Страница 205 из 5746 << < 201 202 203 204 205 206 207 208 209 > >>
... |

Salam. Bagisliyin kiciy ve boyuk tualetden sonra istibra eledim ve elimnen damciliyan su paltarima deydi boyuk tualetden sonra elimnen damciliyan suda deydi paltarima bu su pakfirmi onuda qeyd edim ki ozumu temiz pakliyanan sonra elimnen damciliyan su deydi elimi hlee ayricaliqda yumamisdim

Ответ / Cavab

Aleykumussalam

Paklanandan sonra olubsa o su da pakdır.

Allah sizə yar olsun

Задан: 1 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Ilkin |

Esselamu eleykum 1)Namazi qilanda niyyetde vacibdir sozunu demesek olar?meselen subh namazi qiliram qurbeten illellah/ 2)Cenabat quslu alanda niyyetde vacib demeliyik yoxsa qurbeten desek kifayetdi? Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli deməyə bilərsiz.

Vacib olan bir şeyə vacib desək də o vacibdir, deməsəkdə. vacib olmayana da vacib deməklə dönüb vacib olmur. Əməlin vacib olduğunu bilməyimiz əsas şərtdir.

Allah sizə yar olsun

Задан: 1 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Salam |

Salam Aleykum. Mən Qur'an oxuya bilmirəm, dualari azərbaycanca yazılışdan öyrənmişəm. Indi istəyirəm ki ərəb dilini öyrənib Quranı oxuyum. İnternetde çox sayda videolar var. Heç bir məlumatım olmadığı üçün yanlış yönlənməkdən ehtiyat edirəm. Çox xahiş edirəm mənim üçün etibarlı bildiyiniz mənbə varsa qeyd edəsiniz. Qeyd edim ki evdən bayira çıxa bilmirəm yalniz evdə təkbaşıma öyrənə bilərəm.

Ответ / Cavab

Aleykumusalam.

Bura daxil olun  və bunun videolarına baxıb öyrənin.

https://www.youtube.com/watch?v=OVnlGbbP8CM

Allah sizə yar olsun

Задан: 1 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Salam |

1)İmam Həsənin övladı olub?2)Səhabə ya əshab nə deməkdir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olub. Biri hzrət Qasindir ki, Kərbəlada  şəhid olunub.

Səhabə dinimizdə Peyğəmbəri görüb iman gətirən və onunla muəyyən zaman da olsa bir yerdə olan kəsə deyilir. Əshab bu sözün cəm formasıdır.

Allah sizə yar olsun

Задан: 1 Март, 2019 , Опубликовано: 1 Март, 2019
tural |

salam aleykum qardaş bizim olkeden İrana konsert vermeye bir cox muğənnilər gedirlər məlumdur ki mahnılarımızın çoxu haram məzmunlu və yaxud ritmlidir belə olduğu halda islam ölkəsində konsert üçün müğənnilərin çağırılması nə dərəcədə düzgündür yoxsa musiiqi elə bəladır ki qarşısın ancaq zəmanə İmamı ə.f ala bilecek?Rehberin muqellidiyem

Ответ / Cavab

Aleykumusalam.

Onları yəqin ki, dölət qurumları dəvət etmir və onlar konert salonlarında çıxış etmirlər. Şəxsi adamlar dəvət edir öz şəxsi malikanələrində oxudurlar.

Allah sizə yar olsun

Задан: 1 Март, 2019 , Опубликовано: 1 Март, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci, Peygemberler cennet ehli olduglarini bu dunyadan kocmemiw bilirdiler? yani yawadiglari halda artiq cennete duweceklerini bilirdiler?

Ответ / Cavab

Aleykumussalam

Onlar cənnətin dərdində deyildilər. Onlar Allah bəndələrinin hidayət olunub cənnətə getməsinin dərdində idilər.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Gungun |

Salam. Sunna. Az saytinda destenamaz haqqinda tapmadim. Mene xahiw edirem komeklik edin. Sunnilerde bawa mesh nece edilir? Duzgun videorolik varsa paylawin xahiw edrem

Ответ / Cavab

Aleykumusalam.

