Страница 24 из 5746 << < 20 21 22 23 24 25 26 27 28 > >>
Ayan2 |

Salam. Sabahınız xeyir.Qəbir üstünə gedəndə nəyə görə insanlar qəbirin üstündən bir çimdik torpaq götürüb təzədən üstünə tökürlər. Onun nə anlamı var?Dinimizdə belə şey varmı? Nənəm rəhmətə gedib orda belə edirlər. 2ci sual. Bir də nənəmə qurban kəsdirmək istəyirlər ki, insanın boynunda İsmayıl qurbanı olur.Sağlığında Kəsilməyib deyə kəsilməlidi. Bu da varmı dində? Məqsədim öyrənməkdi. əvvəlcədən təşəkkür edirəm

Ответ / Cavab

Aleykumusalam.

Bunun heç bir dini anlamı yoxdur.

İsmail qurbanı deyilən vacib qurban ancaq insana həccdə vacib olar. Əgər nənəniz həccə gedib orada qurban kəsməyibsə. bu ayrı, əgər həccə getməyibsə onun boynunda heç bir  ismail qurbanı yoxdur.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Salam... |

Salam. Bir adam el işi ile meşğul olur. Mene(meselen 1manata) satır onu, men ise onun el işlerini başqalarına 2 manata reklam edirem. Yeni onunçun muşteri tapıram, ama oz qiymetimi qoyuram.bele etdikde, gunah qazanmış oluram mı? Ответ / Cavab Aleykumusalam. Xeyr, burada günah bir iş yoxdur. Allah sizə yar olsun Bele bir sual vermisdim size. Çox sağ olun cavabınız üçün. Bunu qeyd etmedim ama: bu işlerle meşğul olan adamın ama xeberi yoxdu qiymeti deyişdirdiyimden,yenede icazelidirmi?

Ответ / Cavab

Aleykumusalam.

Siz ondan alıb ğzünüz satırsız, yaxud onun  əvəzində malını satırsız və istədiyi məbləqi ona verirsiz.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Sual |

Qeyd etdiniz ki, boynumda olan namazı niyyet ederken vaciben yoxsa sadece qurbeten deyib qılacam?

Ответ / Cavab

Aleykumusalam.

Vacib kəlməssini heç yerdə şərt deyil. Yəni əgər bir əməl vacibdirsə, vacib deyib deməməyimizdən asılı olmayaraq o vacib olaraq qalacaq, əgər vacib əməl deyilsə, vacib deməklə dönüb vacib olmaz.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Salam haci |

Salam aleykum ce rehmetullah..sualim beledi ata oz qizina kebine icaze verir.icaze alinanda ise deyilik ki citdi niyyet ucun biri birini tanimag isteyiller.iki genc neyi ede bilmezder?mehrem sayilirlar bes ne haramdi onnara?toxunmag mazaxlashmag icazelidi?

Ответ / Cavab

Aleykumusalam.

Hələ tanış olmaq qəsdidirsə, kəbin niyə oxunur? Kəbin evlilik əqdidir. Nişanlanma, evliliyə qəti qərar yoxdursa, kəbin kəsilməsin.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Sual |

Salam Hacı. Er öldükdə kebin öz özünə qüvvədən düşür yoxsa qadın özü gedib talaq oxutdurmalidir?

Ответ / Cavab

Aleykumusalam.

Ər öldükdə əks tərəf olmadığından, kəbin də itər, amma qadın iddə gözləməlidir.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Sual |

1. Ma fiz zimmə- niyyəti ne demekdir? 2. İnsanın öldüyü gün yoxsa defn olduğu gün esas götürülür merhumun 40-ın hesablamaq üçün?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etmisdik, boynumda olan.

Burada bir hökm yoxdur, hər iki şəkildə mümkündür. Məntiq öldüyü gündən hesabanmanın düaha uyğun olduğunu deyir.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Sual |

Salam Haci. Əvvəla onu qeyd edim ki sualim irad xarakterli deyil, sadəcə maraqlıdı. Burda dəfələrlə cavablarinizda rast gəlmişəm, sual verilib kiminse haqqini pozan bir iş barede, siz de cavab yazmisiz ki, eger hansisa muselmanin haqqi pozulmursa, olar. Demeli meselen xristiyanin haqqi pozulsa da olar? Meger onlar insan deyil ki? Onlarin haqqini pozsaq Qiyamet gununde haqlarini tələb etmeyecekler? Öncədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Diqqət edilsə görülər kı bu cavab insani haqqlarin deyil, əhəmiyyətsiz iqtisadi məsələlər barədə edilən suallara cavab olaraq deyilir.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Vuqar |

Salam.Bir xanım yoldaşından 6 ildir ki,ayrılıb və heçbir əlaqələri yoxdur,təlağın olub olmamasınıda bilmir.Həmin xanım yenidən kəbinlə ailə qura bilərmi?Bilməzsə vəzifəsi nədir? Müctəhid: Şübeyr Zəncani.

