Страница 206 из 5746 << < 202 203 204 205 206 207 208 209 210 > >>
Bende |

Salam. Suala gore uzr isdiyirem aletin baw hissesin nazik tepeqe gordum cimennwn sonra elimle biraz qopartdim qaldi yene bu mundardimi hec bir fikrim yoxdu bu neden ola biler temizliye cox deqiq riayet edirem bu necis sayilmaz ki? Ve namazlarimi batil edir? Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Sidikdən sonra istibra edilirsə, o zaman pak sayılır.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Ssssssss |

Muveggeti kebinin vaxti uzanirsa yeniden mehriye olmalidi?

Ответ / Cavab

Aleykumussalam

Bəli yenidən əqd oxunacaq və yenidən mehriyyə müəyyən edilir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
..... |

Salam. Övliya kimlərə deyil ya kimlər övliya ola bilər?

Ответ / Cavab

Aleykumussalam

Ovliya yəni Allah dostu.  Buna hər kəs yetisə bilər, lakin gərək həqiqətən də dost ola və dostluqda sadiq ola.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Ssssssss |

Salam kebını nece uzadıllar?

Ответ / Cavab

Aleykumussalam

Kəbin talaq verilməyincə ya ölüm olmayinca qalir. Uzatmaq lazim olmur. Müvəqqəti əqdi deyirsizsə vaxt bitsə yenidən oxunur.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Sevda |

Rəcəb ayı nə vaxt başlayır. Mən sunniyəm

Ответ / Cavab

Aleykumussalam

Martın səkkizi başlamalıdır.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Ofa |

Salam,qesr namazlarim var qeza onlari qilanda niyyeti nece deyim?saqolun

Ответ / Cavab

Aleykumussalam

Adi namaz niyyəti edin, sadəcə iki rükətdə bitirin.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Ofa |

Salam.gunorta namazin wam azanina kimi qilmaq olar bunu eitmiwem,birde deyiller ki axwsmcaqi 5 e qeder qilmalisan bunun hansina emel edim?saqolun

Ответ / Cavab

Aleykumussalam

Axşam namazina kimi namaz əda sayilir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Ayan2 |

Salam. Sabahınız xeyir. Çox xahiş edirəm sualıma tez cavab verərdiniz. Yaşadığım rayonda namaz vaxtı Bakı vaxtı ilə 10 dəqiqə fərqlənir. sizdəki təqvimin üstünə 10dəqiqə əlavə etsəm yəni 07:18 +10 dəq namaz vaxtı 07:28 də bitir.Mən sübh namazına gecikişdim. Namazın salamın verib gördüm ki, saat 07:28 dir.Sübh namazım düzdürmü? Yoxsa qəzaya düşdü? əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam

Namaziniz düzdür.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Sual |

Salam Haci. Axsam idrari bosaltdiqdan sonra istibra eledim ve yuyundum. Yuyunandan sonra qurulananda aleti yuxari dogru silende sanki yuxari dogru su damcilari sicradi. Ozumu rahat hiss edirdim yeni aletin icinde artiq qalan sidik damcisi olma ehtimali cox zeifdi. Ya yuyundugum ucun bedenimdeki su damcilari idi, ya da yuyunarken aletin icine qacmiw su damcilari idi qurulananda cixdi. Fikirlesdim ki evvela deqiq gormedim su damcilari aletden cixdi ya yox. Ikincisi lap ordan cixibsa da istibra elemisem, istibradan sonra gelen pakdir. Bu halda vesveseye fikir vermeyib qurulanib cixdim. Duz etmisem? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Düz etmisiniz. İstibra düz edilibsə ondan sonra gələn mayenin sidik olması yəqin olmazsa pakdır.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
ulker |

salam, yoldawim 24 cu defedi mewed ziyaretine gedir,kerbela, heccede gedib. ve biz 4ildir evliyik hec birindede meni aparmayib, evleneni 7ci defedi gedir mewede sabah gedir Allah qebul elesin e amma mende isdiyirem oglumunda ehtiyaci var ora getmeye xesdedir deye, nese deyirem ki bizide apar deyir ness getirme , ya deyir ora aga ozu devet etmelidir ki sende gedesen yazig men.nece yolda getirim ? cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Ondan xahiş edərək sizi də aparmasını istəyin. Namazlarda dua edin inşaAllah düzələr.

. Əgər imkanı var və buna baxmayaraq aparmirsa deyin imam Rizaya şikayət edəcəksiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
FATİME |

Salam,suala göre bagıslayın ama hec bir yerde basa dusmurem cavabı tapsamda,10gün heyz sayılır bunu bilirem ama 13cü günde qefil gelen neyese göre qüsl almag lazımdı?lazımdısa ne qüslu sayılır?cavaba göre coxsagolun

Ответ / Cavab

Aleykumusalam.

