əyər qadının kəbin üçün icazə almaga heç kəsi yoxdursa sevdiyi oglanla müvəqqəti öz aralarında ozleri kebin oxuya bilərlər ?
Ответ / Cavab
Aleykumusalam.
Qadın boşanıbsa ya duldursa, əqdə daxil olmada azaddır. İcazə alma bakirə qıza aiddir. Qızın atası yoxdursa, ata babası var, ya onun hamisi var, ondan icazə alınacaq.
Salam bu sual hamını maraqlandırır ilk insanlar Hz Adəm və Hz Həvva anamız olmuşdur biz insanlarda onların vasitəsilıə çoxalmışıq yaxşı bəs onlardan olanlar bacı qardaş olmurlar ? Bu necə olur ? Xahiş edirəm cavab yazasinizz
Ответ / Cavab
Aleykumusalam.
Bu geniş məsələdir və saytımızın məqalələr bölümündə bu barədə geniş yazı var. Zəhmət olmasa onu tapıb oxuyun.
Salamun Aleykum. Haci bir kiwi namus ustunde ya anasini ya bacisini ya yoldawini yada her hansisa qohumlarindaki bir qadini ve ya qizi oldure bilermi? Bunun Allah yaninda gunahi var? 2. Elecede deyek aevadi ile tutmuw kiwini oldure bilermi? Gunahi varmi? 3. Bir qadin menim evimden ogurluq edibse onun elini kesmek olar indiki zamanda ya polise vermek daha duzgundur? Iwdi eli kesilse deyek bu gunahdir?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, buna haqqı yoxdur. Zina baş veribsə, bu qazi yanında isbat olunmalıdır və onun verdiyi hökmə əasən də əməl olunacaq. İnsan özü muhakimə edə bilməz.
Qeyd edilən kimi onları haqq məhkəməsinə təslim edəcək və onlar barədə orada hökm çıxarılacaq.
Xeyr, olmaz. İslam huququ insanlara özünün birbaşa hökm verib ona əməl etməsinə icazə vermir. Huquq alimləri olan qazilər olur. Onlar cinayəti araşdırır və isbat olunarsa sinayətin motivinə uyğun da cəza hökmü verir.
Salamun aleykum necesiz Insan bezen yatandan sonra uzr isidiyirem paltarda nemlik olur ve bu nemliyin ne olmasi anlawilmir ama bele bir wey varki yuxuda qusl gelende insan hiss edir ama hec bir olmasa bu nemliyi ne saymaliyiq ? Xaiw edirem biraz izahli cavab veresiz Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Əgər yuxuda məni xaric olursa, insan bunu hiss edir. Əgər heçnə hiss etmədən yuxudan duranda bir nəmlik hiss edilibsə, ya sidik ya da 3 pak nəmlikdən biri hesab edəcək. Bunu ayırd etmək mukəlləfin öz boynunadır.
Salam Aleyküm. Telefondan Quran oxumaq olar ? Birdə mən tərcüməsini oxuyuram belə halda Quran oxumaq sayılır ? Birdə dəstəmaz almalıyam telefondan oxuyanda ? 2ci sualım budur ki Allah ın adlarını zikr edəndə dəstəmazlı olmaq lazımdı ? 3cü sualım mən namaz qılanam əvvəllər Allah a daha çox bağlı idim ibadətlərimidə huşnan qılırdım xoşlayaraq. Bəzi hallarda ateistlərin yazdığı suallar çox qabağıma çıxır ağlımda boş şübhə yaranır ürəyim sıxılır sanki əvvəlki kimi deiləm imanım zəifləyib ?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, oxuya bilərsiz. Quranla istənilən ünsiyyət savabdır.
Vacib deyil,dəstəmazsız da edə bilərsiz.
