Страница 25 из 5746 << < 21 22 23 24 25 26 27 28 29 > >>
Sual |

Salam. Günəş tutulması ayin 26si yazmisiz məqalədə,bes ay tutulmasi ne zaman olacaq?

Ответ / Cavab

Aleykumusalam.

Ayın tutulması nə zaman olacaqsa, onu qabaqcadan xəbər verəcəklər, biz də elan verəcəyik.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Eşqin |

Allahin salami olsun sizlere. Bizim geleceyimiz olan usaqlarimiz ucun bir sualim var. Azerbaycanda usaq ucun dini mekteb var. Ya mecidlere az yasli usaq aparmaq olarmi ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, hansısa dini məktəb yoxdur.

Məscidə aparılmaya gəldikdə isə, əlbətdə ki, aparılmalıdır. Balalarımız Alah evində böyüməsə, şeytan onlara daha rahat əl tapa biləcək.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
İntizar |

Salam. Mən bir iş üçün qurbqn demişdim. O iş düzəlib. Olarki qurban kəsməyim o pulu bir ehtiyacı olana, xəstəyə vermək? Təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

Olmaz, necə nəzr etmisizsə, elə də əməl edin.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Esqin |

Allahin salami olsun sizlere. Namaz qilarken iwiqin kecmesi zulmet qaranliq olmasi Mohuru elimiz ile tapib yerini alni qoymaq namazi batil edirmi ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu namazı batil etmir, bəlkə elə düzü budur.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Aysel |

salam haci yadinizdadirsa men size birdefe de bu hagda sual vermisdim..yoldasim merc oyunlarindan uzaglawmir ozu de etiraf edirki ozumden asli deyil eline pul dusen kimi oynuyur..guya bizimcun edirki pul udub cetinliklermizi hell elesin ama daha da eksi olur Allaha qurban olum gun oldu ki hec bir man cibinde pul qalmadi..deyrem gorsen hamsi ona goredi ama yene agillanmir neyniym bilmrem..istiyirem lap sert davranim onda da qorxuram menden evden uzaqlasar hem de xelvet oynamaga vawliyacag..xos davrananda da ele bilirem gunah eden birine destek oluram..bilmirem ne edim her namazda dua edirem Allah onu uzaglasdirsin bu batagligdan :(

Ответ / Cavab

Aleykumusalam.

Böyüklərə şikayət edin, atasına, anasına bildirin. Əgər bu günə kimi başa düşməyibsə ki, qumardan ancaq şeytan və şeytan sifətlər qalib çıxırlar, ona ancaq təziq lazımdır. Qumaq insanların, aldadılaraq, şirnikləndirərək kütləvi surətdə ciblərinin soyulmasıdır.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Vusal |

Salam Aleykum! Mən istixarə etmək istəyirəm bir məsələ ilə bağlı.... Necə edim? zəhmət olmasa onun qaydasını tam təfsilatı ilə mənə göndərəsiniz...yəni əvvəlcə dəstəmaz almaq, sonra dualar və s....yəni təraflı bilmək istəyirəm... Çox xahiş edirəm mümkündürsə bu barədə mənə köməklik edin.... Əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

İstixarənin müxtəlif qaydaları var ki, onlar internetə kifayət qədərdir. Saytımızın məqalələr bölümündə də bu barədə geniş yazılar var.  Oradan öyrənib edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2019 , Опубликовано: 10 Декабрь, 2019
Leyla |

Salam aleykum, bes namazda secdede insan arxa terefi gorse namaz batil olur? Cox sag

Ответ / Cavab

Aleykumusalam.

