Страница 224 из 5746 << < 220 221 222 223 224 225 226 227 228 > >>
Nnspl |

Salam. Menim yoldasim men 1gun evde olmayan kimi mene xeyanet edir. Bunu bildiyimi o bilmir. Buna gore de men onu ozume yaxin qoymuram cunki ondan gozlemediyim hereketi mene qarsi etdiyi ucun iyrenirem artiq. Men bu cur etmekle gunahmi edirem?(( cox pis oluram cox eseblesirem ama icimde. Komek edin ne edim men. Cox sorgozdu. Adice onnan harasa gezmeye gedende de gozu oynayir. Gormemezlikden gelirem ama bezmisem. Ne edim men.

Ответ / Cavab

Aleykumusalam.

Onu özünüzdən uzaq etsəz onu harama daha çox təhrik edəcəksiz. Özünüzdən uzaq etməyin, bəlkə əksinə onu özünüzə bağlayıb  haramdan uzaq durdurun. Ona bunun haram olmasını, çirkin bir iş olmasını bildirin.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 29 Январь, 2019
jdnsgshs |

Salamun Aleykum.Destemaz alarken men ele bilirdim uzun quru olmamasi duzgun deyil.Yalnizca mesh uzvlerinin quru olmasi lazimdir?Tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ancaq məsh üzvlərinin quru olması vacibdir.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 29 Январь, 2019
jdnsgshs |

Salamun Aleykum.Icki icilen stolun ustundeki qatigdan goturub yeniden qatiq duzelmek ucun damazliq kimi isletsek,o yeni qatiq yeyilse gunah yada mehrukdurmu?Onceden tesekkur edirem cavablandirdiginiz ucun.

Ответ / Cavab

Aleykumusalam.

Günah ancaq içki stolundan onu götürüb istifadə etməkdir.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Elcin Oruc |

Salam Eleykum. sizinle meslehetlesmek isteyirem… men gece smeni muhafizede isleyirem… isa ve subh namazlarimi qezaya saxlayib eve gelande qiliram… bu beyenilmeyen emeldirmi ozunuzde bilirsinizki cetin dovrdu muhafizede ele bir isdirki qorudugun yerde gerek ayiq sayiq olaan….ne meslehet gorersiniz men nese narahat oluramki Allahin emrinnen ustun sayirammis kimi cixirmi buda ele veziyyetlerdendirmi bilmirem…. Tesekkurler...

Ответ / Cavab

Aleykumusalam.

Namazı bilərəkdən qəzaya saxlamaq haramdır. Əgər adi şəkildə tez və ancaq vacibləri icra edərək qılmaq mümkündürsə, elə qılınacaq, yox əgər heç bir şəkildə mümkün deyilsə işarə ilə qılın sonra evdə qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Salam |

Salam.Qadin kisiye eseblwsib nigahi sabah geri oxutdur deyirse, kisi de qesden onu esebwlsdirmek ucun sabah geri oxudacam deyirse onda nigaha xelel gelirmi? Sadece esebden deyilin

Ответ / Cavab

Aleykumusalam.

Bu deyilmələrin nigahın poulmasına səbəb olması mümkün deyil.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Jack Reacher |

Salam Heci.size bir sual verim.qusulduz birinin is5ifade etdiyi hamam mehrabasinnan istifade etmek qusulu pozur? Birde heci men namaz qilarken gunde 3 defe qiliram bu duzdur?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, əgər nəcisə bulaşmayıbsa  eybi yoxdur.

Bəli, günorta və axşam namazlarını bir birinin ardınca qılmaq olar.

Allah sizə yar olsun

Задан: 29 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
........ |

As'Salamu Aleykum, haci burda sual verenlerden birine verdiyiniz cavab meni maraglandirdi qismetnen bagli olan, dediz kimimse kimese qismet olmasi onun oz ixtiyaridir yani bir insan digeri ile aile heyati qurmaq istese amma alinmasa hemin insanin "Allah bele yazib qismetimi" demesi duz deyil? yani evlene bilmemesine sebeb hardasa etdiyi oz sehvi olub?

Ответ / Cavab

Aleykumusalam.

Ya öz səhfi, ya  düzgün davranmaması, əks tərəfin itəyinin olmaması.ya başqa səbəblər ola bilir.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Leylan |

salam eger qizin heyatinda oglan varsa daniwmaq goruwmek bele namehramdi? eger kebin ve yaxud zaqs hansi vacibdir?

Ответ / Cavab

Aleykumusalam.

Qizin həyatı özünə aiddir, həyatında oqlan var sözü bizim qurduğumuz sözlərdir. naməhrəmlərin haram munasibətləri var. Mümkündür insan kimisə görə xoşu gələ, amma bu naməhrəmlərin görüşməsinə icazə vermir. Görüşüb danışmaq ancaq evlilik məsələsi qətiləşdikdə və bunun üçün görüşüb ciddi şəkildə gələcək həyatı muzakirə zərurəti yarandıqda xəlvət olmayan yerdə görüşmələrinə icazə verilər.

Kəbin oxunduqda məhrəmlik əmələ gəlir. Qız uşağı da atasının icazəsi olmadan əqdə daxil ola bilməz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Ehli-beyt Aşiqi |

Salam Aleykum narahat etdiyim üçün üzür isteyirem yarim qalmiş quslumun davamini vermemişden evvel sabundan ve ya şampundan istifade etmek olarmi yagliligi aparmaq üçün yoxsa pramoy qusla başlayim? Teşekkurler Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bəli qeyd edilən kimi edə bilərsiniz

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
....... |

As'Salamu Aleykum, haci mohur var idi mueyyen sebeblerde qirildi, (3 yere bolunub) onu ne edim? Namaz qilmaq olar onunla yoxsa atim ve ya Mescide aparim?

