Salam Aleykum hacı . Xalid ib velid peyğember (sas) min en boyu dusmenlerin olduğu halda ehli-sünne mehzebi onu Allahın qılıncı adlandırırlar ne derecede düzgündür ?
Ответ / Cavab
Aleykumusalam.
Addırda veriblər. Elə o zamanda da indiki kimi kim kimə nə ad istəyir, onu da verir. Adın şərafətlisi Allahın və onun Peyğəmbərinin verdiy adlardır.
As'Salamu Aleykum, haci, "filan weyi elemek mene ugur getirir" demek wirkdir? ve yaxudda hansisa oyuncagi ve ya suveniri ustunde gezdirib "bunsuz iwim alinmir" demek wirk sayilir? delili ile cavab versez sevinerem, Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Bu sözlər düzgün deyil, amma şirk sayılmaz. Şirk odur ki. kimisə ya neyisə Allaa şərik qoşaq ya onu Allahdan mustəqill qüvvə bilək.
Haci Salam , men axwam namazdarina 1 saat qalmiw gediw geliwi 8 fersexden cox olan yere getmiwem ve wami tam , xiften namazimi qesr qilib qayitmiwam , wami qesri yoxdu , bes xifteni qesr qilmaqla duzmu elemiwem ? yoxsa tam qilmali idim ? Minnetdaram . Sistani aga
Ответ / Cavab
Aleykumusalam.
Əgər həmin yerdə , yəni səfərdə olduğunuz yerdə qılmısınızsa düz etmisiz.
Haci Salam. Hem ozunu haramdan qorunmaq, hem de pis yola dusmus bir qadini o yoldan cekindirmek ucun hemin qadini o yoldan cekindirerek onunla nikah baglamis, ve onun ehtiyaclarini oz uzerine goturmus bir kiwiye aiddir sual. Bu qadin kiwiden xebersiz yene de oz kohne adetine davam ederse, kiwi her defe bu qadini ile elaqede olduqda zina etmis olacaq ve ya kebin duwecek? Kiwinin xeberi yoxdur qadinin bu emeli barede. Sistani aga.
Ответ / Cavab
Aleykumusalam.
Əxlaqsızlıqla məşqul olan qadınla əqd bağlamaq düzgün olmaz.
Qadın gizlicə əxlaqsızlıq etməkdə davam edərsə, kişi xəbərsiz olduğundan ona günah yoxdur. Yaxınlığı əqd oxunduğundan zina sayılmaz və bununla kəbin pozulmaz.
Kişi onu tərbiyə etmək və kontrolda saxlamaq iqtidarında deyilsə, deməli bu işə əl qoymamalı idi.
Salam mende ayaqyoluna gedenen sonra su geldi bu pakdirmi? Onuda qeyd edim ki onan once sehvet den dolayi su gelmisdi onu yudum temiz sonra ayaqyoluna getdim
Ответ / Cavab
Aleykumusalam.
Su dedikdə yaşlıq nəzərdə tutmusuz yəqin. Əgər sidikdən sonra istibra edilibsə, pakdlr, əks halda nəcisdir.
Salam sualima cavab verdiyniz ALLAH sizden razi olsun 1 sualim var destemaz alarken bir yeri 3 defe yuyandan sora casib yudugum yerleri birde yuyuram bu destemazi pozur birde birinci hansi qolu yumaliyig 2 ci sualim qulagim agriyur diye hec vaxt qulagmin ici ve arxasina mes cekmirem bu dogrudur bele etmek olar 3 cu sualim qeza orucu hansi vaxtacan tutmaliyam coxsagolun
Ответ / Cavab
Aleykumusalam.
Dəstəmazda hər üzvü bir dəfə yumağınız kifayətdir. 3 dəfə yumaq haramdır. Hər üzv 3 dəfə yuyulsa dəstəmaz batildir.
Əvvəl üz yuyulur, sonra aq qol, sonra isə sol qol yuyulacaq.
Dəstəmazda qulağın içi ya arxaına məsh edilməz. Başın önü, ayaqların üzərinə məsh edilir.
Qəza oruclarınızı Ramaan ayı yetişməmiş tutub bitirin.
Salam cunub bulunan odaya rehmet meleyi girmez cunub ne demekdir?Birde namaz qilarken uzum pencereyedi yeni bawqa cur alinmir evdeki weraite gore ona gore men perdeni orturem amma iwiqlarda yanili olanda baxmasamda oz kòlgemi gòrurem bu ne derece duzdu
Ответ / Cavab
Aleykumusalam.
Boynuna cənabət qüslü gəlmiş insan.
Əgər sizin fikrinizi namazdan pozmazsa eybi yoxdur
Haci.Destemaz alanda sol qolu sildim.Bawa mesh eledim.Sonra cawdim sol qola elimi surtdum.Bilmeden oldu deye davam eledim elmin icin tam vurmadim ayagima mesh edende destemaz duzdur?Cox sagolun.2.Men indi nece gundurki sukur zinaya baxmiram.Beynimde fikir varki.Day elemisend elediyvi doymusan.Bu seytan vesvesesi ola biler?
