Страница 23 из 5746 << < 19 20 21 22 23 24 25 26 27 > >>
Şəms |

Salam.Dinimizde daşlamaraq öldürülmə var?Çox sağ olun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, belə bir cəza növü var və bu cəza məsələn evli olaraq zina edənlərə şamil edilir.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 14 Декабрь, 2019
Elya |

Salam Alverin getmeyi meqsediyle etdiyin mekanin qabaqina sirke tokulmesi fikri ne derecede duzdu Yeni alicilarin coxalmasi baximindan Deyilene gore evleri temizlemekde sirke ile meslehet gorulur

Ответ / Cavab

Aleykumusalam.

Alverin getməsi üçün ticri qanunlara əl atılsın, belə şeylərlə məşğul olunmasın.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 14 Декабрь, 2019
Üzeyir |

Salam əleyküm.Ərnən arvadın arasına cin salmaq mümkündür? Bir ailə var güya onlara cadu olunub onların arasına cin salıblar.Birdəki cin danışa bilərmi? Həmin ailənin övladı bir necə nəfərdən soruşub güya onların arasına cini kim salıbsa cin danışaraq həmin adamın kim olduğunu deyəcək.

Ответ / Cavab

Aleykumusalam.

Bizim belə şeylərə etiqadımız yoxdur.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 14 Декабрь, 2019
Sevinc |

Salam Aleykum Haci.Beqere suresinin 190,191,192 ve 193 cu ayesini izah ede bilersizmi zehmet olmasa.Burda sohbet kafirlerden,dine qarsi cixanlardan gedir?Yeni biz onlari harda gorsez oldurmeliyik?Yeni bizim olkede bu ne derecede duzgundur ya men sehv anladim bu ayeleri?Tesekkur

Ответ / Cavab

Aleykumusalam.

Bu bir düzgün yoldur ki, İslam icmasına pozuculuq, qatışıqlıq, fitnə, terror , işğal və sair kimi ziyanlı əməllər gətirənlər barədədir. Bizim ölkəyə gəldikdə isə, bu işlə adi vətəndaşlar deyil, elə ölkə özü, onun xususi güc strukturları məşğul olmalıdır. Onlar bu ünsürlərdən islam icmasını təmizləməli və qorumalıdırlar

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 14 Декабрь, 2019
... |

Salam. Bismillah mənim boynumda toplam hər gun 750 nəzir niyyətiylə salavat var və mən bunu nəzir edən zaman dedim ki Peyğəmbər (s) və Əhli Beytə (ə) hediyyə edəcəm savabin səhlənkarliq elədim bir muddət etmədim hər gunun zikri toplamda 100000 kecmisdi dedim qurtardim ama niyyətimdə savabini Muhamməd (s) və Ali Muhammədə (s) hədiyyə edim yəni Peyğəmbər (s) və Əhli Beyt (ə) salavatin savabin hədiyyə etmək niyyətiylə Muhamməd (s) və Ali Muhamməd (ə) salavatin savabin hədiyyə etməklə arasinda ferq yoxdu ki? Etdiyim doğrudur? Cox sağolun. Allah razı olsun Amin

Ответ / Cavab

Aleykumusalam.

Etmədə öz niyyətinizi bilirdinizsə, kifayət edir.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 14 Декабрь, 2019
.... |

Salam. Bismillah Ağa Sistani şaşki oynamagi icazeli bilir? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, icazəli bilmir.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
xanim |

salam.ayet namazi ilde nece defe qilinmalidir

Ответ / Cavab

Aleykumusalam.

Ayət namazını vacib edən əməl neçə dəfə olarsa o qədər də qılınacaq.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Sual |

Haci cavabda yazmisiz ki belə əqidədə olmaq kufrdur. Men o menada demirem hokmunu, yeni ki fetva olaraq ceza nedir? Bir kinoda gosterilir bele bir adami weriet qaydasina gore edam edirler bawini kesmekle. Bu duzgun qaydadir?

Ответ / Cavab

Aleykumusalam.

Hökm vermək qazinin işidir. Qazi muəyyən edib hökm verir. Biz bunun nə olmasını deyə bilərik.

Allah sizə yar olsun

Задан: 14 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Günel |

Salam. Siz yəqin bilərsiniz. Mən pulumu yığıb Kərbəla ziyarətinə getmək istəyirəm. İnternetdən də araşdırma edəcəm amma sizdən soruşum dedim. Çox soruşacağım biriləridə yoxdur. Təxminən nə qədər məbləğ lazımdır, təyyarə ilə getmək üçün

Ответ / Cavab

Aleykumusalam.

Salamtur sirkəti ilə əlaqə yaradın, tam məbləği sizə desinlər.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Nigar |

Zdravstvuyte, narushaetsa li namaz pri sleduyushix deystviyax: 1. Esli vo vrema namaza zakrivat glaza? 2. Esli vo vrema namaza smotret v pol? 3. Esli vo vrema namaza vzglanut v storonu, no pri etom golova ne pogorachivaetsa, ostaetsa v napravlenii Qibla? 4. Esli vo vrema namaza rukav odejdi dostatochno dlinniy, pochti do palcev ruk,no nemnogo otxodit ot tela, to est neplotno prilegaet, i vo vrema podnatiya ruk poyavlayutsa nekie somneniya, a vdrug tak nelza?

Ответ / Cavab

Aleykumusalam.

1.Net zakrivaniye qlaz ne portit namaz.

