Страница 215 из 5746 << < 211 212 213 214 215 216 217 218 219 > >>
khhhh |

salam menim niyetim yeni isdeyim varki hafiz olum amma bir meqsede qulug ede bilmirem gorem biri inigilis dli orgenir mende isdiyirem edim misalcun amma hafiz olmag isdiyirem bilmirem hafizlikimi orgenim ya ingilisdilinimi hansi daha meqsede uygun olar? BIRDEKI MENIM 19 YAWIN ICINDEYEM BU MUMKUNDUMU HAFIZLIYI ORGENIM. YAVAW YAVAW EZBERLIYIM mene tovziyeeriniz varmi

Ответ / Cavab

Aleykumusalam.

HAfizlik sizin axirətinizin abad olmasına çox fayda verər. Məsləhət olaraq bunu seçin. Dil öyrənməyə gəldikdə isə bunlar bir birlərindən fərqli şeylərdir, yəni dil də öyrənin.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Abbas |

Salamun aleykum necesiz Destemazla bagli ayede kecen ərciləkum kelmesinde fethe ve ya kesreden asili olaraq ayaq sozunu uz ve qol yada baw ile bir tercume edirler bezi mezebler ve delil kimi qiraet ferqi gosderirler Bu haqda soruwmaq isdiyirdim ki bu qanun neye esaslanir

Ответ / Cavab

Aleykumusalam.

Burada heç bir qanun yoxdur, uydurma yoldur ki, öz iddialarına əsas axtarırlar. Yaxşı əgər  həmin fəthə qiraətə əsasən yumaq mənasın bildirirsə bəs nədən ayaqda dəri corab olduqda onun üzərinə məsh edirlər, orada artıq fəthə işləmədi?

Aşkar şəkildə bəyan olunub, üzünüzü və əllərinizi yuyun və başınızın önünə, ayaqlarınızın üzərinə məsh edin.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Salam |

Salam.Bes kisiye platin uzuk olar?

Ответ / Cavab

Aleykumusalam.

Platin olar, lakin bunu ağ qızılla qatışdırmayın, çünki bəziləri ağ qızıla Platin deyir. Platin ayrı metaldır. Qızılın ağı da sarısı da kişiyə haramdır.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Pnvgjnn |

Salam.yazmisdinizki destemaz ucun su saf olmalidir. Basa dusdum. Bizde nese axir vaxtlar krantdan bulaniq gelir yeni bele baxanda hiss olunmur ancaq ovucun icinde bilinirki cox da saf deyil. Bes bu cur suynan qusul almaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Əgər bilinməyəcək qədər azdırsa eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Salam |

Salam.Biz nisanlima nisan ucun gumus uzuk aldiq brilliyant qas ile.Kisiye qizil tqxmaq olmaz deye.Sadece deyirlerki qiizl da alaq, taxma nisanda tax cixar vsyo sonra gumusu tax.Nisanlimda sorusub deyiblerki, olar ele etmek.Hetta 1 saatliq qonaq getsen taxa bilersen.Eledirmi?

Ответ / Cavab

Aleykumussalam

Ona səhf deyiblər. Hətta ölçü bilmək üçün belə taxa bilməz. Qeyd edilən gümüş üzüyü taxsin.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Llnvvg |

Salam.eger su coxda temiz deyilse yeni biraz bulaniq gelirse destemaz alib namaz qilmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Dəstəmaz suyu gərək saf olsun. Bulanıq olarsa bir qaba töküb saflanmasini gözləyin sonra dəstəmaz alın.

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Cavad |

Xais eliyirem bu sualima etrafli ve qurandan aye delil gediresiz (Allahı o biri dünyada görmey )duzdurmu oxudub kjtablarda bunun kufr oldugu deyilir amma subut kimi ayeler bunu etrafimdakilari basa salmaga bes etmir

Ответ / Cavab

Aleykumusalam.

Allahı görmək mümkün deyil. Əvvəla hər bir görünən şey görünmək üçün bir məkanda olması lazımdır və bununla həmin məkana ehtiyaclı olur. Allah ehtiyaclı ola bilməz.

Allaha cism də vermək olmaz, çünki cism ehtiyaclı olur.

Quran aşkar surətdə buyurur ki, bu əsla mümkün deyil. Ənam 103 Əraf 143

http://az.islam.az/article/a-795.html

http://az.islam.az/article/a-796.html

Bunları da oxuyun

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 12 Февраль, 2019
Cavad |

Haci ereb dilinde dercumede bas ortusu sozun olunmadigi deyilir duzdur? Nur suresi 30 da

Ответ / Cavab

Aleykumusalam.

1 ci ayədə deyilir ki baş örtüklərini sinələrinə kimi çəksinlər

Allah sizə yar olsun

Задан: 12 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
..... |

Salam. 1)Ata və oğul, ər və arvad bir-birilərindən sələm ala bilərlər? 2)Qur'anı ərəbcəsin oxuyanda ayə uzun olduğu zaman vəqf işarələridə olmasa necə vəqf edə bilərik?

Ответ / Cavab

Aleykumusalam.

Sələm yox. Onlar bir birlərindən artıq ala bilərlər və bu sələm sayılmayacaq.