Ответ / Cavab
Aleykumusalam.
Əgər sol qolunuzla toqquşan nəmlə məsh etmisizsə, dəstəmazı təzələyin.
Öz nəfsinizdən muğayat olun. Və şeytanın vəsvəsələrindən də uzaq durun. Ehtiyatı da əldən verməyin
Salam.1.əgər ailə xəstə qız övladı dünyaya gələndə o zaman da anaya ataya savab yazılır?2.islamda qızın olması ananın genetik xromosomu ilə əlaqədar deyil?bəs hədislər də var ki Allah qadını tərif etmək istədikdə ona qız övladı verir.bu doğrudurmu? Xamenei aga
Ответ / Cavab
Aleykumussalam
Ona qulluq etmədə səhlənkarlıq etməsələr savab olacaq.
Ovladin qiz ya oqlan olması Yaradanın əmrinə baqlidir. Qeyd etdiyiniz isə tibbə aid olan məsələdir.
Hədislərdə isə qiz usaqi rəhmət olaraq bildirilir.
Salam, menim bir ayliq maawim normal olaraq bir ayliq dolaniwiga catmir, mene xums duwur?? 2-ci sualimsa beledi, ev almaqcun pul yigilirsa bir iki il kecir ustunden,pul evde saxlanilir, ona xums duwur?? onceden tewekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Bunu belə hesəblamirlar. Siz xums günü təyin etməlisiniz. Həmin gün yetişdikdə artıq bir sey qalarsa onun xumsu veriləcək.
Bəli ona xums düşəcək. Amma əgər zəruri lazım olan evi bir necə il pul toplamaqla almaqdan başqa heç bir yol yoxdursa, o zaman onun üzərinə xums gəlməz. Hər halda bu məsələdə təqlid etdiyiniz müctəhidin dəftərxanası ilə əlaqə saxlayın.
Salam.islamda hansı emulqatorlar halal,hansı haramdı? Mən internetdə oxudum ki 500-586,900-1521 qədər haramdı.bəs axı 102 haram qatili emulqatorlardu o u niyə yazmırlar?.mənə dəqiq yazardız çox xahiş edirəm.Xamenei ağaya təqlid edirəm.
Ответ / Cavab
Aleykumussalam
Hansilarin haram olmasi onun alinma məsələsinə baqlidir. Heyvan mənsəlilərdən uzaq durulmalidir. Çünki bunlar əsasən qeyri müsəlman ölkələrində hazırlanır və hətta əti halal heyvandan olsa da onlar səriətə bu uyqun oldurulmurlər.
Salam Aleykum! Mən bilmək istəyirəm bu qeybətdir yoxsa yox? - Mənim müdirim möhkəm adam deyil. Bəzən lazımsız və yersiz hərəkətlər, danışıqlar eliyir. Yəniki bu dünyaya çox bağlı adamdı. Ama yaxşı xüsusiyyətləri də var. Onun yersiz hərəkətləri barədə bəzən işçilər danışıllar. Yəni bəzi işçilər kənarda olarkən bununla əlaqədar olaraq müdir yanımızda olmayanda danışıllar. Bəzən özüdə hiss edir bunu....Həmçinin məndə danışıram ki bu hərəkətlər yersizdir, lazımsızdır....axı nəyə lazımdır ki bizim müdir kimlərəsə nəyəsə görə yaltaqlansın və s..SİZCƏ BU QEYBƏTDİR?
Ответ / Cavab
Aleykumussalam
Qeybətin tərifi budur. Bir kəsin olmadiqi yerdə onun barədə elə sözlər danışılır ki, əgər özü orada olub eşitsə narahat olacaq.
Bununla sohbətin qeybət olub olmamaqin ayird edin.
Salam aleykum hacı musiqi aletleri haramdı? Xaiş hedis ve ayelernen misal getirerdiz eger haramdirsa hansi musiqi aletleri ?
Ответ / Cavab
Aleykumussalam
Halal olani yoxdur. Bəziləri bəzi hallarda icazəli sayilar.
Halal haramı bəyan edən hədislər ərəb dilində olan mənbə kitablarindadir. Onların ünvanın versək də yəqin əliniz o kitablara yetisməyəcək. Quranda isə Loqman surəsinin beşinci ayəsinin təfsirində bu məsələ achiqlanir
Salam,bezi peygemberlerin gunah etmesi fikri dogrudur?Meselen,Musanin bir qibtini oldurmesi,Xizirin usagi öldürmesi ve saire.
Ответ / Cavab
Aleykumussalam
Xeyr bu səhfdir. Peyğəmbərlər günahdan çox uzaqdırlar. Sizin misallarda gunah olsaydı Allah onları cəzalandırardi. İnsanliğa ulgu,numunə olan kəslər gunah edərlərsə, insanlara gunah etməyin sözünü necə deyə bilərlər.