Salam Hacı.Sizin kimi dəyərli insanın fikrinə çox ehtiyacım var.Qərar verə bilmirəm.Oğlan qızı sevmir,sadəcə nəslini tanıdığna,yaxşı qız olduğuna görə elçi göndərirsə qız o oğlanla ailə qura bilər?Qız üçün qürursuzluq sayilmaz bu dini cəhətdən?
Salam.1murdar paltar leyende yuyulub suyun sixib,sonrada ele goturub paltara bir az su axidmagnan ve suyun sixmaqla pak olur?2necaseti qabdaki su ile pak edende, cemi ikidefe su tokulse paklanar?
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən halda pak olmaz.
Nəcis aradan gedəndən sonra bi dəfə su axıtmaqla pak olar.
Salam, haci! Yenə Ayətəl kursi haqqinda suallar verəcəm. 1. Əvliya toxsa əuliyə? 2.Tağuti yoxsa tağutu? 3. "Nəumun", "ərzi" bu sözlərin axırında saitlər var, mən başqa yerdə oxumuşam nəum ərz yazılır, bunların bir fərqi varmı? Çox sağolun.
Ответ / Cavab
Aleykumusalam.
Əuliya deyəcəksiz. Tağuti düzdür. Əgər bu kəlmələrdə dayana saitlər düşəcək.
Salam bir sual edecem size islamda qanuna göre kisi pul.qazanmağa borcludur qazansin arvadini da saxlasin amma Allah Taala qadina ixtiyar verib ki erinin üst basini yumasin bu nece mentiqdir? Yeni kişi eziyyet cekib isleyir qadinsa eynin yumaya biler yeni her kes insafli olmalıdır axi indi qadin dese ki yumuram eyin başıni er hecne deye bilmez yadaki xahis elemelidir
Ответ / Cavab
Aleykumusalam.
Əziz oxucu, sualınızı verdikdə diqqətli olun. Bəzi kəlmələr bizi küfrə aparar. Yəni sözdən belə çıxır ki, Allahın işi məntiqsizdir?
Qadın nədir sualına biz düzgün cavab tapsaq, bu məsələnin nə olduğunu anlayarıq. Kişilər qadına əşya, mulkiyyət kimi baxmamalıdırlar. ALlah qadına ərinə itaət etməyi vacib edib, kişilər bundan sui istifadə edib qadını qul sayırlar. Bu səhf ortaya gəlməsin deyə bəzi qadına verilən haqqlar bunu tənzimləyir.
1.Ayetel kurside nəvm sozu nəum kimi oxunur? 2. Ve Ayetel kurside bele kimi sozler varsa yaziniwi ve oxunuwu ferqlenirse zehmet olmasa oxunuw formasi yazardiz hemin sozlerin. 3. Birde herden oxuyanda qorxuram ki vurgunu sehv qoyaram yada lazim olmayan yerde dayanaram menasi deyiwer, bu halda nece etmek lazimdi? Tewekkur edirem
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, elə oxuyun.
2.Allahu la ilahə illa huvəl həyyul qayyum la tə”xuzuhu sinətun vəla nəumun ləhu ma fissəməvati vəma fil ərzi mən zəlləzi yəşfəu indəhu illə biiznihi yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və la yuhitunə bişəyin min `ilmihi illa bima şaə vəsi`ə kursiyyuhus-samavati vəl ərzi və la yəuduhu hifzuhuma və huvəl əliyyul `əzim, la ikrahə fiddin qad təbəyyənər-ruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yu”min billahi fəqadistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhə vəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricuhum minəz zulumati ilən nuri vəlləzinə kəfəru əvliyauhumut tağuti yuxricunəhum minən nuri iləzzulumati ulaikə əshabun narihum fiha xalidun
3.Videoda ayətəl kursi oxuyan qareləri izləyin, dəqiq oxumanı öyrənin.
her kese Allahin Salami olsun.... men 2 hefte bundan qabaq is ucun yola cixirdim cixacaqim gunun geceynen islerim ters getdi cixa bilmedim helede o yoka cixa bilmemisem..cox xais edirem mene dualrinizi esirgemeyin..men ozum hansi duani oxusam yaxsi olar cox xais edirem her namazda dua edirem Allahdan isteyirem ama islerim cox ters gedir ve men cox pis oluram belkede bele getse havalanacam cox xais edirem mene komek edin menim islerimin duzelmesi ucun hansi duani oxuyum ne edim??
Salam Haci. Bitcoin qazanmagi reklam eden bir reklam videosu hazirlayib musterime tehvil verdim. Oz saytinin teklami ucun o videodan istifade edexek. Bilmek isteyirem ki wie eqidesine gore bitcoina qeti sekilde haramdir demek olar yoxsa halal sayilir bir valyuta olaraq? Sistani aga.
Ответ / Cavab
Aleykumusalam.
Əgər bu bir pul vahididirsə və onu qazanmaq muəyyən ticarət ya muəyyən işlərlə olursa, haramlığı olmaz, əgər udub uduzma kimi oyunlar, ya piramida uslublu işlərlə əldə edilərsə, o zaman haramlıq ortaya gələr.
Size sual yazdim kebin hakda dediz ki tek ozunu maddi olaraq idare eden xanim ozu kebine qerar vere bilmez.bes hansi halda bakire qiz ozu qerar verer?
Ответ / Cavab
Aleykumusalam.
Gərək rəşidə olsun, tam özünü idarə etmədən əlavə yaşıı da həyata tam qərar verə biləcək həddə olsun və qərar vermə ixtiyarı da öz əlində olub heç kəsin himayəsində sayılmasın
Salam Haci qardas. Bir qism insanlar var bu eqide sahibidirler ki Allahi Cennetde gorecekler, Allahin uzunu. Men bu eqidedeyem ki Allahi hec bir goz derk ede bilmez. Allahi gormek ucun gerek o hansisa mekanda olsun. Amma Allah mekandan munezzehdir. Bir sualim var bes Qiyamet suresinde Reblerine baxan uzler ayesinde ne nezerde tutulur?
Ответ / Cavab
Aleykumusalam.
Ayədə rəbblərinə yox, rəbblərinə tərəf kəlməsi işlənib.
Allahın cəmal və cəlal sifətlərinin tam şəkildə təzahürünə baxacaqlar.
Salam.Sham namazin da ixlasi demeye bawlayarken hemdi deyib dememeyimde sekk etdim,ama elede sekke fikir vermedim namaza davam etdim.Namaz duz sayilib?
Ответ / Cavab
Aleykumusalam.
Belə olduqda həmdi yenidən oxuyub sonra ixlası oxuyun.