Salam. Ehli-sunne mezhebinden olan dostlarim meni umre ziyaretine devet edir. Umre ziyaretine onlarin qrupu ile gede bilerem? Umre ziyaretinin emellerinde mezheblerde ferq varmi?
Ответ / Cavab
Aleykumusalam.
Gedə bilərsiz, amma gərək tam olaraq cəfəri məzhəbinə əsasən umrənin icra edilməsi qaydasını öyrənəsiz, ondan sonra gedəsiz. Çünki, məzhəblərin fiqhi məsələlərində bu barədə fərqlər var ki, onlar mutləq nəzərə alınmalıdır.
Salam.1. Qurandan hər gün 3səhifə oxunulsa bu minvalla Quranı gec oxuyub bitirsək yenə xətm sayılır? 2. Təkbirətul-ehramı pıçıltı ilə demək olar? Sistanı ağa.
Axşaminiz xeyir. Men niyyet orucu tuturam iftarda orucluq ayinin gunlerine aid olan duaları oxusam olar? Yoxsa təkcə iftar duasini oxuyum? Çox sagolun Allah razı olsun inşallah.
Salam əleykum 1.hacı ovlanan məsələn quşlar gətirirlər bunların halal şəkildə kəsilməsinə yəqinlik yoxdursa onu yemək olar ? 2.halal quşları ovladıqda necə edilməlidi yəni canı çıxmazdan əvvəl mütləq başı kəsilməlidi ya başqa yoluda var ? 3.birdə əti haram olanlarda ətini yemək olmasada onların məsələn dərisindən istifadə etməkdə hökm nədir ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Halallığına yəqinliyiniz olmayanı yeməyin.
Bəli, vurduqdan sonra üstünə gəldikdə hələ diridirsə gərək tez başı kəsilsin.
Onların hamısının əczalarından istifadə etmək icazəli deyil.
Salamu eleykum tovbe Namazi nece qilinir zehmet olmasa izah ederdiz Onceden minnatdaram Allah sizdrn razi olsun inwallah
Ответ / Cavab
Aleykumusalam.
Peyğəmbər (s) buyurdu: Qüsl edin, dəstəmaz alın, dörd rükət namaz qılın (tövbə niyyəti ilə iki rükətli iki namaz).
Hər rükətdə bir dəfə “Həmd” surəsi, üç dəfə “İxlas” (Qul huvəllah…), bir dəfə “Fələq” (Qul əuzu bi Rəbbilfələq…) və bir dəfə də “Nas” (Qul əuzu bi Rəbbin-nas…) surəsini oxuyun. Namazdan sonra 70 dəfə istiğfar edib (Əstəğfirullahə rəbbi və ətubu iləyh – deyib) bir dəfə “La həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim” dedikdən sonra bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.”
Salam. Suallari cavablandirdiginiz ucun cox sagolun. Haqqinizi halal edin. 1) Ramazan ayi nevaxtdir? 2) men cox utaniram. Bilmirem ne edim. Men Namaz qiliram, sonra dayandiriram, bilmirem niye. Ne edim bilmirem. Men universitete hazirlawiram, seher mektebe gedirem,mektebden de cixib 2 hazirliga gedirem,ve menim Namazlarim qezaya duwur. Men nece edim? Bilmirrm. Namaz qilmag isteyirem. Nolar bunu oxuyanlarda, bir nece aya imtahan verecem, menim ucun, her kes ucun dua edin men girim. Cunki cox eziyyet cekirem. ALLAH anama guc versinki iwliye bilsin, menede guc versinki onun eziyyetini yerde qoymuyub dersimi oxuyub ali mektebe girim InwALLAH. ALLAH arzusunda olanlara qismet etsin inwALLAH
Ответ / Cavab
Aleykumusalam.
1.May ayının əvvəli daxil olmalıdır. Təqribən 3 ü.
2.Siz bilin ki, hər şeyə vaxt ayırıb, öz yaradanına, günün 24 saatını bizə verənə vaxt tapmamaq son dərəcə düzgün sayılmaz.