Ответ / Cavab

Aleykumussalam

Xeyr, talaq oxunmayibsa hələki ərli qadın sayilacaq. Ərindən talaqa icazə alıb talaq oxunmali,talaqdan sonra iddə gözləməli, bundan sonra azad qadın olaraq istədiyi şəxslə ailə həyatı qura bilər.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
............ |

Саламалейкум.Йени ев учун хансы хейрли ишлер етмек лазымды?илк кеденде не апарыдмалыды?чох саг олун,Аллаh разы олсун!

Ответ / Cavab

Aleykumussalam.

İlk olaraq həmin evdə iki rükət müstəhəb namaz qılmaq, evin hər kuncundə durub həmd və ixlas surəsini oxumaq xeyirli olar.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
&&&&&& |

Salam. 1)Bilmək istərdim Allah tərəfindən ölüm vaxtımız əvvəlcədən yazılmış olurmu?Əgər yazılmış olursa nədən bəzi yerlərdə qeyd edirlərki sədəqə ömrü uzadır.2) Ölən doğmamızın ruhu bizi görüb vəziyyətimizin necə olduğunu görə bilirmi?Mənim atam təzəlikcə dünyasını dəyişib.Çox istərdim bu barədə ətraflı məlumat verəsiniz.Əgər vaxtınız yoxdursa link də olar.Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam

Əcəl iki növdür. Biri mütləq əcəldir,biri isə yox. Mütləq əcəl Allahın xüsusi iradəsi olmasa  heç nə ilə dəyişilməz. Qeyri mütləq əcəl isə bəzi əməllərlə yubadilar ya tələsdirilər.

Ölən insanların bu dünya ilə rabitələri qırılır və onlar başqa bir aləmə keçirlər. Qiyamətin qopacaqi gunə qədər orada qalarlar. Rəvayətlərdə bəzi hallarda bəzi ruhlara bu aləmi seyr etmək icazəsi verilir.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
... |

salam.qardawimin qaynatasi worgoz adamdi ancaq kimse bilmir cunki ozunu ele gosterib.mene,yaxin qohumumuza qarwi bawqa cur davranir.hemin qohumumuz bize gelende bu da bizdeydi el verdi qohumumuza bu da mecbur elini uzatdi o ise elini cekende qizin elini sigallayaraq cekdi.qiz bunu mene dedi.bir defe bizi oz evlerine mawiniyla apardi qardawimda getmiwdi.mawindan duwende bu men terefin qapisini acdi men sagol dedim o ise piciltiyla eriyerek sende sagol dedi.bunun cavabini kimse esitmedi ozu sessiz ve ele tonla dedi yalniz men ewidim.deli oldum ve ondan sonra men onun uzune baxmiram.qardawim menle dalawir ki,saymirsan onu senin yaninda soyuw soyub mende dedim ki meni saymayani men njiye saymaliyam ki,amma esl sebebi deye bilmirem.sadece dedim ki men bildiyimi sen bilsen bele demezsen.bezen yanildigimi dusunurem ama bu qedermi yaniliram,onu da bilmirem.mene bir yol gosterin ne edim qardawimla problemim yaranir onun ustunde.allah ucun yol gosterin.

Ответ / Cavab

Aleykumussalam

İnsanlar arasında bir göstərici var. Məhrəm və naməhrəm. Münasibətlər bunun üzərinə qurulsa bele davranislarin olmasi imkansız olacaq. O sizə naməhrəmdir. Naməhrəm qadınla naməhrəm kisi arasinda münasibət olmamalidir. Qohum olduqda ciddi salamlaşma ciddi sozlər olmalidir. Başqa heçnə.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Salam... |

Salam. Bir adam el işi ile meşğul olur. Mene(meselen 1manata) satır onu, men ise onun el işlerini başqalarına 2 manata reklam edirem. Yeni onunçun muşteri tapıram, ama oz qiymetimi qoyuram.bele etdikde, gunah qazanmış oluram mı?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, burada günah bir iş yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Anonimka |

Salam bir xanım var dırnağına qalıcı lak elətdirib şlak diyirləre ondan yəni özü çıxara bilməz indi namaz qılmaq isdəyir dırnağında o olduğuna görə dəstəmaz ala bilər ? Onuda deyimki dırnağı biraz uzandığına görə həmin üsdündəki qabağa gəlib və demişdilər əsas odubdırnağın dobinə su dəysin dırnağın üsdü yox ama dibi açığdı su dəyir belə halda dəstəmaz alsa sayılar ? Həmçinin qüslda?

