Salam hacı. Sizə sualım var. Mən 1-3-5 günlər hazırlıq kursuna gedirəm. Bu kurs saat 15:00 da başlayıb 19:00 da bitir. Bu vaxt ərzində əsr və məğrib namazımı qıla bilmirəm. Olarmı ki kursdan əvvəl Əsr namazını qılım ? (Azannan öncə)
Ответ / Cavab
Aleykumusalam.
Əsr namazınızı zöhrdən sonra qılın, məğribi isə evə gəldikdə qılarsız.
Salam əleykum Baş barmağın dırnağı qədər qan icazəlidir nə deməkdi yəni məsələn naş barmağın dırnağı qədər olan qan ləkəsini yuyub paklamasaqda olar ? Yoxsa bir zərrə qan olsada paklamaq lazımdır ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Yən o qədər qan insanın üzərində olarsa, namaza daxil ola bilər.
Salam.muveggeti kebin ucun ne lazimdir? Isleyirem ve ayri yasayiram valideyinden.mene kebin dusur?
Ответ / Cavab
Aleykumusalam.
Muvəqqəti kəbinin şərtləri genişdir və risalə kitablarında qeyd edilib.
Əgər atanızın himayəsində deyilsizsə, öz taleyiniz haqda qərarı özünüz verirsizsa və bua yaşınız da yetişirsə, öz ixtiyarınızla əqdə daxil ola bilərsiz.
Salam qardas. Meselen ayin 10u ilk sifariwi goturub, ayin 16si tehvil vermisem ve ayin 16si emekhaqqim odenilib mene. Indi xums ili hansi gunden hesablanmalidir? Sifariw gelen gun yoxsa qazanc elde edilen gunden? Sistani aga.
Salam əleykum 1.Sistani ağa siqaret və qəlyandan hansını haram buyurub ? 2.namazdan sonra bilsən ki məsələn ayağın qanayıb bu halda namaz düzdü ? Yoxsa qanama baş barmaqdan böyük olanda o namazı da pozur ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Heç birini haram buyurmayıb, lakin ikisindən də uzaq durmanız öz xeyrinizədir.
Namazdan əvvəl ya namaz içində bilmirdinizsə, qıldığınz düzdür. Baş barmağın dırnağı boyda qan ləkəsi icazəli sayılır.