Salam Eleykum. barmagimi kesmisem bicaqla (sehven tebiiki...), barmagima bint baglamisam destemaz alanda tebiiki acmadim binti sadece dini cehetden sorusmaq isteyirdimki bu tip hallar olanda ne etmeli dogru sayilirmi destemaz yoxsa nece? Tesekkurler...
Ответ / Cavab
Aleykumusalam.
Əgər yaranın üstünü achıb adi şəkildə dəstəmaz almaq imkanı varsa elə ediləcək. Əgər yaraya toxunmaq mümkün deyilsə saqlam yerləru yuyub yaranın üzərindən məsh edin. Əgər bu da mümkün olmazsa o zaman ancaq yaraya aid lan yer baqlanın, cəbirə dəstəmazı alınsın. Açıq yerlər yuyulur, saqğının üzərinə əlin nəmi çəkilir.
Salam.Mən Maidə surəsinin 6cı ayəti üzrə dəstəmaz alıram.Sözsüz ki Allah Quranda necə buyurub elə etməliyik.Ama dəstəmazın sünnətləri də var ki bunlar da dəstəmaz alarkən əməl olunur. Sualım belədir : Dəstəmaz alarkən sünnətləri eməsək olmazmı? Dünən türk saytlarında oxudum --"Dəstəmazın sünnətlərini tərk etmək günahdır" -- yazılmışdı Mən bilmirəm dəstəmazım doğrudurmu yoxsa yox Ya da vəsvəsədir məndə. Bu zamana qədərki dəstəmazım doğru deyilsə? Niyə Qurandaki kimi yox Peyğəmbərmizin etdiyi kimi edilir?
Ответ / Cavab
Aleykumusalam.
Şünnətlər vacib deyil və bunları etməmək də olar.
Qurana əsasən dəstəmazda vacib olan üz və qolları yumaq, başın önünə və ayaqların üzərinə məsh etməkdir.
Salam. CEFER TEYYAR namazinin niyyeti deyerdiz ve men zilzal suresin bilmirem ona gore de olar men 4 ruketdede Fatihe ve Ixlas suresin oxuyum cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Elə sadəcə Cəfəri təyyar namazı qılıram qurbətən İləllah.
Bəli, olar, oxuya bilərsiz, kağıza yazıb əlinizdə tutub oxumaqla edə bilsəz, belə də qıla bilərsiz.
Salam Aleykum. Usaq anadan olarken, onun adina Qurban kesilmelidirmi? ve bunun muddeti varmi? nece yashina kimi kesilmelidir?
Ответ / Cavab
Aleykumusalam.
Uşaq üçün dində deyilən və məsləhət edilən Qurbanlıq əqiqə qurbanlığı adlanır.
Bu qurbanın xususi qaydaları var. Beləki uşağın qız ya oqlan olmasından asılı olaraq erkək ya dişi kəsilməli. Bu heyvan əqiqə qurbanı niyyətiylə kəilməli, bu heyvanın sümüklərinə balta dəyməməli və qırılmamalıdır. Bütün cəmdək iri qazanda ət sümükdən ayrılana kimi bişirilərək yemək şəklində paylanılr ya ehsan edilir. Bu heyvanın ətindən uşağın ata anası yeməməli və yaxşı olar ki, baba nənələri də yeməsin.
Salam. Konkret olaraq sabin kalbasalari halaldir? 2.colde satilan donerlerden toyuq ve ya mal eti olmasina diqqet elemeliyik? Bir defe bir yerde rastima cixmiwdiki azerbaycanda iri heyvanlar kesilerken xususi diqqetle kesilir, weriete uygun qaydada kesilir ona gore et alarken arasdirmaga ehtiyac qalmir. Bes toyuq etinede bu wamildir? Buna esasen et doneri yeyerken arxaynliqla yeye bilerik?
Ответ / Cavab
Aleykumusalam.
Bunların halal olması barədə əlimizdə bir dəlil yoxdur.
Bəli toyuq alarkən araşdırın, çünki qaydalara riayət eməyənlər də var.İri heyvanların ətindən ehtiyat etmək lazım deyil.
Salam Aleykum. Deyirler suyun yaddaşı var. Suya gozel dualar, sureler oxuyub sonra arzu tutub icirler. Bu arzularin reallaşması ucun edilir. Bilmek isteyirem bu şirk ve gunah sayilirmi? Qeyd edim ki istek Allahdan istenilir sadece suya deyilir.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əlbətdə, əgər bu iş o zaman şirk olar ki, insan şəfanı verənin su olduquna etiqad edə. Biz xəstəənəndə həkimə gedirik, məgət bu şirkdir? Şirk odur ki, həkimi musəqill olaraq quvvə biləsən, ona bu elm və istedadı Allahın verdiyini inkar edəsən.