Ответ / Cavab

Aleykumusalam.

Pak torpaqa basdırın qatışsın, getsin.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Leyla |

Salam aleykum. Namazda tesehhudde ve salamda bedencox terpense, dediyin sozu tekrar edib davam etmek lazimdi? Destemazda sag elnen sol eli yuyanda, sag el kranta deyse, ordada su damcilari olsa ve destemazin suyuna qarissa, destemaz batil olur? Destemaz alanda, elleri yumaq, onlarin her yerine su deymesi demekdi? Yoxsa mutleq bir elnen o biri elin her yerine cekmek lazimdi? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər çox tərpənibsə bədəni aram edib zikri yenidən deyib namazı davam edəcəksiz.

Xeyr batil olmur, dəstəmazda yuyulma bitəndən sonra əllərin içi məsh etməmiş maşqa yaşlıqa toxunmamalıdır.

Camaat arasında yumaq dedikdə məqsəd nədirsə, elə edilməlidir. Tək suyu axıtmaq yumaq sayılmaz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Musa |

Salam aleykum, Yoldaşım yuxuda qan görüb və kimsə ona bunun yuxu yozma kitabında pis birşey olduğun deyib, oda çox narahatdır, bir ilahiyyatçı kimi ona nə məsləhət verərdiz?

Ответ / Cavab

Aleykumusalam.

Ona məsləhətimiz odur ki, yuyulari elə adəcə yuxu kimi qəbul etsin. Yuxulara etibar edilməz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Abdurahman |

Allah səmadadır demək olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr,  Allaha məkan vermək olmaz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
Fəridə |

Salam.dine aid olan her şeyi 0dan öyrene bileceyim kitab adlari deye bilersiz?

Ответ / Cavab

Aleykumusalam.

Din təlimləri bütün elmlər kimi tədris müəssisələrində olur.

Özünüz müstəqil olaraq bəzi bilməli  lazım olan şeyləri öyrənmək istəyirsinizsə -Din təlimləri, Gənclər üçün usuli dindən 50 dərs, İslam tarixi, fiqh təlimi kitablarını oxuyun.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 28 Январь, 2019
xanim |

Salam Aleykum. Qeyd etmisiz haram münasibət olmazsa hər sey yerin alar.Basa düsmədim yəni nə? Qizin təbrik etməyi olmaz? Əgər həmin insan basqasini secib ailə qurarsa demək Allah bizi bir birmizə xeyirli bilməyib? illərdi dua etməyimə rağmən

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, səhf başa düşmüsüz. İşin əvvəlində qeyd etmisiz ki, aralarinda olmamalı olan bir hadisə yaşanıb ki, naməhrəm kəslər arasında bu olmamalıdır.

Kiminsə kiminsə qisməti olması onun ixtiyari seçimidir. Allah bizim adi məişət işlərimizə dəxalət etmir v bizi fəaliyyətimizdə azad yaradıb.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
elsen |

Salamaleykum,exbarilik nedir?

Ответ / Cavab

Aleykumusalam.

Əxbarilər şəri hökmləri ələ gətirməkdə ancaq hədis və rəvayətdən istifadə edib təqlid etməni dü bilməyənlərdirlər.

Əxbarilik də bu yolu tutanlardır.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
Bende |

Salam. İşde olarken Zöhr ve Esr namazlarını işimizdeki qarderob otağında qılıram. Hemin otağada ele olur ki, oranın işçileri ayaqyolundan çıxıb ora daxil olarsa qarderobdan nese götürmek üçün hemin yere ayaqqabı ile daxil olursa, hemin yerde menim namaz qılmağım düzdür? hemin yer necis sayılırmı? (Sistani ağa)

Ответ / Cavab

Aleykumusalam.

Əgər pak bir şey sərib onun üzərində qılırsızsa heç bir problem yoxdur.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
Salam |

1)Ayaqa tam yaxsi mesh cekilmeyende yeniden mesh etsek destamaz duz sayilar?2)Tekbir deyilib rukuya gedilse ve rukudan qalxdiqda yene tekbir deyilse ya secde de ayaqlar azca terpense bunlarla namaz duz sayilir?

Ответ / Cavab

Aleykumusalam.

3  bağlı baqmaq enində məsh edilibsə kifayət edir. təkrara ehtiyac yoxdur.

Bunlar namazı pozmaz.

Allah sizə yar olsun

Задан: 28 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
Salam |

Quran tilavet ederken veqf etdikde fii'den ve'den ibtida etmek olar?

Ответ / Cavab

Aleykumussalam

Bu hansi kəlmənin uzərində vəqf edilməsi və ya hansı kəlmə ilə bashlamasi olan hala baqlidi

Allah sizə yar olsun

Задан: 27 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
Bende |

Salam. Namaz qılarken secdede olarken dizin qapaqları yere deymezse namaz batil olurmu? (Sistani ağa)?

Ответ / Cavab

Aleykumussalam

Diz qapaqları deyil,dizin gözü yerə oturacaq.

Allah sizə yar olsun

Задан: 27 Январь, 2019 , Опубликовано: 27 Январь, 2019
Страница 224 из 5746 << < 220 221 222 223 224 225 226 227 228 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com