Başa məsh etmədə elə bir ixtilaf yoxdur. Başınızın önünə məsh edəcəksiz. 3 bağlı barmaq eni və bir barmaq uzunluqda məsh edilsə kifayətdir.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Ayan2 |

Salam.Qohumum diplomunu alması üçün nəzir namazı demişdi. İndi diplomu verilib və xanım ailəli olduğu üçün atası şəhərə diplomu almaqçün gedib və alıb. İndi bu xanım bilmək istəyir ki, nəzir namazın nə vaxt qılsın? Gözləsin atası gəlsin və sabah gedib onlardan götürdükdən sonra qılsın yoxsa elə diplom atası gildə ola ola da qılsa düzgün olar? Bilmir necə etsin. Və bunu gündəlik namazlarını qıldığı vaxt qılsa olar? (Yəni gündəlik namazın qılıb sonra nəzir namazın qılsa) Sizdən məsləhət istəyir.2ci sual xanım nəzir namazını 2rükətli deyib.Çünki, nəzir namazının 4rükət olduğun bilmirmiş. Belə qıla bilərmi? Bağışlayın uzun oldu. Amma xanımın dediyi kimi yazmalı oldum.ürəyinin rahat olmasıçün.əvvəlcədən təşəkkür edirem.Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, artıq diplom alınmış sayılır, yəni ataında olması artıq onlara yetişməsi deməkdir. Nəzrinə əməl etsin. Bunu günün istənilən vaxtı qıla bilər

Necə nəzr edibsə elə də qılsın.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
celal |

Salam aleykum. 1)Məğrib namazında anlasaq ki səhvən artıq 4cü rəkətdəyik, bu zaman nə etməli? 2)Salamlarda təkcə axırıncı hissəni deməyin caizliyi məlumdur bəs, birinci hissə (əyyuhən nəbiyyu)dan sonra axırıncı hissəni demək caizdir? 3)Domino, dama kimi stolüstü oyunlar və bunlardan digər hansıları icazəlidir?(Ayətullah Sistani). Allah sizlərdən razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Rukuya getməmiş bunu anlasaz tez yerə əyləşib təşəhud və salam deyəcək və namazı bitirəcəksiz. Artıq qiyam edildiyi üçün bir səcdəyi səhf də edilsin.

Bəli, birinci salam Peyğəmbərə olan mustəhəbb salamdır, ondan sonra 3 cü salamı verib bitirə bilərsiz. Amma (bəzi rəylərə görə ) ikinci salamla kifayətlənmə olmasın.

Seyyid bunlara icazə vermir.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Ruxsara |

Salam. Men boshanmis qadinam. Ve bir subay oglani sevirem. O da meni sevir ve biz aile qurmag isdeyirik. Bir qizim var. Amma oglanin anasi razi deyil. Bu halda ne etmeliyik?

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla boşanma şəri qaydada olmalıdır, yəni ərinizdən talaq alıb talaq oxutmalısız.ondan sonra 3 ay gözləmə vaxtı keçirməlisiz ki, azad qadın sayılasız. Bu olmadıqca siz ərli qadın sayılacaqsız. Bu olubsa azadsız və istədiyiniz kəslə nigaha girə bilərsiz.

Qeyd edilən kəslə əqd bağlamanız şəriətə əsasən qadağan deyil ,amma ailə daxili problemlər ailələrin daxilində həll olmalıdır. Ananı razı salmağa çalışın

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
... |

Salam sukur namazin niyyetin deyerdizde gunun isdenilen vaxdi qilmag olar sukir namazin iki ruketli subh namazi kimidi? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Nemətlərinə şükür etmək üçün müstəhəbb namaz qılıram deyib sübh namazı kimi iki rükətli namaz qılın.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
solnche |

salam haci. haci men ukrainada qaliram. her program bashga vaxt gosterir namaz vaxtini. meslehet bildiyiniz sayt ve ya program varmi telefonchun deyerdiz ordan baxardim namaz vaxtina

Ответ / Cavab

Aleykumusalam.

Vremena namazov proqramı var Play marketdə. Onu yazın, şəhərinizi tanıdın və metod yerində Qum Liva universiteti  seçin.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci Quranda "murdar qadin" ve "murdar kiwi" deyildikde kimler nezerde tutulur?

Ответ / Cavab

Aleykumusalam.

Əxlaqı və imanı çirkin olan şəxslər.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Anonim qalsin |

Salam eger bir insan yaxsi insandirsa esil Allah isteyen kimi bununla bele namaz qilmirsa o niye cehhenneme dussun ki?? Axi pis ish gormeyib Allahi sevib inanib tam tamliqla Allaha inanan onun emmelirini yaxsi insan olmaga can atan birce namaz qilmirsa buna gore o niye cehhenneme dussun ki?? deqiq melumat vererdiz bir cumleyle yazmayin etrafli yazin xahis edirem. cox sagolun evvelceden.. Meselen yer uzunde ne qeder Ata Ana var ve onlardan en yaxsilari olub amma namaz qilmayiblar da insandi da qila bilmeyib qilmayib onlar niye cehenneme bir basa dussun ki??