2.Yesli ne otvaraçivayetsya ot qiblı, ne portitsya.

3.Yesli eto ne slişkom mnoqa . to ne portit.

4.Yesli rukav ne otkrivayetsya toqda ne portit

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
.... |

Salam. Gunes tutulmasi azerbaycanda bas verecek? ve eledirse rayonda gunes tutlmasi olmasa namaz vacib olmur?

Ответ / Cavab

Aleykumusalam.

Bu hadisə muşahidə olunmayan yerlərdə namaz vacib olmaz.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Sual |

Salam Haci. Islam dininin esas qanunlarini meselen namaz, oruc kimi hokmlerini vacib saymayan, zinani halal bilen, her bir insan oz ozluyunde Allahin ozudur kimi sapqin fikirleri olan ve bu fikirleri cemiyyetde yayaraq teblig eden insanin Islam şəriətində hokmu nedir?

Ответ / Cavab

Aleykumusalam.

Belə əqidədə olmaq və bunu yaymaq küfrdür.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Муслим |

Салам! У меня такой вопрос: после гусюля можно сразу делать намаз или же ещё нужно, отдельно, дастамаз сделать?

Ответ / Cavab

Aleykumusalam.

V etom dele mısli muctaxidov rasxodyatsya. Nekotorıye razreşeyut delaç namaz posle lyubova  quslya. Nekotorıye razreşayut tolko posle obyazatelnıx quslov. No v odnom fetve vse sxodyatsya çto posle quslya canabat srazu mojno delaç namaz i daje prinyaç dastamaz ne rajreşayut.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
... |

Salam men mersiye var onan sirf bir parcani kesmey isdiyirem zeng tonu olaraq istifade etmek ucun yeni hec bir deyisijlik etmeden bu icazelidir mi ? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Heç bir eybi yoxdur edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
İlahe |

Salam.Ölüyə toxunan bir şəxsə məssi meyit qüsulu düşür.bəs həmin ölüyə toxunan şəxs qüsul verməzsə ona başqa bir şəxs toxunarsa ona yəni qüsul verməyənə toxunan ikinci şəxsə qüsul düşür? Vacibdi versin?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu bir birlərinə toxunmaqla ötürülməz.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Salam |

Salam. Men hal hazirda xarici olkedeyem. Qaldigim otagda yer cirklidir. Namazi cox da yumsag olmayan kravatin uzerinde qila bilerem? Bu icazelidir yoxsa secde yumsag yere edilmemelidir?

Ответ / Cavab

Aleykumusalam.

Namazda insanın yeri tərpənməz hərəkətsiz olmalıdır. Adicə kardon ya təmi pir şey yerə sərib üzərində qılın.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 13 Декабрь, 2019
Zərif |

Salam. Mən bir işin alınması üçün qurban demişdim uşaqlar evinə. Bu iş alınıb. Təzəlikcə məlumat əldə etdim ki uşaqlar evinə buraxılmır heçnə, icazə verilmir. Mən necə edim bu qurbanı? O məbləğ dəyərində kasıb uşaqlı ailəyə yardım edim ya necə edim? Zəhmət olmasa cavablandırın.

Ответ / Cavab

Aleykumusalam.

Atılmışlar və kimsəsizlərin sığınacaq evi var, və digər sığınacaq evləri var ki, orada da uşaqlar saxlanılır. İnternetdə unvanıları var. Onlarla əlaqəyə girib oraya aparın.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
... |

Salam Qədr gecəsi ərəfələrin də Heydər Heydər adinda mərsiyə cixmisdi gözəldə mərsiyədir mən hec bir deyisiklik etmədən orada Ya Əli dediyi yer var cox xosum gəlir orasin kəsib zəng tonu kimi istifadə etməyə icazə varmi bu halda hec bir sey deyismiyəcəm mərsiyədə sadəcə sirf orasin qoymaq kəsməsən mumkun deyil ona gorə deyirəm buna icazə varmi cox sagolun yəni haqqa girməty yoxdu ki? Allah razı olsun Amin

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bunu edə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 13 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Salam... |

Siz ondan alıb ğzünüz satırsız, yaxud onun  əvəzində malını satırsız və istədiyi məbləqi ona verirsiz. Beli, onun evezine satıram.öz qoyduğum qiymete. Ama o adama mebleği az verirem. Menden istediyi mebleği verirem. Neticede arada özüm qazanmış oluram. O ise öz malını satmış olur. Yeni o malı 1manata satır herkese, ama onun tanımadığı adamlara men 2manata satıram.ama o adama bunu demirem ve 1man men qazanmış oluram. Bele etraflı yazdım.tam aydın olsun.cavabınızı gözleyirem

Ответ / Cavab

Aleykumusalam.

Sizin etdiyinizd irad olaydı yəqin ki qeyd edərdik.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Nermine |

Salam mən 1gunah etdim və peşman oldum və tövbə etdim Allaha söz verdim hələ günah birdə etmiyecem və bu günahimla meni o dünyada utandırma yeni heç kim bilməsin sadəcə Allah və mən bilim indi Yeni belə ola bilər sadəcə Tanrı və mən bilim? Sağolun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, əgər həqiqi peşmnçılıqla tovbə edilərsə, ALlah o dünyada da öz lütfünü göstərər.

Allah sizə yar olsun

Задан: 12 Декабрь, 2019 , Опубликовано: 12 Декабрь, 2019
Страница 23 из 5746 << < 19 20 21 22 23 24 25 26 27 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com