Ele mende buna gore sorusuram ki,bes orda xanimlar bezedilir,sac duzumu edilir ama dinimize gore qadinin basi bagli olmalidi.Indi bu isnen mesgul olanlar ucun bu gunah sayilarmi?
Ответ / Cavab
Aleykumusalam.
Qadınların bəzənməsi qadağan deyil, bu bəzəyi naməhrəmdən gizlətmək vacibdir.
Əgər yəqin bilsəz ki, bu işdə hansısa hal harama düşmə ya harama sövq etmə üçündür, o işdən uzaq olun.
Salam. Umre ziyaretinde Nise tehafi vacibdi? Yoxsa ancaq hecc ziyaretinde olur? Umumiyyetle umre emelleri haqqinda hardan melumat oxuya bilerem. Link versez sevinerem. Allah komeyiniz olsun.
Salam haci bir sualim olacag ozumu cox gunahkar hiss edirem bu gun yaxshi ish gorduyum bir ish ucun esebi olub bilmeden Allaha and icdim hansi movzu baresinde and icdiyimi bele esebden unutdum.ele utanib ozumu gunahkar hiss ediremki namaz qilmaga bele itaniram herdenki,gunah etdim nece namaz qilim deye.mene yol gosterin xahish edirem.Allah sizden razi olsun.
Salam aleykum, Quranda bele aye var ki orda yazilsin ickinin satilmasi, hazirlanmasi, saxlanmasi, suzulmesi gunahdi?? varsa hansi surededi?? dediler var bele aciqlama oncun soruwdum. cox sag olun
Ответ / Cavab
Aleykumussalam
Bu əziz islam peyğəmbərinin məhsur hədisində buyurulub. Hətta içki düzəltmək məqsədi ilə üzüm əkmək belə haramdır.
Salam aleykum. Bele bir mesele var isteyirdim komek edesiz. Bir Hicabli xanim var, bir qadin yaxinlawib 40 gunluk oglan uwaglini getirib veribki i al bu senin nevendir. Ve chixib gedib. Hicabli xanimin oglu bildirirki o onun oglu deyil. Neise .. artiq ustunden 20 il kechir oglan uwagidi. Onu terbiyye edibler oxudublar. Amma ureklerinde xal qalib ki bu bunlarin heqiqi oglu(nevesi) deyil. Xanimda hicablidi bilmek isteyir oglan uwagi ona mehremdi ya yox. Uwagda gedib gelir opur nenesini ki sen menim anamsan. Zehmet olmasa dolgun cavab vererdiz. Namehrem sayilir ya yox. Uwaga sud veren olmayib. Smes ile boyuyub
Ответ / Cavab
Aleykumussalam
Bu məsələ araşdırılmalı idi. İyirmi il bundan əvvəl olmuş bir məsələyə bu gun qəti hokm vermək olmaz. Narahatdirlarsa bu məsələni müasir tibb çözə bilir. Dnk testinə qan versinlər. Həm ata həm usaq. Amma uşaq mənəvi travma almasin deyə nə üçün qan verməsini bilməsin.
Salam Aleykum. Her gün müxtelif yuxular görürem. Normal haldı. Ancaq bu gun bir yuxu cox fikrimi qarisdirib. İslamda yuxu yozumlari oldugunu bilirik. Bunun ucun ne meslehet gorerdiz? Bezi yuxu yozumlari saytlarindan oxudum. Ancaq onlara inanib inanmamaq barede qerarsizam. Bir daha deyimki yuxunu ele yuxu kimi qevul edirem ancaq bu nedense fikrimi cox qarisdirib. Onceden tesemkur edirem.
Ответ / Cavab
Aleykumussalam
Bu gördüyünüz də sıradan bir yuxu sayın və yuxuyla bağlı zehninizi yormayın.
Salam aleykum, men anbardar iwleyirem un melmulatlari satiriq, indi yeni spirtli ickiler getiribler ( araq caxir) onlarin anbardar kimi hesabatini aparmaq gunahdi menimcun??? Onceden tewekkur edirem, indi olkede de iw tapmaq qeyri mumkun hala cevrilib
Salam. burda - Ayətullahül-üzma Seyyid Əli Sistaninin son rəyinə görə, başla boyun yuyulduqdan sonra ehtiyata görə, duşun altından azacıq kənara çəkilmək, sonra yenidən suyun altına qayıdaraq bədənin sağ tərəfini yumaq lazımdır - qeyd olundugunu gordum. amma sol teref haqqinda yazilmayib, zehmet olmasa aydinliq getirin. Evvelceden teshekkurler
Ответ / Cavab
Aleykumussalam
Rəydə basla bədən arasinda fasilə yaranması buyurulub. Saq sol tərəf barədə bir söz deyilməyib.