Ответ / Cavab

Aleykumusalam.

Kİmin cənnətə və kimin cəhənnəmə düşməsi Yaradana aid olan məsələdir. Elə bir Yaradan ki insanların həm aşkarda və həm gizlində olan əməllərindən xəbərdardır. Namazı adi bir şey bilməyin. Bizim zehnimizdə problemi yaradan da elə budur. Namaz nədir ki beş dəqiqəlik əyilib durmaq. Biz namaza belə ucuz baxanda elə bilirik ki, namaz qılmamaq sadə bir haldır. Namazın əzəmətini dərk etməliyik. Əgər biz anlasaq ki, namaz ilk və hər şeydir və qalanları onunla muqaisədə zərrədir, o zaman anlayacağıq.  Bunu azca anlatmaq üçün əziz İslam Peyğəmbəri belə bir hədis buyurur. Əgər Əbu Qubeys dağı boyda qızılın ola, onu fəqirlərə paylayasan, namaz olmasa faydası yoxdur.

Allahı səmimi tanıyan, onun ucalığını dərk edib inanan ona səcdə etmədən boyun qaçırtmamalıdır.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
ehed |

Salam Haci. Dinde ustunde sancaq asmaq ve yatanda balisin altina corek qoymaq duzdur ? eger eledirse bu ne mena verir? ve neden qoruyur?. Cavaba gore Saqolun.

Ответ / Cavab

Aleykumusalam.

Bunlar heç biri dini məsələ deyil və dində belə şeylər yoxdur.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Bende |

Salam,teklik menim alin yazim olub. O hedde catmisham ki,öz ozumle danishiram.yashim da otub...qismet yoxdursa ve ezabla yashayirsansa buna usyan etmeyek?hep neden,neden men bele oldum soyletirem.qelbimi rahatladacaq bir dua,nese varmi?yashamaqa bezmishem.

Ответ / Cavab

Aleykumusalam.

Özünüzə bir iki rəfiqə tapın və onlarla ünsiyyət qurun, Məscidə gedin. Xütbələrdə iştirak edin

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Sual |

Haci Sistani aganin risalesinde Destemaz, uz ve ellerin yuyulmasi ile bagli hokmlerde Mesele 272-ye baxin. Hemin meseleni nezerde tuturdum ki meni casdirir.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etdiyimiz kimi edin.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 28 Февраль, 2019
Sual |

Salam. Sistani aganin risalesinde yazilir:dəstəmazda ayaqlarına topuqlara deyil, üzərindəki çıxıntıya qədər məsh etdiyini bilən şəxs, vacib ehtiyata əsasən, bu qaydada aldığı dəstəmazla qıldığına əmin olduğu vacib namazlarını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır. Haci bu meni cox casdirir. Harda vaxiram insanlar mesh edende cixintiya kimi elini cekir. Topuqlara qeder mesh etmek nece olur axi? Bir video link atsaydiz baxib bilerdik. Eli maksimum cixintiya kimi ceke bilirem. Gerek xususi cehd edesen ki el gedib awagiya topuga deye.

Ответ / Cavab

Aleykumussalam

Ayaqa məsh barmaqların birinin ucundan ayaqin üstündəki donqara qədər cəkmək lazımdır. Yaxşı olar ki ayaqin tam üzünə cəkilsin.

Yazdiqiniz məsələnin nömrəsini qeyd edin.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Sual |

Salam. El barmagimin ustunde yara acildi. Qanaxmasi tez de kesdi. Ancaq salfetka ile ustune basanda salfetkada iz qalir. Bele baxirsan amma qanaxma filan yoxdu. Bu sekilde destemazimi alib namazima baslaya bilerem yoxsa gozlemeliyem ki tamamile qurusun iz qoymayacaq derecede. Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Əgər qan gəlmirsə dəstəmaz alıb namazınızi qilin.

Allah sizə yar olsun

Задан: 28 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Bende |

Salam. Baxisliyin doyesen sizi duzgun basa sala bilmemisem men spermanin yapisacaginan qorxuram ama son zamanlar bosalma olduqda sonra mutleq yuyub sonra gusul aliram bu handa o deriye oxsuyan perde sperma olub olmamasin haqqinda subhem var cox uzur isdiyirem sualima gore cox sagolun bu halda ne ede bilerem ama eminde deyilem ki sperma ola cunki bosalmada sonra yuyuram mutleq

Ответ / Cavab

Aleykumussalam

Əgər yuyub pakladiqiniza və onun sperma olmamasına arxayinsizsa bunu nəcis bilməyəcəksiniz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Страница 205 из 5746 << < 201 202 203 204 205 206 207 208 209 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com