Baxın 10 günə kimi gələn heyzdir. Əgər bundan artıq nəsə gələrsə ya 3 gündən az qan gələsə, bu istihazədir. İstihazə iki cür olur. Az istihazə və çox istihazə. Az istihazədə hər namaz üçün qandan təmizlənib bir dəstəmaz alıb namaz qılınacaq. Əgər çox istihazə olarsa o zaman hər namaz üçün pak olub bir qüsl alıb namaz qılınacaq. İstihazənin az ya ox olmasını burada başa sala bilmərik. Bunu özünüz gərək risalədən oxuyub öyrənəsiz.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 27 Февраль, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci, Namaz qilmayan wexsi kafir saymaq duz deyil bunu bilirik, amma Namaz qilanda muselmandisa Namaz qilmayan da muselmandisa bes kafir kimdir? Allaha inanmayan? axi Iblisde Allaha inanir amma kafir sayilir ve Qurandanda bellidir ki kafirlerin meskeni cehennemdir, ve Muddessir suresinin 42-43 cu ayelerinde deyilir ki Cehennem ehlinden soruwacaglar sizi cehenneme salan nedir onlarda cavab verecek ki "Biz Namaz qilanlardan deyildik" In Wa Allah ki sualimi aydin wekilde catdira bildim, Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Allahı inkar edən, Allaha şərik qoşan, Peyğəmbərimizin peyğəmbərliyini danan, axirət aləmini danan, Əhli beytə düşmən olan, Dinin zərurətlərini inkar edən.

İblis İlahi əmrdən çıxıb kafir oldu.

Namaz qılmamaq cəhənnəmə düşməyə ilkin şərtdir. Yəni ilk səbəb o olur ki, insan ilahi rəhmətdən məhrum olsun.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
.... |

Cox sag olun cavabiniz ucun. Bes qinadigin mutleq basina geler? Eger haqqina olsa bele basina geler? Basina gelmemeyi ucun ne etmelidir tovbe etmelidir?

Ответ / Cavab

Aleykumusalam.

Belə şeyləri tərk etmək. İmam Əli buyurur ki, xalq başqalarının eybləri ilə məşğul olduqda sən öz eyblərinlə məşğul ol. Şeytan bizi azdırmaq üçün öz eyblərimizə bizi kor edir.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
..... |

Salam men heyz hem cenabet quslu almisdim alandan sonra uzr istyrem yene qan geldiyin gordum yene heyz qusulu alacam. Oyrenmey istyrdm yene elave cenabet quslu almaliyam ya tek heyz?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, ancaq heyz qüslü alacaqsız.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
Salam |

Hicrət və hicri nə deməkdir?

Ответ / Cavab

Aleykumusalam.

Hicrət köç etməkdir. İslam Peyğəmbərinin Məkkədən Mədinəyə köç etməsi  musəlmanlar üçün bir yeni həyat oldu və ili o zamandan başladılar ki, bu təqvim hicri təqvimdir, yəni hicrətlə hesablanan təqvim.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
nnjnjnjnj |

Salam.Mehemmed Peygember(s) Imam Eliye buyurur: Allah colde tek gezen,tek yemek yeyen adami lenetlemisdir. Men de coxlari kimi evde tek yemek yeyirem ve namaz da qiliram.Demeli Allah meni lenetleyib?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu sizə aid deyil.

Allah sizə yar olsun

Задан: 27 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci, butun dinler icinde Islam dininin haqq olmasina nece emin olum? Quranda bezi ayelerde kafirlerin cehennemde ebedi qalacaglarindan daniwilir amma ewitmiwem ki insan cehennemde ebedi qalmir gec tez cennet sakini olur?

Ответ / Cavab

Aleykumussalam

Bunu rahat basa düşmək üçün qeyri dinlərdə olmuş elm adamlarının islama gəlişi bir dünyəvi göstəricidir.

Əsas məsələ budur ki yeganə islam dinidir ki bəşərin bütün suallarına cavab verir.

Sizcə Qurana inanaq ya deyirlər ə ?

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
eli |

Salam aleykum,Kerbelada ve diger yerlerde Imamlarin huzurunda uzu uste yerde surunerek yalvarmaq dogrudur?

Ответ / Cavab

Aleykumussalam

Yaxşısı budur ki üzü qibləyə səcdəyə gedib bu halda Allaha yalvaraq.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
Sevda Nurullayeva |

Salam Mən namazda surələrin tərtibi haqqında məlumat almaq istəyirdim.Tərtib necədir və bu tərtibə uymaq fərzmidir?

Ответ / Cavab

Aleykumussalam

Namazda tərtib budur ki ilk fatihə surəsi oxunur, sonra isə digər surə. Buna riayət etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
Fidan |

Salam sizəşəxsi mesaji necə yaza bilərəm? Hansımailegondərəbilərəm?

Ответ / Cavab

Aleykumussalam

[email protected]

Allah sizə yar olsun

Задан: 26 Февраль, 2019 , Опубликовано: 26 Февраль, 2019
Страница 206 из 5746 << < 202 203 204 205 206 207 208 209 210 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com