Страница 534 из 5746 << < 530 531 532 533 534 535 536 537 538 > >>
Abbasova |

Salam aleykum. Men tutmadigim oruclarin gezasini tutmaq isteyirdim,gece o niyyetle yatdim,lakin subh azana geder galxa bilmedim. Ona baxmayaraq indiye kimi hec ne icmeyib yememishem. Orucun niyyetini dememish bu gunki orucum sayilar ? Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, orucunuz düzdür.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
....... |

Salam haci! Niye siqaret gunah ya haram sayilmir? Axi onun terkibinde nikotin var. Buda bir asililiqdir. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Özümüzdən fətva vermək olmaz. Nikotin insanın canında da var.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Sual |

Salam Haci. Qadinin namehrem kiwiye qarwi tekebburlu olmasi tekid edildiyi kimi, olar ki kiwi de namehrem qadinlara qarwi tekebburlu davransin?

Ответ / Cavab

Aleykumusalam.

Kişinin naməhrəm qadına təkəbbürlü davranmasına luzum yoxdur,

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Sual |

Salam Haci. Wie eqidesine gore bir defe dinden cixan murtedin tovbesi qebuldur mu?

Ответ / Cavab

Aleykumusalam.

İnsan xalis qəlblə pöşman olub tovbə edərsə, Allahı da bağışlayan və mehriban görər.

Allah sizə yar olsun

Задан: 22 Декабрь, 2017 , Опубликовано: 22 Декабрь, 2017
Salam |

Isti bir sheyi ufurmek niye beyenilmir?yeni bunun ne zereri ola biler?

Ответ / Cavab

Aleykumusalam.

Hər şeyin niyəsi cismani olmur. Bəzi şeylərin yaratdığı fəsadlar dünyada görünən olmur.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Isayev |

Salam hacı. Menim bir qohumum var və 4 ildir ailə qurub, ailə qurduğu ilk il uşağı olacaqdı amma uşaq qarninda öldü.İndi 4 ildiki uşağı olmur, 5 ay əvvəl problemi tapildi və uğurla əməliyyat oldu, sağlamdır amma indidə 5 aydır nəticə yoxdur, Uşağın nəsib olması üçün dini tərəfdən nə tövsiyyə edə bilərsiniz ???

Ответ / Cavab

Aleykumusalam.

Məryəm surəsinin 4 dən 7 yə kimi ayələri əzbərləyib çox oxusunlar.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Salam |

Usagi olmayan biri uchun 10nefer xiften namazindan sonra yasin suresin oxusa onlarin usagi olma niyyetine bele etmek tesirli olar?

Ответ / Cavab

Aleykumusalam.

Xeyirli olması mümkündür.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
VEFA |

salam 2 aydi anami itirmisem.defnine cata bilmedim.bacimda mende Allaha usyan etmirik esla ancag anamiz ucun cox ezab cekirik izah edilmez bir agri var icimizde men qorxuramki bacim deli olacag and icirki mamam onun yanindadi basini sigallayir sesini esidir.mense dunyada key kimi olmusam hec dunyayala elaqem yoxmus kimi derdsiz qemsiz olmusam birce anam var icimde. bu agri hacansa dinirmi?biz gunahmi edirik? anama eziyyet ederkmi bele?

Ответ / Cavab

Aleykumusalam.

Allah sizə səbr  versin. Ana  dərdi çox çətin olur. İnşaAllah sakitləşərsiz.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Raul |

Salam Hacı sizden bir söz soruşum baxıcıya gedim mene qarşı cadu olub olmadığın öyrene bilerem yoxsa günahdı?

Ответ / Cavab

Aleykumusalam.

Baxıcı nə bilir ki, kimə nə olub olmadığını?

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Fərid |

Salam əleykum Səhər qalxanda namazdan əvvəl qüsl almaq lazım idi ama su çox az idi sədəcə nəciso yumaq mümkün oldu məndə yuyunduqdan sonra təyəmmüm aldım namaz qıldım bu vəziyyətdə təyəmmüm almaq düz sayılırmı ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz sayılır.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
pirrr |

salam aleykum/ bir insana boyrek lazimdirsa vermek olar?yadaki donur tapmaq olarmi pulnan?bunun bir gunahi var?

Ответ / Cavab

Aleykumusalam.

Əgər insanın hər iki böyrəyi sağlamdırsa və tək böyrəklə yaşaya bilərsə, edə bilər.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Isayev |

Salam hacı. Namazda Əttəhiyyatu, Salli və Barik duaları oxumağ fərzdir? (Vacibdir) ?

Ответ / Cavab

Aleykumusalam.