Din alimlərinin moizələrinə qulaq asın. Kafirlərin və şeytanların sözləri qəlbə fəsad salar
Salam.1ci sual Namazda rukuda 2ayağın ortasına baxırq ? Yəni 2 baş barmağın ortasına ? 2ci sualım qunutda əlləri birləştirəndə hara baxmaq lazımdı çöçələ barmağın birləşdiyi xəttin ortasına naxmaq olar?? 3cü sualım budrki Quran dada var namazı vaxtında qılmaq ) bu ayənin mənası nədir yəni qəzaya buraxmamaq ? Şam namazını saxlayıb xiftən də qılsaq vaxtında qılınan namaz sayılır hə yox ? 4cü sualım gün ərzində günah edəndə namazdan qazanılan xeyir əməl itir ? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, bu daha yaxşı haldır.
2.Ya düz baxın ya əllərinizin içinə.
3.Yəni vaxtı yetişdikdə yubadılmamalıdır. Şam namazını öz azanında qılın.
4.Yaxşılıqlar pislikləri apardığı kimi, pisliklər də yaxşılıqları aparar.
Salam Aleykum. Eger men bir robot ixtira etsem onun bacardigi qeyri-adi isler, subhesiz robotun deyil menim bu işde qudretimden,bacarigimdan, elmimden xeber verir. Onda bele çıxır ki, bu dünyada gördüyüz her bir şey, her zerre Allahın qudretidir. Texnoloji avadanliqlar, avtomobiller, binalar ve s.icadlar hamisi Allahin qüdret ve elmidir ki Insanin o kiçik beynine bu qeder qeyri-adi ve möhteşem işleri görmek bacarığı yerleşdirib. Düzmü fikirleşirem? Allah kömeyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düz fikirləşirsiz. Allahın lütfü və feyzi olmadan bunların heç birinin olması mümkün deyil.
Salam. Menim qrupp yoldasim xristiandi, mene dedi ki muselmanlara Yeni ili qeyd etmek olmaz. Mende dedim ki olar geyd etmek, amma ickisiz. Indi deqiq bilirem ki olmaz. Indi men gunah etmişem.
Ответ / Cavab
Aleykumusalam.
Bu nə bizim milli nə də dini bayramımız deyil. İlin dönməsini qeyd etmək qadağan deyil, lakin haram əməllərdən uzaq durulmalıdır. Və müsəlmanlar özlərini qeyri müsəlmanlara bənzətməməlidirlər.
Salam-Aleykum, erle-arvadin arasinda mubahiseli duserse (ister zina isterse diger bunun kimi boyuk mesele) erin hec bir shahidi yoxdursa o dord defe Allah shahiddir dese onun shadiliyi qebul olunur yoxsa dord nefer shahid olmalidi? Bununlar bagli Qurani-Kerim ne deyir,. Elbette burda sohbet islam qayda-qanunlari ile tenzimlenen cemiyyetden gedir.
Ответ / Cavab
Aleykumusalam.
Zinnın isbat olunması üçün 4 çahidin olması şərtdir. Əgər ər qadınına zina ittihamı edərsə və onun şahidi olmazsa gərək 4 dəfə ALlaha and içib yalan danışmadığı barədə şəhadət verə. Əks halda yalandan zina ittiham cəzası ona şamil olunacaq.
Salam men kebinle bagli sual vermisdim.Sizde cavablandirdiz.eslindensorusmaq isteyirdim ki ata icazesi olmadan olarmi kebin.Isleyirem ayri yasayiram.Amma valideyin maddi yardimi da olur.Sevdiyim insanla oz aramizda kebin bize dusurmu? Valideyn icazesi olmadan.
Ответ / Cavab
Aleykumusalam.
Vacib ehtiyata əsasən bakirə qız atasının icazəsi olmadan kəbinə daxil ola bilməz.
Atanızdan icazə alın. Kəbin artıq məhrəmlik və ailə olmaq deməkdir. Sevgi dediyimiz ayrı bir məsələdir. Eşq halalla olmalıdır. Naməhrəmlə eşq munasibətləri haramdır.
Salam! 1 Əgər qadın ərdəmolmayıb və babası-atası yoxdursa, onunla siğə etmək üçün himayədarı olmalıdır ki icazə alınsın? 2 Əgər qadın nigahdan kənar münasibətdə olubsa, iddəni müddətini gözləməlidir?
Ответ / Cavab
Aleykumusalam.
1.Əgər yaşı ötmüş bir xanımdrsa və öz taleyini özü həll edirsə, öz ixtiyarındasız.