Əgər səcdəyə gedərkən gözü arxanı görərsə, bu namazı pozmaz.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Ayan2 |

Bir daha salam.Üzr istəyirəm sualımçün Bu gün zöhr namazından xeyli əvvəl məndən qan gəldi. Heyz vaxtı olmadığından istihazə hesab etdim. Amma axşama doğru kəsdi.İlk əvvəl görsəndi. Sonra isə özümü yoxladıqda ancaq daxildə olduğun gördüm. Xaricə çıxmırdı. Axşama doğru vaxt isə əvvəl çəhrayı sonra isə tünd sarı ya da açıq kareçnivi axıntı idi. Axırda açıq sarı və ya bulanıq bir rəng oldu. Hamısında özümü yoxladıqda gördüm. Və qüsl etdim. Bu qüsllə zöhr əsr, şam, işa namazlarımı qıldım. İndi bilmək istəyirəm qüsl və namazlar düzdürmü?Və sübh namazı vaxtı açıq sarı nəsə gəlsə yenə qüsl etməliyəmmi? Bir daha üzr istəyirəm sualımçün. əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Əgər  heyz deyilsə və heyzin nişanələri də yoxdursa, o zaman istihazə bilin və qeyd etdiyiniz kimi istihazəyə uyğun əməl edin.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Ayan2 |

Salam axşamınız xeyir.Yaşadığım rayonda sizdəki vaxtın üstünə 10dəqiqə gəlsəm. axşam azanı saat 17:43 də başkayır. Mən isə çətin düşdüyüm vəziyyətdən dolayı saat 17:34 də zöhr, 17:38 də isə əsr namazımı bitirdim. Namazlarım düzdürmü? əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Şam azanına kimi bitirmisizsə, hər ikisi düzdür.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Salam |

Salam,destemaz alanda ayaqa mesh cekennen sonra ,elleri yumaq olar destemaz batil olmazki?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz bitəndən sonra çimə də bilərsiz.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Elik |

Salam. Qardas yazmisiz ki ay tutulması olcaq. Sualim var bu barede. Ay tutulmaga baslayandan ve bu proses bitenecen qilinmalidir namaz? ya bitsin sonram? Bitenden sonram qeza olur? xahis edirem basa salin

Ответ / Cavab

Aleykumusalam.

Ayət namazı ayın tutulmağa başlmasından tam açılana qədər qılınmalıdır.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Samıra |

Salam . Zehmet olmasa mene etraflı cavab yazardız menım qızım turkıyede unıversıtetde oxuyur 6 dekabr ad gunu olub gece yatıb seher durub qolun ıc terefınde cızıq var derın uzun fıkırlesıb kı yaqın hara toxunub o bırı gece yatıb seherı durub kı ustunden bır cızıq gedıb tam x formasında ve tebıı kı bızde ozude qorxmusuq bu dınle elaqelı olar ona toxuna bılerler (otaqda tek qalır ) .Allah razı olsun sızden

Ответ / Cavab

Aleykumusalam.

Burada dinlə əlaqəli bir sey yoxdur. Həmin qız yatarkən həmd və 3 ixlas surəsi oxuyub sonra yatsın.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Şie |

Salam qardaş mən bəzən olurki möhür olmuyub möhürsüz qılmışam namazı bəziləri deyir qəbul olsada təkəbbürlüdü düzgün rtməmisən bəziləridə vabşe sayılmır qəbul deyil batildi deyir hansı düzdür möhürsüz qıldıqda namaz sayılmırki ? Ümumiyyətlə olar elə qılmaq ya olmaz saxlanılıb qəza edilmədlidi

Ответ / Cavab

Aleykumusalam.

Namazda alın səcdəsi düzgün olan bir şeyin üzərinə qoyulmalıdır. Bunların ən üstünü torpaqdır ki, möhür də həmin torpaqdı. Əgər mohür olmazsa, o zaman səcdə edilməsi düzgün sayılan başqa bir şeyin üzərinə alın qoyularsa, düzgün olar.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Bende |

Salam .sualima gore cox cox uzr isdeyirem. Yoldasim meni mecbir edirse cinsi uzvunu agiza almagi men isdemirem gunah olduhunu dusunurem . Neynemeliyem? Bele halda mecbur edirse

Ответ / Cavab

Aleykumusalam.

Yoldaşınız belə çirkin şeylərdən uzaq dayansa daha düzgün olar. İnsan heyvani hisslərə qapanmamalı və qeyri təbii qayda ilə əlaqəyə qadınına zor etməmlidir.