Vəqf qaydalarına əsasən muvafiq yerdə vəqf edin və bir iki kəlmə geri qayıdıb yenidən başlayın.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Salam aleykum |

Yoldaşım evi maşını mənimlə evli olduğu halda alıbsa məndə işləyib pul qoymuşamsa yenə boşananda onların yarısı mənə çatmır?Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər həmin mulklərdə payınız varsa payınız olan qədərinə sahib ola bilərsiz.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
sunrise |

Salamun Aleykum.Ayetel kursunun latin elifbasiyla yazilisini ata bilersizmi?Haqqinizi halal edin.Tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Allahu la ilahə illa huvəl həyyul qayyum. la tə”xuzuhu sinətun və la nəumun ləhu ma fissəməvati vəma fil ərz. mən zəlləzi yəşfəu indəhu illə biiznih. yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və la yuhitunə bişəy-in min `ilmihi illa bima şaə vəsi`ə kursiyyuhus-samavati vəl ərzi və la yəuduhu hifzuhuma və huvəl əliyyul `əzim, la ikrahə fiddin qad təbəyyənər-ruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yu”min billahi fəqadistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhə vəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricuhum minəz zulumati ilən nur. vəlləzinə kəfəru əuliyauhumut tağuti yuxricunəhum minən nuri iləzzulumati ulaikə əshabun nari hum  fiha xalidun

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Ayan2 |

Salam. Qohumum 4həftəlik uşağı dərman atmaqla açılış edib. Səbəb 2 balaca uşağının olması və güclü baş ağrıları olub. Qadının anası bilmək istəyir ki, günah edibmi qızı? Kimdənsə eşitmişik ki, rüşeym halında açılış etmək günah deyil. O zaman günah olar ki, ruh üfürülə. Bu nə dərəcədə düzdür? əvvəlcədən təşəkkür edirem.

Ответ / Cavab

Aleykumussalam

Əgər ananın canına ciddi təhlükələr olmayibsa gunah edib, gərək tövbə etsin.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Emin |

Salam eleykuma uca ALLAH sizeden razi olsun bir sualim var o düzdür ki Namaza yeni başdiyan insanin Namazlarinda hansisa etdiyi bir sehfi 40 gün bağiwlanir

Ответ / Cavab

Aleykumussalam

Belə bir şey yoxdur. Namazı tam öyrənincə namaz kitabı ya vərəqi əlində tutub qılsın ya namazı camaatla birlikdə qılsın.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Cavad |

Başin baglanmasi haqqinda kitablardan hedisler ve quranda aye misal getirerdizde bir xais cavabiviza gore cox sagoln Allah size yar olsun

Ответ / Cavab

Aleykumussalam

Nur surəsi 30 və 31 ci ayələr. Bunlar kifayət edir. Bütün islam dünyası bunun hicabi vacib etdiyini bildirir

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Cevahir |

Salam aleykum. Sheri olaraq qadin erinden bosandiqda ona ne kimi mal-mulk chatir?2.Sheri vezifeler sadece yash ile elaqedar vacib olur yoxsa heddi bulug zamanindan hesablanmalidi? 3.ata,ananin ovladin aile islerine mudaxile etmek huququ var? 4.Qarachilara sadaga,nezir vermek olar? 5.Xinanin rengi elin derisinde qalsa, bu destemazi batil edirmi?

Ответ / Cavab

Aleykumussalam

Ancaq mehriyyəsini alacaq.

Həddi buluq ozu əsasən yaş həddinə aiddir.

Valideyn kimi var amma bunun da həddi var.

Əgər fəqirdirlərsə olar.

Xeyr xına dəstəmaza xətər yetirməz.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
313 |

Салам Хаджи скажыте пожалуста у меня есть Газа Намазы мне можно читать Геча намазы каторый 11 ракатов спосибо

Ответ / Cavab

Aleykumussalam

Da vi mojete chitach etot namaz. Eto dozvoleno. No ili vmesto nevo delayce namaz qyaza ili  vmeste s nim .

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Elya |

Salam bu duanin hansi duzdu (la havle) vale quvvete illa billahil eliyil ezim yoxsa (vela hevla)bir turk ilahiyyatcinin vidiosunda gordum butun caw baw qaldim hansi duzdu?Birde ezani verende elimi qulaqima teref aparmaliyam ve demeye bawlamaliyam?

Ответ / Cavab

Aleykumussalam

Hər ikisi eynidir, sadəcə birinin əvvəlində və şəkilçisi var.

Xeyr azan iqamədə əlləri qaldırmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Leyla |

Salam aleykum, eger nezir deyirsen, ve tutdugun niyetin bas verir, amma tam yox, neziri versem olar? Birde ateistnen sohbet etmek gunahdi? Ele tanisin olsa, sene salam verib sohbet elese, onunla danismaq, yazismaq gunah olar? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli nəzrinizi niyyətiniz baş veribsə icra edin.

Onu hidayət edib Allaha qaytara biləcəksizsə söhbət edin. Yox əgər bu olmayacaqsa ondan uzaq durun.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 11 Февраль, 2019
Mensur |

Salam aleykum. Bilmək istərdimki yas mərasimlərində gülabdan nə üçün istifadə olunur? Nə təsiri var və yaxud bu adət hardan qaynaqlanır

Ответ / Cavab

Aleykumusalam.

Sadəcə ətirləndirmək üçün.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 10 Февраль, 2019
??? |

Salam. Qüsldan sonra yadıma düşdü ki üzümü ayrıca yumamışam. Ancaq başımı yuyanda üzümə su tökülmüşdü. Bu halda qüsl düzdürmü?

Ответ / Cavab

Aleykumusalam.

Əgər həmin halda üzünüz yuyulubsa kifayətdir.

Allah sizə yar olsun

Задан: 11 Февраль, 2019 , Опубликовано: 10 Февраль, 2019
Страница 215 из 5746 << < 211 212 213 214 215 216 217 218 219 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com