bu başqa şeylərə keçir.Bu gecə isə( qaranlıq xatırlayıram tam yadıma sala bilmirəm) Peyğəmbərimizin döyüşə getdiyini əlində qılınc ya ilk dəfə kiminsə boynun vuracaqmı kimi bir şeyi gördüm. Ya da kimsə bunu yuxuda mənə danışırdı. Ayıldım ki, sübhüm də qəzaya gedib. Mən nəsə günah etməmişəm ki bu mübahisəni edəndə? Bəlkə nəsə səhv demişəm bu üzdən sübhə dura bilm
Ответ / Cavab
Aleykumusalam.
Belə cəhl insanlarla mubahisə etməyin. Suallarini savadlı şəxslə görüşdürün cavablandırsın.
Peyğəmbərimizin rəftarında eyb axtaranlar ağıldan zəif insanlardır. Bir kəsin ki, əxlaqına ALlah təala Quranda əzəmətli əxlaqdan üstün əxlaq deyir, ondan ibrət alınmalıdır, eyb axtarılmamalıdır.
Salam.Sabahınız xeyir. 1.Sizdən öyrəndim ki, Şam və işa namaları vaxtından keçirsə, qılınmırsa nə əda nə qəza niyyəti ilə qılınır.sübhə qədər vaxtı olur? Bir də əgər mən işimizlə əlaqəli evə gecə 12dən sonra gəlsək və ya bir qədər tez gəlib çatdıra bilməsəm bu cür qılsam, səhəri gün bu namazı yenidən qəza kimi də qılmalıyam? Yoxsa elə nə əda, nə qəza niyyəti ilə qılınan namaz kifayət edirmi? əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.
Ответ / Cavab
Aleykumusalam.
Həmin gecə yarıdan sonra qıldıqlarınız elə kifayət edir.