Namazda təşəhhüd(əttəhiyyat) və salavat  vacibdir.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Arzu |

Salam.men 3 ayliq Hamileyem.dunen qanaxmayla xestexanaya gelmisem.hekim yataq veziyyeti yatib terpenmek olmaz deyir.namazlarmin qezasini nece qilmaliyam.nece niyyet edecem .tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

O halda da dəstəma alın və o halda, yəni uzanıq halda namazlarınızı qılın.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Aybeniz |

Salamn kreditle telefon almisam,qiymeti nagd 330 man amma 15 ayliq kreditle 465 man gelib cixir bu krediti odemek selem sayilirmi? Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Xeyr bu sələm deyil.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Essalamu aleykum |

Bele bir shey var ki filan gun agirdi, bu ishi gormeyek ya bir yere getmeyek?istek dualari ktabindada ayin gunleri haqqinda yazilib,mes:hansi yaxshi gundu ya yansi nehs gundu, bu gunde bir yere getmek lazim deyil.Bu haqda ne deyerdiz?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bəzi günlərin bəzi muəyyən təsirləri olur.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Fuad |

Salam Haci Zohr namazi vax birinci ruketin hemd suresinde yaddan cixib eger sesli qiliriqsa ikinci ruketde yadina dusun sakit qiliriqsa bu namaz batildir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qeyd edilən halda batil deyil deyil.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Muselman |

Salam. 1) Xumus verilmese pis emeldi bu? Xumus ne demekdi bilmirem burda yazilanlardan oxuyuram ve anlayiramki her weye xumus duwur, bu pul deyerinde ne qederdir ve kime verilir? 2) Vehabiler haqqinda deqiq hardan oxuya bilerem? Vehabiler kimlerdi? Bir vehabiye sen vehabisen dedim? Dediki sen vehabi kimdi bilirsen? Vehabi Allahin adidir onun qarwisinda hecne deye bilmedim. Kimnnende soruwuram ancax Lenetdeyir vessalam 3) er arvadina eseblewir ve bir nece defe Allah sene Lenet elesin deyir, bu Lenetlenme elametidi? Tewekkur edirem Allah razi olsun sizde

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, bu bir vacibtdır ki, digər vaciblər kimi bunun da tərk olunması haramdır. Xums il başına artıq qalmış pul ya pul əvəzi olan şeylərə düşər.

2.Bəhhabiləri belə gördüm, Vəhhabi məzhəbi kitablarına baxın. Allahın adı Vəhhabdır, vəhabi deyil. İndi biri Allahın adını götürüb cinayətkar olarsa ona ehtiram edilməlidir? Məsələn isid bayrağına Muhəmədun rəsulUllah yazmışdı, lakin uşaq başı kəsirdi.

3.Bu ərin əsəbləşmə əlamətidir.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Gunahkar Bende |

Salam Aleykum 1) Bu Say Haqqinda Hardan Oxuya bilerem? Meselcun mene maraglidirki bizim suallara cavablari kimler yazir, ve s 2) men evvel namaz qilirdim, indi imkanim yoxdu, werait yoxdu gece 11de iwden yorgun gelirem yatiram, Allah da gorurki iwdemediyim vaxtlar, qilirdim Namazdarini gecikmeden, namazlarim qezaya gedir, bunu Allah qarwisinda hormetsizlik kimi gorurem bir gun vaxtinda bir gun qeza qilinma namazi. Ola bilerki bele bir wey, 4-5 ilin qeza namazdarin onlari qilmadanda qaytarim? Oruc turmaq kimi bor weyler. Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

1.Sizin suallara bir nəfər, sizin dini işlərinizdə sizə yardımçı olmağa çalışan bir ALlah bəndəsi cavab  yazır.

2.Çox səhf düşünürsüz və bu düşüncəni sizə Şeytan deyir. Sözünüzdən belə çıxır ki, namaz qılmaq bekarların işidir. İnsanlar düşmənlə döyüşə döyüşə namaz qılırlar.

İkinci səhf budur ki, namazları yubatmağı ALlaha hörmətsizlik sayırsız. Məgər heç qılmadıqda hörmət etmiş oluruq? Bu ondan da betədir.

Namazlarınızı icra edəcəksiz və qəzalarınızı da qılmalısız.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Aysu |

Salam.Anam xaricde qalir.Gelende bize her sey alir.Gelinimizi nezerde tutub aldigi seyden menim xosum gelibse anam onu mene vere biler.Qeyd edimki onun xeberi yoxdu anam ne getirib ne getirmeyib.Bele bir seye gore mene gunah yazilirmi yadaki anama?Amma bu o demek deyilki ayri seckilik olunur onada her sey verir hetta yayda anamin yanina getmisdiler mene yox qardasima onun ailesine cox sey vermisdi

Ответ / Cavab

Aleykumusalam.

Burada günah yoxdur, lakin bu nəfsi istəkləri icra etməkdir ki, sonralar adət halına düşüb insanı pis yerlərə çəkər. Bunu etməməniz daha düzgündür.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Salam aleykum |

Hansi verilen pul hediyye sayilir ki ona xums dusmur?

Ответ / Cavab

Aleykumusalam.

Bu verənin verməsinə bağlıdır. Məsələn ad günündə hədiyyə olaraq verilən pul buna aiddir.

Allah sizə yar olsun

Задан: 21 Декабрь, 2017 , Опубликовано: 21 Декабрь, 2017
Страница 534 из 5746 << < 530 531 532 533 534 535 536 537 538 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com