Страница 533 из 5746 << < 529 530 531 532 533 534 535 536 537 > >>
Ali aşiqi |

Salam aleykum. Cehennemin 1ci qatı haqqinda revayetler varmi? Ora da özünden daha şiddetli qatlar kimi odlu-alovludur? Mence aciretde Allah insanı heç oda salmadan menasız, boş yere atsa bele yer de insan 7cun çox ezabvericidir. Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Cəhənnəmin ən kiçik dərəcəsi belə şiddətli yandırıcıdır. Onun hissələrini raşdırmaq nə verər ki?

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Celal |

Salam aleykum. Men genc bir kişiyem ve namehreme de batil fikirle baxmağı haram sayıram. Bes Hacı, özüme gelecek heuat yoldaşımı nece seçim, bir halda ki heç bir namehreme baxmaq olmaz. Sadece xanımlığa seçmek niyyeti ile namehremlere baxa bilerem? Allah kömeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər evlənmək qərarı olarsa , baxmaq olar.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Fərid |

Salam əleykum Bir mömin sayılan insan bu çalışır ki hər gün nəfslə mübarizə aparsın və bir gün bir işdə nəfsə məğlub olub günah edir və tövbə etməyə imkan tapmadan başına iş gəlir qəzaya düşür ölür. Bu halda o müsəlman kimi dünyadan köçmüş sayılır yoxsa yox ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Dindən dönməmiş şəklində ölərsə, müsəlman, lakin günahkar kimi  ölər.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Konul |

Salam boğaz heyvanı məcbur qalıb kəsmək günahdırmı? Həmin heyvanın əti haramdırmı?

Ответ / Cavab

Aleykumusalam.

Məcburiyyət nədir ki, balalı heyvan kəsilsin? Əgər ölürsə, o zaman tez çalışıb  qarnını yarın ki, bəlkə bala xilas olsun. Maddi problemdirsə, heyvanı satın.

Bu heyvn kəsildikdə əti haram olmur.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Q.. . |

Salam.Cenabetli şexs qebir uste gede bilermi?Yoxsa qebristanliga mutleq temiz adamlar getmelidi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, gedə bilər, heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Salamun eleykum |

1)mes/cun biz bilirik ki bu shey pak deyil qarshi terefdekide bundan istifade edecek biz bu halda o sheyin pak olmamagin bildirmeyimiz vacib dir?2)men bir yerde islemirem .indiyecende xums vermemisem xums gununde teyin etmemisem ve ilin axirinda elime pul gelirse onun xumsun cixarmaliyam ilin axiri oldugucun yoxsa o pul mende qalsa xerclenmeden ve ustunden 1 il kechse o zaman xumsun chixartmag vacib olur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər qeyd edilən əşyanın sahibi sizsinizsə, mutləq deməlisiz.

Qazanc əhli deyilsizsə, o zaman əlinizə gələn pulun üzərindən 1 il ötdükdə xumsunu verəcəksiz.

Allah sizə yar olsun

Задан: 23 Декабрь, 2017 , Опубликовано: 23 Декабрь, 2017
Allah bəndəsi |

Bəzən böyüklərimiz danışanda söhbət arasında "Al arvadı" mövzusu keçir. Dinimiz bunun haqqında nə deyir.

Ответ / Cavab

Aleykumusalam.

Bu sözün heç bir əsası yoxdur.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Salam aleykum |

Bir dul qadın kişiyə desə ki mənimlə siğə et o zaman bunu etmək kişiyə vacib olur bu duzdur?

Ответ / Cavab

Aleykumusalam.

Əlbətdə ki. vacib olmaz. Qadın ərliliyi təklif etməsi kişinin mutləq bunu qəbul etməsi  anlamına gəlmir.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Q.Gulay |

Salamunaleykum.Qadin tek olanda reks ede bilermi?Mumkunse olum haqda genis yazardiz.Evvelceden ALLAH (e.c) razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, buna icazə yoxdur.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Bende |

Salam uzur isdeyirem yoldawim hamiledi helem teze bildik derman icse qarwisin almaqcun gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Bunun qarşıını almayın.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Leman |

Salam.Oglum 2 yasindadi ona hami sene qurban olum o qeder deyib oda mene deyirdi men ona orgetdim ki,sene qurban olum olmaz denen yaradana qurban olum.Indi artiq deyirki yaradana qurban olum.Usaq bismillahin deyir yememisden qabaq,kelimeyi sehadeti deyir yatmamisdan qabaq ve ixlasi deyir,bacardiqca ona dualari orgedirem.deyirler bele olmaz sen usagi bezdirirsen qoymursan usaqligin elesin.indi bilmek isterdim men usagin haqqini pozuram?

