Страница 26 из 5746 << < 22 23 24 25 26 27 28 29 30 > >>
Salam |

Salam,subh namazina durmaq ucun dua var onu mene gonderinde zehmet olmazsa,saqolun

Ответ / Cavab

Aleykumusalam.

Yatarkən həmd, 3 ixlas və kovsər surəsini oxuyub heç nə danışmadan yatın.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
Leyla |

Salam aleykum, namazda karixdim basimi saga conderdim texmini 60 derece. Bu namazi pozur? Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Namazı yenidən qılacaqsız.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
.... |

Salam il yarimdirki hicabliyam ve ozum isteyib kecmiwem heqiqeten gozel hissler kecirerek kecdim amma indi bilmirem niye bele oluram acig halima gayitmag isteyirem bezen bu hal mene cox pis tesir edir bundan gurtulmag ucun ne ede bilerem tewekkurler...

Ответ / Cavab

Aleykumusalam.

Allahla xəlvət edin, dua edin və namazlarınızı çalışın ilk vaxtında qılın.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
... |

Salam Əhməd Rza şəhriyarinin Ya Əli mahnidi var bu mahni halaldi https://youtu.be/h42v2xXVL9o cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Tam olaraq halal olmasını deyə bilmirik.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
... |

Salam men utaniram yazmaga bes bu fikirlerim gunahdimi cox sagolun uzurlu sayin zehmet olmasa ama bu fikirlere fikir vermedikce kecir evvelerde bele olmusdu

Ответ / Cavab

Aleykumusalam.

Əgər keçib gedirsə, fikir verməyin

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 7 Декабрь, 2019
.... |

Salam baxisliyin men basa sala bilmedim men seytan Allaha aid olmuyan sifetleri vesvese edir ona cism ve s. Kimi bu gunahdirmi men bu fikirlere fikir vermedikce kecib gedim amma gunah olub olmadigin bilmirem

Ответ / Cavab

Aleykumussalam

Başa düşdük. Sizə Allahın cəmal və calal sifətlərini oyrənin dedik ki daha düzgün taniyasiz və Ona aid olmayan sifətlərə qarsi elminiz olsun.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2019 , Опубликовано: 7 Декабрь, 2019
Allahqulu |

Salamun aleykum. 4-rükətli namazın 2-ci rükətində təşəhhüddən öncə Bihəvlillahi və quvvətihi əqumu və əq`ud zikrini dedim namaz batildirmi? Sağolun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu namazı batil etmir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2019 , Опубликовано: 7 Декабрь, 2019
... |

Salam seytan mene Allaha aid olmuyan sifetleri Ona aid etmek haqqinda fikirlerler yorur yeni vesvese eliyir bu fikirler tez tez kecir beynimnen bu fikirlere fikir vermedikce kecir men duzmu edir bu fikirlere fikir vermemekle burada bu fikirleri fikirlesmek de men gunah yazilirmi cox sagolun tez tez olur bu

Ответ / Cavab

Aleykumusalam.

Siz Allahın cəmal və cəlal sifətlərini öyrənin. Bu sizə yardım edər.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2019 , Опубликовано: 7 Декабрь, 2019
Sual |

Salam Haci. Bezen krantdan gelen axar su zeif gelir, onun daha guclu gelmesi ucun elave bakin suyunu da acanda bu su ile 1 defeye paklamaq olar elleri filan yuyanda? Yoxsa az su hokmune emel edilmelidir? Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Əgər bakın suyu kürr qədərindədirsə, bəli bir dəfəyə pak edəcək.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Ayan2 |

Salam. Axşamınız xeyir. Dişimi müalicə etdirirəm. Müvəqqəti blomb qoyulub. Ağzımda tamın hiss edirəm. Bu hal oruc qəza tutmağıma maneə deyil ki? batil edər ya yox? 2ci sual. Dəstnamaz aldığım yerdə üzümü qollarımı yuduğumu unuduram.Təkrar edirəm yenə eyni şey olur. Bu hal da neçə dəfə dəstnamaz almağıma səbəb olur. Xeyli vaxtdı beləyəm. İndi də qüsl edəndə unutmağa başlamışam. Şəkkə düşürəm. başımı qulaqlarımı, sağ tərəfi və s guduğumu unuduram. Xahiş edirəm deyin nə edim? Çox sağ olun. əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, dadını hiss etmə oruca mane olmaz.

