Страница 529 из 5746 << < 525 526 527 528 529 530 531 532 533 > >>
Abbasova |

Salam aleykum. Bu gun cume axshamidir,Allah olennerize rehm etsin. Isteyirem bu dunyadan kocmus qohumlarimin ruhlarina Yasin suresini oxuyum. Bir defe Yasin suresini oxusam onu yalniz bir adamin ruhuna hediyye ede bilerem yoxsa bir nece neferin? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Həzrət Adəm (ə) dən bu tərəfə dünyadan getmişlərin hamısına  hədiyyə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
....... |

Salam haci! Bizim evde anam ve qardasim isleyir. Atam islemir. Indi anamda menopauzadi ve ozunu pis hiss edir.yani butun qadinlar bundan kecir onun yaşinda. Anam gedir hekimlerin yanina. Bahali dermanlar yazirlar, anam alir icir, atam qiymeti bilende deyir ki get adi poliklinikaya sene orda ucuz yazarlar. Anam atama deyir ki qonşu gedib ora ona ele mualice yaziblar hali dahada pisleşib. Atam her defe nastroyeniyamizi pozur, deyir sizi atiblar nebilim ne. Anam eşidib aglayir. Anam ondan destek gozleyir amma atam eksine edir. Ve men bunlari gorende atama nifret hissi yasayiram. Haci ne edim? Ozumde islemirem.

Ответ / Cavab

Aleykumusalam.

Sizin onların araında olan bu kiçik problemə mudaxilə etməniz düzgün deyil. Atanıza qarşı belə şeylərə görə nifrət hissinin oyanması şeytandandir və çox çox pisdir. O sizin dünyaya gəlməyinizin səbəbidir.

Ailə məsələlərində səbrlə , dözümlə bir birinə yanaşmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
Salam Aleykum |

Destemaz alanda basima mesh cekmek istiyende ele cekeceyim elin icinnen basima bir damci su tokuldu bu destemazi pozur

Ответ / Cavab

Aleykumusalam.

Bir az kənardan çəkin ki, həmin damcı düşənin üzərindən  keçməyəsiz.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
salam |

salam,5 kimsenelere niye ele deyirler yani 5 kimsene?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bu ləhcəyə görə belə deyilib. Yəni 5 kimsə-Beş nəfər.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
emin |

Salam..Haci.Men 1 toya gedecem.Eger icki icen adam men olan stolda otursa ama onnan uzaqda otursam.Yene haramdi?Cunki evdekiler deyir gel toya.Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

İçki məclisidirsə, ora daxil olmaq haramdır.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
Muselman |

Salam. 1) kimese “ sen umud yerimsen, komey elini uzat mene “ kimi sozler demek gunahdir? Allaha werik qowuruq bele olanda?

Ответ / Cavab

Aleykumusalam.

Bu sözlər günah və şirk deyil. Şirk o zaman olar ki, insan həmin şəxsi Allahdan kənar, mustəqill güc və qüdrət sahibi bilsin.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
zaur36 |

salam.men isleyen yerde uzu qirxmayanda danisirlar icaze yoxdu uzu tuklu gelmeye ama menden herdefe sorusanda mengbur olub deyiremki basqa yerden gelirem deye bilmiremki qirxmaq haramdi gunah ediremmi?yalan dediyime gore

Ответ / Cavab

Aleykumusalam.

Yalan deməyin, ayrı bir söz tapın ki, yalan olmasın.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
zaur36 |

salam men axsam novbesinde olanda yatiram ama yatmaq olmaz bu qazandiqim pul haramdimi?

Ответ / Cavab

Aleykumusalam.

İş sahibiniz buna icazə vermirsə, bunu etməyin. Qazanclnlz bununla haram olmasa da etdiyiniz iş çox pisdir.

Allah sizə yar olsun

Задан: 28 Декабрь, 2017 , Опубликовано: 28 Декабрь, 2017
... |

Salam.Quranin tercumesinde moterize icersinde yazilanlar tefsirdi?

Ответ / Cavab

Aleykumusalam.

Tərcüməçinin  cümləni anlatmaq üçün işlətdiyi və Quranda olmayan sözlərdir.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

salam.xanimla muveqqeti kebin olubsa kebine ayrilan pulu ya neyise hemin vaxd verilmelidi yoxsa nevaxd isdesen?

Ответ / Cavab

Aleykumusalam.

Mehriyyəsini soruşursuzsa, qadın onu əqd oxunan kimi tələb edə bilər.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
... |

Salam.Bereket, amin,ecmein sozlerinin menasi nedir

Ответ / Cavab

Aleykumusalam.

Bərəkət sözünün mənası dilimizdə də eynidir. Amin duanın qəbulu üçün  bütündinlərdə işlədilən sözdür və İlahi qəbul et mənasını daşıyır. Əcməin, hamısı deməkdi.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

salam.xedeliy uzunde insanin qolu veya ayaqi kesilir bele olduqa kesilen hisseni neylemek lazimdi?

Ответ / Cavab

Aleykumusalam.

Yuyub kəfənləyib dəfn etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

salam.ayaq yoluna gedende milkey veyaxut herhansi cuculer olur bilirki negise deyir sonar usdumuze oturur paltar negis olurmu?ele olur arxaterefden insanin usdune oturur bilinmirki hara oturdu onda neylemek lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Əgər ayaqlarında nəcasətin eynini götürüb üzərimizə otuzdurmaını yəqin bilməsək, nəcis hökmü verilməz.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

salam.men ariqlamaq meqsedi ile axsamlar ac yatiram bele yatmaq gunahdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, günah deyil, lakin ziyan edərsə, belə etməyin.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

salam.insanda xesdeliy uzunden her hansi orqanini meselen qol ayaql neylemey lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Sual anlaşılmadı.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
zaur36 |

SALAM mene bankdan kredit karti veribler icerisinde 500 man pul var pul banka aiddir ama isdenilen vaxd isdifade edebilerem faizin odemek serti ile .bundan isdifade etmek olarml?

Ответ / Cavab

Aleykumusalam.

Zərurət olmadıqca bunlardan istifadə etməyin.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
Farxad |

Salam aleyku .eqer elim qanayib üzümde çivan partlayib ve saire bele şeyler .desdamazim pozulur ve qusul almaq lazimdirmi bu meselere qöre.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu nə dəstəmazı pozar, nə də qüsl tələb edər.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
Abdullah |

salam aleykum qusl alarken shampundan istifade etmek olmaz? sistani aga cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bunu ya qüsldən əvəl ya sonra istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
Ayan2 |

Salam.Qızım 2009cu il 25 mayda anadan olub.Namaza nə vaxt başlamalıdır?9 tamamda?

Ответ / Cavab

Aleykumusalam.

8 yaş 9 aylığından namazlar ona vacib olub.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
Bende |

salam zehmet deyilse deyerdiz 1)sehf secdesini edende sonra shukr secdesi edib qalxanda sola baxdim namaz batil olmur? cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bu dedikləriniz namazdan sonradır, onlar namaza təsir etməz.

Allah sizə yar olsun

Задан: 27 Декабрь, 2017 , Опубликовано: 27 Декабрь, 2017
Страница 529 из 5746 << < 525 526 527 528 529 530 531 532 533 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com