Страница 538 из 5746 << < 534 535 536 537 538 539 540 541 542 > >>
ffssbbnnn |

salam.biz insha ALLAH aprel ayinda toy elemek isteyirdiy.Ama bilmey isdirem ki 2018ci ilin aprel ayinda hansi gunler yaxsidi ? 2) hicri tegvimi ile yeni movlud izdivac olan gunler hansidi? 3) ve hemin ayda sehadet gunleri hansidi ?

Ответ / Cavab

Aleykumusalam.

10 apreldə etməyin, 12,16,18,19,20, 22,26 və 30 u gözəl günlərdir.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Yoldash |

Salam Aleykum. Menim xalam əslində doğma xalam deyil. Nənəm bacısı nəvəsini övladlığa götürüb. İstəyirəm ki, sacimi xalama kəstirim. Bu məsələ caizdir mi, yəni xalam mənə naməhrəm sayılır ?

Ответ / Cavab

Aleykumusalam.

Qadın qadına naməhrəm sayılmaz.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Quran |

Destemazi olmayan kes Qurani telefondan oxuya bilermi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, oxuya bilər.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
... |

Salam Hacı.Neçə dəfədi qarşıma çıxır sosial şəbəkələrdə bu hədis səni istəməyənə sən də meyl etmə Hz.Əli(ə.s) nə mənada açıqlama verərdiniz.Seyyidənin ahı tuta bilər insanı?Evlilik fikriylə oğlan qıza hər şey yaxşı olacaq(yəni ailə qurmaq) deyib,1 həftə keçib mənə ümid bağlama deyib,ümidi qırıb qəlbə toxunur.Bu qızın haqqına girmiş sayılır?1də qarğışın iki başı olur deyirlər,dində belədi bu?Kimsə kimisə qarğış edirsə həm özün həm qarşı tərəfin başına gəlir bu?Çox sağ olun

Ответ / Cavab

Aleykumusalam.

1.Belə bir hədisin  Həzrətin dilindən nəql olunması kitablarda rastlaşmamışıq

2.Peyğəmbər balalarını incitmək olmaz, cəzalanma mümkündr.

3.Haram munasibətlərin sonu da problemlərlə olur.

4.Qarğışın təsirinin olmasi subut olmayıb.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
1111 |

Salam Haci.Oruc tutub zohr azanindan sonra bashqa rayona gedib orada 3 gun qalan adamin orucu duzdur?Qeyd edim ki,her heftenin 3 gunu ishine gore o orada kiraye qalir. Sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər həmin yerə işi ilə bağlı gedirsə və qeyd etdiyiniz kimi hər həftənin 3 gününü orada keçirirsə. orucları düzdür, namazları da tamdır.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Sual |

Salam Haci. Dostlar meselen goruwe cagirir. Saata baxirsan ki cixsan evden qayidana kimi namazi evvel vaxtda qila bilmeyeceksen. Bu halda ne etmeli?

Ответ / Cavab

Aleykumusalam.

Deyin ki, namazı qılıb gələcəyəm.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
... |

1kimise olmeden once ozune qebr qazdirirsa bu musbet haldi?2hicabli xanim oz oglan evladinin yaninda bele bashin acmirsa bu teqvanin yuxari derecesindendir?3)Allahin cemil adi var?

Ответ / Cavab

Aleykumusalam.

Bunu etməsində qəbahət yoxdur.

Bunun təqvaya aidiyyatı yoxdur.

Bəli, bu Allahın adlarından biridir.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
sdfg |

salam. qusldan sonra gordum ki burun suyunun qurumuw formasi qalib. sualim budur ki su bunun altindan kecir ya yox?

Ответ / Cavab

Aleykumusalam.

Burunun içində qalıbsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
,,, |

Salam. Suallarım namaz baresindedi 1. Qadın niyyet ederken dille demelidi yoxsa agzı yumlu urekden kecirmelidi? 2. Qadın tekbir ederken elleri ciyninen yuxarı tutmalıdı yoxsa ciynine geder onan yuxarı olmaz? 3. Vitr namazı qılarken yazilibki "Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir" . Hansı momünler? Ve nece deylir dille?

Ответ / Cavab

Aleykumusalam.

1.Bunun heç bir fərqi yoxdur və niyyəti dil ilə demək vacib deyil.

2.Üzünün qarşısına kimi qaldırsın.

3.Tanıdığınız möminlərin.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Abbasova |

Salam aleykum. Sualimi cavablandirdiginiz ucun teshekkur edirem. Bes Qurani-Kerimin tercumesini oxuyanda hicab lazimdir? Bir sualim da var:cume gunun guslu vacibdir? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Hicabla olmaq daha yaxşıdır.

Xeyr, müstəhəbbdir.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Alieva |

Men Namaz qilarken. Fatihe ve ixlasa deyende ayaq barmaqlarimin arasina baxardim 2 baw barmagin yeni. Indi hamileyem deye barmaqlari gore bilmirem, amma texmini bilirem ve baxiram kimi canlamdiririam beynimde ammaki uzur istiyirem ancaq qarnimi gorurem. Bu halda namazim qebuldu? Ve hara baxs duz olar?

Ответ / Cavab

Aleykumusalam.

Səcdə yerinizə baxın, bunun elə də bir namaza mənfi təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Alieva |

Salam. Yuxuda goruremki imam Zaman aga ile ( Allahimme saali ale Muahammedin ve ali Muhammad) Isa mesih ikiside eyni vaxt ve yan yana yer uzune enirler . Bu dunyadaki mundarliqlara son qoymaq ucun. Sualim budurki heqiqeten ikiside eyni vaxt gelecek yer uzune? Hec men bu haqda duwunmemiwemde bilmiremde. Tek Imam Zamam agani bilirdim men Isa mesihin geleceyeyini yada geeveyini bilmirem

Ответ / Cavab

Aleykumusalam.