Ответ / Cavab

Aleykumusalam.

Dırnaq təmizlənməlidir. Lakla dəstəmaz olmaz. Tez bir zamanda təmizlənsin və o zaman kimi namazları təyəmmüm ilə qılsın.

İnsanlar lazımsız və dəyərsiz şeylərə görə  dəyərli ibadətlərinə əngəl yaratmamalıdırlar.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
İntizar |

Salam. Mən bir iş üçün 7 qurban demişdim. Onun 3 kəsmişəm, 4 qalıb. Deyilənə görə dində belı bir dua, ya başqa bir şey var ki, qalan 4 qurbanı birləşdirib 1 qurban kəsilsin.Təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

Belə bir şey yoxdur, boynunuzda qalanları da kəsin.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
Sual |

Salam.1.Bu gün mən şam namazını 23:45 gıldım. (Vaçıb qürbətən) Xiftəni gıldəm, axırınçı rükətdə saat 23:50 oldu. Yəni o vaxta kimi çatdıra bilmədim. İndi qeza sayılmır? 2. Meğrib ve İşa namazları gece saat 12-den sonra qeza sayılır?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr qeyd edilən vaxt qəza sayılmır.

Xeyr, nə qəzadır nə də əda. İnsanın boynunda qalar və bunu boynumda qalan-Ma fiz zimmə- niyyəti ilə qılacaqsız.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 11 Декабрь, 2019
... |

Salam Allaha tefekkur etmeyi aid etmek olmazda yeni men dogru bilirem cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Allahın necəliyi barəsində fikirləşmə insanı nəhayətdə şirkə ya küfrə aparacaq, bu səbəbdən bu icazəli deyil.  İnsanın təfəkkür qudrəti bu barədə düşüncədə nəticə əldə etməkdən acizdir.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Salam |

Salam.men 3 ildi bowanmiwam,ama kebin kagizim yoxdu cirilib.bilmek istirem gedib geri oxutmaliyam ya uzr istirem 6 ay kecenden sonra avtomatik bowanmis sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Kəbin avtomatik o zaman pozular ki, ər dindən çıxıb  murtədd olsa. Başqa hallarda gərək kəbin pozulsun. Bunun üçün kəbin kağızının olması şərt deyil. Ər qadının kəbindən çıxmasına icazə və ya razılıq verərsə, bu kifayət edər , axund talağı oxuyacaq.

Allah sizə yar olsun

Задан: 11 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Lala |

Allahin salami olsun sizlere. Sualim beledir: Yoldashim ezamiyyetden qayidanda ozu ile chaxir getirib. Men namaz qiliram, ne qeder etdimse, tesiri olmadi, geri qaytarmadi ve o chaxir evin balkonundadir hal hazirda. Yoldashimin sehvine gore istemirem evimin bereketi azalsin, balalarima nese zerer gelsin. Yoldashimin etdiyi sehvin acisi bizden chixmasin. Allahin merhemetine siginiram. Amma ichim narahatdir. Onun sehvine gore biz de gunahkar hesab edilirikmi? Gunahin Acisi balalarimdan chixmasin :( Evvelceden teshekkur edirem. Allaha emanet olun.

Ответ / Cavab

Aleykumusalam.

Onun səhfinə görə cavabdeh özüdür və sizin heç bir günahınız yoxdur, amma bunu bilməliyik ki, biri qayıqı deşirsə, orada olanların hamısı batma təhlükəsi ilə üzləşəcək.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Allahu Akbar |

Salam aleykum, boynuma cənabət qüslü gəlmişdi istibra etdim qüsl aldım bugün alt paltarda ləkə gördüm (sulu idi yeni düşmüşdü) məni qoxusu gəlirdi qüsl almalıyam yenidn? (üzr istəyirəm)

Ответ / Cavab

Aleykumusalam.

Əgər cənabətdən sonra sidiyə gedib, sonra istibra etmisizsə, gələn maye pak sayılar. İstibra sidikdən sonra kanalı təmizləyər. Cənabətdən isə kanalı sidiyə getməklə təmizləmək olur. Bu cəhətdən mənidən sonra sidiyə gedilir, məninin qalıqları xaric olur, sonra isə sidikdən istibra edilib kanal tam təmizlənir.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
... |

Salam bu gun Əhli Beytin (ə) fəzilətləti haqqinda tefekkur eliyirdim ve oz ozume dedim ki ele bir soz yoxdu ki ollarin boyukluyun vesf eliyim bu dogrudur dediyim yeni ifrata varmamisam cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, burada ifrat yoxdur. Onların məqamını vəsf etməyə dillər acizdir.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Страница 24 из 5746 << < 20 21 22 23 24 25 26 27 28 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com