Salam.Bu gün gecənin üçdə biri saat neçəyə düşür? Allah sizdən razı olsun!
Ответ / Cavab
Aleykumusalam.
Gecə şam azanından sübh azanına kimi olan vaxtla ölçülər. Həmin vaxtı 3 yerə bölüb şam azanının üzərinə gəlin və istədiyiniz əllə gələcək
Allah sizə yar olsun
Задан: 3 Март, 2019 , Опубликовано: 3 Март, 2019
Sevinc |
Salam Haci.Bele bir sualim var....Demeli bir tanis var,bu ariglamag ucun dieta saxliyir,son vaxtlar iradesi catmadiginnan and icib Allahin adina ki,filan seyleri yemeyecem,mes filan vaxta qeder.Bilirem ki,sehv is tutub,Allahin adini bos seyler ucun istifade edir.Indi bilmek isteyir ki,bu andini pozsa nolacag,keffare gelirmi,ya yox ve gelirse nece gun? Tesekkurler.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, kəffarə gələcək. Bunun kəffarəsi ya 3 gün ardıcıl oruc tutmaqdır ya da 10 fəqiri doyuzdurmaq.
Allah sizə yar olsun
Задан: 3 Март, 2019 , Опубликовано: 3 Март, 2019
Ayan2 |
Salam. Axşamınız xeyir. 1ci sualım. Hər iki qulağım güclü ağrıyır. Amma damcı və s tökmürəm. Hərdən qulağımı yoxlayanda azacıq axıntı kimi nəsə olur. Bilmək istəyirəm ki, bu halla qəza orucları tuta bilərəmmi? Sübh namazımı qıldıqdan sonra 2nəzir namazım var idi. Deyə oları qılmaq istədim. Düzdü yuxum gəlirdi. Amma elə belə. Qəfildən gözümü sıxıb açdım.Yatmadım.Dedim ki, heç nə olmaz nəzir namaz, larımı qılım. Birin qıldım. İkincisinin təşəhhüdün deyəndə qəfil qulağımda qəribə şaqqıltı oldu. Özümdə qəfil olduğuçün bir qədər qorxdum. Namaz bitdi. Birdən şübhəyə düşdüm görəsən salam verdim ya yox? Şübhəyə düşəndə əlimdə təsbeh var idi. Sonra 2nəzir namazımın düz olub olmadığı barədə şübhəyə düşdüm. İndi bilmək istəyirəm ki,namazlarım düzdürmü? əvvəlcədən təşəkkür edirem.
Ответ / Cavab
Aleykumusalam.
Əgər tökdüyünüz dərman oğazdan keçib içəri dail olmazsa bu halla oruc tuta bilərsiz.
Namazlarınız düzdür.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Fikret |
Salam.mem qurban demişem anam əməliyyat olduqdan sonra.sabah inşallah kesecem. Amma qoyunu başqası kesecek.kesenin yerine men dua etsem olar.tşk ve birde hansı gunlerde meslehetdi kesmek çox saq olun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, sizin yerinizə kimsə başqa biinin kəsməsində heç bir qadağa yoxdur. Nəzriniz icra olan kimi yubatmadan kəsin
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
SubhanAllah |
As'Salamu Aleykum, etir vurmaq Peygember sunnelerinden biridir, ve kimese etir teklif etmekde savab iwlerden biridir, bes bir insan biz etir istese (insanin niyyeti sirf namehremlerin diqqetini celb etmekdir) ele insana demek olar ki etir yoxdu ustumde halbuki etir var mende yani yalan sayilmaz?
Ответ / Cavab
Aleykumusalam.
Yalan sayılar, o cəhətdən elə bir söz deyin ki, yalan olmasın.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
vahid |
salam eleykum. sualim beledi. alimler piwiy tuku uste olanda namazi batil sayillar. bu ne qeder duzdu ve menbey hardan getirilib. axi hedis var ki peygenber piwiki cox istermiw evinde ebasina piwiy yatarmiw bes bu nece olurki piwiy tuku batil elsin namazi
Ответ / Cavab
Aleykumusalam.
Sizcə dinin akademik səviyyədə biliciləri Peyğəmbərdən hansı hədislərin olub ya olmamasından xəbərsizdilər?
Əti haram olan hər bir heyvanın bir şeyi insanın üzərində olsa namaz batil olar. Pişik də o cümlədən.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
...... |
Birde haci, eger men Qedr suresini gunde 12 defe oxusam bu hacetim ucun, hemishe eyni vaxtda oxumaliyam, meselen gun ne vaxt qurtarir Islamda ki, men bilim bu vaxta kimi bunu oxumaliyam. Meselen, bir gun saat 15.00 oxusam o biri gun işden sonra 21.00 oxuya bilerem yoxsa gun kecmiş sayilacaq? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Vaxt əsas şərt deyil, əsas lazım olam fikrinizi cəmləyib diqqətli şəkildə oxuyasız
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
...... |
Salam aleykum haci. Men islediyim yerde asagi vezifede isleyirem. Oz ixtisasima qalxmaq ucun coxlu imtahanlar ve senedler yigmisham.amma psixoloqu kecende hemin imtahanda kesildim. Ve ancaq 1 ilden sonra tezeden onu kecmek olar.yeni noyabrda. ona gore ilishib qalmisam bu vezifede.reisin yanina yaxinlasib xahis etmek isteyirem ki, bir shey fikirlesib mene komek etsin, ki qalxim.belke zeng edib psixoloqnan danishar ve s.amma dediler,ki bu vacibdir.indi ise men Ayetullah Kuhistanidan bele bir shey yazdigini oxumusham, ki 40 gun erzinde her gun 12 defe Qedr suresini oxusan hansi hacetin olsa bele Allah-taala onu yerine yetirer. Olar ki, men bunu o niyyetnen oxuyum ki, psixoloqun imtahanini daha kecmeyim ve yaxud imtahan olsa tez bir zamanda olsun ve men onu yaxshi kecim? Bele niyyet etmek olar, ki ikisinden biri olsun ve Allah ozu bileni etsin bu ikisinden, ya kecmeyib reis nese etsin yada kecim ve kesilmeyim? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bu niyyətlə oxuya bilərsiz və namazlarınızın da arasında dua edin.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Amalya |
Salam.Namaz qılarken Ruku ederken hara baxmaq lazımdır? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Uzunuzun səmti istiqamətinə baxın. Yaxşı olar ki iki ayağın arasındakı səmtə baxılsın.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Aziz |
Salam-Aleykum. Bağışlayın, Receb ayı Qriqoryan teqvimi ile, ayın neçesinden başlayır ? Bir sualım da olacaq. Men hemişe Receb ayı Oruc tutmuşam( Ramazan ayından savayı), sadece niyyet tutmuşdum ki, bir işim alınsa Şükür elameti olaraq 2 hefte Oruc tutacam. O da Qismetden bu ayın 9-10 tesedüf edir. Indi Receb ayında tesedüf edeceyinden, Niyyet Orucumu sonra tutum ? Her halda Allah Sizden Razı Olsun !