Hər halda sizə gunah yoxdur.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Ayan2 |

Salam. Sabahınız xeyir. Sizin namaz təqviminizlə namaz qılıram. Və sizin səhifədəki saatla işləyirəm. Bakı vaxtı ilə 07:24 də sübh azanı vaxtının üzərin yaşadığım rayona görə bu vaxtın üstünə 10dəq gəlməliyəm. Bu zaman 07:34 edir . Mənsə cənabət qüslü edib hamamdan çıxanda 07:33 olduğun gördüm. Azana qədər qüslü çatdırmış sayılırammı? Orucum düzdür yoxsa batil? əvvəlcədən təşəkkür edirəm.Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, o zamana kimi qüslü bitirib niyyət etdikdə orucunuz düz olacaq.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2019 , Опубликовано: 9 Декабрь, 2019
Salam |

Qaynim boyuklere qulaq asmir,anasina bele deyir ki,menim iwime qariwma,gelin yoldawimi caqirib bu gun derdin daniwib ki,doze bilmirem,olumle baqli status paylawib qorxuramki ozun oldurer yaziqim gelir komey etmey isteyirem,isteyirem ki,gelinin ailesine taninmayan bir profil acib xeberdarliq edim ki,qizdarina komey etsinler,atasiz qizdi iki qardawi var,cunki menim qaynim cox kobud ve kimseye qulaq asmayan adamdi kimse onun qabaqin ala bilmeyecey ,siz nece meslehet bilirsiz gizlice xeberdar eliyim qizin ailesin,qiz ozude bir iki defe wikayet edib ailesine,qacib deye utanir,cox saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz fikirləşirsiz. Həmin qadının yaxınlarına xəbər edin və bu qadına yardım edin.

Əlbətdə bütün bunlar qadının öz qazandığıdır. Əfsuslar olsun ki, yalançı eşq, filan kimi oyunlarla qızlarımız aldanır və  illərin süzgəcindən keçmiş dədə baba adətlərimizi pozub  kiməsə qoşulub qaçırlar, nəticəsi də bu olur.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
Anonimmka |

Salam üzr isdiyirəm qadın cənabət olduqdan sonra heyz olsa heyz bitməmiş cənabət qüslu ala bilər ? Heyzdən sonrada təkcə heyz qüslu və yaxudda gözləyib 2 si üçündə bir qüsl aldıqda necə neyyət edilir

Ответ / Cavab

Aleykumusalam.

Heyzi bitəndən sonra hər iki qüslünü nəzərdə tutub bir qüsl etməsi kifayətdir.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
Vahab |

Assalamu aleykum, insan sag olarken ya ozune ya da valideynleri sag olarken qebr qazdirib bosh saxlamagi ne qeder duzdu.

Ответ / Cavab

Aleykumusalam.

Bunun eybi və qadağası yoxdur, edə bilər.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
NA RA |

Salam. Uzr isteyirem sualima gore, Qusl alarken tam cimib cixsam amma epilyasiya olunmamiwamsa Qusl duzgun hesab edilir?

Ответ / Cavab

Aleykumusalam.

Epilyasiyanın qüslə heç bir aidatı yoxdur. Qüsl edib çıxmısızsa, heç bir məsələsi qalmayıb.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
... |

Salam mende biraz olum qorxusu var bu barede meslehet vere bilersiz bu qorxunu aradan aparmaga narahat edir meni cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Ölüm qorxusu hər bir insanda var. Əlbətdə bunun çox olması yaxşı hal deyil. Səbəbi də bizim o biri tərəfimizi abad etmədiyimizdən və dunyaya bağlılığın olmasından olur. O biri dunyamızın abadlığı üçün bir az artıq çalışaq və bizi dünyaya bağlayan şeylərdən qırılmağa çalışaq.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2019 , Опубликовано: 8 Декабрь, 2019
Страница 25 из 5746 << < 21 22 23 24 25 26 27 28 29 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com