Ответ / Cavab

Aleykumusalam.

Düz edirsiz, bundan da artığını öyrədə bilirsizsə, öyrədin.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
salam |

Salam Aleykum.Siz xoşunuza gəlməyənə səbr etməzsəniz,sevdiyinizə çatmarsınız. Hz.İsa çıxdı qarşıma internetdə.Var belə hədis?1 az açıq izahın verərdiniz zəhmət olmasa yəni necə başa düşək bunu hansı mövzulardan söbət gedir?

Ответ / Cavab

Aleykumusalam.

Yəni insan bilməlidir ki, başına gələ biləcək xoşagəlməz şeylərə səbr etdikdə , müjdəsi  sevdiyimiz şeylərin qarşımıza çıxması olar.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Leyla |

Salam.Yeni il senliyi kecirmek gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Bu haram deyil, amma bilin ki, bu bizə yad bir bayramdır, nə milli nə də dini  bayramımız deyil.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
... |

Sedeqe nedir nezir nedir? Ferqi nededir?

Ответ / Cavab

Aleykumusalam.

Sədəqə könüllü surətdə insanın istədiyi miqdarda verdiyi ianədir.

Nəzr insanın muəyyən bir iş üçün baş verərsə, etməsini boyun olduğu bir oşdir ki, icrası vacib olur.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Musa |

Salam / 1) Boynunda cənabət qüslu olan ölən şəxsə hansı qüsllar verilməlidir? 2)içində spirtli içki olan dükanda kassir işləmək olar?

Ответ / Cavab

Aleykumusalam.

Meyyitə verilən qüsllər cənabəti də aradan aparacaq.

İçkiyə aid heç bir işə qatışmasa işləyə bilər.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Vxyzvxyz |

Salamun Aleykum.Sosial sebekelerde gorsek ki,sehfen Allahin adini balaca herfle yazib biz onu yazana demesek ki, balaca herfle yazmisan bize gunahdirmi?Ya da mehrukdurmu?2. Megabayt gotururem vaxti meselen 13:00 da qutarmalidi ve internet baglanmalidir ama baglanmir.INFO yazib gonderirem nomremde megabaytin olmadigini gorurem.Ama internetim isleyit.Bu zaman internetden istifadde ede bilerem mi?Her zaman olmasa da bezen bele olur.Tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Desəz daha yaxşı olar.

Bəli, istifadə edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Raul |

Salam hacı menim dostum var idi toydan sonra prablemler yaşamişdi gedib baxıcıya deyibler ki sene cadu edibler heyetde filan yerde basdırıblar oda cıxartdırıb hemin yerden sonra düzelib.yeni bele şeyler düzdü?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, cdu deyilən bəd əməl var, lakin belə şeylərdən qorxmaq insana təsir edər, yoxsa ALlaha tam arxayınlıq və rahatlıqla sığındıqda, bunlar puç olub gedər.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
123abc |

Salam Aleykum, meni bir sual cox maraglandirir bildiyime gore ana betnindeki uwaga 4ay 10gunluyunde ruh verilir. Amma uwag 2-3ayligindan artig betnde hereket edir axi, agzini yumub acir ona ruh verilmeyibse bu nece mumkundu???

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən insani ruhdur. Diriliyi isə heyvani, yəni həyat ruhudur ki, o əvvəlcədən verilir.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Lala |

Salam ayag barmaqda yara var ona su gerek deymesin, onu buksem bes qusul alanda nece deyim? Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumusalam.

Əgər suyun dəyməi ziyanlıdırsa, onun üzərinə pak parça qoyub əliniin nəmini o parçanın üzərinə çəkin, qalan yerləri yuyun.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Lala |

Salam ayag barmaqda yara var ona su gerek deymesin, onu buksem bes qusul alanda nece deyim? Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumusalam.

Əgər suyun dəyməi ziyanlıdırsa, onun üzərinə pak parça qoyub əliniin nəmini o parçanın üzərinə çəkin, qalan yerləri yuyun.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Страница 533 из 5746 << < 529 530 531 532 533 534 535 536 537 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com