Yuxuda gördükləriniz sizin təsəvvürlərinizdir. Gördüyünüz şəxslərin İmam Zaman və Həzrət Məsih olmasına hansı subut ola bilər. Bu ancaq fikrimizdə canlandırdıqlarımızdır.  Yuxuları elə yuxu kimi də qəbul edək və özümüzü İmam Zaman ağanın gəlişinə hazırlayaq.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Abbasova |

Salam aleykum . Menim iki sualim var. 1. Evimizde Azerbaycan dilinde Qurani-Kerim var. Onu oxumaq isteyende destemaz ve hicab vacibdir?2. Bir insanin valideyini ibadet ehli deyilse, hetta icki aludecisidirse ve ovladini dogru yoldan ayirib Allahin gadaga qoydugu sheylere donmek cagirirsada, yene de Quranda buyuruldugu kimi, o valideyine itaet etmek lazimdir? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Azəri dilində yazılmış tərcüməni oxumaq üçün dəstəmaz vacib deyil, lakin onun dailində Allah  kəlməsinə və digər ehtiramlı adlara  dəstəmazsız toxunulmasın.

Xeyr, haramda itaət yoxdur. Valideynin sözü o zamana kimi hörmətli sayılar ki, ALlahın sözü ilə  muxalif olmasın.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Sual |

Salam. Haci bezi usaqlar var ki 3-4 yaslarinda iken valideynleri onlari da hecce aparir. Yeqin ki bu ziyaret o usaqlarin boynundan vacib hecc ziyaretini goturmez duzdur? Cunki her hereketi orda agil kese kese etmek lazimdi.

Ответ / Cavab

Aleykumusalam.

Əgər uşaq həddi buluğ olmadan məkkəyə aparılırsa, mutləq şəkildə onu aparan gərək onun orada edilməli əməlləri icra etməsinə diqqət yetirsin ki, tam düz icra etsin. Bununla belə  bu iş onun boynundan gələcəkdə gələcək vacib həcci götürməz.

Allah sizə yar olsun

Задан: 17 Декабрь, 2017 , Опубликовано: 17 Декабрь, 2017
Sual |

Salam.Bir baci sorusur ki, qadin bosanib ikinci defe aile qursa ve onunla da yola gede bilmese 3cu defe ere getmeyi halaldir?

Ответ / Cavab

Aleykumusalam.

Əgər şəriətə uyğun olaraq talaq alıb boşanır, iddə gözləyir və iddədən sonra digəri ilə əqdə daxil olursa, haram deyil.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
E......V |

Salam men namazda tesbihatin yerine fatihe suresini deyirem namazim duzdu ?

Ответ / Cavab

Aleykumusalam.

3 və 4 cü rükətlərdə tək fatihə surəsinin oxunması düzdür.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
ramin |

salam aleykum Haci ne ucun biz sie eqidesinde cume namazi vacib deyil Imam Qeyb olan zaman deyir vacib deyil sebeb? ve birde neye gore bir memleketde yaxin yaxina cuma namazi olmaz.Eger vacib deyilse niye qilinir bezi mescidlerde

Ответ / Cavab

Aleykumusalam.

Fiqhi məsələlər o qədər də  asan və sadə məsələ deyil ki, hər şeyin səbəbləri belə sadəliklə ortada anlaşılsın. Bu şəriətimizin göstərişidir. Şəriətdə isə bizim vəzifəmiz təqliddir , yəni mutəxəssisin rəyini qəbul etmək. Biz heç zaman həkimdən filan dərmanı nədən yazdığını, bu dərmanın içəridə nə edəcəyini soruşmuruq.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
Nurane |

Salam haci.Tibbi spirtden istifade etmek olar? HARAMDIR? Cavablandiracaginiz ucun sag olun.Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, zahiri istifadəsi icazəlidir.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
Leman |

Salam Aleykum.Geceler meni ele bil kimse yuxudan oyadir ve bir-bir etdiyim sefler,gunahlar yadima salinir,qelbimin doyuntusu artir ve cox pis oluram az qala ureyim partdasin ve sanki meni kimse tovbe etmeye vadar edir ve men coxlu tovbe edirem ondan sonra qelbime yungulluk ve aramliq gelir yatiram.Bu seytanin ves-vesesidi?onuda qeyd edim ki,men bos yuxu az gorurem,cox yuxum dini olur.Birde menim dualarimin coxu qebul olur mene deyirler ki,Allahin senin sesinden xosu gelmediyi ucun duani qebul edir bu beledi?

Ответ / Cavab

Aleykumusalam.

Bu insanın hər axşam etməsi lazım olan bir işdir ki, günahlarına tovbə etsin , sonra yatsın.

Sizə bunu deyənin sözlərinə fikir verməyin.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
Faxa |

Salam Qardasim.Bir yaxinim mennen sorusdu mende bilmediyim ucun sizden sorusmaq istiyirem.Bu adam qiz qacirib sonra ona kebin kesdirib amma atasindan halalliq almamis.Qiz bakire deyilmis fikirlesib ki,bakire olmayan qizin atasinin halalligi lazim deyil.Daha sonra barisiq olub.qeyd edim ki,qadinin bakireliyi haram yolla pozulub.indi artiq nece ildi ailelidirler evladlarida var indi onlarin kebinleri duz deyil?usaqlari zinadan olmus sayilir?onlar ne etmelidi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər uşaqlar kəbindən sonra doqulublarsa, zinazadə sayılmazlar.

Allah sizə yar olsun

Задан: 16 Декабрь, 2017 , Опубликовано: 16 Декабрь, 2017
Страница 538 из 5746 << < 534 535 536 537 538 539 540 541 542 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com