Ответ / Cavab
Aleykumusalam.
Martın 8 də başlamalıdır.
Nəzriniz icra olubsa elə rəcəb ayında da onu tuta bilərsiz.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Salam |
Özəl marketdə işləyənlərin izinsiz marketdəki olan məs: şirnilərdən yeməsi nə dərəcədə düzdür?
Ответ / Cavab
Aleykumusalam.
Buna icazələri yoxdur, sahibindən icazə alınmalıdır.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
khhhh |
SALAM HACI menim anam bu gun telfonda biriynen daniwirdi sopet menden acildi bir ehvalat vardi onu daniwdi sora dediki qizim men evdeydim amma qizlara anam evde yoxdu gele bilmerem dedi (BURDA VURGULAMAG ISDEYIBKI MENIM ICAZEM OLMADAN QIZIM GEDE BILMEZ).bu mene cox pis tesir etdiki niye axi kimnse gozunde meni yalanci veziyetinde qoyursan agladim cox pis tesir eledi ISDEMIREM KIMINSE YATDAWINDA ZEREDE OLSA YALANCI KIMI QALMAG men onu ele etmedim amma anam haqimda yalan dedi indii pisemki niye axi hemin adamin aglinda ele qalmaliyam
Ответ / Cavab
Aleykumusalam.
Siz yalan demisizsə, günahı burada axtarın. Həmçinin belə kiçik məsələyə görə cənnət qədəmlərinin altında olan anadan küsməzlər.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Shia313 |
Salam Aleykum.1.Namaz qılan birinin içki verilen restoranda her hansi bir vezifede işlemesi(ofisiant deyil) düzgün sayılmır yoxsa necə?şəriətdə buna necə baxılır? 2.İcki satılan marketde işlemek bes nece?
Ответ / Cavab
Aleykumusalam.
İçkiyə və başqa harama aid olan heç bir işə qatışacağı olmazsa eybi yoxdur. Əks halda icazəli olmaz.
Marketdə işləmək də həmin qaydadadır. Hətta içkinin pulun alıb kassaya atması belə qadağandır.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
Allahu Akbar |
As'Salamu Aleykum, haci, xala oglu ve xala qizi bir birine namehrem sayilir?
Ancaq ona məhrəm olan kəslərin. Ata,baba, qardaş,əmi, dayı,oqul, bacıoğlu, qardaş oqlu, qizinin əri və qaynatası.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 2 Март, 2019
SubhanAllah |
As'Salamu Aleykum, haci tire gedib hediyyeli patron almaq olar? yoxsa qumar sayilir? (patron alirsan ve hedefe atew acirsan mueyyen bali toplasan hediyye secirsen)
Ответ / Cavab
Aleykumussalam
Əyləncə məqsədi ilə əyləncə yerində olarsa qumar sayılmaz.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 1 Март, 2019
bende |
salam aleykum bir kese soz verdikde amma yerine yetirmedikde bu gunah sayilir?Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
vədəxilaf olmaq çox pis bir iş sayilar
Vədinizə həmişə əməl edin.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 1 Март, 2019
bende |
Salam men iw yerimde sim kart tapmiwam nomre baglidir sahibin axtardim tapa bilmedim 1 ile yaxindi ustumde gezdirirem men hemin nomreni tulluyum ya ne edim yeni qiymetsiz bir ewyadi Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
Onu saxlamaqa ehtiyac yoxdur,chunki bu vaxta artıq ya əvəzləyicisi cixarilib ya nomrə yandırılıb yenidən satışa çıxarılıb.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Ibrahim |
Salam Aleykum. Dördrükətli namazın üçüncü rükətində təsbihati ərbəəni oxuyub, dördüncü rükətdə səhvən fatihə surəsini oxuyandan sonra yenidən təsbihati ərbəəni oxusaq səhv səcdəsi edilməlidirmi?
Ответ / Cavab
Aleykumussalam
Xeyr,səhf səcdəsi lazım deyil.
Allah sizə yar olsun
Задан: 2 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Naile |
Salam. Halal kolbasa sosiska mehsullari varmi? Hansiki namaz qilanlar yeye bileceyi?
Ответ / Cavab
Aleykumussalam
Bəli hicaz ve səba şirkətinin mallarini yeyə bilərsiniz.