Diqqətinizi cəmləyin və etdiyiniz işləri diqqətlə izləyin. Unutmayacaqsız.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Əsmər |

Salam. 1)Peyğəmbərlərin və imamların hamısına salavat necə göndermek olar ? 2)peyğəmbərlərə ya imamlara hədiyyə namazını 2 rükət süb namazı kimi qılmağ olar ya hnasısa ayrı ayələr oxunursa yazardız əvəlcədən çoxsağolun

Ответ / Cavab

Aleykumusalam.

salavat zatən Peyğəmbər üçündür, İmamlara gəldikdə isə, salavatı zikr edib savabını onlara hədiyyə edirsiz. Həmin qayda ilə də namazlar. Sübh namazı kimi iki rükət müstəhəbb  namaz qılıb savabını o həzrətlərə hədiyyə edirsiz.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
aygun |

esselamu aleykum men teze iwe girmiwem hicab geyimlerini onlayin terzde satiram qurup acdim ora bacilari daxil etdim kamil icab geyimleri deyil amma men secirem en cox kamil geyime uygun hicablar paylawaga.bi xanim yazdi siz weytain geymini numayiw etdirirsiz zad men ona izah etdim men sadece satanam men cadra awiqiyem seyfede qeyd etmiwem KAMIL GEYIMLER VE KAMIL GEYIMLER GEYINMEYEN HICABLAR paylawilacag BU XANIMIN O CUR SERT TERZDE MENE YAXINLAWMASI HEQIIQETEN QELBIMI COX PIS QIRDI yeni men sef edirem? ne edim kamil geyim wirketi deyilse

Ответ / Cavab

Aleykumusalam.

Sizin qadın paltarları satmaqda bir qüsurunuz yoxdur. Əlbətdə qeyri islami mədəniyyəti tərənnum və təbliğ edən, açıq saçıqlığı təbliq edən paltarlar satmırsızsa.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
.... |

Salam atam yeni il mali satir (yolka oyuncagi ve s.) Mene deyirki mene komeye gel men bu mali sata bilerem yeni yeni il malidi diye deyirem ve birde Xanım Məsumə s.ə ürək yanfirici şəhadətəyi ayin necəsdiir cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu malları satmaq haram deyil.

Rəbiussani ayının onu ya on ikisidir. bu gün rəbiussani ayinin 9 dur.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Ilahe |

Salam Adet halinda Imam Rzanin qebrin yinana gire bilerem?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu halda məsumların hərəminə daxil olmaq haramdır.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Hhh |

SalamAelykum. 1)Gözüstünə sürmə vəya qələm sürüldükdən sonra silirəm ama kiprik diblərində qalır bu halda dəstamaza mane olurmu? 2) Mən çox zaman 4 rəkətli namazlarda 2cü rəkətdn sonra 3 rəkətdyəm ya 4 də şəkk edirəm namazın salamını deyim yoxsa 4 cü rəkəti yerinə yetirim şəkk edirəm bunun hökmü nədi? Çox zaman yenidən qılmalı oluram. 3)körpəm çox incidir çox nadinclik edir qırır qab-qaşığı bunun üçündə ona qışqırırığ sakit dur eləmə sözünü qışqırarağ deyirik yada üzünə yada yan hissəsinə şillə vururuğ bunun günahı varmı bizə?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, gərək təmizlənsin.

2.Qəsdinizi 4 rükət olmasına qoyacaqsız, namazı bitirən kimi namazı pozan bir iş görmədən qalxıb bir  rükət ehtiyat namazı qılacaqsız.

3.Aqrüssiya ilə qarşısını alacaqsızsa, o da aqessiyasını daha da artıracaq. Səhf edirsiz, onu məhəbbətlə etdiklərindən çəkindirməyi öyrənin.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Ayan |

Salam hacı. Allah sizə yar olsun. 1)Əda namazı ilə qəza namazının fərqi nədir? Bu namazları qılarkən filan namazın ədasını və ya qəzasını qılıram demədən qılsaq olar? Çünki bəzən tam ayırd edə bilmirəm qəzaya gedib ya yox, ona görə də filan namazı qılıram vacib qürbətən iləllah deyirəm. Bu cür olar? 2)Mən dabanıma krem çəkib yatıram, sübh namazına qalxarkən yumalıyam ayağımı? Özlüyümdə düşündüm ki, ayağın üstünə məsh edilir, daban problem yaratmaz. Ancaq yenə də bir biləndən soruşmaq istədim. 3) Evli bir kişi ikinci dəfə evlənmək (kəbin kəsdirmək) istəyirsə ilk həyat yoldaşından icazə almalıdır? Qadın heç cürə razı olmasa və boşanmaq istəsə bəs nə etməlidir? Birinci ailəsindən ayrılmağı yaxşı olar, ya digər qadınla evlənməməyi?

Ответ / Cavab

Aleykumusalam.

Vaxtında qılınan əda, vaxtı kecəndən sonra qılınan namaz qəza sayılır. Namazların vaxtları deyilən bölüm var risalə kitablarında , ora baxsaz hamını biləcəksiz.

Ayağın üzəri kremli deyilsə bunun dəstəmaza maniəsi olmaz.

Bunun üçün qadınından icazə tələb olunmur. Qeyd etdiyiniz vəziyyət yaranarsa, insan anlamalıdır ki ailə dağıtmaq düzgün iş deyil. İkinci ailə qurmaq o kəslər üçündür ki, qadınlar arasıda ədalətlə rəftar edə bilsin. Bir qadinla bunu edə bilməyəin ikinci qadın alması məntiqsizdir.

 

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
Ayan |

Salam hacı. Mən nəzir demişdim ki, filan işim alınsa 'Kumeyl' duasını oxuyacam. Çox şükür işim alındı. İndi həmin dua çox uzundur, mən onu başlayan kimi birdəfəyə bitirməliyəm? Yoxsa gün ərzində 2-3 dəfəyə oxuyub bitirə bilərəm?

Ответ / Cavab

Aleykumusalam.

Bu dua uzun deyil, birdəfəyə oxumaq mümkündür. Bir qədər dediyimizə məsuliyyətli olaq.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 6 Декабрь, 2019
.... |

Salam. Bilmeden tesehhudu artiq deyilse neylemek lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Yersiz təşəhhud üçün bir səhf səcdəsi edilsin.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 5 Декабрь, 2019
Eziz |

Salam qardas imam olan ve arsinda namaz qilan sexs ve ya sexsler nece niyet edir birdeki imam fatiheni ixlasi oxuyur arxasindaki ise yox bunu bilirem bes qunut ruku secdede salavati ve zikrlei ve tesehhud salamlari deyirler ? Birdeki 4 ruketlik namazda meselen zohr sessiz qilinir bu zaman imamda sessiz qilmalidirsa arxasindakilar hemd ve sureni oxuyur ?

Ответ / Cavab

Aleykumusalam.

İmamın arxasında durub camaat namazına duranlar , hazır olan imama bağlanıb filan namazı qılıram deyib niyyət edəcəklər. Fatihə və ixlası ilk iki rukətdə imam tək oxuyacaq, namazın qalan butun hissələrini  hamı imamın ardınca deyəcəklər.

Səssiz oxunan namazlarda da camaat həmd və surəni oxumayacaq.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2019 , Опубликовано: 5 Декабрь, 2019
... |

Salam hacət namazı nə üçün qılınır hansısa bir istək üçün ? Elədirsə niyyəti necə olur və ürəyimizdə bir isdəyə görə o namazı qılırıq ? O namazın sonunda təsbihat edilir? Xaiş edirəm qısada olsa məlumat verəsiniz

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bir istək, hacət olduqda o namaz qılınar. Bu namazı iki rükət übh namazı kimi qıla bilərsiz. niyyətində də filan hacətim üçün namaz qılıram qurbətən İləllah.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2019 , Опубликовано: 5 Декабрь, 2019
Страница 26 из 5746 << < 22 23 24 25 26 27 28 29 30 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com